AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
§ 1. HAKĠMĠYYƏT ORQANLARI 

 

Ġnqilab komitələrindən yoxsul komitələrinə keçilməsi.  Azərbaycanda 

sovet  milli  dövlət  quruculuğu  özünəməxsus Ģəraitdə  gedirdi.  Bu,  sosial-iqtisadi 

və  ictimai-siyasi  inkiĢafın  konkret  tarixi  xüsusiyyətlərindən  irəli  gəlirdi.  Lakin  

ko mmunist  partiyasının  rəhbərliyi  Azərbaycanda  sosialist  dəyiĢikliklərinin  

həyata  keçirilməsi  sahəsindəki  fəaliyyətində  bu  xüsusiyyəti  əslində  heç  də 

həmiĢə ardıcıl nəzərə almırdı. 

Azərbaycanlı  kadrların  çatıĢmaması  milli  dövlət  quruculuğunu 

çətinləĢdirirdi.  Yeni  milli  partiya  və  sovet  kadrları  hazırlamaq  məqsədi  ilə 

məktəblər,  kurslar  Ģəbəkəsi  yaradılmıĢdı.  Moskvaya,  Sverdlov  Universiteti 

nəzdindəki  ġərq  Ģöbəsinə  50  nəfər  göndərilmiĢdi,  onların  35-i  qəzaların  

nümayəndələri id i 

1



Azərbaycanlılardan  təcrübəli  partiya  iĢçiləri  hazırlamaq  üçün  AKP-nin  



II qurultayı (1920-ci il oktyabr) ali tipli partiya  məktəbi yaratmağı qərara aldı və 

digər  millətlərdən olan  məsul iĢçilərə Azərbaycan dilini öyrən məyi tövsiyə  etdi

2



Kəndlilər  arasında  iĢ  aparmaq  üçün  Bakı  partiya  təĢkilatı  öz  sıralarından 



təĢkilatçılar ayırırd ı. 

Azərbaycanlı  fəhlələrdən  partiya  və  sovet  iĢçiləri  hazırlamaq  üçün 

Bakın ın rayonlarında sahə siyasi savad məktəbləri fəaliyyət gostərirdi. 

Azərbaycan  zəhmətkeĢlərin i  dövlətin  idarə  olunmasına,  milli  dövlət 

quruculuğunda iĢtirak etməyə cəlb etmək üçün yerli  milli  kadrlar yaradılmasının  

böyük  əhəmiyyəti  var  id i.  Bundan  məqsəd  partiya  və  sovet  aparatının  yerli 

millətin zəh mətkeĢ əhalisi  yaxınlaĢ masına imkan yaratmaq idi. 

Azərbaycanda  sovet  milli  dövlət  quruculuğunun  baĢlanğıc  mərhələsi 

sovetlərin  deyil,  Ġnq ilab  ko mitələrin in  yaradılması  olmuĢdu.  Sovetlər  yalnız 

Bakıda var id i. 

1920-c i  ilin  iyununda  Bakıda  bir  sıra  qə zala rın  inqilab  ko mitələ rinin  

qurultayı keçirildi.  Qurultay Azərbaycanda dövlət quruculuğunun ilk nəticələrinə 

yekun vurdu. 

Azərbaycanda  yeni  dövlət  quruculuğu  çoxmillətli  fəhlə  sinfinin  

çoxmillətli  zəh mətkeĢ  kəndlilərlə  və  mü xtəlif  millətlərin  digər  əməkçi 

nümayəndələri ilə Ġttifaqını geniĢləndirmək yo lu ilə həyata keçirilməli  idi.  Xalq  

kütlələrin in  dövlət  idarəçiliyinə  cəlb  olun ması  milli  siyasəti  həyata  keçirməyin  

mühü m  Ģərtlərindən  idi.  Ona  görə  də  hakimiyyət  orqanları  bu  məsələyə  xüsusi 



126 

 

diqqət  yetirird ilər.  On lar  qəza  kəndli  qurultayları,  bitərəf  kəndli  konfransları, 



"kəndli  həftəsi",  geniĢ  fəhlə  konfransları  keçirməklə  Bakının  ço xmillətli  fəhlə 

sinfinin A zərbaycan kəndlilərinə hərtərəfli kö məyin i təĢkil ed irdilər.  

Azərbaycanda  sovet  dövlət  quruculuğunun  Ġkinci  mərhələsi  yo xsul 

ko mitələrinin  yaradılması  oldu.  Azərbaycanda  da  yoxsul  ko mitələrin in 

yaradılmasın ı  Ģərtləndirən  əsas  səbəblər  Sovet  Rusiyasında  olanlarla  eyni  idi, 

lakin bəzi  fərq li  xüsusiyyətləri vardı. Əgər Sovet Rusiyasında yoxsul ko mitələri 

volost və kənd sovetlərin in mövcud olduğu bir vaxtda yerli hakimiyyət orqanları 

kimi  təĢkil  o lunmuĢdusa,  Azərbaycanda  isə  sovetlərdən  əvvəl  kənddə  sovet 

hakimiyyətinin  orqanları  kimi  yaradılırdı.  Yo xsu l  ko mitələri  həmin  dövrdə  öz 

rolunu yerinə yetirmiĢ kənd və məntəqə inqilab ko mitələrini əvəz ed irdi. 

Azərbaycan  Ġnqilab  Komitəsinin  1920-ci  il  23  sentyabr  tarixli 

dekretində  göstərilirdi  ki,  əsil  əməkçi  kəndliləri  təĢkil  etmək  və  zəhmətkeĢ 

hakimiyyətinin  seçkili  orqanları  kənd  deputatları  sovetləri  seçilənə  qədər  fəhlə -

kəndli  höku mətinin  siyasi,  ərzaq  və  torpaq  proqramını  həyata  keçirməyə  qadir 

olan orqanlar yaratmaq məqsədilə kəndlərdə sədrdən və dörd nəfər üzvdən ibarət 

kənd yoxsulları ko mitələri (yo xsul ko mitələri) seçilməlid ir

3



Yo xsu l  ko mitələrinə  seçib-seçilmək  hüququ  yaĢı  18-dən  yuxarı  olan  



yalnız  yo xsul  və  ortabab  kəndli  qadın  və  kiĢilərə  verilirdi.  Elə  ciddi  siyasi 

münasibət digər əhali təbəqələri nümayəndələrinın iĢtirakı ilə dövlət idarəçiliy ini 

demokratik  əsasda  formalaĢdırmaq  prinsiplərinə  zidd  id i.  Qolço maq lar,  varlılar, 

sələmçilər, artıq  taxılı və ya d igər ərzaq məhsulları o lan Ģəxslər, ticarət və sənaye 

müəssisələrinin  sahibləri,  mu zdlu  əməkdən  müntəzəm  istifadə  edən,  zəh mətsiz 

gəlirlə, əmlakdan götürülən gəlirlə, kapitaldan aldığ ı faizlə dolanan, keçmiĢ polis 

nəfərləri  və  baĢqa Ģəxslər,  məh kəmə  tərəfindən  mühakimə  olun muĢlar  seçkilərə 

buraxılmırd ılar.  Aralarında  çoxlu  savadlı  adamların  olduğu  imkanlı  əhali 

təbəqələri  nümayəndələrin in  siyasi  fəaliyyətdən  bu  cür  ucdantutma  təcrid 

olunması  -  xüsusənədə  yoxsullar  arasında  belə  adamlar  o lmayan  halda  -  real 

gerçəkliyin  özünə  zidd  id i,  kənddə  sinfi  düĢmənçiliy i  dərin ləĢdirib  

kəskin ləĢdirirdi. 

Dekretdə  göstərilird i  ki,  A zərbaycan  SSR-də  yo xsul  ko mitələri  ö z 

səlahiyyətləri  daxilində  və  xid mət  etdikləri  ərazinin  sərhədləri  çərçivəsində  ali 

hakimiyyət  orqanlarıd ır.  Kənd  yoxsul  ko mitələ ri  b ilavasitə  qəza  inqilab  

ko mitələrinə  və  xalq  daxili  iĢlər  ko missarlığ ına  tabe  id ilər.  Mü xtəlif  vəzifələri 

yerinə  yetird ikdə  isə  idarəçilik  aidiyyəti  ilə  müvafiq  xalq  ko missarlıqlarına, 

nahiyə  və  qəza  inqilab  ko mitələrinin  Ģöbələrinə  tabe  idilər,  halbuki  dekretdə 

deyilirdi ki, ―yo xsul ko mitəsi ko lleg ial Ģəkildə fəaliyyət göstərir‖

4



Kənd  yoxsul  ko mitələri  haqqında  əsasnamədə  onların  təĢkilinin  

formaları,  idarəetmə,  kənd  təsərrüfatı,  yer  quruluĢu  sahəsində,  kəndin  iqtis adi, 



127 

 

siyasi  və  mədəni  həyatının  baĢqa  sahələrində  vəzifələri  müəyyənləĢdirilmiĢdi. 



Əsasnamə  yoxsul  ko mitələrinin  seçilməsi  qaydasını  izah  edir,  üzvlərin  

məsuliyyəti və digər idarələrlə qarĢılıq lı münasibətləri müəyyən edirdi

5



Yo xsu l  ko mitələrinin  təĢkilinə  əməkçi  kəndli  kütlələrinin  cəlb  



olunmasında  "kəndli  həftəsi"  mühüm  rol  oynamıĢdı.  Onun  məqsədi  kəndli 

kütlələrin i höku mətin siyasəti ilə tanıĢ etmək və kəndə parça, ağ neft, duz və sair 

lazımi  Ģeylər  göndərmək  yolu  ilə  kənd  əhalisinin  maddi  vəziyyətini 

yaxĢılaĢdırmaq  id i.  1920-c i  ilin  sentyabrında  qəbul  olunmuĢ  "Kəndli  həftəsi  və 

ərzaq kampan iyası haqqında"

6

 təlimat əsasında xüsusi komissiya "kəndli həftəsi" 



keçirilməsin in planını iĢləyib hazırladı

7

. Ərzaq kampaniyası  keçirməkdə  məqsəd 



artıq  taxılı  qolço maqların  əlindən  alaraq  kənd  yoxsulları  arasında  bölüĢdürmək 

idi.  Bu  kampan iya  əslində  Azərbaycan  kəndində  qarĢıdurmanı    gücləndird i, 

siyasi vəziyyətin kəskinləĢ məsinə zəmin yaratdı.  

Bakı fəh lələri bu kampaniyaların təĢkilində və keçirilməsində bilavasitə 

iĢtirak  edirdilər.  Ba kıdan  kəndə  partiya,  sovet  və  həmka r  Ġttifaq ı  iĢçiləri, 

qabaqcıl  neftçilər,  maĢınqayıran lar,  dəmiryolçular  göndərilmiĢdi  və  onlardan 

bəziləri  uzun  müddət  qəzalarda  qalıb  iĢləy irdi

8

.  Təkcə  1920-ci  ilin  oktyabrında 



1500-dən ço x Ba kı fəh ləsi Azə rbaycan kəndlərinə get miĢdi

9



Qəzalardakı  yerli  fəhlələr  də  Bakıdan  gələn  fəhlələrin  dəstələrinə 

qoĢulurdular.  "Kəndli  həftəsi"nin  hazırlan ması  və  keçirilməsinə  rəhbərlik  edən 

ko missiyalara  partiya  orqanları,  fəhlə  dəstələri  və  Qızıl  Ordu  hissələrinin 

nümayəndələri daxil idilər. Fəhlələr bir neçə ay ərzində minlərlə kənd təsərrüfatı 

aləti,  onlarla  dəyirman,  körpü,  yaĢayıĢ  binası,  yüzlərlə  nəqliyyat  vasitəsi,  20 

minədək kiçik kustar və ev əĢyası təmir etmiĢ, tikmiĢ və hazırlamıĢdılar. Fəhlələr 

özləri  ilə  ağ  neft,  duz,  parça,  mü xtəlif  əkinçilik  alətləri,  ilkin  tələbat  malları 

gətirir  və  kəndlilərə  paylayırdılar.  Onlar  klubların,  məktəblərin,  hamamların, 

xalq  evlərinin,  yeməkxanaların,  çörəkxanaların  tikintisinə  kö mək  göstərirdilər. 

Bakı fəhlələri iməciliklər keçirir, tamaĢalar, konsertlər və s. təĢkil ed irdilər 

10



Bütün  bu  proseslərdə  partiya  təĢkilatları  əsasən  qolçomaqlar  əleyhinə 



yönəldilmiĢ  tədbirlərin  həyata  keçirilməsinə  çalıĢırdılar.  "Ko mmunist"  qəzcti 

yazırdı:  " Yo xsul  ko mitələrin in  təĢkili,  qolço maq ların  inqilab  ko mitələrindən 

kənar  edilməsi  və  hakimiyyətin  əməkçilərin  özlərinə  verilməsi  kənddə  bizim 

iĢimizin  ü mu mi  xətti  olmuĢdur 

11

.  Beləliklə,  həmin  kampan iyalar  A zərbaycan 



kəndində  sinfi  mübarizən i  süni  surətdə  gücləndirir,  kəndlilərin  mü xtəlif 

təbəqələri  arasında  antaqonizmə  gətirib  çıxarır,  bu  isə  öz  növbəsində  kənd 

təsərrüfatı  istehsalının  və  kəndlilərin  maddi  vəziyyətinin  daha  da  pisləĢməsinə 

səbəb olurdu. 

AKP-n in  11  qurultayı  da  (1920-ci  il  o ktyabr)  qolço maqların  iqtisadi 

qüdrətinə qarĢı mübarizən i gücləndirməyi, kənddə sinfi təbəqələĢməni qətiyyətlə 



128 

 

dərinləĢdirməy i,  Bakı  fəhlələrinin  kö məyi  ilə  kənd  yo xsullarının  hərəkatını 



formalaĢdırmağı,  bütün  Azərbaycanda  onun  rolunu  və  təsirin i  gücləndirməyi 

partiya təĢkilatının ən baĢlıca siyasi vəzifəs i kimi irəli sürmüĢdü. Qurultay belə 

hesab  edirdi  ki,  yalnız  bu  vəzifəni  yerinə  yetirməklə  "Azərbaycanda sovet  tipli 

dövləti həqiqətən tətbiq etmək mü mkündür"

12



Kənddə  xan ların,  bəylərin,  mü lkədarların  və  qolçomaq ların  iqtisadi  və 



siyasi  gücünü  qəti  Ģəkildə  məhv  etmək  və  inqilab i  yo xsul  ko mitələrin in  həqiqi 

hakimiyyətini  qurmaq  məqsədilə  1920-ci  il  noyabrın  20-də  " Yo xsul  ko mitələri 

haqqında"  yeni  dekret  qəbul  olundu.  Həmin  dekretdə  yoxsul  ko mitələrinin  

konkret,  təxirəsalın maz    mübariz  vəzifələri  göstərilmiĢdi.  "Qolço maq ların  və 

əksinqilab i  ünsürlərin  yo xsul  ko mitələrinə  soxulmasına  yol  verməmək  məqsədi 

daĢıyan" xüsusi ko missiyalar yaradılırdı 

13

.  Beləliklə, elə bu dekretin timsalında 



demək  olar  ki,  hələ  o  zaman  Mərkəzin  göstəriĢi  ilə  A zərbaycan  kəndində  yen i 

dövlət hakimiyyətinin tətbiqinə yu xarıdan təzyiq lə baĢlanmıĢdı.  

Azərbaycan  kəndinin  sinfi,  siyasi  baxımdan  birdən-b irə  kəndli 

sovetlərinin təĢkilinə  keçməyə (o zaman kənd sovetləri təkcə Bakı qəzasında var 

idi) hələ hazır olmadığın ı nəzərə alaraq, AKP-n in II qurultayı kənddə hakimiyyət 

orqanları  kimi  yo xsul  ko mitələrinin  təĢkili  vasitəsilə  kəndliləri  dərindən 

təbəqələĢdirmək  məqsədilə  inqilab  ko mitələri  və  sovetlər  arasında  aralıq  keçid  

dövrünün olmasının zəruriliyin i göstərdi. 

