6
MÖVZULAR VƏ ONLARIN İZAHI
Bölmə 1. Kompozisiya haqqında məlumat və onun kateqoriyaları.
Mövzu 1.1. Giriş. Kompozisiya haqqında ümumi məlumat – 2 saat.
“Kompozisiya” latın sözüdür – yaratmaq, qurmaq, yerləşdirmək deməkdir. Rəssam
şəkildə əşyaları elə yerləşdirməlidir ki, şəkil tamamlanmış və mənalı baxılsın. Tələbənin əsas
m
əqsədi kompozisiyanın üzərində işlərkən, onun yaratdığı eskiz tapılmış və tamamlanmış
olsun. Kompozisiyanın əsas prinsipləri və məqsədləri kompozisiyaların əsasən formalardan
asılıdır. Məqsəd – kompozisiya anlayışını tələbəyə dəqiq çatdırmaq.
Mövzu 1.2. Simmetrik kompozisiyanın qurulması – 4 saat.
Simmetriya kompozisiyanın təşkilinin əsas prinsiplərindən biri kimi. Mərkəz xəttə və
müstəviyə əsaslanaraq simmetrik kompozisiyanın qurulması. Qurulmuş kompozisiyanın
layih
əsinin işlənməsi və rənglənməsi. Kompozisiyanın işlənməsi zamanı istifadə olunan
materiallar:
Sulu boya.
Quaş.
R
əngli qələmlər.
Tuş qələm.
R
əngli kağızlar.
Dostları ilə paylaş: