9
Ad
əm Abbaslı/AZADİNFORM. Gürcüstanı “I’m a joker” mahnısı il
ə 57 -ci “Eurovision” Mahnı
Müsabiq
əsində təmsil edəcək Anri Joxadze şouya hazırlıqlarından danışıb. Eurovision.az saytı yazır ki,
Avropanın ən nüfuzlu mahnı yarışından sonra müqavilələrinin sayının artacağına ümid edən müğənni
bunu h
əyatında çox vacib addım kimi qiymətləndirir. “Bakı Kristal Zalı”nda çıxışına gəlincə,
Gürcüstan t
əmsilçisi “mən bütün Avropa üçün bu vaxtadək görünməyən bir məşəl alovlandıracağam.
Bu çox möht
əşəm bir şou olacaq. Ona görə də icazə verin bu, böyük sürpriz olaraq qalsın”-deyib.
Anri Joxadze “I’m a joker" mahnısının hazırlamaq istədiyi müziklın bir hissəsi olduğunu da deyib. O,
g
ələcəkdə eyniadlı musiqili tamaşanın prodüseri qismində çıxış edəcək. Tamaşanın əsas mövzusu
t
ənha insan haqqındadır. O, hamıya sevinc bəxş edir, hər kəsi şənləndirir, sonda isə yenidən kədərli
v
əziyyətdə tənhalığa qapanır.
Dostları ilə paylaş: