Az rbaycan Respublikas t hsil Nazirliyinin


Əksepidemik tədbirlərin istiqaməti və məzmunu



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

Əksepidemik tədbirlərin istiqaməti və məzmunu.

Xəstənin erkən izolyasiyası – kollektivdə qripin yayıl ma sının 

qarşısının  alınmasına  yönəldilmiş  mühüm  tədbirlərdən  biri dir. 

Yüngül formalarda xəstələr evdə izolyasiya olunur. Ağır və orta-

ağır  formalarda  isə  hospitallaşdırılır.  Yüksək  xəstələn mə  qeyd 

olunduqda  müalicə  müəssisələrinə  karantin  qoyulur.  Epide mik 

ocaqda yaş üsul la yığışdırma ilə yanaşı, xəstənin şəxsi əşya ları, 

yataq ləva zimatı və s. xlorlu preparatlarla zərərsiz ləşdirilir. 



A qripi. A qripi tənəffüs yollarının kəskin yoluxucu xəs tə lik-

ləri  (TJKYX)  içərisində  geniş  öyrənilən  xəstəlikdir.  A  qripi 

epidemi yalar və vaxtaşırı pandemiyalar törətməsi ilə səciy yə vi-

dir.  Kliniki  cəhətdən  daxili  intoksikasiya  və  tənəffüs  yollarının 

z ə də lənməsi  ilə  özünü  göstərir.  Gizli  dövr  1-2  gündür. A  qri pi 

virusunun  popul ya siyası  antigen  quruluşu,  virulentlik  və  b aş   qa 

əlamətlərinə  görə  eyni  deyildir.  Virusun  serovarlara  bölün məsi 

onun iki səthi antigenlərinin (hemaqlü tinin, neyraminidaza) x ü su -

siy yətlərinə əsasən aparılır. Törədicinin 4 hemaqlütinin serovarı 

(H0; H1, H2, H3) və iki neyra minidaza serovarı (N1N2) məlum-

dur.  Onların  kombinasiyalarından  asılı  olaraq  qrip  virusunun 


292

a xı rın cı  5  pandemiyalarda  iştirak  edən  müxtəlif  sero varı  aşkar 

olunmuşdur.  Hemaqlütinin  hər  10  ildən  bir  dəyişir,  neyra mini-

daza isə hər 25 il ərzində 1 dəfə dəyişir. Bir serovar daxilində də 

bəzi əlamətlərinə görə heterogen və dəyişkən A qripi virusu p opul-

yasiyası aşkar edilir.

 Xəstəliyə həssaslıq, immunitet yaratmaq qabiliyyətinə görə 

insan populyasiyası müxtəlifliyi ilə səciyyələnir. Virusların ayrı-

ayrı serovarlarına qarşı yaranmış tipospesifik immunitet davamlı 

və  uzunmüddətlidir.  Sekretor  və  humoral  əkscisimlər  xüsusi 

müqavimət  amilləridir,  6-12  aydan  sonra  onların  titri  aşağı 

düşür.  Xəstəlikdən  sonra  yaranmış  immunitetin  müddətini  h  ü-

cey  rə amilləri təmin edir (T və B limfositlər). Anadan uşaqlara 

keçmiş  qripə  qarşı  əkscisimlər  8-11  aya  qədər,  süni  qidalanan 

uşaq larda isə 2-3 aya qədər saxlanılır.

A qripi virusu yuxarı və aşağı tənəffüs yolunun selikli qişası-

nın  silindirik  epitelində  yerləşir  və  havaya  tüpürcək  və  selikli 

qişa damcıları ilə ifraz olunurlar. Bəzi hallarda virus o r qa nizm-

dən gizli dövrdə xaric olur. Virusun ən fəal ifrazı xəstəliyin b i-

rinci günlərində baş verir. Epidemik ocaqlarda sağlam insanlar-

dan  da A  qripi  virusu  əldə  edilir,  onların  bir  hissəsində  virusa 

qarşı əkscisimlər tapılır. Bütün rekonvalessentlərin orqanizminin 

törədicidən tamamilə azad olması fikri təsdiq olunmamışdır.

Virusun xəstəlikdən 20-40 və bəzən 150-180 gün sonra xəs-

təlik  keçirənin  orqanizmdə  aşkar  edilməsi  təsvir  olunmuşdur. 

M üəy yən edilmişdir ki, virus immun birləşmələrdə əkscisimlərlə 

birlikdə  saxlanılır,  bu,  persistensiyanın  bir  təzahürüdür.  Yolu-

xucu  xəstəliyin  müxtəlif  dövr lə rində  əldə  edilmiş  virusun  key-

fiy yət  xassələri  eyni  deyildir.  Dəyişilmiş  və  müxtəlif  tərkibli 

virus populyasiyasının qarşılıqlı əlaqəsi A qripinin müxtəlif gedi-

şini təyin edir. TCKYX viruslarına qarşı insanların həs s as   lığının 

müxtəlifliyi  tez-tez  və  az  xəstələnmə  əlamətinə  görə  əhalinin 

struk turuna  təsir  edir.  Qrip  xəstəliyinin  gedişinin  ağırlığı  virus 

populyasiyasının dəyişkənliyi və tərkibinin müxtəlifliyi ilə əla mət -

dardır.

Tez-tez xəstələnən adamlarda xəstəlik əlamətləri aşkar edilir. 



Əlamətsiz  keçən  xəstəliyin  kiçik  yaşlı  uşaqlarda  2,5-3  dəfə, 

293

yeniyet mələrdə 5-6 dəfə orta göstəricilərdən aşağıdır. Bu, tez-tez 

xəstələnənlərin yüksək epidemioloji təhlükəli olduğunu göstərir.

Xəstəliyin  kəskinliyinin  törədicinin  keyfiyyətindən  asılı 

olması epidemik prosesin müxtəlif dövrlərində uşaqların xəstə-

lən  məsi üzərində aparılan nəzarətlə sübut edilmişdir. Uşaqlarda 

immunitetin olmaması imkan vermişdir ki, bu xüsusiyyətin törə-

dicinin virulentliyi hesabına yarandığını təsdiq etsin. Hazırda A 

qrip virusunun pandemik variantının antroponoz təbiətli olması 

fikri  qəbul  edilmişdir.  Bu  fikir  ümumi  epidemioloji  qanunauy-

ğunluğa  törədicinin  populyasiyasının  və  sahibin  qarsılıqlı  təsir 

nəticəsində dəyişkənliyi ilə baş verməsi əsaslandırılır.

Növbəti pandemiya çox vaxt cənub-Şərqi Asiyanın tropik r a-

yonlarında  başlanmışdır.  Belə  təsəvvür  yaranmışdır  ki,  oradan 

xəstəlik bütün dünya ölkələrinə yayılır. Ancaq yeni antigen vari-

antından  asılı  olmayan A  qripi  ocaqlarının  yaranması  da  inkar 

edilmir. Təcrübə göstərir ki, şəhərlərdə yeni virusa qarşı əks ci-

sim lərin  titrinin  artması  xəstəliyin  başlanmasına  bir  neçə  həftə 

qalmış qeyd edilir.

Törədicinin pandemik variantı əvvəl dövr edən varianta qarşı 

kollektiv immunitetin olması şəraitində yaranır. O, antigen quru-

lu şu nun dəyişməsi (antigen dəyişkənliyi), epidemik fəallıq təza-

hür  olu nan  kontagiozluq  və  yüksək  virulentliklə  özünü  b ü ruzə 

verir. Tipo spe sifik immunitet olmadığından virus əhalinin bütün 

yaş  qruplarını  yoluxdurur.  Epidemiyanın  inkişafı  döv rün də 

əhalinin yoluxmasının 30%-ə qədər çatması nəticəsində im mun 

təbəqə əmələ gəlir ki, o da tö rə dicinin bioloji xü su siy yət lərinin 

dəyişkənliyinə  şərait  yaradır,  bə zi  insanların  orqa niz mində  isə 

v i rus saxlanma vəziyyətinə keçir. Qri pin görə epidemiyalararası 

dövrü  başlanır,  ancaq  viruslar  tam  yox  ol mur.  Onlar  zəif 

dövretmə  nəticəsində  persistent  vəziyyətdə  qa lırlar.  Deyi lən  lər 

seroloji üsullarla sübut edilir. Bu dövrdə virusun bioloji xas sələri 

dəyişdiyindən onu laborator üsullarla əldə etmək çətin lik törədir.

 Bir-iki ildən sonra yeni pandemiyanın hazırlanması başlanır. 

Epidemiyaqabağı vəziyyət törədici populyasiyanın bioloji xas sə-

lə   rinin daxili dəyişkənliyi və antigenin qismən dəyişikliyi (anti-

gen dreyfi) ilə səciyyələnir.


294

Növbəti  pandemiyalarda  əhalinin  immunoloji  quruluşunun 

xüsu siy yətlərindən asılı olaraq uşaqların əksəriyyətinin xəstələn-

mə si qeyd edilir. A (H3 N2) virusu tərəfindən törədilən pande-

miya zamanı uşaqların xəstələnməsi böyüklərə nisbətən əhəmiy-

yət li  dərəcədə  yük səlmişdi.  Bu  dövrə  qədər  15  yaşdan  yuxarı 

əha lidə virusun müxtəlif variantları (H3N2) ilə təmasda olduqla-

rına görə onlarda immunitet əmələ gəlmişdi. Tipospesifik ümu-

mi immunitetin səviyyəsinin artması ilə törədicinin növbəti pan-

demik variantının yaranmasına şərait yaranır.



Profilaktika və mübarizə tədbirləri. A qripi xəstəliyinə qar-

şı  spesifik  profilaktika  məqsədi  ilə  son  illərdə  hazırlanmış  vak-

sinlərdən  geniş  istifadə  edirlər.  Hazırda  diri,  öldürülmüş,  elə cə 

də  kimyəvi  (detergentlər  vasitəsi  ilə  reaktogenliyə  səbəb  olan 

lipid lərin  kənar  edilməsi)  vaksinlər  vardır.  Son  zamanlar  qeyd 

edilən  vaksinlər  sırasından  3  yaşından  yuxarı  uşaqlar  üçün  də 

vaksinlər hazırlanır. Müxtəlif növ vaksinlər nəzarət olunan epi-

demioloji  sınaqlardan  keçirilmişdir.  Onların  keyfiyyət  indeksi 

əksər hallarda 1,0-3,0 arasında dəyişmişdir.

Müasir  dövrdə  peyvəndin  strategiyası  dövr  edən  törədicinin 

növü və virusun proqnozlaşdırılmış variantı əsasında qurulur. G ə

-

lə cəkdə qrip virusu populyasiyanın genofonunda olan bütün anti-



gen variantlarına qarşı müdafiə tədbirləri həyata keçiril məli dir.

  Təcili profilaktika.  Qripə  qarşı  təcili  profilaktika  vasitələri 

digər kəskin yuxarı tənəffüs yollarının virus xəstəliklərində də t ə-

sir lidir. İnsanın leykositar interferonunun qrip zamanı profilaktik 

əhəmiyyətinin qiymətləndirilməsi nəticəsində müəyyən edildi ki, 

onun  effektivlik  indeksi  böyüklərdə  1,5-1,9,7  yaşa  qə dər  uşaq-

larda 1,6-7,0-dir. Ocaqlarda təcili profilaktika zamanı diri vaksin-

lərlə endogen interferonun induksiyası perspektiv v a si  tədir.

Əldə  olunmuş  məlumatlara  əsasən,  oksalinin  təsiri  nəticə-

sində epidemik ocaqda xəstələnmə müdafiə vasitələrinin istifadə 

edilmədiyi ocaqlara nisbətən 1,5-1,8 dəfə aşağı düşmüşdür.

Əvvəlcədən qripə qarşı peyvənd olunmuş donorların qanın-

dan  hazırlanmış  immunoqlobulində  yüksək  titrdə  əkscisimlər 

vardır və o, qripə qarşı daha təsirlidir. Böyüklərin orqanizmində 

immunoqlobulin zülallarının yarımparçalanma vaxtı 14 gündür, 


295

uşaqlarda isə 22 gündür. Beləliklə, immunoqlobulinin qeyd edi-

lən intervalla iki dəfə yeridilməsi qrip epidemiyasından qorun-

maq  üçün  kifayətdir.  İmmu noqlobulinin  3  yaşa  qədər  uşaqlara 

istifadəsi daha əhəmiy yət lidir,  çünki bu  yaşda uşaqlar peyvənd 

edilmirlər, onlara bütün epidemiya dövründə gündə 2 dəfə inter-

feron  verilməsi  məsləhət  görülür.  Re man tadin  ver mək lə  təcili 

profilaktikanın effektivliyi planlı verildikdə 1,0-dən 2,0-yə qədər 

və ocaqda tətbiq edilməsi nəticəsində 3,0-dən 10,3-ə qədər artır.

Epidemioloji nəzarət. Epidemioloji nəzarətdə əsas məqsəd 

qrip  xəstəliyində  epidemik  prosesin  inkişaf  qanunauyğunluqla-

rını öyrənmək, əhali arasında ayrı-ayrı sosial-yaş qruplarında A 

qripi ilə xəstələnmə göstəricilərinin səviyyəsinin aşağı salınması 

və  aparılan  tədbirlərin  effektivliyini  öyrənməkdir.  Buna  nail 

olmaq üçün aşağıdakı məsələləri həll etmək lazımdır:

-  peyvəndin  təşkil  edilməsi,  etiotrop  müalicə  və  laborator 

m ü ayinənin təşkili;

- törədicinin epidemik variantının yayılması gözlənilən kol-

lek tivlərdə  (ilk  növbədə  məktəbəqədər  müəssisələrdə  və  mək-

təb lərdə) epidemiyadan əvvəl peyvəndin aparılması;

- işləyən əhalinin, yaşlı şəxslərin və xronik xəstələrin müda-

fiəsi üçün qripə qarşı peyvəndləmənin aparılması;

- xəstələrin birinci müraciət etdiyi ərazidə erkən və etiotrop 

müalicənin təşkili və ocaqlarda təcili profilaktikanın aparılması;

- ocaq yaranmışsa, rejim-məhdudlaşdırıcı, sanitar-gigiyenik və 

dezin feksiya tədbirlərinin, xəstəlik yüksək olan sahələrdə m üa licə 

və hospitallaşdırma tədbirlərinin yerinə yetirilməsi;

- mütəşəkkil kollektivlərdə kəskin respirator xəstəliklərlə tez-

tez xəstələnən şəxslərin aşkar edilməsi və immunmodulyatorlar-

dan istifadə etməklə onların müdafiəsi;

-  xəstəliyin  etioloji  diaqnostikasını  təşkil  etmək  üçün  ocaq-

larda laborator müayinələrin aparılması;

-  laborator  müayinənin  nəticələrinin  qiymətləndirilməsi  və 

xəstələnmənin strukturunun təyin edilməsi;

- ayrı-ayrı epidemiyaəleyhinə tədbirlərin effektivliyinin m ü-

əy  yən edilməsi.

Laborator  diaqnostika.  Laborator  diaqnostika  törədicinin 

əldə edilməsinə, spesifik əkscisimlərin aşkar edilməsinə və sito-



296

loji  üsullara  əsaslanır.  Daha  çox  virusun  10-11  günlük  toyuq 

embrion larının burun-udlaq yuyuntusu ilə yoluxdurulması vasi-

təsi ilə alınmasından istifadə edilir. Toyuq embrionları yolux du-

rul duqdan sonra 33-35

0

C temperaturda termostatda y er ləş  dirilir.



Virusu (əsasən B variantı) toyuq və insan embrionunun baş-

lanğıc hüceyrələrinin burun-udlaq yuyuntusu ilə yoluxdurmaqla 

əldə etmək olar. Virus əvvəl hemadsorbsiya və ya hemaqlütina-

siya  ilə  təyin  edilir,  sonra  HART  neytratizasiya  və  ya  immun-

flüo ressensiya üsulları ilə virusların növləri müəyyən edilir.

Seroloji üsullardan ən çox HART sınaqdan və KBR-dan isti-

fadə edilir. Hər iki halda əkscisimlərin 4 dəfə artması diaqnostik 

əhə miyyət daşıyır, bu məqsədlə 2 həftə intervalla cüt zərdablar 

götü rülür və eyni vaxtda müayinə edilir.

Ekspress diaqnostika qrip virusunun spesifik antigeninin i m-

munflüoressensiya  üsulu  ilə  aşkar  edilməsinə  əsaslanır.  Epide-

miya  dövründə  laborator  müayinə  vasitəsilə  törədicinin  aşkar-

lanması, tədqiqi aparılır və immunitetin gərginliyi öyrənilir.

B qripi. B qripi sərbəst xəstəlik olaraq özünəməxsus epidemi-

oloji  və  kliniki  xüsusiyyətlərə  malikdir.  B  qripi  virusu  A  qripi 

virusuna nisbətən sabitdir. Lakin burada da hemaqlütinin fərqi a ş-

kar edilmişdir və o, nisbətən daimidir. Neyraminidazanın d əyiş -

kənliyi  daha  az  təzahür  edir.  Bununla  yanaşı,  virusun  müx tə lif 

antigen variantının dövr etməsi aşkar edilmişdir.

B  qripinin  inkubasiya  dövrü  A  qripinə  nisbətən  bir  qədər 

u zundur  -  2-3  gündür.  Belə  hesab  edirlər  ki,  B  qripi  virusuna 

qarşı immunitet 3-5 il davam edir, bunu epidemiyalararası inter-

vallarla  hesablayırlar.  Epidemiyanın  dövrülüyü,  ola  bilsin  ki, 

törə dicinin dəyişkənliyi ilə əlaqədardır.

 

C  qripi.  C  qripi  az  öyrənilmiş  yoluxucu  xəstəlikdir.  Hesab 

edi lir  ki,  uşaq  yaşlarında  xəstələnmə  nəticəsində  C  qripi  viru-

suna qarşı immunitet yaranır.



297

Paraqrip

Paraqrip tənəffüs yollarının kəskin xəstəliyidir, əsasən tənəffüs 

yollarının selikli qişasını zədələyir (qırtlaq iltihabı daha çox qeyd 

edilir).


Qısa  tarixi  məlumat  və  yayılması.  1956-cı  ildə  chanosk 

la rinqo-bronxitli  2  uşaqdan  əldə  etdiyi  CA  (croup  associated) 

virusunu,  1958-ci  ildə  respirator  xəstəliyi  ilə  xəstə  uşaqdan 

hemadsorbsiya  üsulu  ilə  meymun  böyrəyi  hüceyrələrində  əldə 

etdiyi  2  virusu  təsvir  etmişdir.  Bu  virusların  qrip  virusundan 

fərqlənməsi  tədqiqatlarla  təsdiq  olunmuşdu.  Buna  əsasən And-

rews, Bang, Chanock, В.М.Жданов və b. 1959-cu ildə bu viru-

sun  paraqrip  adlandırılmasını  təklif  etdilər.  Sonra  ÜST-ün 

viruslu  tənəffüs  yoluxucu  xəstəlikləri  Komitəsinin  ekspertlər 

qrupunun  qərarına  əsasən  bu  xəstəlik  paraqrip  adlandırıldı. 

Paraqrip geniş yayılmış xəstəliklərə aid olaraq dünyanın bir çox 

ölkələrində  –  ABŞ,  Kanada,  İngiltərə,  Fransa,  İtaliya,  Dani-

marka və s. aşkar edilmişdir. MDB ölkələrində paraqrip xəstəliyi 

x ü susilə  uşaqlar  arasında  tək-tək  və  yerli  epidemik  alovlanma 

şəklində  geniş  yayılmışdır.  Onun  rəsmi  qeydiyyatı  aparılmır. 

Çox vaxt bu xəstəlik “qrip”, “kəskin zökəm”, “sətəlcəm” və s. 

diaqnozlar  altında  qeydə  alınır.  MDB  ölkələrində  uşaqlar  ara-

sında  kəskin  tənəffüs  yollarının  yoluxucu  xəstəliklərinin  orta 

hesabla 12-16%-ni paraqrip təşkil edir.

Etiologiyası.  İnsanların  paraqrip  xəstəliyini  paraqrip  1  – 

PQ-1 (NA-2 virus və ya yeni anadan olanların sətəlcəmi), paraq-

rip 2 – PQ-2 (SA virus, yalançı qrip, kəskin larinqo-traxeo-bron-

xit virusu), paraqrip 3 - PQ-3 (hemadsorbsiya edən virus NA-İ), 

paraqrip 4 – PQ-4 (hemoadsorbsiya edən virus M-25) virusları 

törədir. Onlar RNT tərkibli paramiksoviruslar (Paramyxovirus) 

ailəsinə aiddir. Viruslar girdə və ya yumurtayabənzər, bəzən qan-

teləbənzər  şəkildə,  orta  ölçüsü  150–200  nm-dir.  Lakin  600  nm 

ölçüsündə pleomorf virionlara da rast gəlinir. Virion nukleopro-

teid,  S  və  O  antigenlər,  örtük,  virusun  enzim  və  hemaqlütinin 

fəallığını təmin edən (V-antigen) fəal hissəsindən ibarətdir. Mey-

mun və insan embrionlarının böyrək hüceyrəsində yaxşı inkişaf 



298

edirlər.  PQ-1  və  PQ-4  virusları  ancaq  başlanğıc  hüceyrələrdə 

bitirlər,  PQ-2  və  PQ-3  –  başlanğıc  və  təkrari  hüceyrələrdə 

(am niotik hüceyrə, KV, Ner-2, SOTS) inkişaf edərək hüceyrələrin 

məhvinə  (sitopatik  təsir)  səbəb  olur.  İnsandan  alınmış  viruslar 

laborator heyvanlar üçün patogen deyildir. Onlara qismən siço-

vullar  həssasdır.  Bu  viruslar  cavan  qvineya  donuzları  və  siriya 

dağ siçanlarında simptomsuz xəstəlik törədir.

Paraqrip virusları xarici mühitə az davamlıdır, temperatur və 

işıq təsirindən tez məhv olurlar. 56

0

С-də 15 dəqiqə ərzində yolu-



xuculuq qabiliyyətini itirirlər, otaq temperaturunda 5 gün yaşa-

yırlar. PQ-1, PQ-2, PQ-3 virusları mənfi 60

0

С-də bir neçə il sax-



lanılır. Bu viruslar turş və qələvi mühitdə tez məhv olurlar, turş 

mühitdə  yoluxuculuq  qabiliyyətini  tez  itirirlər.  Formalin,  efir, 

ul tra bənövşəyi şüalar virusları bir neçə saat ərzində məhv edir lər.

Həssaslıq.  Paraqrip  virusları  əksərən  kiçik  yaşlı  uşaqlarda 

xəstəlik  törədir.  Bəzən  bu  viruslar  ana  bətnində  yoluxma  nəti-

cəsində yenido ğulmuşlar arasında qeyd edilir. Yenidoğulmuşla-

rın qanında anadan alınan spesifik əkscismilər aşkar edilir, onlar 

uşağın 5–10 aylığına qədər yox olurlar. Bir yaşdan yuxarı uşaq-

ların böyük qismində PQ–3 viruslarına qarşı əkscisimlər yaranır, 

3-5  ildən  sonra  isə  uşaqların  çoxunda  bütün  viruslara  qarşı 

əkscisimlər qeyd edilir. Böyüklərin ancaq 6%-də paraqrip virus-

larına qarşı əskcisimlər aşkarlanmır. Bütün yaş qruplarında PQ-3 

virusuna qarşı əkscisimlər digərlərinə nisbətən daha çox əmələ 

gə lir.

Xəstəlik  keçirəndən  sonra  immunitet  əmələ  gəlir,  əhalinin 



çox hissəsində o, 5-6 yaşa qədər yaranır. Xəstəliyi keçirənlərdə 

virusu  neytrallaşdıran,  komplementi  birləşdirən  və  hemaq lü ti-

nin lərə  qarşı  əkscisimlər  əmələ  gəlir.  Onların  müdafiə  müddəti 

4-6 aydan 1-2 ilə qədərdir. İmmunitet tipospesifikdir.



Epidemioloji xüsusiyyətləri. İnfeksiya mənbəyi xəstə insan-

dır. Xəstələr inkubasiya dövründən başlayaraq rekonvalessensiya 

dövrünə qədər törədiciləri ifraz edirlər. Heyvanların, x ü su silə g ə-

mi  ricilərin  və  iribuynuzlu  heyvanların  paraqrip  t ö     rə       di  cilərinin 

k e çirilməsində rolu tam aydın deyildir.

İnəklərdə  PQ-3-ə  bənzər  viruslar  tapılmışdır,  ancaq  onların 

insan  patalogiyasında  əhəmiyyəti  qeyd  olunmamışdır.  İnsan  və 


299

heyvanların bir-birlərini yoluxdurmaq imkanı müəyyən edilmə-

mişdir.

3 yaşdan yuxarı uşaqlarda və böyüklərdə paraqrip bəzən noz o-



faringit  şəklində  atipik  keçir.  Belə  şəxslər  kollektivdə  qalarsa, 

virusların  aktiv  keçiricilərinə  çevrilirlər.  Simptomsuz  virusgəz-

dirənlər 0,2-0,7% halda aşkar edilir.

Paraqrip  damcı  şəklində  yayılan  xəstəlikdir.  Törədici  xarici 

m ü hitə  öskürək,  asqırma  zamanı  seliklə  ifraz  olunur.  Virus  ən 

çox  burun-udlaq  seliyi  ilə  xəstəliyin  kəskin  dövründə  (ilk  2-3 

gündə)  xaric  olur.  Rekonvalessensiya  dövrü  uzandıqda,  kataral 

əlamətlər  olduqda  virus  12-ci  günə  qədər  aşkar  edilir.  Bəzən 

törə dici məişət əşyaları (qab-qacaq, üz və burun dəsmalı) ilə k e-

çi rilə  bilər.  Paraqrip  xəstəliyi  bütün  il  boyu  tək-tək  və  məhəlli 

alovlanma şəklində qeyd edilir. Xəstələrin sayı yay fəslində aza-

lır, yaz və payız-qış aylarında isə çoxalır. Oktyabr-dekabr ayla-

rında  paraqrip  bütün  KcTX-nin  40%-ni  təşkil  edir.  Bəzən  yay 

aylarında da paraqripin epidemik alovlanmaları qeyd edilir.



Patogenez və klinikası. Paraqripin patogenezi kifayət d ə rə-

cədə öyrənilməmişdir. Viruslar tənəffüs yollarının selikli qi şasını 

zədələyir;  epitel  hüceyrələrində  inkişaf  edir,  onun  dağılmasına 

səbəb  olur.  Burun  yollarını  və  qırtlağı  örtən  epitel  daha  çox 

zədələnir. Selikli qişa zəif qızarır, şişir, selik ifraz edir. Qırtlağın 

selikli  qişasının  zədələnməsi  paraqrip  üçün  səciyyəvidir.  Uşaq-

larda yalançı inağ əmələ gələ bilər. Xəstəlik inkişaf etdikdə tra-

xeyanın  (kəskin  laringotraxeit)  selikli  qişası  zədələnir,  bronxit, 

bronxiolit  və  ağciyərin  sətəlcəmi  də  baş  verə  bilər.  Çox  vaxt 

viruslu  paraqrip  bakteriyalar  tərəfindən  törədilən  iltihabla  bir-

likdə qeyd edilir. İnkubasiya dövrü PQ-3 zamanı 2-5 gün, PQ-1 

5-7 gündür. Orta hesab la inkubasiya dövrü 2-6 gündür. Paraqri-

pin  klinik  gedişi  müxtəlifdir  –  yüngül  əlamətsiz  gedişdən  ağır 

xəs  təlik halına qədər. Yüngül, inapparant forma, bir qayda ola-

raq  böyüklərdə,  ağır  hallar  isə  kiçik  yaşlı  uşaqlarda  (2-3  yaşa 

qədər) müşahidə edilir. Paraqripin proqnozu yaxşıdır, amma ağır 

klinik gedişdə (yalançı inağ, ağırlaşmış ağciyər sətəlcəmi, MSS-

nin zədələnməsi) ölümlə nəticələnə bilər. Təkrar xəstələnmə z a-

manı bir çox hallarda xəstəlik hərarətsiz keçir.


300

Profilaktika  və  mübarizə  tədbirləri.  Spesifik  profilaktika 

işlənməkdədir. 1-3 növ paraqrip viruslarından hazırlanan, forma-

linlə öldürülmüş və diri attenuasiya edilmiş vaksinlər sınaqdan 

keçirilir.

Ocaqda  ümumi  tədbirlər  xəstələrin  erkən  aşkarlanmasından 

və xəstələrin təcrid edilməsindən (izolyatorlarda, arakəsmələrlə), 

dezinfeksiyaedici  maddələrlə  otaqların  nəm  yığışdırılmasından, 

xəstənin  şəxsi  gigiyenasından  (fərdi  qab-qacaq,  burun  dəs mal-

larının təmizlərlə əvəzlənməsi və s.) ibarətdir. Ümumi gigiyenik 

təd birlərə  (havanın  dəyişilməsi,  nəm  təmizləmə,  uşaq  müəs si-

sələrində və isteh sa latda sıxlığın aradan qaldırılması) böyük əhə-

miy yət verilməlidir.



Laborator diaqnostikası. Paraqripin laborator diaqnostikası 

virusların  əldə  edilməsi  və  qan  zərdabında  onlara  qarşı  əksci-

simlərin aşkar edilməsinə əsaslanır. Virus burun-udlaqdan götü-

rülmüş  möhtəviy yatın  müxtəlif  hüceyrə  kulturalarını  (meymun 

və insan embrionu, böyrək, Nep-2, Hela, KB, SOS və B hücey-

rələri)  yoluxdurmaqla  aşkar  edilir.  Alınmış  virus  ştamlarının 

stan  dart  viruslarla  eyniliyini  təyin  etmək  üçün  neytrallaşdırma, 

kom plementin birləşmə və hemaqqlütinasiyanı ləngidən üsullar-

dan i s ti fadə olunur.

İmmunflüoressensiya üsulundan ekspress diaqnostikada isti-

fadə edilir ki, bu da yenidoğulmuşların, südəmər və kiçik yaş lı 

uşaq ların diaqnostikasında böyük əhəmiyyəti kəsb edir.

Retrospektiv diaqnostika məqsədilə kəskin xəstəlik və rekon-

valessensiya dövründə götürülmüş iki qan zərdabında viruslara 

qarşı yaranmış əkscisimlərin titrini müəyyən etmək üçün komp-

le menti birləşdirən, hemaqqlütinasiyanı ləngidən dolayı hemaq-

qlütinasiya reaksiyalarından istifadə edilir. Hemaqlütininə qarşı 

əkscisimlər  xəstəliyin  8-10-сu  günündə,  komplementi  birləş di-

rən əkscisimlər isə 2-3-cü həftəsində aşkar edilir. 


301


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin