Ad
əm Abbaslı/AZADİNFORM. Aprelin 17-18-də Ağsuda Beynəlxalq Abidələr və Tarixi Yerlər
Günün
ə həsr olunan “Tarixi şəhərlərimizdə kərpic memarlığı” konfransı və arxeoturu keçiriləcək.
M
ədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, tədbirlər nazirlik, Ağsu
Rayon İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə
t
ərəfdaşlığı ilə keçiriləcək.
Konfrans tarix
ən Azərbaycanda yaşayan toplumların kərpic memarlığı sahəsindəki fəaliyyətlərini,
dünyanın digər bölgələrindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli
t
əhlilini, hal-hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən fəaliyyətləri araşdırmağa
çalışacaq. Konfrans üçün t
əqdim ediləcək məruzələrin üç dildə (Azərbaycan, türk və ingilis) nəşr
olunması nəzərdə tutulub.
Qeyd ed
ək ki, Azərbaycan tarixən dünyanın çiy və bişmiş kərpic memarlığının geniş istifadə olunduğu
ərazilərdəndir. Burada hələ neolit dövründən başlayan möhürə tikililəri sonralar çiy və bişmiş kərpic
memarlığının inkişafına səbəb olub, ölkəmizin gil ehtiyatları isə keyfiyyətli kərpic növlərinin meydana
çıxmasına şərait yaradıb.
Dostları ilə paylaş: |