ərzində “Mingəçevir” REŞ-də bir sıra işlər aparılıb
AZADİNFORM. “Mingəçevir” REŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və
keyfiyy
ətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı
şəbəkələrdə son üç ay ərzində bir sıra işlər aparılıb. Bu barədə məlumatı “Azadinform”a “Azərenerji”
ASC-nin m
ətbuat xidmətindən veriblər.
REŞ-in balans m
ənsubiyyətinə daxil olan “Tərtər” elektrik şəbəkəsi bu qəbildən olan enerji
t
əsərrüfatlarından biridir. Texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə 35/10 kV-lik
“İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-lik “Evoğlu” hava xəttinin 1,2 kilometrlik hissəsində,
10 kV-lik “Qaynaq” hava x
əttinin 1,4 kilometrlik hissəsində əsaslı və cari təmir işləri görülmüş,
dayaqlar v
ə zədəli naqillər dəyişdirilib. Bu müddət ərzində 10 kV-lik “Qaraqoyunlu” hava xəttindən
qidalanan eyniadlı kənddə 0,4 kV -lik EVX-nin 1 kilometrlik hissəsində müvafiq təmir işləri a parılıb,
150 metr uzunluğunda zədəli naqillər yeniləri ilə əvəz edilib. Hüsnəli, Cəmilli və Seyidimli kəndlərində
d
ə analoji tədbirlər aparılıb. 0,4 kV-lik EVX-lər üzrə ümumilikdə 4 kilometrdən artıq məsafədə təmir
işləri yerinə yetirilib.
Hesabat müdd
əti ərzində paralel olaraq 6 ədəd zədələnmiş 6-10/0,4 kV-lik transformator əsaslı və cari
t
əmir edilərək abonentlərin istifadəsinə verilib. Sözügedən dövrdə sayğac quraşdırılması və
d
əyişdiriləsi işləri də yerinə yetirilib. Belə ki, elektrik şəbəkəsi üzrə 40-a yaxın yeni sayğac
quraşdırılmış, 50-yə yaxın zədəli sayğac isə yenisi ilə əvəz edilib.
“Ağsu” elektrik şəbəkəsi üzrə də analoji təmir-bərpa işləri görülüb. Məsələn, Cəlayır, Bico, Keçidməz,
Padar, Elabad, K
əndoba, Ləngəbiz, Bəyimli, Qasımbəyil, Ərəbmehdibəy, Ərəbsərxan, Kalva, Rəhimli,
Qüzey, Hinqar, Qas
əd və Cəfərli kəndlərində enerji itkisinin qarşısının alınması məqsədilə 0,4 kV -lik
şəbəkələrin 105 kilometrə yaxın məsafədəki qeyri standart naqillər AS markalı yeni naqillərlə əvəz
edilib, 7,5 kilometr
ə yaxını isə əsaslı və cari təmir olunub. Şəbəkə üzrə 40 -dan artıq transformator
m
əntəqəsində əsaslı və cari təmir işləri görülmüş, bir neçə transformatora yağ əlavə edilib. EŞ üzrə son
üç ay
ərzində 10 ədəd yeni sayğac quraşdırılıb, 35 ədəd zədəli sayğac is ə yeniləri ilə əvəz edilib.
Dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.
|