Əksepidemik tədbirlər. Xəstələr hospitalizasiya olunurlar.
Ocaqlarda dezinfeksiya aparılır (bağırsaq infeksiyaları qrupu
ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki
emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edi-
lir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması
gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir.
Profilaktik tədbirlər. Leptospiroz ocaqlarında hidrotexniki
tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, s u-
yun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirk lən mə-
sinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edil mə si
(xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların isti fa dəsi). Spesi-
fik profilaktika zamanı öldürülmüş vaksinlə peyvənd aparılır.
Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, a ra da
7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada
dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir.
Quduzluq
Quduzluq – virus etiologiyalı təbii-ocaqlı kəskin zoonoz
xəstəlik olub, xəstə heyvanların dişləməsi yolu ilə ötürülür və
mərkəzi sinir sisteminin zədələnməsi və yüksək letallıqla (100%)
səciyyələnir.
Qısa tarixi məlumat. Xəstəlik hələ qədim dövrlərdən m ə-
lumdur. Hələ o zaman heyvanların xəstələnməsi və hücumu
(dişləməsi) arasında əlaqə müəyyən edilmişdir. Xəstəliyin y o lux-
durucu olması quduz heyvanın tüpürcəyi vasitəsilə sağlam itin
yoluxması zamanı təsdiq olunmuşdur. XIX əsrin ikinci yarısında
L.Paster əməkdaşları ilə birgə vaksin hazırlamış və quduzluğa
qarşı immunizasiya sistemini işləyib hazırlamışdır. Bu sahədə
əldə olunan nailiyyətlər L.Pasterə digər yoluxucu xəstəliklərin
spesifik profilaktikası imkanlarını öyrənməyə və yeni elmin –
immuno logiyanın əsasını qoymağa səbəb oldu.
Törədici. Quduzluğun törədicisi Rhabdoviridae fəsiləsinə,
Lyssavirus cinsinə (Lissa – sudan qorxma, quduzluğun qədim a d-
larından biridir) aiddir.
Virusun müxtəlif növ heyvanlar sayəsində, müxtəlif ərazi-
lər də mövcud olması ona gətirib çıxarmışdır ki, o, eynicinsli de -
583
yildir: ayrı-ayrı nümayəndələrdə virulentliyinə, infeksion prose-
sin və patoloji-anatomik dəyişikliklərin xarakterinə görə fərq lər
vardır. Virus populyasiyası antigen quruluşuna görə eynitiplidir,
lakin müxtəlif viruslarda bəzi fərqlər vardır. Məsələn, pas terin
vak sin fiksə olunmuş ştammı (PV-11) antigen strukturuna görə
hazırda insandan və heyvanlardan ayırd edilmiş bir çox ştamlara
nis bətən daha tam və universaldır.
Tipik(küçə)quduzluqvirusunun populyasiyasında da öz növ-
bəsində fərqlər ayırd olunmuşdur. Məsələn, tülkü ştamları p a-
togenliyinə görə fərqlənir. Quduzluq zamanı patoloji-anatomik
dəyişikliklər (tülkünün dişləməsi nəticəsində törədilir) onun la
fərqlənir ki, Babeş-Neqri cisimciklərinə xeyli az rast gəlinir,
MSS-də baş verən dəyişikliklər çox kiçik struktursuz plazmatik
əlavələr şəklində daha diffuz xarakter daşıyır.
Afrika it quduzluğu virusu. Bu virus laborator heyvanlar
üçün zəif patogendir. İnsanların bu virusla törədilən xəstə lik lə-
rinə ya ümumiyyətlə, rast gəlinmir, ya da olduqca nadir hallarda
təsadüf edilir.
Vəhşilik virusu – şimal tundra rayonlarında itlərin və şimal
tülkülərinin xəstəliyidir. İnsan çox nadir hallarda xəstələnir –
Alyaskada bir qızın xəstələnməsi təsvir olunmuşdur. Laborator
yoluxma nəticəsində inkişaf edən və ölümlə başa çatan ləng ney-
roinfeksiya haqqında məlumatlar vardır.
Yarasalarınamerikaquduzluğuvirusu – əsas tipik quduzluq
virusundan daha çox fərqlənir. Yarasalarda aşkar edilən viruslar
ara sında müxtəlif növlərə rast gəlinir.
Müasir təsəvvürlərə əsasən, adları çəkilən viruslar bir növə –
quduzluq virusuna aiddir.
Quduzluq virusu ətraf mühitdə kifayət qədər yüksək davam-
lılığa malikdir. Məsələn, yarasaların ifrazatlarında o, quruduq-
dan və toza çevrildikdən sonra uzun müddət həyat qabiliyyətini
saxlayır. Lakin o, günəş işığının və xüsusilə də ultrabənövşəyi
şüaların təsirinə qarşı həssasdır ki, bundan süni şəraitdə virusun
inaktivasiyası məqsədilə istifadə olunur.
İnfeksiya mənbəyi və yoluxma yolları. Quduzluq təbii-oc aq lı
zoonoz xəstəliklərə aiddir, lakin yaşayış məntəqələrində də ocaq-
584
lar yarana bilər ki, onların hesabına quduzluq uzun müd dət həmin
ərazilərdə saxlana bilər. Virus məməlilərin bir çox növləri – həm
vəhşi, həm də ev heyvanları üçün patogendir. Quduzluqla cana-
varlar, çaqqallar, tülkülər, yenotabənzər itlər, pişiklər, iribuy-
nuzlu qaramal və s. xəstələnir. Lakin canavarlar, tülkülər və s. i t-
kimilər dəstəsinin nümayəndələri aparıcı yer tutur. Bu, onun la
bağ lıdır ki, onlar üçün sürü ilə (daima və ya epizootik) yaşamaq
səciyyəvidir, ikincisi – növdaxili münasibətlər bəzən dava və o n-
ların bir-birini dişləməsi ilə başa çatır.
Dişlənmiş heyvanın orqanizminə daxil olduqdan sonra
( t ü pür cəklə yaraya) törədici sinir kökləri vasitəsilə yavaş-yavaş
perinevral sahə boyunca hissi sinirlərlə MSS-nə daxil olur ki,
orada viruslar intensiv toplanır və ensefalit inkişaf edir. Sonra
sinir kökləri boyunca virusların mərkəzdənqaçma hərəkəti baş
v e rir və əsasən tüpürcək vəzlərinə daxil olur ki, orada epitel h ü-
cey rələrində intensiv inkişaf edir.
Bu lokalizasiya yoluxma mexanizmini müəyyən edir – resi-
piyentin orqanizminə törədici hücum edən heyvanın dişləməsi
zamanı tüpürcəklə daxil olur.
İnkubasiya dövrü heyvanlarda 10 gündən bir neçə aya q ə-
dər davam edir, bu zaman xəstəliyin klinik simptomları virusun
tüpürcək vəzilərinə daxil olmasından sonra başlayır. İtki milər
dəs təsinin müxtəlif növlərində virus tüpürcəkdə, bir qayda ola-
raq, xəstəlik simptomlarının başlanmasından 5 gün əvvəl təza-
hür edir və xüsusilə xəstəliyin başlanmasından 2-3 gün əvvəl
daha çox olur. Xəstəlik praktik olaraq həmişə ölümcüldür və n a-
dir hallarda 5 gündən artıq uzanır və beləliklə, heyvan təqribən
həyatının son 10 günü yoluxdurucudur. Pişikkimilər və digər
hey van növlərində də mənzərə xronoloji cəhətdən təqribən eyni-
dir, lakin onların tüpürcəyində virus nadir hallarda və aşağı kon-
sentrasiyada olur. Belə ki, canavarda virus tüpürcəkdə 90-100%,
tülkülərdə 75-87%, itlərdə 75%, inəklərdə yalnız 45-47% hal-
larda aşkar edilir. Onu da yadda saxlamaq lazımdır ki, itkimilər
dəs təsinin nümayəndələrinin tüpürcəyində böyük miqdarda hia-
luronidaza fermenti olur ki, bu da virusun toxumalara, o cüm-
lədən sinir toxumasına effektiv daxil olmasını təmin edir. Q u-
585
duz luğa yoluxmuş heyvanlarda aqressivlik, səbəbsiz hücum h i s sləri
inkişaf edir ki, bu da itkimilərdə, həmçinin pişiklərdə və d o nuz larda
xüsusilə aydın təzahür edir; otyeyən heyvanlarda aqressivlik, bir
qayda olaraq, qeyd olunmur, lakin atlarda zəif də olsa təzahür edir.
İnsan quduz heyvanlardan dişləmələr zamanı yoluxur, az hal-
larda bolluca tüpürcəklə çirklənmə zamanı (əgər bu vaxt dəri və
selikli qişaların tamlığı pozulmuşsa) baş verir. Beləliklə, insanın
yoluxması (yoluxma yolu) epizootik prosesin hesabına parazitin
saxlanmasını təmin edən yoluxma mexanizmi ilə oxşardır. İ n-
sanda infeksion prosesin xarakteri heyvanlardan bir o qədər
fərq lənmir. İnkubasiya dövrü ştamın virulentliyindən, dişləmə
yerindən və onun massivliyindən asılıdır. Dişləmənin başda,
boyunda və əllərdə olması daha təhlükəlidir, belə lokali zasiya
zamanı, xüsusilə də zədə sahələri böyükdürsə, inkubasiya xeyli
qısalır (cəmi bir neçə gün – 10 gün və daha çox). Aşağı ətrafların
z ə dələnməsi zamanı, xüsusilə də kiçik dişləmələr və ya tüpür-
cəklə çirklənmə olduqda inkubasiya dövrü bir neçə aya qədər
uzana bilər. Virus insanda həmçinin tüpürcəkdə də aşkar edilə
bilər, lakin onun konsentrasiyası azdır, bundan başqa, insan üçün
aqressivlik səciyyəvi deyildir. Bütün bunlar xəstənin ehtimal
o lunan infeksiya mənbəyi kimi praktik təhlükəsizliyini müəyyən
edir.
Yaxın dövrə qədər ev heyvanlarının quduzluğu (ilk öncə i t-
lərin) insanlar arasında quduzluğun yayılmasında həlledici rol
o y nayırdı. Bir sıra effektiv tədbirlərin (sahibsiz itlərin tu tul ması,
itlərin profilaktik vaksinasiyası və qeydiyyatı və s. tədbirlər) apa-
rılmasından sonra əksər hallarda yaşayış məntəqələrində (şəhər-
lərdə) quduzluğun yayılması öz əhəmiyyətini itirmişdir. Müha-
ribədən sonrakı illərdə canavarların populyasiyası kəskin sürətdə
azalmışdır. Keçmiş SSRİ-nin avropa hissəsində, digər Avropa
öl kələrində və Şimali Amerikada canavar populyasiyasının məhv
edilməsi nəticəsində tülkülər, xüsusilə də quduzluq virusuna qar-
şı həssas olan yenotabənzər itlər intensiv çoxalmağa başladı. N ə-
ti cədə müasir dövrdə virusun vəhşi heyvanlar arasında dövr e t-
məsi əsasən təbii ocaqlarla təmin olunur. Kənd yerlərində vəhşi
heyvanlardan müxtəlif ev heyvanlarının, o cümlədən itlərin y o-
586
lux ması mümkündür, lakin yoluxmuş ev heyvanlarının əksəriy-
yəti özünəməxsus epizootik dalana çevrilir: virusun bir növ hey-
vandan digərinə ötürülməsi ya baş vermir, ya da çox nadir
hal larda olur (itlərin quduzluğu istisnalıq təşkil edir) epizootiya-
nın gələcək inkişafı və müşahidə edilmir.
Hazırda təbii-ocaqlar aparıcı rol oynamasına baxmayaraq,
insanın yoluxması nəinki vəhşi heyvanlardan, daha çox itlərdən,
az hallarda pişiklərdən baş verir. İnsanların quduzluqla xəstə-
lənməsi 86-88% hallarda itlər vasitəsilə realizasiya olur.
Amerika qitəsində, xüsusilə də isti zonalarda (tropiklər, sub-
tropiklər) təbiətdə quduzluq virusunun saxlanmasında və yayıl-
masında mağaralarda böyük koloniyalar şəklində yaşayan vam-
pirlər və həşəratyeyən yarasalar mühüm əhəmiyyət daşıyır.
Y a ra salar arasında infeksiya onların bir-birini dişləməsi sayə sində
yayılır, həmçinin yoluxma hava-toz yolu ilə də müm kündür.
Həssaslıq. Qeyd etmək lazımdır ki, heç də xəstə heyvanın
dişlədiyi hər bir şəxs xəstəliyə yoluxmur. Müəyyən edilmişdir
ki, xəstə itlərdən yoluxmuş şəxslərin təqribən 30%-i, canavarlar
t ə rəfindən dişlənmiş şəxslərin 45%-i xəstələnir. Görünür ki, bu,
fərdi həssaslığın səviyyəsindən və törədicinin virulentliyindən
asılıdır. Lakin daha mühüm amil – infeksion dozadır. Xəstəliyin
inkişaf ehtimalı ilə travmanın dərəcəsi arasında birbaşa asılılıq
var dır: dişləmələr nə qədər massiv, ağırdırsa, quduzluğun inkişaf
etməsi təhlükəsi bir o qədər yüksəkdir. Bu, orqanizmə daxil o l-
muş törədicinin sayındakı fərqlərin birbaşa nəticəsidir.
Lakin bununla yanaşı, dişləmələrin lokalizasiyası da mü hüm
əhəmiyyət daşıyır. Quduzluğun inkişaf etməsində dişləmənin l o-
ka lizasiyasının təhlükəliliyi aşağıdakı kimi dəyişir: başda diş lə-
mə lər (6,2% dişləmələr – 24,9% xəstələnmələr), əllərdə diş lə-
mələrlə müqayisədə (müvafiq olaraq 42,7% və 45,4%),
ayaqlarda dişləmələr nisbətən təhlükəsizdir (22,8% və 15,7%).
Buradan belə nəticəyə gəlmək olar ki, təkcə infeksion doza
deyil, həm də bu infeksion dozanın məhz elə yerlə düşməsi v a-
cibdir ki, orada hissi sinir lifləri vasitəsilə MSS əlaqə daha yaxşı
təmin olunur. Məsələn, əllər və barmaqlar hissi sinir ucları ilə
daha çox təchiz olunmuşdur – bu, həmin nahiyədə dişləmə z a-
587
manı quduzluğun tez inkişaf etməsini aydınlaşdırır. Başda diş lə-
mələr zamanı zərərçəkmişlərin vaxtında və tamdəyərli müa li cə-
sini təmin etmək vacibdir.
Hesab edilir ki, uşaqlar böyüklərə nisbətən quduzluq viru-
suna qarşı daha həssasdırlar.
Risk amilləri şəxslərin sənəti mənsubiyyəti (ovçular, kino-
loqlar, baytarlar və s.), səfil itlərin olması sayılır.
Epidemioloji nəzarət kompleks həyata keçirilir. Burada bay -
tarlıq xidməti, ovçular ittifaqı və vəhşi heyvanların sayını tən -
zimləyən digər idarələr və xidmətlər, həmçinin əksepidemik
xidmət iştirak edir. Epidemioloji nəzarətə daxildir:
– yerli ətyeyən vəhşi heyvanların (müasir şəraitdə – ilk öncə
tülkülərin) sayının öyrənilməsi, onların ayrı-ayrı ərazilər və ilin
dövrləri üzrə paylanması;
– vəhşi heyvanlar arasında epizootiyalar haqqında məlu mat-
la rın toplanması – ölmüş bütün tülkülərin və digər heyvanların
cəmdəklərinin laborator müayinəsi;
– itlərin və pişiklərin saxlanması qaydasına riayət olunma-
sına fikir vermək, xüsusilə də itlərin quduzluğa qarşı məcburi
profilaktik vaksinasiyasını aparmaq;
– dişlənmiş və toxumaları tüpürcəklə çirklənmiş insanların
müraciətlərinin dinamikasının, həmçinin heyvan növünün qeydə
alınması.
Profilaktik və əksepidemik tədbirlərə aiddir:
1. Risk qruplarına daxil olan şəxslərin profilaktik peyvən d-
lən məsi (xüsusilə epizootik proses fəallaşdıqda).
2. Heyvanların dişlədiyi insanların vaksinasiyası. Müasir
dövrdə bu iş travmatoloji məntəqələrdə və ya poliklinikaların
c ər rahi şöbələrində aparılır. Əksepidemik xidmət metodik işi t ə-
min edir, həmçinin istifadə olunan preparatların keyfiyyəti, pey-
vənd lərin edilməsi qaydasına riayət olunması üzərində nəzarət
aparır. Müalicəvi peyvənd kursu konsentrasiyalı, inaktivasiya
o lu n muş vaksinin vasitəsilə həyata keçirilir. Vaksinasiya müraciət
olunan gün 0-cı, onun 3, 7, 14, 30-cu, bəzən isə hətta 90-cı günü
aparılır. Hücum edən heyvanı nəzarətə almaq imkanı o l duqda
peyvənd 10-cu günü başa çatdırılır (əgər heyvan sağlamdırsa).
588
Təcrübə göstərmişdir ki, peyvəndlə etibarlı effekt vaksinasiya və
antirabik immunoqlobulinin yeridilməsi zamanı təmin o lu nur.
Antirabik homoloji immunoqlobulin 20 MV (1kq bədən çəki-
sinə), heteroloji immunoqlobilin 40 MV dozada vaksinlə eyni
vaxtda (0-cı gün) yeridilir
Təəssüf ki, bəzən peyvənd olunmuşlar arasında quduzluqla
xəstələnmə müşahidə olunur. Bu, peyvənd kabinetinə vaxtında
m ü raciət etmədikdə və s. səbəblərdən baş verə bilər. Peyvənd lə-
rin 100% effektivliyi peyvənd kursunu antirabik immunoqlo bu-
lin lə kombinasiyada işlətdikdə əldə olunur.
3. Quduzluğun profilaktikası üzrə aparılan iş əksepidemik
xid mətin üzərinə deyil, baytarlıq xidməti idarələrinin, vəhşi ə t-
yeyən heyvanların, həmçinin itlərin tutulmasını təmin edən, ev
heyvanlarının vaksinasiyasını yerinə yetirən yerli icra hakimiy-
yət lərinin üzərinə həvalə olunur.
589
Helmintozlar
Helmintozların ümumi xarakteristikası
Parazitlərin bioloji xüsusiyyətlərindən və onların yoluxma yol -
larından asılı olaraq, helmintozların üç əsas qrupu ayırd edilir: g e o -
helmintozlar, təmas (kontagioz) və biohelmintozlar. Təbii-iq lim
amillərinin və sosial-iqtisadi şərtlərin məcmuyu helmin tozların tro-
pik və subtropik iqlim qurşaqlarında daha çox yayılmasını m ü əy-
yən edir, lakin bununla yanaşı, inkişaf etmiş ö l kələrdə xəs tə lən mə
faizi çox aşağıdır.
Helmintozlar üçün xəstəliyin nisbətən yavaş inkişaf etməsi,
bəzən uzunmüddətli kompensasiya fazası ilə müşayiət olunan
x ro nik gedişi səciyyəvidir. ÜST ekspertlərinin fikrincə, müasir
dövrdə helmintozlar müəyyən dərəcədə “unudulmuş xəstə lik-
lərə” çevrilmişdir – bütün dünyada onların tibbi-sosial əhəmiy-
yə ti lazımınca qiymətləndirilmir. Hətta endemik ölkələrdə belə
nə səhiyyə orqanları tərəfindən, nə də əhali tərəfindən ona kifa-
yət qədər diqqət ayrılmır.
Qeyd etmək lazımdır ki, insan orqanizmində helmintozların
yetkin fərdlərinin sayı, adətən, artmır (təkrar yoluxma istisna
edildikdə), bu isə helmintozları virus, bakterial, protozoy xəstə-
lik lərdən və mikozlardan xeyli fərqləndirir. Patoloji prosesin
inkişafına törədicinin orqanizmə daxil olma yolu və vasitəsi
(ağız vasitəsilə və ya dəridən), insan orqanizminə helmintin
a dap tasiya dərəcəsi, parazit populyasiyasının sıxlığı, yanaşı g e-
dən xəstəliklər və “sahibin” vəziyyəti ilə bağlı olan digər amillər
təsir göstərir. Daha kəskin nəzərə çarpan Patoloji dəyişikliklər
helmintlərin sürfələri və inkişaf etməkdə olan mərhələləri tərə-
fin dən törədilir. Sürfələr müxtəlif orqan və toxumalarda parazit-
lik etməyə və ya orqanizmdə mürəkkəb miqrasiya yolu keçməyə
qadirdir, halbuki yetkin fərdlər üçün sabit lokalizasiya xasdır.
Helmintlərin bir çox növlərində (yüzə qədər) parazitlik etmək
üçün ən xoşagələn yer həzm yoludur, bu zaman hər bir növ onun
müəyyən şöbələrində lokalizasiya edir. Belə ki, askaridlər, anki-
lostomalar, enli lentcə nazik bağırsağın proksimal şöbələrində,
590
cırtdan qurd onun aşağı 1/3 hissəsində, tükbaş qurd – yoğun
bağırsaqda yerləşir. Törədicinin lokalizasiya yerindən asılı ola-
raq, boşluq və toxuma helmintozları ayırd edilir. Sonunculara
şistosomozlar, filyariozlar, exonokokkozlar, para qo nimoz, siste-
serkoz və digərləri aiddir. Bəzi bağırsaq helmintozlarında t o xu ma
mərhələsi xəstəliyin başlanğıc miqra siya dövrünə (askaridoz,
ankilostomidozlar) uyğun gəlir. Helmintozların pato ge nezində və
klinikasında iki əsas mərhələ ayırd edilir: kəskin – invaziyadan
sonra ilk 2-3 həftə, ağır gediş zamanı isə 2 aya qədər və daha çox
müddət sürür və xronik – davametmə müddəti illərlə uzana bilər.
Kəskin mərhələdə miqrasiya edən sürfənin antigenlərinə
qarşı ümumi allergik reaksiya ilə şərtlənən Patoloji dəyişikliklər
üstünlük təşkil edir (parazitlərin erkən inkişaf mərhələsi). İnva-
ziyanın müxtəlif mərhələlərində immun cavabın gərginliyi d ə-
yişir ki, bu da helmintin antigen spektri və immun xüsusiy yət lə ri
ilə bağlıdır və helmintin bioloji tsikli ərzində xeyli morfoloji
dəyişikliklərə məruz qalır. İmmun cavab sürfə mərhələsinin “s a-
hib”in orqanizmində yerləşdiyi dövrdə daha qabarıq ifadə olu-
nur. Bu mərhələdə törədicinin növündən, onun lokalizasiyasın-
dan və sürfələrin miqrasiya yollarından asılı olmayaraq aparıcı
sindromların stereotip xarakter daşıması səciyyəvidir.
Xronik mərhələdə inkişaf edən pozğunluqların və onunla bağ-
lı yaranan klinik təzahürlərin xarakteri müəyyən dərəcədə t ö-
rədicinin lokalizasiyası, onun sayı, qidalanmasının xüsusiy yət ləri
ilə təyin olunur. Parazitlik etdikləri orqanlarda helmintlər öz qar-
maqları, sormacları, kəsici lövhəcikləri və kutikulyar tikanları
ilə mexaniki zədələr yetirirlər ki, bu da həmin sahənin qıcıqlan-
masına və iltihabi reaksiyanın yaranmasına səbəb olur. Hel mint-
lər tərəfindən törədilən qaraciyərdə exonokokk kistaları, baş
beyində, gözlərdə sisteserklər və digər böyük həcmli törə mələr
həyati vacib orqanların sıxılmasına gətirib çıxara bilər ki, bu da
bəzən ağır nəticələnir. Bu mərhələdə metabolik cəhətdən dəyərli
maddələrin: zülalların, yağların, karbohidratların, vitaminlərin, m i-
neral maddələrin parazitlər tərəfin dən udulması üzündən, həm-
çinin neyrohumoral tənzimləmənin və bağırsaqda qidanın s o rul-
ması prosesinin pozulması nəticəsində sahib orqanizmdə m ü ba dilə
591
proseslərinin dəyişilməsi baş verir. Bəzi bağırsaq hel mint ləri qida
fermentlərini neytrallaşdıran maddələr ifraz edir (məsələn, askari-
din toxumalarında pepsin və tripsinin təsirini neytrallaşdıran
maddələr aşkar edilmişdir). Yer kürəsi əhalisinin, demək olar ki,
yarısı insanın inkişafına və fiziki vəziyyətinə mühüm təsir gös-
tərən zülal-kalori çatışmazlığından əziyyət çəkir. Qida çatışmaz-
lığı və helmintozlar eyni coğrafi yayılma xüsusiyyətinə malikdir.
Belə ki, bir sıra helmintozlarla (ankilostomidozlar, difillobotrioz,
trixosefalyoz, şistosomozlar) anemiya, vitamin çatışmazlığı ara-
sında sıx qarşılıqlı əlaqə izlənilir. Helmintlərin metabolizminin
məhsulları bağırsağın biosenozunun dəyişməsinə və şərti-pato-
gen və patogen mikrofloranın payının artmasına təkan verir.
“Sahib” orqanizmin immun sisteminə törədicinin təsir etməsi
amili invaziyanın xronik mərhələsində də əhəmiyyətli rol oyna-
maqda davam edir. Orqan və sistem zədələnmələrinin, xüsusən
də toxuma helmintozları zamanı, ən vacib səbəblərindən biri
im mun komplekslərin əmələ gəlməsi sayılır, onlar mediator sis-
tem lərini (komp lement, sitokinlər və s.) aktivləşdirirlər. İmmun
cavabın stimulya siyası ilə yanaşı, helmintlər immunsupressiv
təsir də göstərir. Bu isə onların orqanizmdə yaşamasına kömək-
lik edir. Helmintozlar zamanı yaranan immundefisit vəziyyəti i n-
sanın bakterial, virus və digər infeksiyalara qarşı rezistent li yi nə
mənfi təsir göstərir, onların uzun gedişata malik olmasına və
törədicigəz dirənliyin forma laş ma sına imkan verir, profilaktik
pey vəndlərin effektivliyini azaldır. Bu, qarın yatalağı törədici-
gəz dirənliyi, vərəmlə xəstələnmə və opistor xo zun hiperendemik
ocaqlarının əhalisi arasında digər xronik yoluxucu xəstəliklərin
yüksək rast gəlinmə tezliyi zamanı daha yaxşı müşahidə edilir.
Helmintozlara görə endemik sayılan Afrika, Asiya ölkə lə-
rində və digər regionlarda İİV-infeksiyanın geniş yayılması ilə
ə la qədar olaraq, helmintlərin immundepressiv təsirini nəzərə a l-
maq çox vacibdir. Bəzi helmintozlar (strongiloidoz) hazırkı
dövr də İİV-assosiasiyalı xəstəlik sayılır. Zədələnmiş orqanlarda
kəskin pro liferativ proseslərin yaranması ilə səciyyələnən bəzi
helmintozlarda (şistosomozlar, opistorxoz, klonorxoz) kansero-
genez riskini müasir dövrdə “sahib”in immun sisteminə parazitin
592
ağırlaşdırıcı təsiri ilə əlaqələndirirlər. Özbaşına sağalmadan və
ya dehelmintizasiyadan sonra helmintlərə qarşı yaranan spesifik
anticisimlər, adətən, 6-12 aydan sonra itirlər. Bizim ölkə mizdə
yayılmış məlum helmintozlar arasında davamlı immunitet yalnız
trixinelyoz zamanı müşahidə olunur ki, bu da invaziyalı şəxs-
lərin əzələlərində törədicinin kapsuldaxili yerləşmiş sür fə lə ri nin
mövcud olması ilə izah edilir.
Helmintozların klinik manifest formalarında ilk əlamətlər y o-
lux madan sonra müxtəlif müddətlərdə əmələ gəlir: askariodoz
zamanı kəskin mərhələnin əlamətləri artıq 2-3-cü gün, əksər d i-
gər helmintozlar zamanı – 2-3 həftədən sonra müşahidə olunur,
filya riozlar zamanı isə inkubasiya dövrü 6-18 ay davam edir.
Hel min tozların erkən kəskin mərhələsi üçün allergik reaksiyalar
səciyyəvidir: qızdırma, dəridə residivverən, gicişən səpgilər,
ödem lər – onlar lokal və yayılmış ola bilər, limfa düyünlərinin
böyüməsi, mial giya, artralgiya, periferik qanda hipereozino filiya
ilə birgə leykositoz. Bu fonda bəzən ağciyər sindromu (cüzi k a-
ta ral əlamətlərdən başlamış astma vəziyyətinə, pnevmoniyalara
və plevritə qədər) və abdominal sindrom (qarın da ağrılar və dis-
peptik pozğunluqlar) inkişaf edir. Qaraciyər və dalağın ölçüləri
böyüyür, mərkəzi sinir sisteminin (MSS) zədələnməsini göstərən
müxtəlif dərəcəli simptomlar və sindromlar da mümkündür.
B ə zi helmintozlarda həmçinin spesifik əlamətlər inkişaf edir: tri-
xinelyoz zamanı tipik hallarda xəstəliyin ilk günlərindən eti ba-
rən simptomokompleks müşahidə olunur ki, burada qızdırma,
əzələlərdə ağrılar, göz qapaqlarının və üzün şişməsi; qaraciyər
tre matodozları zamanı (opistorxoz, fassilyoz) – sarılıq sindromu,
qaraciyərin və dalağın böyüməsi daxildir. Hətta törədi cilərin
qohum növləri ilə törədilən helmintozlar arasında xəstəliyin
gedişinin ağırlıq dərəcəsində və kəskin mərhələnin təza hür lə ri-
nin xa rak terində əhəmiyyətli fərqlər aşkar edilir. Belə ki, yapon
şisto so mo zu zamanı o daha tez-tez inkişaf edir və sidik-cin siy-
yət və bağırsaq şistosomozundan fərqli olaraq, daha ağır gedi-
şata malik olur.
Xronik mərhələdə bağırsaq helmintozlarının əksəriyyətində
tək-tək fərdlərin parazitlik etməsi, adətən, simptomsuz keçir.
593
Belə hallarda yalnız böyük ölçülü helmintlər olduqda (enli len t-
cə, teniidlər, askaridlər və s.) invaziyanın müəyyən simptomları
müşahidə olunur. Manifest hallarda dispeptik, ağrı və bəzən isə
asteno-nevrotik sindrom üstünlük təşkil edir ki, onlar daha çox
uşaqlarda meydana çıxır. Enterobioz zamanı axşam və gecə vax-
tı perianal qaşınma aparıcı əlamət sayılır; trixosefalyoz intensiv
invaziya hallarında hemorragik kolitlə müşayiət oluna bilir,
uşaq larda isə ayrı-ayrı hallarda düz bağırsağın sallanması qeydə
alınır. Çoxlu sayda helmintlər parazitlik etdikdə askaridoz bağır-
saq keçməzliyi, mexaniki sarılıq, pankreatit ilə ağırlaşa bilər.
Ankilostomidozlarla xəstələrdə, hətta orta intensivlikli invaziya
zamanı, bir qayda olaraq, dəmirdefisitli anemiya inkişaf edir ki,
bu da törədicinin hematofaq xüsusiyyəti ilə bağlıdır.
Strongiloidoz zamanı klinik təzahürlər geniş polimorfizmi ilə
səciyyələnir, bu zaman müxtəlif allergik və dispeptik simptom-
larla yanaşı, xəstələrdə bəzən ödçıxarıcı yolların funksiyasının
pozulması əlamətləri müşahidə olunur. Qaraciyər trematodozları
zamanı (opis tor xoz, klonorxoz, fassilyoz) xronik xolesistoxo-
langit, hepatit, pan kreatit inkişaf edir, mədə-bağırsaq yolunun
müx təlif zədələn mələri də mümkündür, həmçinin nevroloji poz-
ğunluqlar müşahidə edilir. “Terminal hematouriya” (sidik ifrazı-
nın sonunda qan damlasının görünməsi) və dizurik pozğunluqlar
sidik-cinsiyyət şistosomozunun səciyyəvi əlaməti sayılır. Filya-
riozlarla xəstələrdə allergik sindrom bu və ya digər dərəcədə
m ey dana çıxır. Limfatik filyariozlar (vuxererioz və brugioz)
üçün limfoadenopatiya, limfangit və limfostaz səciyyəvidir, o n-
ko serkoz zamanı bu simptomlarla yanaşı, gözlərin ciddi zədə-
lən məsi qeydə alınır.
Bağırsaq sestodozları (difillobotrioz, teniarinxoz, tenioz, h i-
meno lepidoz) bir çox hallarda simptomsuz keçir, yalnız yetkin
bu ğum ların defekasiya zamanı və ya özbaşına xaric edilməsi
(ancaq teniarinxozda) şəklində təzahür edir. Difillobotriozla xəs-
tə lərdə B
12
vi taminin çatmazlığı nəticəsində anemiya inkişaf
edir. Helmin toz lar arasında larval sestodozlar xüsusi yer tutur:
exi nokokkoz, alveo kokkoz, sisteserkoz. Onlar kifayət qədər b ö-
yük ölçüyə malik kistalar şəklində uzun müddət simptomsuz
594
qala bilərlər. Bununla yanaşı, hətta kiçik ölçülü exinokokk qovu-
ğunun partlaması və ya irinləməsi ağır nəticələrə gətirib çıxara
bilər: anafilaktik şokun, irinli peritonitin, plevritin inkişaf etməsi
və s. Böyüyən qovuq və ya alveokok tərə findən portal və aşağı
boş venanın sıxılması nəticəsində isə xarakter təzahürlərə və n ə-
ti cələrə malik portal hipertenziya inkişaf edir.
MSS-nin zədələnməsi sisteserkozu serebral, spinal zədə lən-
mə lər şəklində sürür ki, onun da özünəməxsus simptomatikası
vardır: beyin mədəcik lərində helmintin lokalizasiyası kəllədaxili
hipertenziya əlamətləri ilə müşayiət olunur. Əsasən uşaqlarda
qey də alınan toksokaroz klinik olaraq abdominal, ağciyər sind-
romu, nevroloji pozğunluqlarla, gözlərin zədələnməsi, periferik
qanda kəskin eozinofiliya ilə təzahür edir.
Son illərdə toksokarozla yanaşı, heyvanların parazitləri tərə-
findən törədilən bəzi digər toxuma helmintozları tez-tez qeydə
alınır. Dirofilyarioz hallarının artması da xüsusi diqqət cəlb edir
– bu xəstəlik sapvari nematodalar Dirofilariarepens tərəfindən
törədilir ki, onların obliqat “sahibləri” itlər və itkimilər dəstə sin-
dən olan digər ətyeyən heyvanlardır. Bu helmintoz insan bədə ni-
nin müxtəlif sahə lərində dərinin və gözün konyunk tivasının a l-
tında hərəkətli şişin əmələ gəlməsi ilə təzahür edir. Bir sıra
hel mintozlar zamanı (askaridoz, lentşəkilli helmintlərlə invaziya
və s.) sabit psixi vəziyyəti olmayan şəxslərdə də həmçinin hel-
mint lərin psixogen təsiri qeydə alınır ki, bu da psixi-emosional
stress şəklində meydana çıxır və belə xəstələr dehelmintizasiya-
dan sonra çətinliklə reabilitasiya olunurlar.
Dostları ilə paylaş: |