Trixosefalyoz
Trixocephalyozun (Trichocephalyosis) törədicisi – Tricho-
cerhalus trichiurus – tükbaş qurddur ( “Trichocephalus” y u-
nanca – “thrix” – tük, “cephale” – baş deməkdir).
Bu parazitə ancaq insanda təsadüf edilir. Erkəyinin uzunluğu
30-45 mm, dişisinin 30-50 mm-dir. Parazitin ön hissəsi tük şək-
lin də olur, arxa hissəsi isə yoğundur. Erkəklərin quyruq hissəsi
spiral şəklində olub, bir ədəd spikulası vardır. Yumurtası limon
şək lindədir, qütblərdə tıxacşəkilli törəmələr görünür, rəngləri q ı-
zı lı, ya sarımtıl-qonurdur. Parazitin bədəni ağ rəngdədir.
Bu parazitin yumurtası sadə üsulla xarici mühitdə inkişaf edir.
İnsan müxtəlif yollarla invazion yumurtalarla yoluxduqda, bu
sürfələr yumurtanın qabığından çıxaraq bağırsağın selikli q i şa -
sına yapışır. Bundan 10 gün sonra sürfələr kor bağırsağa daxil
616
olur və burada inkişaf edir. Yoluxmadan 30 gün sonra nəcisdə
parazitin yumurtasına təsadüf edilir. Parazit orqanizmdə 5 ildən
artıq yaşaya bilir.
Trixosefal insanın yoğun bağırsağında və bəzi hallarda nazik
bağırsağın aşağı hissəsində parazitlik edir. cinsi yetişkənliyə çat-
mış dişi fərd sutka ərzində 1000-dən 3500-ə qədər yumurta q o-
yur. Yumurtaların invazion sürfə mərhələsinə qədər inkişafı
12
0
C-dən 36-37
0
C temperaturda torpaqda gedir. Sürfələr 26-30
0
C
optimal temperaturda və kifayət qədər rütubət olduqda 17 gün
ərzində yetişir.
Bu qurd orqanizmə müxtəlif şəkildə təsir edir ki, bu da y o lux -
manın intensivliyindən və orqanizmin müqavimətindən asılıdır.
Trixosefalyoz zamanı mədə şirəsində dəyişiklik baş verir, b ə zən
də 12 barmaq bağırsaq xorasında olduğu kimi ağrılar mey dana
çıxır. Bundan başqa, xəstənin sinir sistemi də pozula bilir. İnten-
siv yoluxma zamanı mexaniki təsirdən, həmçinin z ə hər lənmə n ə-
ti cəsində bağırsağın selikli qişasında qanaxmalar, xırda yaralar və
nekroz müşahidə olunur. Parazitin iştirakı ilə bağır saqlarda iltihab
baş verir. Bu zaman parazitin asanlıqla bağırsağın daha dərin qat-
larına keçməsinə əlverişli şərait yaranır.
Trixosefalyozun epidemiologiyası askaridozun epidemiolo-
gi yasına bir qədər oxşayır, lakin onun yayılma sərhədi cənuba
meyillidir. Yayı bir qədər qısa və soyuq keçən şimal rayonla-
rında və isti, quraqlıq iqlimə malik olan zonalarda trixosefalyoz
nadir hallarda təsadüf edilir. Əhalinin il ərzində cinsi yetkinliyə
çat mış tükbaş qurdlarla invaziyalaşma dərəcəsi o qədər də dəyiş-
mir. Bu parazitin insan orqanizmində uzun müddətli parazitlik
etməsindən asılıdır və profilaktik tədbirlərin təşkilində öz əksini
tapır. Profilaktik tədbirlərdə əsas məqsəd invaziyalaşmış şəxsləri
vaxtında aşkar edib, onları müalicəyə cəlb etməkdir.
617
Ankilostomidozlar
Ankilostomidoz (Ancylostomidosis) iki xəstəlikdən – anki-
lostomoz (törədicisi – Ancylostoma duodenale) və nekatorozdan
(törədicisi – Necator americanus) ibarətdir.
Hər iki helmint ankilostomid fəsiləsinə daxildir. Bu hel mint-
lə rin biologiyası, törətdiyi xəstəliyin klinikası və müa li cə si çox
oxşar olduğu üçün xəstəliyin adı ümumiləş di ri lə rək “ankilosto-
midoz” adı altında birləşir.
Ancylostoma yunanca “Ancylos” – əyilmiş, “stoma” – ağız
söz lərinin birləşməsindən əmələ gəlmişdir. Bu helmintin erkəyi
8-11, dişisi isə 10-18 mm-dir. Diri halda rəngi açıq-qırmızı,
öldükdən sonra ağ rəngdə olur. Arxa tərəfə əyilmiş başı xitindən
ibarət kapsulla örtülüdür. Kapsulun ventral hissəsində iki cüt
qarmaq şəklində dişciyi, arxa hissədə isə bir cüt xırda iti dişciyi
vardır. Yumurtası şəffafdır, içərisində 2-4 kürəvari bölmə yer lə-
şir. Ölçüsü 56-61x34-40 mikrondur.
“Necator” – roman dilində “öldürən” mənasındadır. Nekato-
run erkəyi 5-10, dişisi isə 7,7-13,5 mm-dir. Baş hissəsi dorzal
əyilmişdir və kapsula ilə örtülüdür. Kapsulanın ventral his sə-
sin də iki ədəd kəsiçi lövhə yerləşir, dorzal hissədə isə iki cüt iri
dişi vardır. Spikulalar ox şəklindədir, yumurtası ankilostoma-
nınkı kimidir. Ancaq ondan bir qədər uzundur (64-76x38-40
mikron).
Ankilostomidoz, əsasən, tropik və subtropik ölkələrdə yayıl-
mışdır. Azərbaycanda bu xəstəliyə iki zonada – Zaqatala zona-
sında (Zaqatala, Balakən, Qax), Lənkəran zonasında (Masallı,
Lən kəran, Astara) təsadüf edilir. İnvaziyanın əsas mənbəyi i n-
san dır. Ankilostomidozların sürfələri adətən torpağın üst qatla-
rında yaşayır, lakin əlverişsiz şəraitdə bu sürfələr 1 m dərinliyə
miq rasiya edib, yenidən torpağın üst səthinə çıxa bilir. Bitkilərin
nəm gövdələri boyunca sürfələr 30 sm hündürlüyə qalxa bilirlər.
Onların horizontal istiqamətdə miqrasiyası məhduddur. Yumur-
taların və sürfələrin inkişafı 14- 37
0
C temperaturda gedir. Belə
şəraitdə invazion sürfələr öz yaşama qabiliyyətini bir həftə
ərzində saxlaya bilir. Ankilostomidoz ocaqlarının formalaşma-
618
sında rütübətin də həlledici əhəmiyyəti vardır. Torpağın və nə ci-
sin qurudulması sürfələri bir neçə saat ərzində ləğv edir. Onlar
üçün boş, məsaməli və reaksiyası neytral və ya zəif qələvi olan
torpaqlar daha əlverişli hesab olunur. Torpaqda normal şəraitdə
invazion sürfə öz həyat qabiliyyətini 7-8 həftə saxlaya bilir.
Parazitin sürfəsi dəridən orqanizmə daxil olduqda həmin yer-
də iltihabi proses əmələ gəlir. Bəzən xəstədə örə və subfebril h ə-
ra rət olur. Sürfə ilə birlikdə orqanizmə müxtəlif mikroblar da
keçir. Parazit on iki barmaq bağırsaqda yaşadığı üçün bağırsağın
selikli qişasına yapışaraq onu yaralayır, nəticədə yara və qanax-
maya səbəb olur. Bundan əlavə, parazitin ağzında xüsusi vəzilər
vardır ki, bunların ifraz etdiyi maddənin təsiri ilə sahibin orqa-
niz mində qanın laxtalanma prosesi olduqca zəifləyir və daimi
q a naxma nəticəsində insanda hipoxrom qanazlığı əmələ gəlir.
Bu parazit orqanizmə əksərən dəridən daxil olduğu üçün h ə-
min yerdə qaşınma və iltihabi proses müşahidə olunur. Xəs tə də
subfebril hərarət və ağciyərdə Patoloji dəyişiklik müşa hi də e di -
lir. Klinikanın gedişi invaziyanın dərəcəsindən və orqanizmin
im mun qabiliyyətindən asılıdır. Xəstəliyin ağır gedişində qarın
n a hiyəsində ağrılar, mədədə ağırlıq, ürəkbulanması, qusma və s.
k i mi hallar müşahidə olunur.
Diaqnozu Fülleborn üsulu ilə nəcisdə yumurtaların tapıl ması
ilə xəstəlik təyin edilir.
Ankilostomidozla yoluxma çox vaxt becərmə sahələrində kənd
təsərrüfatı işləri aparılarkən baş verir. Nekatorozla insan a y aq yalın
gəzərkən (dəri vasitəsi ilə), çirklənmiş torpaqla t ə mas da olduğu
zaman (yerdə uzandıqda, təsərrüfat və torpaq i ş ləri gör dükdə)
yoluxur. Ankilostomidozla yoluxma ağızla, yəni i n va zion sür fə-
ləri çirklənmiş qida, göyərti, tərəvəz, gilə mey və lər, su qəbul
edilməsi nəticəsində və nadir hallarda perkutan yol la baş verir.
Ankilostomidozlar əleyhinə profilaktik tədbirlərin əsa sını vax-
tın da xəstələrin aşkar edilməsi, onların dehelmintizasiyası və x a-
rici mühitdə nəcisin yayılmasına qarşı mübarizə təşkil edir.
619
Strongiloidoz
Strongiloidozun (Strongyloidosis) törədicisi – Strongyloides
stercoralis – xırda nematodadır. Strongyloides yunanca “strong-
ylas” – girdə, “eidos” – forma, “stercoralis” isə “stercos” – p e-
yin mənasındadır.
Parazitin daimi sahibi insan, fakültativ sahibi isə pişik və i t-
dir. Bunlar həm parazitar, həm də sərbəst həyat tərzi sürürlər. Bu
p a razitin uzunluğu 2,2, eni isə 0,03-0,07 mm olur, quruluşu iy
formasındadır. Ağız aparatında dodağı vardır. Qida borusu silin-
drik dir, bədənin uzunluğunun ¼ hissəsini təşkil edir.
Yumurtası çox nazik qabıqlı olub, ankilostomanın yumurta-
sına oxşayır. Sürfəsinin ikiqat qabarıq halda qida borusu vardır.
cinsi yetişkənliyə çatmış helmintlər adətən nazik bağırsağın
yuxarı hissələrində və on iki barmaq bağırsaqda yaşayır. Belə ki,
dişi parazitlər bağırsağın xovlarına daxil olur. Erkək parazitlər
isə bağırsaq boşluğunda qalır.
Dişi parazit yoluxmadan təxminən 17 gün sonra yumurta
qoyur. Yumurta qoyulan vaxt onların içərisində formalaşmış sür-
fə lər olur ki, onlar yumurtadan çıxan kimi sahibin nəcisi ilə bir-
lik də xarici mühitə yayılır. Xarici mühitdə sürfələrdən sərbəst
həyat keçirən parazitlər inkişaf edir. Dişilər mayalandıqdan son-
ra torpağa yumurta qoyur, həmin yumurtalardan isə rab dit şə kil li
sürfələr çıxır. Bu sürfələr qabıqdəyişmədən sonra silindr şək-
lində qida borusu olan filyarşəkilli sürfələrə çevrilir. Onlar insan
orqanizminə düşən kimi yeni nəsl verir. Əlverişsiz şəraitdə b a-
ğır saqdan ifraz olunmuş sürfələr rabditşəkilli sürfə mər hə lə si ni
keçirmədən filyarşəkilli invazion sürfəyə çevrilir.
Strongilid insana dəri və ağız vasitəsi ilə yoluxur. Qeyd e t-
mək lazımdır ki, hər iki halda sürfələr yetişkən parazit halına
keçmək üçün, hər şeydən əvvəl, sahibin qan damarlarında miq-
rasiya etməlidir. Dişisinin cinsi yetişkənliyə qədər inkişafı və
m a ya lanması yalnız bağırsaqda deyil, ağciyərdə də gedir. Bun-
dan sonra parazitlər adi yolla on iki barmaq bağırsağa düşür.
Rabditşəkilli sürfələr bağırsaqda bir gündən artıq qaldıqda
onlar xarici mühitə çıxmadan filyarşəkilli sürfələrə çevrilir və qan
620
damarlarında miqrasiya etdikdən sonra bağırsaqda yetkin para-
zi tə çevrilirlər.
Sürfələr miqrasiya etdikdə damarların divarını zədələyir, b u-
nun nəticəsində orqanlarda çoxlu kiçik qanaxmalar baş verir. Sür-
fələr ağciyərin toxumalarını da zədələyir, bu da çox vaxt pnev-
moniyaya səbəb olur. Sürfələrin həyat fəaliyyətinin məh s u lu və
onların parçalanması orqanizmdə allergiyanın yaranması ilə
təzahür edir. Strongiloidoz zamanı qanda eozinofiliyanın o l ma sı
allergiyanı göstərən xarakterik əlamətdir.
Yaşlı dişi parazitlər xovların içərisinə daxil olmaqla onları
y a ra layır. Mexaniki zədələmə ilə birlikdə sahib orqanizmə para-
zit zəhərlərinin təsiri mədə və bağırsaqların funksiyasının pozul-
masına səbəb olur.
Strongiloidoz tipik geohelmint olub, yer kürəsinin bütün q i-
tə lərində, xüsusən də rütubətli tropik iqlimə malik ölkələrdə
qey də alınıb. Azərbaycanda isə yüksək zonaları çıxmaq şərti ilə
bütün yerlərdə müxtəlif səviyyədə təsadüf edilir. İsti iqlimə m a-
lik zonalarda strongiloidozun yayılması üçün torpağın rütubətli
olmasının mühüm əhəmiyyəti vardır.
Tropik və subtropik ölkələrdə strongiloidoz əksərən kəskin
mədə-bağırsaq xəstəliyi şəklində təzahür edir, bəzən də kaxeksi-
yaya səbəb olur. Mülayim iqlim zonalarında strongiloidoz xro-
nik xəstəlik şəklində davam edir. Xəstəliyin əvvəlində bəzən
kəs kin enterokolit müşahidə olunur. Sonra isə bu hal kəskin ləş-
mək lə bərabər xroniki xarakter alır. Xəstəlik kəskinləşdikdə n ə-
cis də qan və selik müşahidə olunur. Əksərən temperatur artır, q a-
rında ağrılar, ürəkbulanma, qusma qeyd olunur. Ağır hallarda
dispeptik əlamətlərlə yanaşı, sağ qabırğa altında ağrılar baş verir.
Xarici mühitdə parazitlərin yaşaması və inkişafı üçün 28-34
0
C
temperatur lazımdır. Sürfələr soyuğa və quraqlığa qarşı çox həs-
sas dır. Xarici mühitdə sürfələr üçün oksigen, torpaqda kifayət d ə-
rə cədə nəmlik, üzvi qidalı maddələr və s. olmalıdır.
Strongiloidozun diaqnozu əsasən on iki barmaq bağırsaq ş i-
rə sinin tərkibində və ya nəcisdə rabditşəkilli sürfələrin tapılması
ilə qoyulur. Sürfələr təzə nəcisdə Berman və ya Şulmanın “B u-
rul ma” üsulu ilə tapılır.
621
İnsan strongiloidozla torpaqda ayaqyalın gəzdikdə, şaxtalarda,
tikinti də torpaq işləri gördükdə yoluxur. Yoluxma daha çox
zərərsizləşdirilməmiş insan nəcisini gübrə kimi istifadə e t dik də
baş verir.
Əhali arasında strongiloidozun profilaktikasının əsasını inva-
ziya laşmış şəxsləri vaxtında aşkar edib müalicəyə cəlb etmək və
x a rici mühiti nəcislə çirklənmədən qorumaq təşkil edir.
Trixostrongiloidoz
Trixostrongiloidozların (Trichostrongyloidosis)törədiciləri –
Trishostrongylusfəsiləsinə aid parazitlərdir. Bu parazitlər sap (0,5
sm-ə qədər) şəklindədir. Trixostrongilidlərin əsas sahibi otyeyən
heyvanlar, ilk növbədə iri və xırdabuynuzlu mal-qaradır. Müxtə-
lif cinslidirlər, yumurtaları oval, incə və şəffafdır, bir tərəfi nis bə-
tən nazikdir.
Bütün növ trixostrongilidlər təxminən eyni şəkildə inkişaf
edir. Xarici mühitə düşən yumurtalar əlverişli şəraitdə öz inkişa-
fını tamamlayır. 16-18
0
C hərarətdə təxminən 40 saata sürfələr
y u murtadan çıxır. Bu sürfələr 14 gün ərzində torpaqda iki dəfə
q a bı ğını dəyişərək invazion sürfə şəklinə düşür. İnva zi on sür fə-
lər qida vasitəsi ilə on iki barmaq və nazik bağırsaqlara daxil o la -
raq yetişkən parazitə çevrilir. Bəzən də parazitin sürfəsi d ə ri dən
orqanizmə daxil olaraq qan vasitəsi ilə bədəndə miqrasiya edir.
Trixostrongiloidozda mədə-bağırsaq yolunda baş verən poz-
ğunluq simptomları üstünlük təşkil edir: xəstələr dəqiq lokaliza-
siyası məlum olmayan qarın nahiyəsindəki ağrılardan, iştahanın
p o zulmasından, ürəkbulanması, bağırsaq pozğunluq larından ş i-
ka yət edirlər. Eyni zamanda xəstələrdə ümumi zəiflik, əsəbilik və
baş ağrıları qeyd olunur. Xəstəliyin gedişi uzunmüddətli o l duq da
öd yollarının diskineziyası, xolesistit və hipoxrom anemiya qeyd
edilir. Bəzi hallarda 54-58% eozinofiliya nəzərə çarpır.
Trixostrongiloidozlar geohelmintozlara aid olub, onların y a-
yılması, əsasən, iqlim şəraitindən asılıdır. Törədicilərin embrio-
nal inkişafı xarici mühitdə keçir. İnsanın yoluxması çiy tərəvəz,
mey və və giləmeyvə ilə qidalandıqda baş verir. Sürfələr isə insan
o r qanizminə torpaqla təmasda olan çirklənmiş əllə keçə bilər.
622
Trixostrongiloidozla mübarizə aparmaq üçün yoluxmuş xəstə
heyvanlar arasında müalicə işləri daima aparılmalıdır. Müalicə
z a manı toplanan peyin zərəsizləşdirilməlidir ki, invazion mate-
rial yenidən başqa yerlərə yayılmasın. İnvaziyalaşmış şəxslərin
m ü a licəsi ilə yanaşı, yaşayış yerlərində sanitar abadlığa da fikir
verilməlidir. Bundan başqa, əhali arasında geniş səhiyyə maarifi
işləri aparmaq lazımdır.
Toksokaroz
Toksokarozun (Toxocarosis) törədicisi insan askaridinə
bənzəyən iri, girdə nematodadır – Toxocara. O, çoxlu sayda
müx təlif növ ev heyvanlarının və vəhşi yırtıcıların bağırsaqla-
rında parazitlik edir. Lakin itlərdəki toksokar daha mühüm əhə-
miy yət kəsb edir.
Helmintozların arasında geniş yayılmasına və insanın patolo-
giyasında mühüm əhəmiyyətinə baxmayaraq, praktik həkimlər t ə-
rəfindən kifayət qədər öyrənilməyən larval toksokarozu xüsusi
qeyd etmək lazımdır.
İtlərin yetkin fərdlərin bağırsaqlarında orta yaşama müddəti 4
ay, maksimum 6 aydır. Toksokaranın dişi fərdi 200000-ə qədər
yumurta qoyur. Yumurtaların xarici mühitdə invaziv mərhələyə
q ə dər yetişməsi insanın digər geohelmintlərinin yumurtaları k i mi
tem peraturdan və rütubətdən asılıdır. Optimal temperaturda o,
15-20 gün ərzində tamamlanır. İnvazion yumur talarda 2 dəfə q a-
bıqdan çıxmış sürfələr yerləşir. Yumurtalar torpaqda uzun müd-
dət həyat qabiliyyətini və invazion xüsu siyyətini saxlayır ki, bu
da toksokarozun geniş yayılmasına səbəb olur.
İnsanın bağırsağına düşdükdə invazion yumurtalardan sür fə-
lər çıxır və bağırsağın selikli qişasından keçərək qan damarları
ilə qaraciyərə və ürəyin sağ payına daxil olur, digər üzv və toxu-
malara miqrasiya edir. Sürfələrin miqrasiyasına maneçilik törə-
dən diametri kiçik (0,02 mm) olan damarlardan sürfələr üzvlərin
parenximasına daxil olur və burada orqanizmin cavab reaksiya-
sından və xarakterindən asılı olaraq bir neçə il öz həyat qabiliy-
yə tini saxlayırlar.
623
Toksokarozda əsas Patoloji proseslərdən biri ocaqlı və ya g e-
ne ralizə olunmuş eozinofil qranulematoz törəmələrin əmələ gəl-
mə sidir. Bu zaman qanda yüksək (30%-dən çox) eozinofiliya
m ü şahidə olunur.
İnsanda helmint yalnız sürfə mərhələsində parazitlik etdiyi
üçün o, toksokaranın fakültativ sahibi sayılır. İnsan əksərən i n-
va zion yumurtalar mədə-bağırsaq yoluna düşdükdə yoluxur.
Yumurta ağıza çirkli əllərlə daxil olur və bu çox zaman uşaqlar
tor paqla oynadıqda, təmizlənməmiş tərəvəz, meyvə, giləmey və
və çirkli su qəbul etdikdə baş verir. Toksokarozun profilak tikası
tibbi-baytar xarakter daşıyır. Gigiyenaya yüksək səviyyədə ria-
yət etmək yoluxmanın qarşısını effektiv alır.
Enterobioz
Enterobioz (Enterobiosis,Oxyurosis) invaziyasını bizquy ruq
törədir. Bizquyruq (Enterobius vermicularis) – ağ rəngli, 0,5-1 sm
uzunluqda kiçik qurddur. Bədənin quyruq hissəsi itidir, “bizquy-
ruq” adını da buradan almışdır. Mikroskopun kiçik böyüdü cü-
sündə baxdıqda bizquyruğun ön ucunda kiçik şişginlik görünür,
qida borusu xarakterik şarabənzər genişlənməyə malikdir. Dişi
fərdin bədəni boyunca yumurtalarla dolu olan yumurtalıq k e çir.
Erkək qurdlarda quyruq hissə burulmuşdur.
Yumurtası rəngsiz, şəffafdır, qişası yaxşı görünür, hamardır,
n a zikdir. Yumurtanın daxilində inkişafının müxtəlif mərhə lə sin də
olan sürfələr görünür.
Bizquyruqlar insanın nazik bağırsağının aşağı şöbəsində və y o-
ğun bağırsaqda yaşayır. Onlar ön ucları ilə bağırsaq divarlarına
yapışırlar. Yetkin dişi qurdlar anal dəlikdən çox zaman gecə,
yuxu vaxtı çıxaraq perianal sahənin, aralıq, sağrı nahiyəsinin d ə-
risi üzərinə 5 mindən 15 minə qədər yumurta qoyur. 4-5 saatdan
sonra yumurtaların içərisində sürfələr inkişaf edir və onlar inva-
zion, başqa sözlə, insan üçün yoluxucu olurlar.
Dərini qaşıdıqda (bizquyruqların hərəkəti qaşınma ilə müşa-
yi ət olunur) bizquyruğun yumurtaları dırnağın altına, yatacaq a ğ-
larına, sonra qidaya, oyuncaqlara, qab-qacağa, ora dan isə ağıza
624
düşür və udulur. Bağırsaqda yumurtadan sürfələr çıxır və inkişaf
etməyə başlayır (yetkin mərhələ).
Bizquyruqların insan orqanizmində yaşama müddəti 1-2 aya
q ə dərdir. Lakin şəxsi gigiyena qaydalarını pozduqda özünü dai-
ma yoluxdurma nəticəsində bizquyruqlar bəzi xəstələrdə a y lar la
və hətta illərlə parazitlik edirlər.
Bizquyruq enterobiozun törədicisidir. Parazitin mexaniki və
a l lergik təsiri nəticəsində bir aparıcı simptomdan başqa (perianal
nahiyədə qaşınma), qarın nahiyəsində ağrılar, iştahanın pozul-
ması, baş ağrıları qeyd olunur.
Bəzən bizquyruqlar qadın cinsiyyət orqanlarına daxil olur və
onun iltihabını törədir. Bizquyruğun parazitlik etməsi disbakteri-
oza, başqa sözlə, bağırsağın normal mikroflorasının pozulmasına
gətirib çıxarır. O da öz növbəsində bağırsaq disfunksiyasının və
infeksiyalarının inkişaf etməsi təhlükəsini artırır.
Çox zaman xəstələrin özləri və ya yoluxmuş uşaqların vali-
deyn ləri anal dəlikdən “kiçik sapşəkilli qurdların” – bizquy-
ruqların xaric olmasını qeyd edirlər. Xaric olan helmintləri tap-
maq dəqiq diaqnoz qoymağa imkan verir.
Laborator metodlardan daha əhəmiyyətlisi yumurtaları aşkar
etmək məqsədilə perianal nahiyədən alınmış qaşıntı kütləsinin
mik roskopiyasıdır. Bu zaman 50%-li qliserin məhlu lunda isladıl-
mış pambıq tampondan istifadə etməklə bizquy ruğun diaqnosti-
kası daha yaxşı nəticə verir. Diaqnostikanın etibarlılığını artırmaq
üçün 2-3 gün fasilə ilə perianal nahiyədən üç dəfə qaşıntı materi-
alı götürmək lazımdır. Nəcisdə bizquyruq yumurtaları az hal larda
tapılır, çünki dişi qurdlar bağırsaqda, adətən, yumurta qoymur.
Enterobioza hər yerdə rast gəlinir. Lakin daha çox sanitar reji-
min gözlənilmədiyi uşaq kollektivlərində qeydə alınır. Profi-
laktika tədbirlərini təşkil etdikdə enterobiozun makroocaqlarını
(uşaq evləri, məktəb, internat), mikroocaqlarını (uşaq bağçasının
qrupu və ya ailə), qəsəbəni və ya bir rayonu əhatə edən ərazi
mak ro ocaqlarını nəzərə almaq lazımdır.
Məktəbəqədər müəssisələrdə uşaqları, həmçinin aşağı sinif
şagirdlərini ildə 1 dəfə laborator müayinədən keçirirlər. Bu z a-
man perianal nahiyədən qaşıntı kütləsini 2-3 gün fasilə ilə 3 dəfə
625
götürürlər. Əgər enterobiozla xəstələnmə 15%-dən yüksəkdirsə,
sonrakı müayinələri dayandırır və həmin kollektivin bütün uşaq
əhalisini müalicəyə cəlb edirlər.
Xəstə aşkar edildikdə ailənin bütün üzvləri mütləq müayinə
olunmalıdır. Uşaq kollektivinin xəstələnməsi 10% və daha yük-
səkdirsə, bu kollektivə gələn bütün uşaqların ailələrini də müayi-
nə dən keçirirlər. Uşaq kollektivində müalicə-profilaktika təd bir-
ləri həyata keçirilməsə, enterobiozla mübarizə faydasız o la caqdır.
Şəxsi gigiyena qaydalarına da mütləq əməl etmək lazımdır.
Dırnaqları qısa kəsdirmək, yataqdan durduqdan və tualetdən isti-
fadə etdikdən sonra, həmçinin yeməkdən əvvəl əlləri sabunla y u-
maq, yatmazdan əvvəl dar tuman geymək, səhər yataq və alt pal-
tarlarını isti ütü ilə ütüləmək lazımdır.
Uşaq bağçalarında sanitar və dezinfeksiya rejimi gözlənil mə-
lidir.
İctimai qidalanma müəssisələrinin işçilərini və onlara bəra bər
şəxslərin işə daxil olmazdan əvvəl, sonralar isə sanitar-helminto-
loji göstərişlərə görə laborator müayinəsini həyata keçir mək
lazımdır. Uşaq bağçasına yeni gəlmiş uşaqları laborator m ü a-
yinədən keçirmək, aşkar edilən yoluxmuş şəxsləri isə əvvəlcədən
müayinə etmək lazımdır.
Dostları ilə paylaş: |