Kənd yoxsul ko mitələri kəndlilərdə kütləvi yığıncaqlarda, nahiyə yo xsul 

ko mitələri  isə  bu  və  ya  baĢqa  nahiyənin  yoxsul  ko mitələrin in  konfranslarında 

seçilirdi.  Yo xsul  ko mitələrinin  seçilməsi  ilə  kənd  və  nahiyə  inqilab  ko mitələri 

ləğv  edilird i.  Qəza  inqilab  ko mitələri  qalır  və  bunlara  yo xsul  ko mitələrinin  

ümu mqəza qurultaylarında seçilmiĢ nümayəndələr daxil edilirdi.  

Qəzalarda yo xsul ko mitələri yaradılması kampaniyasının keçirilməsində 

iĢtirak  etmək  üçün  Bakı  partiya  ko mitəsi  yenidən  yerlərə  ko mmun istlər  və  fəal 

fəhlələr  göndərməyə  baĢladı.  Yerlərdəki  fəhlə  dəstələri  ilə  b irlikdə  ərzaq  

sapalağına  və  yoxsul  ko mitələrinin  təĢkilinə  dair  ü mu mi  iĢ  aparmaq  üçün 

Azərbaycan Həmkarlar Ġttifaqları ġu rası qəzalara qabaqcıl fəh lələr də göndərirdi 

14

.  Bəzi  qəzalarda  Bakı  fəhlələrin in  nümayəndələri  yo xsul  ko mitələrinin  sədri 



təyin olunurdular

15 


Yo xsu l  ko mitələrinin  təĢkili  kampaniyasına  kö mək  məqsədilə  1920-ci 

ilin  dekabrında  Bakı-Poylu  marĢrutu  ilə  bir  sıra  xalq  ko missarlıqlarının, 

həmkarlar  Ġttifaqlarının,  gənclər  Ġttifaqının  və  s.  nümayəndələrindən  ibarət 

xüsusi  təlimat-təbliğat  qatarı  göndərilmiĢdi-Azərbaycanda  dövlət  quruculuğu 

məsələləri  RKP  MK-nın  nəzarət  mərkəzində  idi.  RKP  M K  Siyasi  Bürosunun 

V.Ġ.Lenin  tərəfindən  hazırlan mıĢ  və  1920-ci  il  noyabrın  27-də  qəbul  edilmiĢ 

qərarında deyilirdi: "Azərbaycanda təbliğatın, təĢviqatın və yoxsul ko mitələrinin  



129 

 

inkiĢaf  etdirilməsi  və  ümu miyyətlə,  sovet  quruculuğu    hər  vasitə  ilə 



gücləndirilsin. Bundan ötrü yol Stalinə tapĢırıldı ki, Azərbaycanda iĢləmək üçün, 

TəĢkilat  bürosu  vasitəsilə  hər  yerdən  maksimu m  miqdarda  müsəlman  

ko mmunisti tapsın‖

16



Yo xsu l  ko mitələrinin  yaradılmasında  böyük  çətinliklər  və  əyintilər  var 

idi.  Yo xsul  ko mitələrinə  tavanalı  kəndlilərin  nü mayəndələrin i  seçən  əhalinin  

istəyinin  əksinə  olaraq,  bəzi  yo xsul  ko mitələri  iĢi  elə  təĢkil  edird i  ki,  onların  

vasitəsilə qolço maqlar sovetlərə daxil o la bilməsin lər. 

Beləliklə,  hakimiyyətin  yerlərdəki  nümayəndələrinin  gərgin  iĢi 

sayəsində  1921-ci  ilin  əvvəlində  nahiyə  yoxsul  ko mitələrinin  təĢkili  əslində 

yerlərdə  baĢa  çatdı  və  qəzaların  b ir  ço xunda  qəza  inqilab  ko mitələrinə  yo xsul 

ko mitələri nü mayəndələrin in seçilməsinə baĢlandı

17



Bakıda  yoxsul  ko mitələrin in  Birinci  Ümu mazərbaycan  qurultayına 



hazırlıqla  əlaqədar  keçirilən  nahiyə,  qəza  yo xsul  ko mitələri  quru ltaylarında 

yoxsul  ko mitələrin in  yaradılmasına  dair  görülmüĢ  iĢlərin  ilk  nəticələrinə  yekun 

vurulur, hər nahiyədən 10 nəfər olmaqla nü mayəndələr seçilirdi.  

Qəza  yo xsul  ko mitələri  qurultayların ı  uğurla  keçirmək  üçün  bütün 

qəzalardakı  üçlü klərə  və  inqilab  ko mitələrinə  ətraflı  təlimat  göndərilmiĢdi. 

Təlimatda  deyilirdi:  "Qəza  yo xsul  ko mitələri  qurultaylarının  ço x  böyük 

əhəmiyyəti  ondadır  ki,  kampaniyanın  baĢlanmasından  bəri  yoxsul  komitələrin in 

qəzalarda gördükləri bütün iĢ aydın Ģəkildə bəlli o lmalıdır" 

18



Texniki  və  siyasi  Ģəraitinə  görə  nahiyə  qurultayları  keçirmək  mu mkün 



olmayan  qəzalarda  nahiyə  yoxsul  ko mitələrinin  hər  birin in    respublika 

qurultayına beĢ nümayəndə göndərməyə ixtiyarı var id i

19



Azərbaycan  yoxsul  ko mitələri  qurultayı  kənd  əhalisinin  qəzalarda 



sovetlərə seçkilər sisteminə  keçmək üçün hazırlan masında mühüm addım olmalı 

idi.  Lakin partiya rəhbərliy i bu siyasi tədbiri sürətləndirmək  xətti götürdü. AKP 

Mərkəzi  Ko mitəsi  bütün  partiya  təĢkilatlarına  xüsusi  məktub  göndərərək, 

"göstərilən  iĢi  mübariz  kampan iya  kimi  zərbəçi  Ģəkildə  aparmağı,   qurultayda 

kəndlilərin ən geniĢ kütlələrini maraq landırmağa çalıĢmağı"

20

 təklif ed ird i. 



Mərkəzi  Ko mitə  qəzalardakı  bu  məsul  iĢ  üçün  komissarlıqların  

iĢçilərindən  50  faizini  -  yerli  Ģəraiti  bilənləri  səfərbərliyə  aldı.  AKP  MK  Siyasi 

Bürosu  və  TəĢkilat  bürosu  Azərbaycan  yoxsul  ko mitələrin in  çağırılmasına  və 

təĢkilinə  rəhbərlik  etmək  üçün  H.H.Su ltanov,  D.X.Bünyadzadə,  M.B.Qasımov  

və baĢqalarından ibarət  xüsusi ko missiya yaratdılar.  Sovetlərə seçkilərə hazırlıq  

üçün sonrakı proses partiyanın bu cür əsassız təzyiqin in səhv olduğunu göstərdi. 

Digər tərəfdən isə nahiyə yoxsul ko mitələri qurultaylarının hazırlan ması 

və  keçirilməsi,  əslində,  bütün  respublikada  yo xsul  ko mitələri  Ģəbəkəsinin  qəti 

Ģəkildə formalaĢdırılması id i. 


130 

 

Kənd  sovetlərinin  fəaliyyət  göstərdiyi  Bakı  qəzasında  1921-ci  il 



yanvarın  əvvəllərində  bütün  qəza  kəndlilərinin  qurultayı  keçirildi.  Quru ltay 

sovet  quruculuğu  haqqındakı  qərarında  qeyd  etdi  ki,  kənd  yoxsulların ın  Bakı 

proletariatı  ilə  birləĢ məsi  yaln ız  vahid  mütəĢəkkil  Bakı  soveti  vasitəsilə 

mü mkündür

21



1921-c i  il  fevra lın  20-23-də  Ba kıda  yoxsul  ko mitə lərinin  Birinc i 



Ümu mazərbaycan  qurultayı  oldu.  Hazırlan ması  və  keçirilməsindəki  bir  sıra 

çatıĢmazlıqlara  baxmayaraq,  A zərbaycan  kəndlilərinin  ictimai-siyasi  həyatında 

qurultayın  mühüm  əhəmiyyəti  var  id i.  Quru ltay  zəh mətkeĢ  ünsürlərin  - 

yoxsulların  və  ortababların  simasında  kəndlilərin  ü mu mi  kütləsindən  ictimai 

qüvvənin  ayrılmasına,  onların  bütün  respublikada  sovetlərin  təĢkili 

kampaniyasına  keçilməsinə  fəal  cəlb  o lunması  üçün  obyektiv  Ģərait 

yaradılmasına  müəyyən dərəcədə kömək etdi.  N.N.Nərimanov demiĢdi: " Yo xsul 

ko mitələri  öz  iĢlərin i  gördü,  əhali  arasında  müəyyən:  təbəqələĢmə  apardı.  Buna 

Ģübhə  yoxdur  və  indi  sovet  quruculuğu  asan  gedəcək,  çünki  artıq  kəndlilərin  

Ģüurunda Ģəksiz inqilab baĢ verib, ind i yo x-sul kəndlinin beyni iĢləyir

22



Yo xsu l  ko mitələrinin  Birinci  Ümu mazərbaycan  qurultayı  qarĢıdakı 



Ümu mazərbaycan Sovetlər qurultayı üçün bir növ məĢq oldu. 

Azərbaycanın  Birinci  Sovetlər  qurultayı.  Azərbaycan  SSR-in  ilk 

Konstitusiyası.  1921-ci  ilin  yanvarından  etibarən  sovetlərə  seçkilər 

keçirilməsinə  və  Birinci  Ümu mazərbaycan  Sovetlər  qurultayarın  çağrılmasına 

hazırlıq  baĢlandı.  Bütünlükdə  Azərbaycanda  yoxsul  ko mitələrindən  sovetlərə 

keçilməsinə  əməkçi  kəndlilərin  qurultaylarında  seçilən  kənd  və  nahiy ə 

sovetlərinin  yaradılmasından  qəza  inqilab  ko mitələrin in  ləğvindən  və  qəza 

sovetlər  qurultaylarında  seçilən  icraiyyə  ko mitələrin in  yaradılmasından 

baĢlanmalı idi. 

Naxçıvan  qəzası  və  Kürdüstan  istisna  olmaqla,  1921  -ci  ilin  yazından 

Azərbaycanın  bütün  qəzalarında  sovetlərə  seçkilərin  təĢkili  və  keçirilməsi  

kampaniyası    geniĢlənir.    Ümu mazərbaycan    Sovetlər  qurultayının  çağırılması 

üzrə  ko missiya  yaradıldı.  Sovetlərə  seçkilər  keçirilməsinə  kö mək  göstərmək 

üçün  1921-ci  il  yanvarın  axırınadək  Bakıdan  qəzalara   700-dək  azərbaycanlı 

nümayəndə  göndərildi

23

.  Qəzalardakı  (fövqaladə)  üçlüklər  və  beĢliklər  kənd 



sovetlərinin təĢkilinə kö mək ed ird ilər. 

Seçkilərdə  əməkçi  kütlələrin  fəal  iĢtirakın ı  təmin  etmək  məqsədilə 

bitərəflərin  konfransları  keçirilirdi.  Yerlərdə  seçkilərin  keçirilməsinə  rəhbərlik 

etmək üçün bütün qəza təĢkilatlarına qanun göndərilmiĢdi.  Qanuna əsasən seçki 

kampaniyası  baĢa  çatandan  sonra  hər  bir  qəza  Ģəhərində  qəza  kəndli,  fəh lə  və 

əsgər deputatları soveti fəaliyyət göstərməli idi. O,  kənd sovetlərinin (500 sakinə 

bir deputat) və Ģəhər sovetlərinin  (200 seçiciyə bir deputat) nümayəndələrindən, 


131 

 

özü  də  qəza  üzrə  300  deputatdan  çox  olmamaq  Ģərtilə  seçilməli  idi.  Daimi  icra 



orqanları  kimi,  qəza  icraiyyə  ko mi-tələri  15  nəfərdən  çox  olmamaqla  qəza 

sovetlər qurultayı tərəfindən altı ay  müddətinə seçilirdi

24

. Onlar öz aralarında üç 



və  ya  beĢ  nəfərdən  ibarət  Rəyasət  Heyəti  seçirdilər.  Din indən,  milliyyətindən, 

oturaqlığından  və  sairdən  asılı  olmayaraq,  18  yaĢından  yuxarı,  məhsuldar  və 

ümu mi  faydalı  əməklə  özünə  dolanacaq  qazanan  Ģəxslərin,  gəlir  götürmək 

məqsədilə  mu zd lu  əməkdən  istifadə  etməyən  kəndlilərin  sovetlərə  seçmək  və 

seçilmək hüququ var idi. 1920-ci il aprelin 28-dək, eləcə də ondan sonra muzd lu 

əməkdən  istifadə  edənlər,  zəhmətsiz  gəlirlə  yaĢayanlar,  tacirlər,  vasitəçilər, 

mo llalar,  monaxlar,  d in  xad imləri,  polisin  və  onun  orqanların ın  keçmiĢ 

agentlərinin seçmək və seçilmək hüququ yox id i

25



Beləliklə, respublika əhalisinin  müəyyən nüfuzlu, inkiĢaf etmiĢ hissəsini 



demokratik  hüquqlardan  məhru m  edir  və  əs lində  dövlət  quruculuğunda 

iĢtirakdan  kənarlaĢdırırdılar.  Bununla  da  geniĢ  demokratiya  prinsipləri  pozulu r, 

siyasi  alternativ  və  bütün  xalqa  iradəsini  sərbəst  Ģəkildə  bildirmək  imkanı 

vermədən  cəmiyyət  üzərində  totalitar  rejimin  -  diktator  təkhakimiyyətliliy inin  

meydana çıxmasına zəmin yaradılırdı. 

Azərbaycanda 

"fəhlə-kəndli 

höku məti"nin 

bərqərarlaĢdırılması 

prosesində  cəmiyyətdəki  marqinal  təbəqə  -  küncü,  daldanacağı  sığınacağı, 

kifayət qədər  mədəniyyəti olmayan, yo xsullaĢmıĢ dünənki kəndlilər, səfilləĢmiĢ  

fəhlələr  in zibati-amirlik  rejimin i  təmin  etdiyi  üçün  yeni  hakimiyyət  onlara 

arxalanırd ı.  Çünki  marq inallar  ko mfortlu  yaĢayıĢ  iddiasında  olmu r,  dövlətin  

verdiyi  sədəqədən  məmnun  qalırlar.  Ġnsanlarda  kütləvi  bərabərçilik 

psixo logiyası,  dövlətdən  asılılıq,  onun  iradəsinə  tabelik  psixologiyası  əmələ 

gəlird i. 

1921-c i il aprelin ortalarında qəzaların əksəriyyətində Sovetlərə seçkilə r 

qurtardı,  qalan  yerlərdə  isə  baĢa  çatmaqda  idi.  AKP  III  qurultayının  (1921-ci  il 

mart)  qərarına  uyğun  olaraq,  partiya  rəhbərliyi  s ovetlər  qurultayının 

çağırılmasın ı  Azərbaycanda  sovet  hakimiyyətinin  birinci  ildönümü  gününə 

salmaq  istəyirdi.  MK-nın  bəzi  ü zvləri  quru ltayın  may  ayına  keçirilməsini  tələb  

edirdilər. Hər halda seçki kampaniyasını sürətləndirmək üçün qəzalara partiya və 

dövlət  xadimləri  göndərild i.  Aydın  məsələ  id i  ki,  qarĢıya  belə  "zərbəçi  vəzifə" 

qoyulduqda seçkilər geniĢ  xalq  kütlələrin in iradəsinin ifadəsinə çevrilə bilməzd i, 

bəzi  yerlərdə,  xüsusən  bu  cür  seçkilərin  ilk  dəfə  keçirildiy i  kəndlərdə  sırf 

deklarat iv  xara ktcr  daĢıyırd ı.  Seç kilə rin  keçirilməsini  çət inləĢdirən  baĢqa 

səbəblər  də  var  idi:  əvvəla,  sovetlərə  seçki  respublikalarının  iqtisadi  həyatında 

digər  həlledici  bir  məqamla  -  yeni  iqtisadi  siyasətə  keçilməsi  ilə  eyni  vaxta 

təsadüf  edirdi;  Ġkincisi,  qəzaların  heç  də  hamısında  yoxsul  komitələri  öz  ro lunu 


132 

 

hələ  axıradək  oynamamıĢdı;  ən  nəhayət  isə,  partiya  təĢkilatında  mü xtəlif 



fraksiyalar arasında barıĢmaz mübarizə gedirdi.  

Bütün  bu  çətinliyə  baxmayaraq,  qəza  partiya  təĢkilatları  mü rəkkəb  

siyasi  və  iqtisadi Ģəraitdə,  Bakıdan  gələn  məsul  iĢçilərin  kö məyi  ilə  bütövlükdə 

sovetlərə  seçkiləri  " zərbəçi"  qaydada  baĢa  çatdıra  bild ilər.  Əvvəlcə  kənd  və 

nahiyə  sovetləri,  sonra  isə,  qəza  sovetləri  seçildi.  Kənd  və  nahiyə  sovetləri 

deputatlarının  yarıdan  çoxu  yoxsulların  və  ortababların  nümayəndələri  id i. 

Sovetlərin  bir  ço xunda  deputatların  əksəriyyətini  ko mmunistlər  təĢkil  ed ird i. 

Əlamətdar  o  idi  ki,  azərbaycanlı  qadınlar  nəinki  seçkilərdə  fəal  iĢtirak  etmiĢdi, 

həm  də  qəzaların   bir  ço xunda  sovetlərə  deputat  seçilmiĢdilər.  Respub likada 

yaĢayan milli azlıq və qrupların demək olar, hamısın ın nümayəndələri sovetlərin  

tərkib inə daxil olmuĢdu. 

Bakı  qəzasında  kənd  və  nahiyə  sovetlərinə  seçkilər  əvvəl  aparılmıĢdı. 

Bakı  fəhlə,  qızıl  əsgər  və  matros  deputatları  sovetinə seçkilər  1920 -ci  il  mayın  

axırında  keçirilmiĢdi.  1920-ci  ilin  dekabrında  Bakı  sovetinin  və  rayon 

sovetlərinin  yenidən  seçilməsi  ilə  əlaqədar  Bakı  qəzasının  kəndlərində  də 

seçkilər  keçirmək  qərara  alındı.  Bu  seçkilər  Bakı  sovetinə və  rayon  sovetlərinə 

seçkilərdən sonra baĢladı

26

.  



Beləliklə,  1921-ci  il  aprelin  axırı  və  mayın  əvvəlinədək  Azərbaycanda 

30 minə qədər deputatı olan təxminən 1400 kənd soveti seçilmiĢdi

27



1921-c i  il  may ın  6-19-da  Bakıda  Birinci  Ümu ma zə rbaycan  Sovetlər 



qurultayı  keçirildi.  SeçilmiĢ  601  nü mayəndədən  590-nı  qurultaya  gəlmiĢdi 

(mayın  13-dək  445  nü mayəndə  anket  vərəqəsi  almıĢdı),  onlardan  392-si 

ko mmunist,  3  nəfəri  qadın  id i.  Nü mayəndələrin  sosial  və  milli  tərkibi  belə  idi: 

fəhlələr -  140 nəfər, kəndlilər- 189, qulluqçu və ziyalıların nü mayəndələri  - 116, 

azərbaycanlılar  - 325,  ruslar - 75, ermənilər - 21, digər  millətlərin nümayəndələri 

24 nəfər


27a

Qurultay əslində ko mmun ist nümayəndələrdən ibarət idi  ki, bu da onun 



iĢinin  bütün  mahiyyətini  irəlicədən  müəyyən  edirdi.  Bu  qanunverici  orqanın  

bütün  fəaliyyəti  təkcə  ko mmun ist  partiyasının  siyasətinə  xid mət  edird i,  çünki 

qurultayda heç bir baĢqa partiya və ya siyasi mü xalifət təmsil o lun mamıĢdı. 

Qurultayın 

gündəliyinə 

N.N.Nərimanovun 

Azərbaycan 

SSR 


hökumətin in  fəaliyyəti  və  beynəlxalq  vəziyyəti  haqqında,  M.D.Hüseynovun 

respublikanın  xarici  siyasəti,  D.X.  Bünyadzadənin  xalq  maarifi,  Ə.H.Qarayevin  

Azərbaycan Qızıl ordusunun təĢkili, H.Sultanovun yeni iqtisadi siyasət Ģəraitində 

sovet  quruculuğunun  vəzifələri,  XTġ-nin,  xalq  ərzaq  və  xarici  ticarət 

ko missarlıqlarının   fəaliyyəti  haqqında  məruzələri,  qəza  nümayəndələrinin  

çıxıĢları daxil idi. 



133 

 

Qurultayın  may ın  13-də  keçirilən  iclasında  V.I.  Lenin in  192l-ci  il 



aprelin 14-də yazdığı "Azərbaycan,  Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar 

respublikasındakı  ko mmunist  yoldaĢlara"  məktubu  nümayəndələrin  xah iĢi  ilə 

Azərbaycan  və  rus  dillərində  elan  edildi.  V.Ġ.Lenin  bu  məktubda  Qafqaz 

ko mmunistlərinə  sosializm  quruculuğunda  öz  respublikaların ın    xüsusiyyətini 

nəzərə  almağ ı  partiyanın  siyasətini  bacarıqla  həyata  keçirməyi  məsləhət  görür 

tövsiyə  edirdi  ki,  onlar  "RSFSR-in  vəziyyəti  və  Ģəraitindən  fərqli  olaraq,  öz 

vəziyyətlərinin  və  öz  respublikalarının  xüsusiyyətini  baĢa  düĢsünlər,  bizim 

taktikamızı  eyni  ilə  təqlid  etmək  lazım  deyil,  konkret  Ģəraitin  mü xtəlifliyinə 

uyğun  olaraq  onu  düĢünülmüĢ  surətdə  dəyiĢdirmək  lazım  gəld iyini  baĢa 

düĢsünlər"

28



Qurultay  Len inin  məktubunun  surətini  bütün  qəzalara  göndərməy i 



qərara  aldı29.  Ancaq  təəssüf  ki,  bu  məsləhətlər  sosializm  quruculuğu 

praktikasında tam Ģəkildə nəzərə alın madı və ardıcıl həyata keçirilmədi. 

Lenin partiyasının konsepsiyasına və müsəlman dünyasına münasibətdə 

Azərbaycanın  rolu  və  yeri  barədə  siyasətinə  aydınlıq  gətirmək  üçün  Q.K. 

Orconikid zenin  RKP MK və  RSFSR MĠK adından qurultaya təbriki diqqəti cəlb  

edir.  O,  Azərbaycanın  ġərqin  tarixində  sovet  respublikası  bünövrəsinin 

qoyulduğu  yeganə  müsəlman  ölkəsi  o lduğunu  vurğulayaraq  demiĢdi: 

"Azərbaycan burada, ġərqdə nümunəvi sovet respublikası o lmalıd ır. A zərbaycan 

ġərqdə  dünya  inqilabın ın  bayraqdarı  olmalıd ır.  A zərbaycan  bütün  ġə rqi  öz 

Ģəfəqləri  ilə  iĢıqlandıran,  onun  gözünü  açan  və  inandıran  yanar  məĢəl 

olmalıdır"

29



Tarixin  gediĢi  isə  göstərdi  ki,  bu  o  vaxtın  "inqilabi  eyforiyasından" 

baĢqa  bir  Ģey  deyildi.  Elə  həmin  vaxt  qurultay  Azərbaycan  SSR  əməkçiləri 

adından  yekdilliklə  "ġərq in  bütün  fəhlə  və  kəndllərinə"  xüsusi  müraciətnamə 

qəbul etmiĢdi

30



RSFSR-in  Zaqafqaziya  respublika larındakı  səlahiyyətli  nümayəndəsi 



Q.V.  Leqran,  Gürcüstan  SSR  höku məti  adından  M.D.OraxelaĢvili  Birinci 

Ümu mazərbaycan  Sovetlər  qurultayının  təbrik  nitqi  ilə  salamladılar.  Bir  sıra 

xarici  təĢkilatların  və  ġərqdə  Təbliğ  və  Fəaliyyət  ġurasının  nümayəndələri  də 

təbrik  sözü  ilə  çıxıĢ  etdilər  .  N.Nərimanov  öz  məru zəsində  respublikanın  daxili 

və  beynəlxalq  vəziyyətini  səciyyələndirdi.  O,  ərzaq  məsələsi,  iqtisadi  məsələ 

konsepssiyalar,  xarici  ticarət  problemləri  barədə  də  danıĢdı.  Qurultay  "bütün 

fəhlə-kəndli höku mətin in siyasətini və uğurların ı" bəyəndi

31



D.Hüseynov  Azərbaycan  sovet  hökumətinin  xarici  siyasətinin  əsas 

mah iyyətini  ifadə  edərək,  demiĢdi:  " Biz  inqilab  uğrunda,  Sovet  Rusiyası 

uğrunda, Kommun ist Ġnternasionalı uğrunda hərəkət edirik və Antantaya və hər 

cür  imperialistlərə  amansız  mübarizə  elan  edirik"

31a

.  Göründüyü  kimi, 



134 

 

Azərbaycan  SSR  də  Sovet  Rusiyası  və  Komintern  ilə  birlikdə  "dünya  inqilabı" 



uğrunda "qətiyyətlə mübarizə" aparmağa hazır olduğunu bəyan edirdi. 

Qurultay 16 qəzan ın nümayəndələrin in məruzələri üzrə qəzalarda sovet, 

təsərrüfat  və  mədəni  quruculuğu  geniĢləndirməyə  yönəldilmiĢ  qətnamə  qəbul 

etdi. 


D.X.Bünyadzadənin  məru zəsi  üzrə  qurultay  Azərbaycanda  xalq  

maarifinin inkiĢafı üçün vacib olan qərar qəbul etdi. Qərarda məktəblərin  maddi-

texn iki bazasının yaradılması vəzifəsi xüsusi vurğulanmıĢdı.  

Azərbaycan  SSR-in  ilk  Konstitusiyasının  qəbul  edilməsi  qurultayın  

iĢində əhəmiyyətli yer tutmuĢdu. Konstitusiyanın layihəsi AKP MK-n in 1921-ci 

il  may ın  11-də  açılan  plenu munda  müzakirə  olunarkən  SA.Dan ielyan  (Sarkis) 

sovetlər qurultayına nümayəndəlik no minasını  - hər  5000 kəndlidən və hər 1000 

nəfər fəhlədən 1 deputat göndərilməsini  müəyyən edən maddənin  əleyhinə çıxdı, 

hər  5000  kəndlidən  və  hər  500  fəhlədən  1  deputat  göndərilməsi  təklifini  irəli 

sürdü.  Plenum  ü zvlərin in  əksəriyyəti  (H.H.Su ltanov,  S.M.Əfəndiyev, 

M.H.Hacıycv,  D.X.Bünyadzadə,  N.N.Nərimanov  və  b.)  onun  təklifini  rədd  etdi 

və  Konstitusiyanın  həmin  maddəsinin  heç  bir  dəyiĢiklik  o lunmadan 

saxlan masına tərəfdar çıxd ı. 

Əslində bu təkliflərin arxasında Azərbaycan kəndlilərinə, Azərbaycanda 

fəhlə-kəndli  hakimiyyətinin  ali  orqanında  onların  təmsil  olun masına  münasibət 

məsələsi  dayanırdı.  Ona  görə  də  bu  təkliflərlə  əlaqədar  dəfələrlə  qızğ ın 

mü zakirələr  getdi.  Mayın  14-də  AKP  MK-n ın  plenumunda  məsələ  yenidən 

mü zakirə  olundu  və  onun  həllinin  A zərbaycan  MĠK-ə  verilməsi  barədə 

M.D.Hüseynovun təklifi qəbul edildi

32



Sarkisin  və  onun  tərəfdarlarının  təklifi  fitnəkar  xarakter  daĢıyırdı  və 

mah iyyətcə  Azərbaycanın  əleyhinə  çevrilmiĢdi.  Çünki  qəzalarda  əhalinin  

əksəriyyətini  azərbaycanlılar  təĢkil  edird i,  qanunvericilik  orqanlarında  onların  

nümayəndələrin in  fəhlə  sinfin in  nü mayəndələri  ilə  ağlabatan  tarazlığın ı    təmin  

etməklə  kəndliləri  sovet  dövləti  quruculuğuna  geniĢ  cəlb  etmək  lazım  idi.  Ona 

görə də kəskin mü zakirələrdən sonra həmin təklif rədd olundu. 

Birinci  Ümu mazərbaycan  Sovetlər  qurultayı  1921-ci  il  may ın  19-da 

Azərbaycan  SSR-in  ilk  Konstitusiyasını  (Əsas  qanununu)  təsdiq  etdi. 

Fəhlələrdən  nümayəndəlik  norması  respublikan ın  dövlət  idarəçiliyində  fəhlə 

sinfinin  rəhbər  rolunu  təmin  etməli  idi.  Əgər  qəza  sovetlər  qurultayları 

respublika  sovetlər  qurultayına  5  min  seçicidən  bir  deputat  göndərirdisə,  Ģəhər 

sovetləri  min  seçicidən bir deputat göndərirdi.  Qə za sovetlər qurultaylarına  500 

seçicidən bir deputat, Ģəhər sovetlərinə isə 100 seçicidən 1 deputat seçilirdi.  

Mahiyyətcə  Azərbaycan  SSR-in  ilk  Konstitusiyası  müstəqil,  suveren 

dövlətin  Əsas  qanunu  deyildi.  Onun  baĢlıca  prinsipial  müddəaları  RSFSR-in  


135 

 

birinci  Konstitusiyasının  əslində  təkrarı  id i.  Konstitusiya  Azərbaycanda  yeni, 



sovet  quruluĢunun  yarandığını,  əməkçilərin  mənafelərinin  və  hüquqlarının  

qorunduğunu  təsbit  etdi.  Konstitusiya  bəyan  edirdi  ki,  Azərbaycanda  ali 

hakimiyyət  fəhlələrə  və  əməkçi  kəndlilərə,  ö z  əməy i  ilə  yaĢayanların  hamısına 

məxsusdur.  Əməkçilər  üçün  həqiqi  vicdan  azadlığı  təmin  etmək  məqsədilə 

məscidlər,  kilsələr  dövlətdən,  məktəblər  isə  onlardan  ayrılırdı.  Məktəblərin  

dünyəvi, təhsilin isə pulsuz, ü mu mi və icbari olduğu elan edilirdi.  

Azərbaycan SSR Konstitusiyası fəhlə və kəndli təĢkilatlarına mətbuat və 

söz  azadlığı  verird i.  Ümu mi  hərbi  mükəlləfiyyət  müəyyən  edilir,  respublikanın  

müdafiəsi bütün əməkçilərin borcu sayılırdı.  

Konstitusiyada deyilirdi  ki, bütün millətlər sosial-iqtisadi, ict ima i-siyasi 

və  mədəni  həyatın  hər  bir  sahəsində  bərabər  hüquqlara  malikdirlər. 

Konstitusiyanın 13-cü maddəsinin prinsip etibarilə tarixi əhəmiyyəti var id i. Belə 

ki,  ölkənin  Əsas  qanununda  ilk  dəfə  o laraq  irqindən,  milli  mənsubiyyətindən 

asılı  o lmayaraq  bərabərlik  təsbit  edilmiĢ,  milli  azıqların  mənafelərinin  

qorunmasına  təminat  verilmiĢdi.  Həmin  maddədə  deyilirdi:  "ASSR  din indən, 

irq indən  və  milliyyətindən  asılı  olmayaraq  vətəndaĢların  bərabər  hüquqlara  

ma lik  o lduğunu  qəbul  edərək,  bu  zə mində  hansısa  imt iyazlar  və  ya  üstünlüklər 

müəyyən edilməsinin, yaxud bunlara yol verilməsinin, eləcə də hər hansı Ģəkildə 

milli  azlıq lara  zülm  edilməsinin  və  ya  onların  hüquq  bərabərliyinin  

məhdudlaĢdırılmasın ın  respublikanın  əsas  qanunlarına  zidd  olduğunu  elan 

edir"

33



Respublika mətbuatı fəhlə və kəndlilərə mü raciət edərək, Konstitusiyanı 

"öyrənməyə, dərk etməyə,  mənimsəməyə" çağırır, onu "proletariat diktaturasının 

böyük xartiyası" elan edirdi. 

Konstitusiya  təsdiq  edildikdən  sonra,  onun  tələbinə  uyğun  olaraq, 

Azərbaycan Ġnqilab Komitəsi ləğv edildi. Quru ltay Azərbaycan Mərkəzi Ġcraiyyə 

Ko mitəsini  -  Sovetlər  qurultayları  arasındakı  dövrdə  respublikanın  ali 

qanunvericilik  orqanı  seçdi.  Azərbaycan  MĠK  73  üzvdən  və  26  nəfər  üzvlüyə 

namizəddən ibarət id i. Bunlardan 51 nəfəri azərbaycanlı, 14-ü rus, 3-ü ermən i, 2-

si gürcü, 1 nəfəri yəhudi idi 

34



Azərbaycan  MĠK-in  mayın  21-də  açılan  Birinci  sessiyasında  9  üzvdən 

(S.A.Ağamalıoğlu, 

Ə.H.Qarayev, 

M.B.Qasımov, 

Ġ.M.KonuĢkin, 

N.N.Nərimanov,  M.G.PleĢĢakov,  M.H.Hacıyev,  T.Ə.Hüseynov,  T.A.ġahbazov) 

və 3 nəfər namizəddən ibarət  Rəyasət Heyəti seçildi

35

. Azərbaycan kəndlilərin in 



nümayəndəsi M.H.Hacıyev Azərbaycan MĠK-in sədri seçild i. 

Azərbaycan  MĠK-in  Birinci  sessiyasında  Azərbaycan  SSR  Xalq  

Ko missarları  Sovetinin  tərkib i  təsdiq  edildi.  A li  Ġcra  hakimiyyəti  olan  XKS 

Sovetlər  qurultayı  və  Azərbaycan  MĠK  qarĢısında  məsul  idi.  Xalq  Ko missarları 



136 

 

Sovetinə  17  xalq  ko missarı  daxil  idi.  N.N.Nərimanov  Azərbaycan  SSR  XKS 



sədri seçildi. 

Beləliklə,  Azərbaycanda  "sovet  milli  dövlət  quruculuğunun"  üçüncü 

mərhələsinə  keçilməsi  baĢa  çatdı.  XX  əsrdə  Azərbaycan  xalq ının  tarixində  ilk 

respublika ADR idi, Ġkincisi isə Azə rbaycan SSR oldu.  

Azərbaycan  bütün  müsəlman  aləmində  yeni  tip li  ilk  dövlət  Sovet 

respublikası oldu. Azərbaycan xalqı ö zünün yaxĢı həyatı, əmin-amanlığ ı naminə 

yeni  respublikaya  böyük  ümid lər  bəsləyird i.  Gö rkəmli  yazıçı,  ictimai  xad im 

C.Məmmədquluzadə 1922-ci  ildə MollaNəsrəddin" jurnalında yazırd ı ki, "Molla 

Nəsrəddin"in  ruhuna  və  arzularına  uyğun  gələn  Ģey  Sovetlər,  sovet  quruluĢu 

adlanır.  Mən  Ģadam  ki,  bu  günləri  gördüm  və  arzu m  çin  oldu.  Sovet  quruluĢu, 

sovet  hakimiyyəti  bizim  inam  yollarımızdır.  Bu  bizim  inamımızdır.  Biz  əminik 

ki,  Vətən,  Ölkə  bütün  zəh mətkeĢlərə  məxsusdur.  Ölkəni,  dövləti  məhz  bu 

zəh mətkeĢlər  idarə  edirlər.  Ölkənin  sahibi  yalnız  onlardır  və  Sovetlər  vasitəsilə 

dövləti yalnız onlar idarə edirlər. Sovetlər, bax, bu deməkdir"

36



Xalq ın  əksəriyyəti  ü rəkdən  inanırdı  ki,  Azərbaycanın  fəhlələri  bütün 



əməkçiləri öz milli dövlətçiliyin i əldə etmiĢdir, on lar ö z respublikasının- suveren 

sovet  dövlətinin,  Azərbaycan  SSR-in   bünövrəsini  qoyurlar.  Lakin  xalq 

təsərrüfatının  ideologiyalaĢdırılmıĢ  sistemi,  ictimai-siyasi  həyatı  hər  Ģeyi  əhatə 

edən  "siyasiləĢdirilməsi",  həddən  artıq  inzibatçılıq  v ə  idarəetmənin  totalitar 

üslubu,  veliko rus  Ģovinizminin  milli  müstəqilliyə,  azadlığa  və  hüquq 

bərabərliy inə təzy iqinin güclən məsi tədricən onun simasını dəyiĢdirdi.   



Milli  azlıqlar  arasında  iĢ.  Azərbaycanın  əhalisi  ço xmillətli  idi. 

Azərbaycanlılardan  əlavə,  burada  ermənilər,  ruslar,  gürcülər,  ukray rıalılar, 

ləzgilər,  kürd lər,  yəhudilər,  talıĢlar  və  baĢqaları  da  yaĢayırdılar.  Zaqafqaziyada 

demokratik  "müstəqil"  dövlətlərin  yaranmasından  ötən  dövrdə  diyarda  milli 

münasibətlər  o lduqca  kəskinləĢ miĢdi.  Azərbaycan  torpaqlarını  ələ  keçirmək 

məqsədilə daĢnak  Ermənistanının baĢladığı təcavüz  xalq ımızın həyatında ağır  iz 

buraxmıĢdı. M illi  münasibətlərin ço x  mü rəkkəb olduğu bir Ģəraitdə, ilk növbədə 

respublikada  yaĢayan  xalqlar  arasında  milli  sülh  yaradılmasına  dair  fəaliyyətə 

baĢlamaq lazım id i. 

Azərbaycanın Ģəhər əhalisinin milli tərkibi qarıĢıq idi:  Bakıda,  Gəncədə, 

Nu xada  (indiki  ġəkidə),  Lən kəranda,  Qubada,  ġuĢada  və  baĢqa  Ģəhərlərdə 

ermənilər, yəhudilər  müəyyən faiz təĢkil edird ilər.  BaĢqa  millətlərdən olan  kənd 

əhalisi  əsasən  yığcam  halda  yaĢayırdılar.  Məsələn,  ermən ilər  ġuĢa,  Gəncə, 

CavanĢir,  Qaryagin,  ġamaxı,  Göyçay  qəzalarında,  gürcülər  Zaqatala  dairəsində, 

kürdlər  CavanĢir qəzasında və Qubadlıda,  ləzg ilər Zaqatala dairəsində,  Quba və 

Nu xa qəzalarında, ruslar  Gəncə,  Cavad və ġamaxı qəzalarında, talıĢlar  Lənkəran  

qəzasında cəmləĢmiĢdilər. 


137 

 

Belə  milli  rəngarənglik  Ģəraitində  Azərbaycanda  dövlət  hakimiyyətini 



möhkəmləndirmək  və  sosial-iqtisadi  dəyiĢiklikləri  uğurla  həyata  keçirmək  üçün 

milli  sülh  yaradılmasın ın  mühü m  əhəmiyyəti  var  idi.  Ona  görə  də  çoxmillətli 

Bakı fəhlələri ilə ço xmillətli kəndlilər arasında əlaqələrin möhkəmləndirilməsinə, 

bütün millətləri nü mayəndələrin in yeni respublika quruculuğuna cəlb edilməsinə 

xüsusi   diqqət  yetirilirdi.   Respublikan ın hökumət və təsərrüfatı  xalq təsərrüfatı 

və  mədəni  həyatı  təzə  əsaslar  üzərində  yenidən  qurarkən,  siyasi  və  təsərrüfat 

tədbirləri  həyata  keçirərkən  bütün  milli  azlıqların  mənafeyini  və  ehtiyaclarını 

nəzərə alırdılar. 

1920-c i  ilin  iyulunda  AKP  Mərkə zi  Ko mitəsi  yanında  milli  a zlıqla r 

Ģöbəsi yaradılmıĢdı.  O, "Azərbaycan Kommun ist Partiyası üzvlərinin ço xmillətli 

tərkib i arasında iĢ aparırd ı"

37



Azərbaycan  SSR  Xalq  Maarif  Ko missarlığında  milli  azlıq ların  xalq 

maarifi  məsələləri  və  onların  arasında  mədəni-maarif  iĢi  aparılması  ilə  məĢğul 

olan  ayrıca  Ģöbə  təĢkil  edilmiĢdi.  M illi  azlıqlar  Ģöbəsinin  kollegiyası 

respublikanın  milli azlıqları arasında mədəni-maarif sahəsində görülən bütün iĢə 

rəhbərlik  ed ird i.  M illi  azlıq ların  hər  biri  arasında  iĢ  görmək  üçün  xüsusi  milli  

bölmələr  təĢkil  olun muĢdu

38

.  Xalq  təhsili  Ģöbələri  yanında  təĢkil  edilmiĢ 



yardımçı Ģöbələr milli azlıq lar Ģöbəsinin yerli orqanları rolunu oynayırdı.  

1920-c i  ilin  oktyabrında  Azərbaycan  SSR-də  RSFSR  Xa lq  Milli  ĠĢlər 

Ko missarlığının  nü mayəndəliy i  təsis  olundu.  O  öz  vəzifələrini  RSFSR  ilə 

Azərbaycan  SSR  arasında  müqavilə  münasibətlərin in  normalarına  əməl 

olunmaqla yerinə yetirməli idi. 

Nü mayəndəlik respublikada  milli siyasətin həyata keçirilməsinə kö mək 

göstərmək,  millətlərin  iqtisadi  və  mədəni  səviyyəsinin  yüksəldilməsinə  və 

onların  birgə  əməyin in  bərqərar  olmasına  yardım  etmək  məqsədilə  təsis 

edilmiĢdi.  Xalq  ko missarlığının  baĢlıca  vəzifəsi  "RSFSR-in  bütün  millətləri  və 

tayfaların ın  birlikdə  dinc  yaĢamasını  və  qardaĢcasına  əməkdaĢlığ ını  təmin 

etmək" id i, əslində isə o, d igər müstoqil sovet respublikaların ın milli iĢlərinə fəal 

surətdə müdaxilə edirdi. 

Milli  azlıqlar  Ģöbələri  məktəblər,  kitab xanalar  və  digər  mədəni-maarif 

idarələri  açır,  yeni  dərsliklər  və  ədəbiyyat  nəĢr  olunurdu.  Pedaqoji  kadrlar 

hazırlamaq məqsədilə tədrisin ana d ilində aparıldığ ı xüsusi kurslar açılmıĢdı

38a


Xalq  Milli  ĠĢlər  Ko missarlığın ın  Azərbaycan  SSR-dəki  nümayəndəsi 

respublikada  milli  siyasətin  həyata  keçirilməsinin  ilk  yekunların ı  xarakterizə 

edərək,  öz  hesabatında  yazırd ı:  "Bu  və  ya  digər  milli  qrup  mədəni-maarif 

fəaliyyətini  inkiĢaf etdirmək sahəsindəki bütün səylərində  Respublika tərəfindən 

ən geniĢ rəğbətlə qarĢılanır. 



138 

 

Respublikada  yaĢayan  digər  milli  azlıqlara  münasibətdə  hökumətin 



milli siyasətinə gəldikdə  isə, bu siyasət milli  azlıqların hüquq və mənafelərin in 

hər  vasitə  ilə  qorunmasına  və  onların  əksəriyyətini  təĢkil  edən  yerli  əhali  ilə 

birgə dinc yaĢayıĢının təmin olun masına yönəldilmiĢdir"

39



Azərbaycan  sovet  hökuməti  vətəndaĢ  müharibəsi  dövründə  Muğanda 

dağıdılmıĢ  rus  kəndlərinin  bərpasına  kö mək  göstərirdi.  Bu  kəndlərin  əməkçi 

kəndlilərinə  pul,  iĢ  heyvanı  və  kənd  təsərrüfatı  inventarı  verilirdi

40

.  Dağlıq 



Qarabağda  azərbaycanlılarla  ermənilər  arasında  dinc  münasibətlər  bərpa 

olunurdu.  Burada  məhsul  yığımında  qarĢılıqlı  kö mək  üçün  xüsusi  erməni-

azərbaycanlı dəstəsi təĢkil edilmiĢdi

41

. Əhalinin qarıĢıq yaĢadığı rayonlarda bir-



ləĢmiĢ  erməni-müsəlman  inqilab  ko mitələri  və  partiya  ko mitələri

42

,  habelə 



nahiyə və kənd ko mitələri

43

 yaradılırdı. 



Azərbaycan xalq ı daĢnakların və menĢeviklərin 1920-ci il may üsyanları 

yatırıldıqdan  sonra  Azərbaycanda  sığınacaq  tapmıĢ  Ermənistan  və  Gürcüstan 

qaçqınlarına  hər  cür  yard ım  göstərirdi.  Q.K.Orconikidze  daĢnakların  ağ  terroru  

haqqında  1920-ci  il  iyunun  5-də  V.Ġ.Leninə  teleqramında  yazırdı:  "DaĢnakların  

əlindən  qaçan  kəndlilər  Sovet  Azərbaycanı  kəndlilərinin  yanında  qardaĢ 

sığınacağı  tapmıĢlar"

44

.  Hətta  1920-ci  ilin  oktyabrında  AKP-n in  II  qurultayı 



erməni  qaçqınlarının  yerləĢdirilməsi  və  bütün  zəruri  Ģeylərlə  təmin  olunması 

haqqında  xüsusi  qətnamə  qəbul  etmiĢdi.  Xalq  Ko missarları  Sovetinin  sədri 

N.N.Nərimanov  Ermənistan  və  Gü rcüstandan  olan  qaçqınlara  hərtərəfli  yard ım 

göstərilməsin i təĢkil etmək  məqsədilə 1920-ci ilin oktyabrında  xüsusi komissiya 

ilə  I  Ermənistan  sərhədinə  getmiĢdi.  Onun  göstəriĢi  ilə  qaçqınların  əksəriyyəti 

Qazaxa köçürüldü və onlara parça, ərzaq verildi

45



Torpağın  əməkçi  xalqa  verilməsi  haqqında  dekret  Azərbaycan 



qəzalarında  normal  milli  münasibətlər  yarad ılmasında  mühüm  rol  oynadı. 

Torpaq  haqqında dekretin  həyata  keçirilməsi  kəndli  kütlələrin in  sosial  fəallığ ını 

artırır,  milli qırğının,  kənddə tayfa düĢmənçiliy inin aradan qaldırılması prosesini 

sürətləndirir,  mü xtəlif  millətlərdən  olan  əməkçi  kəndlilər  arasında  mehriban 

qonĢuluq münasibətlərinin  möhkəmlən məsinə imkan yaradırdı. To rpaq haqqında 

dekretin  tətbiqi  ilə  əlaqədar  qəzalarda  kəndli  qurultayları  çağırılır,  sovet 

quruculuğu,  torpaq,  ərzaq  məsələləri  və  sairə  mü xtəlif  millətlərin  

nümayəndələrin in iĢtirakı ilə mü zakirə olunurdu. 

Sovet hökuməti bütün silki və din i  imtiyazların,  milli  məhdudiyyətlərin  

ləğvinə,  məktəblərdə  tədrisin  ana  dilində  aparılmasına  dair  zəruri  tədbirlər 

görürdü. 

 

 



 

139 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin