İkinci şəxsin cəminin qrammatik əlamətinə görə Azərbaycan
dili şivələri müxtəlif qruplara bölünür:
- sıŋız
4 . Dördvariantlı - sıŋız şəkilçisi əsasən şivələrin qərb
qrupunda, Zəngilan, Ağcabədi, Naxçıvan, Zəngibasar və Şəki-
nin bəzi şivələrində müşahidə olunur; məs.: kosalısıŋız, əfçisiŋiz “xırdaçı”, üzgüçüsüŋüz (Qaz.), hodək- siŋiz, kəççisiŋiz (Nax.),
suçusuŋuz, günüsüŋüz (Ağ.), əcizsıŋız, sığırçısıŋız, çölcüsüŋüz,
elçisiŋiz, qoruxçusuŋuz (Ş.) və s.
zəif tələffüz edilir, düşmək dərəcəsinə qədər zəifləyir, lakin düş-
mür (84,s.207).
M.Rəhimova görə, yuxarıda qeyd oulnan şəkilçinin (-sı şə-
kilçisindən) sonuncu - n səsi düşmüşdür və bunun da sonorluğu,
ehtimal ki, artıq burun səsinə çevrilən ı səsinə keçmişdir (176,
s.232).
-sı//su şəkilçisi Azərbaycan dilinin şimal-qərb və cənub qru-
pu şivələrinə xas olan səciyyəvi xüsusiyyətlərdən biri əsasında
- velyar ŋ səsinin düşməsi və ya qısalması nəticəsində özündən
əvvəlki və ya sonrakı saitə burunluq xüsusiyyəti verməsi yolu ilə
yaranmışdır. Lakin analoji hadisə Dərbənd şivəsində də baş ver-
mişdir. Dərbəndin bəzi şivələrində də n səsinin düşməsi ilə yaran-
mış - sa, - sə şəkilçisi burunda tələffüz olunmur.
- saq, - səq. Qədim velyar ŋ səsinin izi Şəmkir şivəsində -
saq, - səq şəkilçisinin tərkibində qorunub saxlanmaqdadır; məs.:
– Ayrı oğulsaq heş tayın yoxdu; İndi yaxşısaq göz dəyməsin və s.
- sıq (k). Velyar ŋ səsi ilə əlaqədar əmələ gəlmiş - sıq (k) forması ayrım şivəsinin səciyyəvi xüsusiyyətidir; məs.: kişisik, qoumsuk, tavırğasık, “köçəri”, toyçusık, xavarçısık, “xidmətçi”
B.Sadıqov bu şəkilçinin şəxs kateqoriyasında feillərdə də işlən-
məsini qeyd etmişdir; məs.: baxıfsık, tikifsik, vurubsuk, qörüfsuk (179, s.180).
Şəmkir və Gədəbəy şivələrində ikinci şəxs təkin mənsubiy-
yət və şəxs şəkilçilərinin və yiyəlik hal şəkilçisinin sonunda -q, k ünsürlərinin işlənməsi velyar ŋsəsinin tarixi inkişaf prosesinin
nəticəsidir. Türk dillərində velyar ŋ səsinin xüsusi refleksləri ğ,
q, y səsləri hesab olunur (Muq. et: münüz (buynuz) tatar, başqırd
dillərində meqiz) (182, s.70). Burada inkişafın iki istiqamətdə
getdiyini söyləmək mümkündür. Birincisi, ŋ səsi q/ğ səsinə o da
karlaşaraq k samitinə çevrilmişdir. Cingiltili q səsinin karlaşaraq
k səsinə çevril- məsi ayrım şivəsinin əsas fonetik xüsusiyyətlə-
rindən biridir” (62, s.30). Dialektoloji ədəbiyyatda ikinci səbəb
kimi nq//nğ//nk//nk birləşməsinin sadələşməsi, yəni n ünsürünün
düşməsi ilə k səsi tələffüz olunması göstərilir.
198
199
məs.: bajısuvuz, qardaşsuvuz, günüsuvuz, qonaxsuvuz, suçusuvuz və s.
V ünsürü türk dillərindəki n>ğ>v səsuyğunluğu əsasında
meydana çıxmışdır; müq.: “ağır” sözü tatar dilində avar, çuvaş
dilində “yıvır” şəklin- dədir. Azərbaycan dilindəki düyün sözünün
arxetipi “tüğün” şəklində müəy- yənləşdirilmişdir (182, s.48).
Həmin söz türkmən dilində düvun, çuvaş dlində tibi, Azərbaycan
dilinin Naxçıvan şivələrində düvün//tüvün şəklində nəzərə çarpır.
- sıŋız 4 şəkilçisinin n, y, ğ, v ünsürlü variantları yuxarıda adları
qeyd edilmiş şivələrdə feillərdə də eyni dərəcədə işlənir; məs.:
aşdınız, bahdıŋız, görüyəx’siniz (Qaz.), durduğuz, güldüğüz, gəl- misığız (Cəb.), baxıfsıyız, gəlifsiyiz, tapıfsıyız, görüfsüyüz (Zb.)
və s.
y, ğ, v ünsürlərinə əvəzliklərin yiyəlik və yönlük hallarında da
rast gəlmək mümkündür; məs.: sənüv, sizüv, onuv, ollaruv (Ağc.,-
Dər.), sənüy, onuy (L.), səniy, siziy (İt.), mağa, sağa, oğa (Zaq.,
Q., Ay.) (62, s.31, 32, 36).
Göründüyü kimi, bütün nümunələrdə y, ğ, v ünsürləri n (ŋ) sə-
sini əvəz etmişdir. Türkoloji araşdırmalarda həmin formaların vel-
yar ŋ səsinin qədim nq//nğ//nk//nk şəklinin təkamülü nəticəsində
meydana çıxması ilə izah olunur. M.Rəsəninin fikrincə, türk dil-
lərində nq//nk birləşməsinin sadələşməsi prose- sində n>ğ/q>v>y səs uyğunluqları əmələ gəlmişdir (178,s.171). M.Şirəliyev bu səs
uyğunluqlarının yaranma səbəbini belə xarakterizə edir: “nq səsi
get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu sə-
sin