Azadlıqdan ömürlük məhrum etmə


Mövqenin ətraflı əsaslandırılması



Yüklə 18,41 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü18,41 Kb.
#41269
1   2   3   4
essay -insan hüquqları

4. Mövqenin ətraflı əsaslandırılması.

Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə bağlı şərhinə verən Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Demək, Azərbaycanda hər bir şəxsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna dövlət təminatı verilir. Belə hüququn və təminatın mövcudluğu ölkəmizdə insan hüquq və azadlıqlarının bəyan olunması ilə kifayətlənməməsinə və bunların həqiqətən həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsinə dəlalət edir və eyni zamanda Azərbaycanın ATƏT-in üzvü kimi həmin beynəlxalq təşkilatın Vyana Yekun Sənədinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliyin icrasına yanaşmasının göstəricisi kimi çıxış edir. Vətəndaşların qanun qarşısında bərabərliyinin mühüm siyasi əhəmiyyəti var. Belə bərabərlik onların demokratik cəmiyyətdə hüquqi statusunun təməlini yaradır.

Cinayət Məcəlləsinin 6-cı maddəsində vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi aşağıdakı kimi göstərilir: “Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar”.

Vətəndaşların qanun qarşısında bərabərliyinin cinayət hüququ prinsipi vətəndaşların ancaq formal hüquqi bərabərliyini nəzərdə tutur. Məsələnin hüquqi istiqamətinin mahiyyəti törədilən cinayətə görə qanunla müəyyən edilən cəzanın növü və həddi-hüdudunda şəxslərin bərabər cavabdehliyini təmin etməkdən ibarətdir. Eyni cinayəti törədən bütün şəxslər üçün qanunun eyni norması ilə məsuliyyət yaranır. Konstitusiyanın 25-ci maddəsinin göstərişinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası CM-nin 154-cü maddəsində bərabərlik hüququnu pozmaya görə cinayət məsuliyyəti müəyyən edilib. Bundan əlavə, CM-nin 283-cü maddəsində milli, irqi və dini düşmənçiliyin salınmasına görə, 167-ci maddəsində dini ayinləri icra etməyə mane olma və s. əməllərə görə məsuliyyət müəyyən edən normalar formulə edilərkən cinayət hüququnda təsbit olunmuş qanun qarşısında bərabərlik prinsipinin tələbləri nəzərə alınıb.



Hüquqi tənzimetmə təcrübəsi qəbul olunmuş normaların təkmilləşdirilməsi, onların sonrakı inkişafının zəruriliyinə təsir göstərir, həmçinin yeni normaların yaradılmasını tövsiyə edir. Konkret ictimai münasibətlərin tənzimlənməsi prosesində hüquqi normaların əhəmiyyətinin tam şəkildə üzə çıxarılması ilə yanaşı, həmçinin ictimai münasibətlərin tənzimlənməsi ilə əlaqədar problemlər də təzahür edir. Bütün bu göstərilənlər tam şəkildə təsdiq edir ki, hüquq yaradıcılığı beynəlxalq-hüquqi tənzimetmənin tərkib hissəsidir. Bu xüsusiyyətin üzə çıxarılması beynəlxalq hüquq yaradıcılığının tərifinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu əlamət hüquq yaradıcılığının hüquqi tənzimetmənin tərkib hissəsi olması xüsusiyyətini biruzə verir. Anlayışın mahiyyətinin açılması üçün müvafiq əlamətin həmin anlayışın tərkibinə daxil edilməsi zəruridir. Beynəlxalq norma yaradıcılığının vacib meyarı beynəlxalq təşkilatların normativ imkanlarından istifadə edilməsidir. Belə ki, səlahiyyətlərinə aid sferalarda beynəlxalq vəziyyətin daim öyrənilməsi prosesində beynəlxalq təşkilatlar tez-tez müvafiq sahədə beynəlxalq-hüquqi tənzimetməyə dair tələbatları hiss edərək, bu və ya digər konvensiyanın işlənib hazırlanması zəruriliyini qabaqcadan görürlər.

Ədəbiyyat siyahısı



  1.  Hans Kelsen, General Theory of Law and State, 1999, p.143

  2. www.e-qanun.az Azərbaycan Respublikası Normativ hüquqi aktların vahid internet elektron bazası

Yüklə 18,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin