Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

Diaqnostika.  Diaqnoz  klinik-epidemioloji  və  laborator  m ə-

lu  matların  əsasında  qoyulur.  Laborator  diaqnostikaya  bak ter i-

oskopik və bakterioloji metodlar aiddir, erkən diaq nostika məq sə-

dilə –immunoflüoressensiya metodundan istifadə olunur. Həm çinin 

qara  yaranın  allerqoloji  diaqnostikası  tətbiq  olunur  ki,  bu  da 

antraksinlə  dəriiçi  sınaqla  aparılır  və  xəstəliyin  5-ci  günündən 

müs bət nəticələr verir. Laborator müayinələr üçün material kimi 

vezikulların və karbunkulların möhtəviyyatı, həmçinin septik for-

mada bəlğəm, qan, ifrazatlar və qusuntu kütlələri götürülə bilər. 

Qara yara xəstəliyini saqqo, adi furunkul və karbunkul, taun, tul-

yaremiya,  qızılyel,  digər  etiologiyalı  pnevmoniyalar  və  sepsislə 

diferensiasiya edirlər.



Proqnoz. Adekvat terapiya aparılmadıqda qara yaranın dəri 

formasında  ölüm  göstəricisi  20%-ə  çatır,  vaxtında  və  adekvat 

müalicə  aparıldıqda  1%-dən  yüksək  olmur.  Ağciyər,  bağırsaq 

formalarında isə o, 100%-ə yaxınlaşır, hətta müasir antibakterial 

preparatların erkən təyin edilməsi letal nəticənin qarşısını almır.


573

Müalicə  və  profilaktika.  Qara  yaranın  etiotrop  terapiyasını 

anti biotiklərlə qara yara immunoqlobulini ilə birgə aparırlar. Peni-

sillin  təyin  edirlər.  Patogenetik  terapiyada  kolloid  və  kris talloid 

məhlullar,  plazma,  albumin,  qlükokortikos te roidlər dən  i s ti fadə 

olunur.  Xəs tə li yin  dəri  formasında  cərrahi  mü daxilələr  yolve ril-

məzdir: onlar infeksi yanın yayılmasına gətirib çıxara b i lər.

Qara yara zamanı profilaktik tədbirlər baytarlıq və tibbi-sani-

tar tədbirlərə bölünür.

Baytarlıq  xidməti  aşağıdakıları  həyata  keçirir:  qara  yaraya 

görə  qeyri-sağlam  məntəqələrin  aşkarlanması,  qeydiyyata  alın-

ması, pas port laşdırılması; qeyri-sağlam məntəqələrdə kənd t ə sə r -

rüfatı hey van larının planlı immunlaşdırılması; heyvan qə biris tan-

lığının,  heyvan la rın  daşındığı  yolların,  otlaqların,  hey   van  darlıq 

ob yekt lə ri nin və s. və ziyyəti üzərində nəzarət; heyvani mənşəli 

xam malın h a zır lanması, sax lanması, daşınması və emalı zamanı 

sanitar-baytarlıq  qayda la rının  gözlənilməsinə  nəzarət;  heyvan-

larda qara yaranın vaxtında diaq nostikasının aparılması, onların 

izol yasiyası və müalicəsi, epizootoloji ocağın epizootoloji müa-

yi nəsi,  ölmüş  heyvanların  cəmdəklərinin  zərərsizləşdirilməsi, 

ocaq da cari və yekun dezinfeksiyanın aparılması; əhali arasında 

sanitar-baytarlıq sahə sin də təşviqat işinin aparılması.

Qara  yaraya  qarşı  tibbi-sanitar  təbdirlər  kompleksinə 

da xil dir:  qara  yaraya  görə  qeyri-sağlam  məntəqələrdə;  həmçi-

nin heyvani mənşəli xammalın hazırlanması, saxlanması, daşın-

ması və emalı za ma nı ümumi-sanitar profilaktik tədbirlərə riayət 

olun ma sına nəzarət; qara yara ilə yüksək yoluxma riskinə məruz 

qa lan şəxslərin vak sinprofilaktikası (göstərişlərə əsasən); insan-

ların  qara  yara  ilə  yolux ması  zamanı  xəstəliyin  vaxtında  diaq-

nos   tikasının  aparılması;  xəstələrin  məcburi  hospitalizasiyası  və 

m ü a licəsi, xəstə şəxsin olduğu mənzilin, yerin yekun dezinfeksi-

yası, infeksiya mənbəyi ilə və ya törədicilərlə çirklənmiş məh-

sul lar və əşyalarla təmasda olanlar arasında təcili profilaktikanın 

aparıl ması; əhali arasında sanitar-təşviqat işi.

Qara yaradan ölmüş insanların cəsədlərini,  əgər  diaqnoz 

təsdiq olunmuşdursa, təşrih etmirlər. Qara yaradan ölmüş insan-

ları (meyitləri) adi qəbiristanlıqda epidemik təhlükəsizlik təd bir-

lə rinə əməl etməklə basdırırlar.



574

• Qara yara ilə xəstənin (meyitin) olduğu yer dezinfeksiya edi-

lir. Xəstənin əşyaları kamera üsulu ilə zərərsizləşdirilir.

• Qara  yara  ilə  xəstə  şəxs  və  ya  heyvanlarla  təmasda  olmuş 

şəxslər  üzərində  ocaq  tam  ləğv  olunana  qədər  tibbi  müşahidə 

qoyulur.


İnsanların  profilaktik  planlı  vaksinasiyası.  Qara  yaraya 

qarşı peyvəndə aşağıdakılar cəlb olunur:

–  qara  yara  törədicilərinin  diri  kulturaları,  yoluxmuş  labo-

rator heyvanlar və ya törədicilərlə yoluxdurulmuş müayinə m a-

te rialı ilə işləyən şəxslər;

– zoobaytarlıq işçiləri və ya heyvanları öldürməzdən əvvəl o n-

lara  qulluq  edən,  həmçinin  sənəti  ilə  əlaqədar  onların  kəsimi, 

cəmdəklərin emalı və dərinin soyulması ilə məşğul olan şəxslər;

–  heyvan  mənşəli  xammalın  toplanması,  saxlanması,  daşın-

ması və birincili emalı ilə məşğul olan şəxslər.



Qara yaraya qarşı vaksinasiya diri qara yara STİ (Sanitar-

Texniki  İnstitut)  vaksini  ilə  iki  dəfə  21  gün  intervalla  aparılır. 

Revaksinasiya hər il 1 il intervalla həyata keçirilir (xəstə lən mə-

nin  mövsümi  yüksəlişinə  qədər).  Qara  yara  xəstəsi  yoluxucu 

xəstəxa naya və ümumi xəstəxananın yoluxucu şöbəsinə, sonun-

cular olmadıqda isə (kənd yerində) ayrıca palatada hospitaliza-

siya olunur

Qara yaraya qarşı ən geniş yayılmış daha perspektiv vak sin-

lər bunlardır:

Amerikan  istehsalı  –  zəiflədilmiş,  kapsulsuz,  B.  anthracis 

şta mının  əsasında  hazırlanmış,  inaktivasiya,  absorbsiya  olun-

muş, qara yara ekzotoksininin qoruyucu antigeninə (PA) malik 

və bakteriyalardan təmizlənmiş vaksindir. Vaksin spesifik anti-PA 

AB-tərkibli əkscisimlərin hasilini stimulyasiya edir. Sterne, Ames 

və RP42 ştamlarına qarşı güclü protektiv xassələrə malikdir. Vak-

sinin  effektivliyi  qara  yaranın  dəri  forması  ilə  xəstələrin  kiçik 

popul yasiyasında sınaqdan keçirilmişdir. Meymunlar üzərində q o-

yul  muş təcrübədə (0 və 2 həftədə yeridilmişdir) aerozol y o lux ma 

zamanı vaksin yüksək effektivlik göstərmişdir.

• Rusiya  istehsalı  –  zəiflədilmiş  basil  kulturalarının  əsasında 

sporlardan hazırlanmış diri vaksindir (STİ-1).


575

Qara yaranın təcili profilaktikası içərisində qara yara çöpləri 

və ya sporları olan materialla təmasda olan, həmçinin meyitlərin 

basdırılmasında iştirak edən, qara yara ilə xəstələnmiş heyvanla-

rın öldürülməsi, onların kəsimi, cəmdəklərinin emalı ilə məşğul 

olan şəxslərə qarşı aparılır.

Təcili profilaktika zamanı antibiotiklərdən istifadə olunur.

Leptospiroz

Leptospiroz kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böy-

rək lərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, z ə-

də lənməsi və dalğavari hərarət qalxmaları ilə səciyyələnir.



Qısa tarixi məlumat. İlk dəfə leptospirozun klinik gedişini 

1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, 

sonralar  onların  şərəfinə  olaraq  xəstəlik  Vasilyev-Veyl  xəstəliyi 

a d lan dırılmışdır. Hazırda isə ikterohemorragik leptospiroz ad lan-

dırılır.

  Xəstəlik  Avropada  4-5%-də  ölümlə  nəticələnirdi.  Yaponi-

yada kömür şaxtalarında qazmaçılar arasında “Sarı taun” adı ilə 

məlum idi və 70%-dən çox ölümə səbəb olurdu. 

1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı 

ilə  yoluxdurulmuş  hind  donuzunun  qaraciyərində  xəstəliyin  t ö-

rədicisini – Spirochaeta icterohemorragiae tapdılar. Onlardan ası lı 

olmayaraq,  1915-ci  ildə  Ulenqut  və  Fromme  leptospirləri  təs  vir 

etmiş və ona Spirochaeta icterogenes adını vermişlər. Elə həmin 

ildə  (1915-ci  il)  Xyubner  və  Reyter  bu  törədicini  təsvir  edərək 

ona Spirochaeta nodosa adını vermişlər.

1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür 

şax talarında  tutulmuş  boz  siçovulların  böyrəyində  və  sidiyində 

tap mışlar. Sonralar aydın oldu ki, boz siçovullar bir çox yerlərdə 

bu leptospirlərin əsas mənbəyidir. 

1918-ci  ildə  Amerika  alimi  Noquşu  spiroxetlərin  bir  sıra 

morfoloji xüsusiyyətlərini nəzərə alaraq onları spiroxet fəslinin 

ayrıca  bir  cinsi  kimi  təsvir  etmiş  və  leptospira  adlandırmışdır 

(yunanca lepto – nazik, zəif; spira – spiral deməkdir). Elə həmin 

ildə İdo, Hoki və Vani Yaponiyada 7 günlük qızdırmanın (törə-



576

dicisi L.hebdomadis) və payız qızdırmasının (törədicisi L.autu m -

nalies)  leptospiroz  olmasını  təsdiq  etmişlər.  Su  qızdırmasının 

lep tospiroz xəstəliyinin sarılıqsız forması olması təsdiq edilmiş, 

xəstələrin qanından leptospiralar alınmışdır.

 Azərbaycanda  ilk  dəfə  leptospiroz  xəstəliyi  Seroloji  üsulla 

(KBR) iribuynuzlu mal-qara arasında 1951-ci ildə M .A . Musayev 

tərəfindən aşkar edilmişdir. Sonralar o, müxtəlif leptospir ştam-

larını iribuynuzlu mal-qaradan, insandan və s. almışdır. 1952-ci 

ildə N.C.Əliyev və b. insanlar arasında leptospirozun olduğunu 

bakterioloji və Seroloji üsullarla bir daha təsdiq etdilər. Həmin 

dövrdən  başlayaraq Azərbaycanda  leptospirozun  epidemiologi-

yası  və  təbii-ocaqlılığı  T.Ə.Tağızadə  və  onun  tələbələri  tərə-

findən öyrənilmiş və hazırkı dövrə qədər bu iş davam etdirilir. 

Leptospiroz  qlobal  yayılmış  təbii-ocaqlı  infeksiyalara  aiddir. 

Hazırda bu xəstəlik insanlar və heyvanlar arasında dünyanın bütün 

qitələrində (Arktika və Antarktida istisna olunmaqla) 70-dən artıq 

ölkədə qeydiyyata alınmışdır.

Problemin  aktuallığı  patogen  leptospirlərin  poliqostallığı, 

xəstəliyin  geniş  yayılması,  etioloji  strukturun  dövri  şəkildə  d ə-

yişməsi,  ağır  klinik  gedişi  və  ikterohemorragik  forma  zamanı 

yük sək letallıqla səciyyələnir. 



Etiologiyası. Leptospiroz xəstəliyinin törədiciləri Leptospira

cinsinə  aid  olan  mikroorqanizmlərdir.  Leptospira  cinsi  2  növü 

birləşdirir: 1). parazitik – L.interrogans; 2). saprofit - L.biflexa. 

23 seroqruplara birləşmiş leptospiraların 200-dən artıq serovar-

ları məlumdur. Onlardan insanlar və heyvanlar arasında ən çox 

xəstəlik  törədən  –  pomona,  grippotyphoza,  hebdomadis,  cani-

cola, icterhemorragiae, autumnalis, australis, yavanija seroqrup-

larıdır.

Morfoloji cəhətdən leptospiraların patogen və saprofit forma-

ları  bir-birindən  fərqlənmir.  Onlar  yalnız  kultural,  Seroloji  və 

biokimyəvi meyarlara görə ayırd edilirlər. Saprofit leptospiralar 

patogen formalardan daha davamlı olması və 13

0

C-də böyüməsi 



ilə  səciyyələnir.  Parazitik  leptospiralar  üçün  aşağıdakı  patogen 

xassələrin olması səciyyəvidir: hər bir serovar müəyyən heyvan 

növünün populyasiyasında sirkulyasiya edir. Onların təbii yaşa-


577

yış mühiti mayedir (sərbəst yaşayan formalar üçün – su, patogen 

formalar  üçün  –  qan,  limfa,  toxuma  mayesi).  Leptospiralar 

hemoorqanotrop  orqanizmlərə  aiddir  və  tərkibində  zərdab,  zər-

dab albumini və ya uzun zəncirli yağ turşuları olan mühitlərdə 

y etiş dirilirlər. Leptospiralar aerobdur. Onlar həmçinin tipik hid-

ro fildirlər.  Optimal  böyümə  pH=7,2-7,6  zamanı  müşahidə  olu-

nur. 40


0

C və yuxarı temperatur onlar üçün öldürücüdür. Optimal 

bö yümə  üçün  inkubasiya  dövrü,  adətən,  6-14  gündür,  lakin  bir 

neçə gündən 4 həftə və daha çox uzana bilər. 

Patogen leptospiralar serovarlara münasibətdə növ kimi u b ik-

vitardırlar. Lakin ayrılıqda hər bir serovarın populyasiyası əsas 

etibarilə müəyyən heyvan növünün popul yasiyasını z ə dələyir. 

Törədicinin  xarakteristikası.  Leptospirlər  –  spiral  formalı, 

uzunluğu 6-20 mkm və daha böyük (2 və bəzən 3 dəfə çox), eni 

0,1-0,15 mkm olan zəif mikroorqanizmlərdir. Uzunluğundan ası lı 

olaraq, bunlarda 20-yə qədər spiral əyrisini saymaq olar. Bu mik-

ro orqanizmlər çox hərəkətlidir, hərəkətləri müxtəlif istiqa mətlidir 

– arxaya, önə, dairəvi. Xarici mühitin kifayət dərəcə nəm liyi və 

7,0-7,4 pH-ı törədicilərin yaşaması üçün optimal şərait (tempera-

tur optimumu 28-30

0

C sayılır) hesab edilir. Su höv zələrində törə-



dicilər 7 gündən 1 aya qədər, nəm torpaqda isə 270 günə qədər 

sağ qalır. Qida məhsullarında 1 neçə saatdan bir neçə günə qədər 

qalırlar. Qaynadıldıqda dərhal 56-58

0

C-də 25-30 dəqiqə ərzində 



məhv olurlar. Aşağı temperaturu leptospiralar yaxşı keçirir. Buz-

da  uzun  müddət  sağ  qalırlar.  Günəş  şüasının  təsirindən,  quru-

duqda tez məhv olurlar. Törədicilər turş və şəkərli mühitdə dər-

hal məhv olur.

 Bağırsaq infeksiyalarına qarşı istifadə olunan dezinfeksiya-

edici  məhlullar  onlara  bakterisid  təsir  göstərir:  0,5%-li  fenolla 

20  dəqiqəyə  inaktivasiya  olurlar.  0,3-0,8  mq/l  aktiv  xlor  lep-

tospirləri 2 saat ərzində məhv edir. Leptospirlərin təmiz kultura-

sını  2%-li  hidrogen  xlorid  turşusu  ilə  24  saat  ərzində,  patoloji 

materialı isə 5%-li fenolla zərərsizləşdirirlər. 



İnfeksiya  mənbəyi.  İnsanlar  üçün  infeksiya  mənbəyi  kimi 

vəhşi heyvanlar arasında olan gəmiricilər (müxtəlif siçovullar – 

boz, qara, su; siçanlar, dovşanlar və s.), ev heyvanları – iribuy-


578

nuzlu qaramal, donuzlar, itlər, bəzən şimal maralları və eləcə də 

sinantrop gəmiricilər (siçovullar, siçanlar) xidmət edirlər. Vəhşi 

heyvanlarda xəstəlik klinik təzahür etmədən və xroniki gedişi ilə 

səciyyələnir.  Xəstəlik  çox  vaxt  törədicigəzdirmə  şəklində  təza-

hür edir. Uzunmüddətli (bütün ömrü boyu) törədicigəzdirmə z a-

manı leptospirlər böyrəklər vasitəsilə (sidiklə) ifraz edilir. 

Belə epizootik prosesə iri ev heyvanlarında da müşahidə olu-

nur, ancaq iribuynuzlu heyvanlarda ikterohemoqlobulinuriya və 

sarılıq əlamətləri qeyd olunmur. Buzovlar törədicilərlə yoluxma 

nəticəsində 20-90% hallarda ağır kəskin qızdırmalı xəstəlik nəti-

cə sində  məhv  olurlar.  Bəzən  xəstəlik  donuzlarda  və  inəklərdə 

bala salma (abort) ilə müşayiət olunur.

Heyvanlar  leptospirlərlə  çirklənmiş  sudan,  qidadan  və  cinsi 

yolla yoluxurlar. Yoluxma amili sidik və vaginal ifrazat sayılır.

İnfeksiya  mənbəyi  tərəfindən  törədicilər  xəstəliyin  bütün 

dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə qədər davam edir 

(donuzlarda isə bütün həyatı boyu). 

Leptospirlərin sahib orqanizmində təbii yaşayış mühiti xəs tə-

liyin  mərhələsindən  asılı  olaraq  qan,  limfa  və  müxtəlif  daxili 

orqanlar,  xüsusilə  də  böyrəklərdir  (I  və  II  sıra  kanalcıqlar),  ona 

görə də leptospirlər heyvanların sidiyi vasitəsilə ifraz olunur. Lep-

tospirlərin yayılmasında içməli su mənbələrinin suyu böyük əhə-

miy yət  daşıyır.  Bu  su  mənbələrinin  suyu  törədicilərin  ötürül-

məsində əsas yoluxma amili sayılır. 

Yoluxma mexanizmi. Xəstə və törədicigəzdirən heyvan lep-

tos pirləri sidikləri vasitəsilə xaric edərək öz ifrazatları ilə suyu, 

tor pağı  və  qida  məhsullarını  çirkləndirir.  Nəticədə  lep tos pirlər 

t ə bi ətdə dövran edir və su yolu, bəzən də qida vasitəsilə insan-

ların yoluxmasına imkan yaranır. 

Leptospirlər insan orqanizminə tamlığı pozulmuş dəridən və 

ağız  boşluğu,  burun,  gözlər,  həzm  yolunun  selikli  qişasından 

keçirlər. Yoluxmalar  əsasən  kənd  təsərrüfatında  işləyənlərdə  ot 

biçimi  zamanı,  heyvandarlığın  müxtəlif  sahələrində  çalışanlar, 

balıq təsərrüfatı işçiləri, kömür şaxtalarında, düyü plantasi ya la-

rın da işləyənlər, dera tizasiya işləri apararkən, həmçinin isti ra hət 

zamanı – çayda çimərkən, yuyunarkən təsadüfən suyu ud duqda 



579

baş  verir.  İktero hemorragik  leptospirozla  yoluxma  halları  çox 

vaxt yoluxmuş siçovulların sidiyi ilə çirklənmiş qidadan isti fadə 

etdikdə,  həmçinin  leptospiragəzdirən  heyvan larla  təmas da  o l-

duqda baş verir. 

Əhalinin  həssaslığı.  Həm  kişilər,  həm  də  qadınlar  arasında 

həssaslıq  və  xəstəliyin  klinik  gedişinin  ağırlıq  dərəcəsi  eynidir. 

Yaş lar  üzrə  paylanma  fərqlənmir.  Xəstəlik  keçirdikdən  sonra 

ömürlük humoral immunitet yaranır. Həmin serovarla təkrari xəs-

tələnmə müşahidə olunmur. Reinfeksiya leptospirlərin digər sero-

varı ilə yoluxma nəticəsində baş verir. 

Leptospirozun  enzootik  ocaqlarında  yaşlı  əhalinin  yoluxma 

riski aşağı səviyyədədir, ayrı-ayrı və qrup şəklində qeydə alınır. 

Belə  ocaqlarda  yerli  əhaliyə  nisbətən  xəstəlik  daha  ağır  keçir. 

Buna səbəb yerli əhalinin törədicinin kiçik dozaları ilə tədricən 

immunizasiya  olmasıdır.  Onların  orqanizmində  əks-cisimlər 

tapılır. Bu fenomenə heyvanlar arasında da rast gəlinir. 



Epidemik  prosesin  xarakteristikası.  Xəstələnmə  sporadik 

hal lar və əsasən yay mövsümündə qeydə alınan epidemik alov-

lanmalar  şəklində  təzahür  edir.  Sporadik  xəstəliklər  bütün  il 

boyu əsasən peşə və məişət yoluxmaları zamanı qeydə alınır. 

Təbii  ocaqlarda  insanların  xəstələnməsi  əsasən  yay-payız 

möv sümünə  təsadüf  edir.  İnsanların  yoluxması  kənd  təsərrüfatı 

işləri görərkən (çəmənliklərin biçilməsi, buğda, çovdar və yulaf 

zəmilərində məhsulun, otun yığılması), düyünün, çətənin becə ril-

məsi  və  s.  bol  suvarılan  tarlaların  işlənməsi,  bağlarda,  bostan-

larda iş, yeni məskunlaşan ərazilərin tikintisi, ovçuluq, balıq ovu, 

turist səfərləri və s., təsadüfi xırda su mənbələrinin suyunun iç -

mək, yuyunmaq üçün istifadə olunması və ya gəmi ricilərin i f ra-

zatları ilə çirklənmiş qida məhsullarının işlədil məsi zamanı baş 

verir. 


Müasir  dövrdə  əksər  kənd  təsərrüfatı  işlərinin  mexanikləş-

dirilməsi təbii ocaqlarda iri alovlanmaların baş verməsini məh-

dudlaşdırmışdır.  Orada  xəstələnmə  sporadik  və  ya  qrupşəkilli 

x a rakter daşıyır. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya vasi-

tə silə düyü plantasiyalarının yaradılması və digər bol suva rılan 

bit ki lərin yetişdirilməsi zamanı infeksiyanın köhnə ocaqlarından 



580

yayılması  nəticəsində  yeni  təbii-ocaqlı  ərazilər  formalaşa  bilər. 

Bundan başqa, qeyri-mütəşəkkil istirahət əhalinin təbii ocaqlarla 

təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında in san-

ların yoluxması üçün şərait yaranır. 

İnkubasiya dövrü 2-20 gün, adətən, 7 gün çəkir. 

Klinik  diaqnostikası.  Sarılıq  leptospirozda  aparıcı  əlamət 

sayılır və bundan asılı olaraq leptospirozun sarılıqlı və sarılıqsız 

formaları ayırd edilir. Sarılıqlı və sarılıqsız leptospirozun pato-

ge  nezində oxşar əlamətlər çoxdur. Belə ki, leptospirlər limfatik 

vəzilər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən 

son ra qandan yox olur, bir çox daxili orqanlara, ilk növbədə isə 

q a ra ciyər və böyrəklərə toplanır, sidiklə ifraz edilməyə başla yır. 

Qan damarlarından leptospirlərin keçməsini kapillyar toksikozla 

əlaqələndirirlər. Bu isə kapillyar divarının keçiricilik qabiliy yə ti-

nin artması nəticəsində baş verir. 

Leptospirlərin  toksiki  təsiri  və  orqanizmin  sensibilizasiyası 

nəticəsində qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı siste-

min  funksiyalarının  pozulması  qeyd  olunur.  Beləliklə,  lep tos-

piroz zamanı infeksion proses 2 mərhələdə gedir: leptospi re miya 

və  toksiemiya.  Xəstəlik  hərarətin  artması,  güclü  baş  və  əzələ 

ağ rıları (baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. 

Xəstəlik  ağır  keçdikdə  1-ci  həftənin  sonunda  (3-9-cu  gün) 

dəri  örtüyünün  və  skleranın  sarılığı  və  dəridə  polimorf  ekzan-

tema (3-6-cı günlərdə) əmələ gəlir. Ağır hallarda bu, hemorragik 

xarak terdə olur. İkterohemorragik leptospiroza xas olan hemor-

ragik  sindrom  müx təlif  qanaxmalar  –  burun,  uşaqlıq,  bağırsaq, 

çox  vaxt  isə  təkrari  və  çoxlu  miqdarda  qanaxmalar  şəklində 

özünü  göstərir.  İkterohe morragik  leptospiroz  zamanı  meningial 

hallar və meninqoensefalit də qeyd edilir. 



Təbii  ocaqlar.  Leptospirozun  təbii  ocaqlarında  gəmiricilər 

dəs təsi böyük əhəmiyyət daşıyır. Müasir dövrdə 58 növ gəmi ri-

ci lərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. Lep tospir lərin 

bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və xır-

dabuynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tül-

kü,  şimal  tülküsü),  ev  heyvanları  və  əhliləşdirilmiş  heyvanlara 

(it , pişik, maral) adaptasiya imkanını yaradır. Onlar leptos pi  ro-


581

zun  əlavə  mənbəyinə  çevrilir  və  beləliklə,  antropurgik  ocaqlar 

y a ra nır. Son illərdə belə ocaqlar müstəqil və həlledici epi de mi o-

loji əhəmiyyət kəsb edir. Bununla yanaşı, qarışıq ocaqlar da qeyd 

olunur.

 Hazırda əhali arasında leptospirozla xəstələnmənin səviy yəsi 



onun iribuynuzlu mal-qara və donuzlarda yayılmasından ası lıdır. 

Leptospirozla sporadik xəstələnmə bütün il boyu baş verə bilər, 

epidemik  alovlanmalar  isə  əsasən  yay-payız  fəsil lə rində  qeyd 

olunur. Leptospirozun aşağıdakı tip alovlanmaları ayırd edilir:

  1.  Su  alovlanmaları  –  kənd  təsərrüfatı  heyvanlarının  çirk-

ləndirdiyi su mənbələrində çimdikdə, ondan məişət və təsər rü fatda 

işlətmək  üçün  istifadə  etdikdə  yoluxma  nəticəsində  baş  verir.  2. 

Kənd  təsərrüfatı  alovlanması  –  xəstələnmələr  ot  biçimi,  çəltik 

əkmə, eləcə də meliorasiya və irriqasiya işləri ilə məşğul olduqda 

baş verir. 3. Heyvandarlıq alovlanması – xəstələnmələr xəs tə hey-

vanlara qulluq etdikdə, onları kəsib emal etdikdə baş verir. 

Bəzi yerlərdə leptospiroz peşə xarakteri kəsb edir. Yaranma 

səbəblərindən asılı olaraq o, 5 tipə bölünür: 1) kənd təsərrüfatı, 

2) ovçuluq, 3) istehsalat, 4) ekspedisiya, 5) laborator. Epidemio-

loji cəhətdən ən əhəmiyyətlisi kənd təsərrüfatı və istehsalat tip-

lə ridir. 

 Laborator diaqnostikası. Leptospirozun laborator diaqnos-

ti  kasını qoymaq üçün mikroskopik, bakterioloji, bioloji və Sero-

loji üsullar tətbiq olunur. Xəstəliyin 1-5-ci gününə qədər qanın 

əkil  məsi,  laborator  heyvanların  yoluxdurulması,  qanın  mikros-

ko  piyası aparılır. Xəstəliyin 3-15-ci günündə xəstələrin qan s e-

ru munda aqqlütinin və lizinlər əmələ gəlir. Onlar Seroloji r e ak -

siyalar  –  mikroaqqlütinasiya  və  lizis  reaksiyaları  (MALR) 

v a si təsilə təyin edilirlər. Diaqnostik titr 1:500 sayılır. Dinamikada 

onların  titri  1:20  000  qədər  artır.  Mikroskopik  üsulla  xəstəliyin 

10-16-cı  günündən  etibarən  sidiyin,  likvorun,  parenximatoz  o r-

qan  ların müayinəsi aparılır. 

Leptospirlər  pis  rəngləndiyindən  bütün  müayinələr  canlı 

törədicilərlə  qaranlıq  sahədə  aparılır.  Müayinə  üçün  “əzilmiş 

damla” preparatı hazırlanır. 



582

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin