AZƏrbay can ssr dağliq qarabag muxtar vilayəTİ İyun 1941-dekabr 1950-Cİ


IIIFƏSİL AZƏRBAYCAN SSR DAĞLIQ QARABAĞ MUXTAR



Yüklə 1.39 Mb.
Pdf просмотр
səhifə3/11
tarix23.12.2016
ölçüsü1.39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

IIIFƏSİL

AZƏRBAYCAN SSR DAĞLIQ QARABAĞ MUXTAR

VİLAYƏTİ  BÖYÜK VƏTƏN MÜHARİBƏSİ 

İLLƏRİNDƏ (1941-1945)

1939-cu  ilin  sentyabrında  dünya  tarixinə  ən  böyük, 

ən qəddar və dağıdıcı müharibə kimi daxil olan, 67 milyon 

insanm  ölümü  ilə  nəticələnən  İkinci  Dünya  müharibəsi 

başlandı. Dünyada ağahq etmək məqsədini qarşıya qoyan 

Almaniya  1941-ci  il  iyunun  22-də  qəfil və  güclü  zərbə  ilə 

SSRİ  üzərinə  xaincəsinə  hücum  etdi1.  Bununla  da 

tariximizə  Böyük  Vətən  Müharibəsi  adı  ilə  daxil  olan 

müharibə  başlandı.  Almaniyanın  SSRİ  üzərinə  hücumu 

«İldırımsürətli  müharibə»  strategiyasma  «Barbarossa 

planı»na  əsaslanırdı.  Həmin plana  görə Almaniya  ordusu 

qısa  bir  müddətdə  Sovet  Ordusunu  darmadağm  etməli, 

qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi2.

Hitler Almaniyasmm  işğalçılıq  planmda Azərbaycan 

xüsusi  yer tuturdu.  Hitlerin  «Edelveys» plamna görə  Bakı 

1941 -ci  il  sentyabrın  25-də  tutulmalı,  Bakı  nefti 

Almaniyanm  «Kontinental neft  cəmiyyəti»nə verilməli  və 

onlarm  rəhbərliyi  ilə  emal  olunub  daşmmalı,  satılaraq 

gəlir  Almaniyaya  çatdırılmah  idi3.  Hitler  «Mənim 

mübarizəm»  adlı  kitabmda  yazırdı  ki,  «müsəlman 

monqoloidlər  dağıdıcı  qüvvədir,  onlar  ali  irqin  (almanlar 

nəzərdə  tutulur.  M.N.)  qullarına  çevrilməlidirlər»4. 

Rozenberqin  «Qafqazm  idarə  olunması»  planma  görə 

Azərbaycan  istila  edildikdən  sonra  Bakıda  idarəedici 

orqan 

olan 


«komissarlıq» 

yaratmalı, 

bütövlükdə 

dövlətimizin  iqamətgahı  Tiflisdə  yerləşəcək  Qafqaz 

reyxkomissarlığma 

tabe 


edilməli 

idi5. 


Faşist 

Almaniyasmm işğalçılıq planmda türkdilli xalqları (Şimali 

və  Cənubi  Azərbaycanı,  Orta  Asiyanı,  Qazaxıstanı,

50

Başqırdıstam,  Tatarıstanı,  Krımı,  Şimali  Qafqazı,  Qərbi 



Çin  və  Əfqanıstan)  «Böyük  Türkmənistan»  dövlətində 

birləşdirib  özünün  müstəmləkəsinə  çevirmək  də  var  idi. 

Faşist  Almaniyasınm  diqqətini  cəlb edən  təkcə  ölkəmizin 

tükənməz  və  qiymətli  yeraltı  və  yerüstü  sərvətləri  deyildi. 

Azərbaycan həm də Şərqlə Qərb arasında əlverişli strateji- 

coğrafı  mövqeyə  malik  idi  və  almanlar  bu  mövqedən 

məharətlə istifadə etməyi qərarlaşdırmışdılar.

Bəhs  etdiyimiz  dövrdə  Azərbaycanın  təbii  sərvətləri 

ABŞ  və  Böyük  Britaniya  dövlətlərinin  də  diqqətini  cəlb 

edirdi.  Onlar  Qafqazın,  xüsusilə  Azərbaycanm  ələ 

keçirilməsi 

üçün 


məxvi 

«Vilvet» 

plam 

işləyib 


hazırlamışdılar.

SSRİ  rəhbərliyi  isə  tükənməz  sərvətlər  diyarı 

Azərbaycanı  hansı  hesaba  olursa  olsun  əldə  saxlamaq, 

burada  yaşayan  azərbaycanlıları  zorla  Mərkəzi  Asiya  və 

Qazaxıstana köçürmək, öz dayaqlarım möhkəmləndirmək 

üçün  ruslarm və  ermənilərin  sayını  artırmaq  kimi  gizli  və 

mənfur bir planı var idi.

Almaniyanm  dünya  ağalığı  iddiası  ABŞ,  Böyük 

Britaniya  və  SSRİ  dövlətlərinin  1941-ci  ilin  sentyabrmda 

«Atlantik xartiyası»  adlı  ittifaq  yaratmağa vadar etdi.  Bu 

antifaşist kolisiyası idi və sonralar 50 dövlət həmin ittifaqa 

daxil olmuşdur6..

1941-ci  il  iyunun  30-da  İ.V.Stalinin  başçılığı  ilə 

ölkədə  bütün  hakimiyyəti  öz  əlində  cəmləşdirən  Dövlət 

Müdafıə  Komitəsı  (DMK)  yaradıldı7.  DMK-nm  əsas 

diqqəti  silahlı  qüvvələrin  möhkəmləndirilməsinə  və 

iqtisadiyyatı  müharibənin  tələbləri  əsasmda  yenidən 

qurulmasma  yönəldilmişdi.  Bütün  sovet  xalqı  kimi 

Azərbaycan  xalqı  «Hər  şey  cəbhə  üçün,  hər  şey  qələbə 

üçün»  şüarı  altında  alman  faşizminə  qarşı  müharibəyə 

qalxdı.  Azərbaycanın  bütün  şəhər,  rayon,  qəsəbə  Və

51


kəndləri,  o  cümlədən  DQMV-nin  əhalisi  son  qələbəyə 

qədər bu müharibədə fəal iştirak etdi ,

1941-ci  il  iyunun  22-də  Bakıda  olduğu  kimi 

Xankəndində,  Şuşada,  Ağdərədə  qəsbkarlara  qarşı 

izdihamla  mitinq  və  yığmcaqlar  keçirildi.  DQMV-nin 

bütün əhalisi mitinqlərdə çıxış edir, təcavüzkarlarm iyrənc 

hərəkətlərini  pisləyir  və  hərbi  komissarlığa  ərizə  ilə 

müraciət  edərək  vətənin  müdafiəsinə  hər  vaxt  hazır 

olduqlarım  bildirirdilər.  Müharibənin  ilk  günlərində 

Azərbaycamn şəhər və kəndlərindən 40 min nəfər könüllü 

olaraq  cəbhəyə 

getmək 


üçün 

Respublika 

Hərbi 

Komissarlığma  müraciət  etdi  ki,  bundan  1917  nəfəri 



Dağlıq Qarabağın gənc oğlan və qızları idi8.

1941-ci  il  iyunun  26-da  SSRİ  Ali  Sovetinin  Rəyasət 

heyətinin  fərmam  ilə  ölkəmizdə  iş  günü  uzadıldı  və 

məzuniyyətlər ləğv edildi.  Respublikamızın bütün əhalisi o 

cümlədən  DQMV-nin  zəhmətkeşləri  orduııun  təşkilində, 

oııun  maddi  bazasımn  möhkəmlənməsində  və  silahla 

təchizində müharibə fondunun yaradılmasında fəal iştirak 

edirdilər.  1941-ci ildə  15000  tibb işçisi,  750  ııəfər  rabitəçi, 

1500  nəfər  sürücü  xüsusi  hazırlanıb  cəbhəvə  göndərildi. 

1941-1942-ci  illərdə  respublikamızm  xalq  təsərrüfatmdan 

orduya 6220 yük  və minik  maşını,  476  traktor,  50 min  at 

səfərlər edilmişdir.  DMK-nin  18  sentyabr  tarixli  qərarma 

əsasən 

16  yaşdan 



50  yaşa  qədər 

bütün  SSRİ 

vətəndaşlarmm  məcburi  hərbi  təlimi  təşkil  edildi.  1941-ci 

il  və  1942-ci  ilin  əvvəllərində  Äzərbaycan  SSR-dən 

700.000-dən  çox  adam  ümumi  icbari  təlim  proqramını 

keçib  qurtarrmş,  400000  isə  keçməkdə  davam  etmişdir. 

Təkcə  402-ci  atıcı  diviziyada  9900  nəfər  adam  xalq 

qoşunu sıralarından gəlmişdi.

1941-1942-ci  illərdə  Respublikada  təşkil  edilən. hərbi 

birləşmələrə 

Azərbaycandan 

5.000 


kommunist 

52



komsomolçu  daxil  olmuşdur  ki,  bundan  457  nəfəri 

DQMV-dən  idi9.  Ümumiyyətlə,  1941- 1945-cı  illərdə 

Azərbaycandan orduya 700 minə qədər adam, o cümlədən 

DQMV-dən  45  min  qarabağlı  səfərbər  olunmuşdu50. 

Beləliklə,  müharibə  başlanan  andan  Dağhq  Qarabağda 

cəbhəyə  xidmət,  arxada  qüvvələri  səfərbər  etmək 

sahəsində  çoxlu  iş  görüldü.  Xalqımızm  fədakarlıq, 

mətnlik,  dözümlülük  nümayiş  etdirməsini  aşağıdakı 

faktlardan  da  aydm  görmək  olar.  1941-1945-ci  illərdə 

Dağlıq  Qarabağ  əhalisi  müdafiə  fonduna  42  milyon 

manat pul köçürmüşdülər.

1941-ci  ilin  sonları  1942-ci  illərdə  Azərbaycan  xalqı 

cəbhəyə  1600000  keçə  çəkmə,  yun  əlcək-corab,  kurtka  və 

sair,  40  milyon manat dəyərində  350 min  fərdi pasılka  və 

146  vaqon  kənd  təsərrüfatı  məhsulları  göndərmişdir. 

Müharibə  dövründə  xalqımız  nəinki  təqaüd  və  əmək 

haqlarmı,  hətta  öz  şəxsi  zinət  əşyalannı  belə  müdafiə 

fonduna verirdilər.  Təkcə  1941-1942-ci illərdə Azərbaycan 

əhalisi  öz  şəxsi əmlaklarından  müharibə  fonduna  15,5  kq 

qızıl,  952,5  kq  gümüş,  295000  nəğd  pul  15  milyon  manat 

istiqraz  vərəqi  vernıişdilər.  1941-1943-cü  illərdə  isə 

ziyalılarımız,  kolxozçu  və  fəhlələrimiz  müdafiə  fonduna 

230  milyon  manatdan  çox  pul  köçıirmüşlər.  1942-1945-ci 

illərdə  Azərbaycan  əhalisi  1,6  milyard  manat  dövlət 

istiqrazma yazılmışlar.

Müharibə  başlanan  vaxtdan  Azərbaycan  ərazisində 

hərbı xəstəxanalar yaradıldı. Yaralı əsgər və komandirlərə 

kömək  məqsədilə  1942-ci  ilin  yaııvarmda  Azərbaycan 

Respublikası  Yardım  Komitəsi  təşkil  etdi.  Tibb  elmlər 

doktoru,  professor  Əziz  Əliyev  Komitəyə  sədr  təyiıı 

olundu.  Bu  vaxt  Azərbaycanda  76  hərbi  xəstəxana  təşkil 

edildi  ki,  bunlardan  ikisi  Şuşa  və  Xankəndində  fəaliyyət 

göstərirdi11.

53


Azərbaycan  SSR  Səhiyyə  Komissarlığmm  baş 

cərrahı  M.A.Topçubaşov  cərrahiyyə  elminə  bir  çox 

yeniliklər  gətirdi. 

Donorluq  respublikamızda  geniş 

yayılmışdı. Təkcə  1941-1943-cü illərdə respublikamızda 20 

min donor 28000 litr qan vermişdilər.

Müharibənin  birinci  dövründə  Azərbaycamn  kənd 

təsərrüfatı  zəhmətkeşləri  ölkəni  və  cəbhəni 

kənd 

təsərrüfatı  məhsulları  ilə  təmin  etmək  üçün  fədəkarlıq 



göstərdilər.  1941-ci  ildə  kənd  təsərriifatma  aid  bütün 

planlar  yerinə  yetirildi.  Təkcə  1941-ci  ildə  138,3  min  ton 

pambıq  toplanmışdı.  Lakin  1942-ci  ilin  ortalarından 

kolxoz,  sovxoz  və  MTS-lərdə  ağır  vəziyyət  yarandı.  Bu 

çətinlik  hər  şeydən  öncə  maşm  və  traktorlarm,  atlarm 

müharibəyə  səfərbər  edilməsi,  mexanizatorlarm  öz 

ərizələri ilə müharibəyə getməsi ilə bağlı olmuşdur.

SSRİ  üzərinə  xaincəsinə  basqııı  edən  Hitler  kolxoz 

quruluşunun  zəifliyinə,  kəndlilərin  narazılığma  bel 

bağlasada,  mövcud  iqtisadi,  siyasi  sistem  kənd  əhalisinin 

səfərbər  olmasına  şərait  yaratdı.  Kəndin  işlək  əhalisinin 

3-dən 2-siniıı müharibəyə səfərbər edilməsinə baxmayaraq 

yeniyetmələr  və  qadmlar  kənd  təsərrüfatı  işlərinə  cəlb 

olunur və məhsul istehsalmı artırmağa çalışırdılar.

Dağlıq  Qarabağın  kənd  təsərrüfatınm  mühüm 

sahələrindən  biri  olan  heyvandarlığm inkişafma daha çox 

diqqət yetirilirdi.  1942-ci ilin ortalarında Vilayət rəhbərliyi 

Xocavənd,  Şuşa  və  Ağdərənin  kolxoz  və  sovxozlarında 

işləmək  üçün  1768  komsomolçu  göndərdi.  1943-cü  ildə 

Vilayətdə  əkin  sahələri  15  min  hektar  artırılmış,  məhsul 

toplanışı  1942 ildəkindən 20 gün tez qurtarmışdır.  1943-cü 

ilin  sonunda  DQMV-nin  əməkçiləri  dövlətə  90  min  ton 

taxıl vermişdilər12.  Dağlıq Qarabağ zəhmətkeşləri  1943-cü 

ildə pambıq planım 73,6 faiz yerinə yetirməyə nail oldular.

54

Müharibədə  tütünə  daha  çox  ehtiyac  olduğuiıdan



1942-ci  ildən  Dağlıq  Qarabağın  kolxozlarında  tütün 

əkilməyə başlanmışdır.  İlk vaxtlar 25 hektar sahədə tütün 

əkən əhali sonrakı illərdə əkin sahələrini daha da artıraraq

80  hektara  çatdırmış  və  dövlətə  tütün  satışı  planı  yerinə 

yetirmişdir.

DQMV-nin 

komsomolçu 

gəncləri 

müharibə 

dövründə  kənddə  tükənməz  yaradıcı  qüvvə  kimi  çıxış 

edirdilər.  Belə  ki,  təkcə  1943-cü  ildə  DQMV-nin  20  min 

gənci iməcliklərdə fəal iştirak etmiş, 42 su arxı təmizləmiş, 

tarlaya  9088  ton  kübrə  daşımış,  29  hektar  üzüm  bağı 

becərmişdi.  Komsomolçular  qazandıqları  2000  əmək 

gününü  və  63325  manat  pulu  müdafiə  fondu  hesabına 

keçirmişdilər. 

1943-cü  ilin  fevralında  komsomolçu 

gənclərin  texniki  hissələr və  alət  toplanışı  həftəsində  1675 

mühüm  kənd  təsərrüfatı  maşın  hissələri,  39  kombayn  və 

taxıldöyən maşm təmir edilmişdir13.

Azərbaycanm  hər  yerində  hərbi  xəstəxanalara 

hamilik  işi  gündən-günə  genişlənirdi.  Dağhq  Qarabağ 

əhalisi suxarım, quru meyvəni, doşabı, spirti, tənbəkini, ət 

və  süd  məhsullarını  qablaşdırıb  hərbi  xəstəxanalara 

göndərirdilər.  1943-cü  il  avqustun  11-də  təkcə  Hadrut 

rayonunun  bir  kolxozunda  «Vətən  müdafiəçilərinin 

hamilik  günü»  keçirib,  həmiıı  gün  qazanılmış  500  əmək 

güııünün  pul  dəyərini,  1500  kq  taxıl  və  digər  kənd 

təsərrüfat  məhsullarmı  toplayıb  Respublikanm  hərbi 

xəstəxanalarına hədiyyə göndərmişdilər14.

1944-cü ildə işğaldan  azad edilmiş  Rusiyä ərazilərinə 

hamilik köməyi daha geniş xarakter aldı.  DQMV Qaraçay 

Muxtar  Vilayətini  hamiliyə  götürmüş  və  bəhs  etdiyimiz 

dövrdə  Dağlıq  Qarabağ  əhalisi  qaraçaylılara  52  ton 

buğda,  8  ton  arpa,  1600  kq  çovdar,  3200  kq  noxud,  16 

qaramal, 

43 

davar,  435 



min  manat  nəğd  pul

55


göndərmişdilər15.  Hadrııd  rayonu  isə  Oryol  vilayətinə

40.000 manat ııəğd pui, 500 əmək günü dəyərində müxtəlif 

məhsullarla  kömək  etmişdilər.  DQMV-nin  gəncləri 

hamilik etdikləri rayorılara 43300 uıanat nəğd pul və 2007 

əməkgününə düşən məhsul göndərmişlər16.

1941-1943-cii  ilbrdə  Azərbaycanm  hər  yerində 

olduğu  kimi  DQMV-nin  vətəndaşları  öz  şəxsi  qənaətləri 

hesabına tank dəstələri yaratmaq hərəkatma  qoşulmuşlar. 

Ümumi  Azərbaycan  üzrə  bu  göstərici  230  ınilyon  manat 

idisə,  bunun  11  milyonu  Dağlıq  Qarabağ  zəhmətkeşləri 

tərəfindən göndəritmişdix17.

1942-1943-cü  illərdə  Azərbaycanda  əlillərin  və  əsgər 

ailələrinin ışlə təmin  olunması hərəkatı genişləndi.  1942-ci 

ildə  Şuşa  şəhərində  2  əlillər  evi  fəaliyyətə  başladı.  Orada 

100-dən  artıq  əlil  işləyirdi.  Ümumi  Azərbaycan  üzrə  bu 

göstərici 3295 nəfə-rə çatırdı.  1943-cü ildə DQMV-də əsgər 

ailəsi olan 6 nəfər qadm Kənd Soveti sədri,  22 nəfər Kənd 

Sovetı katibi,  10 nəfər kolxoz hesabdarı,  132 nəfər  kolxoz 

briqadiri,  34  nəfər  ferma  müdiri  işləyirdi.  1941-1944-cü 

illərdə Azərbaycartda 91  min nəfər cəbhəçi ailəsi işlə təmin 

olunmuşlar18.

Əsgər  ailələıinə  ümumxalq  qayğısmda  komsomolçu 

gənclər  yaxmdan  iştirak  edirdilər.  1943-cü  ildə  DQMV- 

niıı  komsomolçüları  201  əsgər  ailəsinin  eviııi  təmir  etmiş, 

onlarm  mal-qarasına  27  ton  yem  tədarük  etmiş,  115  m3 

odun  daşımış,  döyüşçü  ailələrinin 

uşaqJarma geyim,

ayaqqabı və sair vermişlər19.

Müharibə  dövründə Bakı  neftinin  qələbənin  əldə

edilməsində  rolu  misilsiz  olmuşdıır.  1941-1945-ci  illərdə

SSRİ  neft  sənayesi  110  milyon  ton  neft  hasil  etmişdir  ki, 

bunun  75  milyon  tonu  Azərbaycanm  payma  diişürdü. 

Başqa 

sözlə 


desək 

müharibədə 

ordunun  döyüş

56

texnikasınm 



75-80 

faizi 


Azərbaycan 

neftçilərinin 

qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdir.

Müharibə  başlayan  ilk  gündən  Dağlıq  Qarabağda 

fəaliyyət  göstərən  24  müəssisə  cəbhə  üçün  işləyirdi. 

Müəssisələrdə  dəzgah  arxasmda  gənclər,  qızlar  və 

qadmlar  dayanırdı.  Müharibə  dövründə  Vilayətin  ən 

böyük  müəssəsi  olan  Qarabağ  İpək  Kombinatımn 

kollektivi  xüsusilə  fərqlənirdi.  Ağır  illərdə  onlar  ehtiyacı 

olan  ailələrə  421  min  kubmetr  odun  daşımış  və  473  ton 

metal 

toplayıb 



Stavropol 

vilayətinə 

göndərmişlər. 

Sənayedə  əhəmiyyətli  müvəffəqiyyətlər qazanılmışdı.  Belə 

ki,  1944-cü  ildə  1940-cı  ilə  nisbətən  sənayenin  ümumi 

məhsulu  9  faiz  artmışdı.  Əkin  sahələri  xeyli  genişlənmiş, 

davarlarm  sayı  31,2  faiz,  qaramalm  sayı  11,5  faiz 

artmışdı.  Dağlıq Qarabağ zəhmətkeşləri müdafiə fonduna

11.497.000  manat  köçürülmüşdür.  1944-cü  ıldə  DQMV- 

nin  Xocavənd  rayonu,  heyvandarhğı  inkişaf  etdirmək 

planmı  -   qaramal  üzrə  114,9  faiz,  qoyun  və  keçilər  üzrə

113,2  faiz,  atlar  üzrə  106,7  faiz  yerinə  yetirilmiş  və  yarış 

qalibi  hesab edilərək  DMK-mn  Keçici  Qırmızı  Bayrağım 

və pul mükafatım almışdır20.

Azərbaycan  dəmir  yolu  cəbhəni  yanacaq,  döyüş 

ləvazimatı  və  ərzaqla  təchiz  edən  xətlərdən  idi.  Müharibə 

illərində  yeni  dəmir  yol  xətləri  çəkilib  istifadəyə 

verilmişdir  ki,  belə  xətlərdən  biridə  Yevlaxla  Xankəndini 

birləşdirirdi. 

1941-1945-ci 

illərdə 

Azərbaycan 

dəmiryolçuları  Cəbhəyə  1  milyon  600  min  vaqon  xalq 

təsərrüfatı məhsulları göndərmişlər.

1941-1945-ci  illərdə  DQMV-də  yeni  çınqıl  yollar 

çəkilmiş,  körpülər  inşa  edilmişdir.  Bölgənin  avtomobil 

nəqliyyatı 

işçiləri 

cəbhənin 

ehtiyaclarınm 

təmin 

olunmasında fəal iştirak etmişdilər.



57

Bəhs  etdiyimiz illərdə  Resublikamızın  hər  yerində,  o 

cümlədən DQMV-də rabitə vasitələri də təşkilatları elə ilk 

günlərdən  işlərinı  miiharibənin  tələblərinə  uyğun  qurub 

cəbhə  ilə  arxanın.  fasiləsiz,  möhkəm  və  etibarlı  əlaqəsini 

təmin 

etməyə 


çalışnıışlar. 

1941-1945-ci 

illərdə 

Azərbaycanda  600-ə  qədər  rabitə  müəssisəsi  fəaliyyət 

göstərirdi  ki,  bunun  10-u  DQMV-nin  payma  düşürdü. 

Müharibə  illərində  E>QMV-nin  bütün  rayonlarımn  Bakı 

şəhəri  ilə  telefon  rabitəsi  fəaliyyət  göstərirdi.  DQMV-də 

radio 


rabitəsinin 

keyfıyyətli 

verilişlərlə 

fasiləsiz 

fəaliyyətinə  xüsusi  diqqət  yetirilirdi.  DQMV-də  2  radio 

qovşağı  fəaliyyət  göstərirdi.  Şuşa  və  Xankəndində 

fəaliyyət  göstərəıı  hərbi  xəstəxanaların  radio  nöqtələri 

Moskva,  Ufa,  Aşqabad,  Tbilisi  şəhərləri  ilə  yeni  radio 

rabitə əlaqələri yaradılmışdı.

Ümumiyyətb,  1941-1945-ci  illərdə  DQMV-də  xalq 

təsərrüfatmm bütün sahələri və sosial-ictimai həyat hərbin 

tələblərinə  uyğun  yenidən  qurulmuş,  əıııək  və  istehsalat 

intizamı  güclənmişdi.  Dağlıq  Qarabağ  əhalisi  ön  və  arxa 

cəbhənin  strateji  mallarla  təmin  olumnasmda  öz  layiqli 

köməyini göstərmişdir.

Azərbaycan  ziyalıları  müharibənin  ilk  günlərindən 

bütün  səy  və  yaradıcılıq  fəaliyyətlərini  qəsbkar  faşist 

Almaniyasma 

qarşı, 

mübarizəyə, 



azadlığın, 

sivil 


cəmiyyətin qorunmasma yönəltdilər.  İctimai və humanitar 

sahədə çalışan  alimlərimiz xalqm qəhrəmanlıq tarixindən, 

döyüş  ənənələrindən  bəhs  edən  əsərlər  yaratdılar. 

Yazıçılar,  şairləf,  bəstəkarlar,  rəssamlar  öz  əsərləri 

vasitəsilə  insanlarda  vətənə  məhəbbət,  düşmənə  nifrət 

hissi  aşılayır,  faşist  işğalçıları  üzərində  qələbəyə  inam 

yaradırdılar.  Böy-iik Vətən müharibəsində  cəbhəyə və ölkə 

iqtisadiyyatına  xidmət  və  qayğı  göstərməklə  Azərbaycan

58

xalqı,  öncə  onun  ziyahları  Sovet  Ordusunun  alman- 



faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər.

Böyük  Vətən  müharibəsində  arxa  cəbhədə  olduğu 

kimi ön cəbhədə də xalqımızın mərd oğul və qızları böyük 

qəhrəmanlıqlar  göstərmişdir.  Müharibədə  Sovet  ittifaqı 

xalqlan  27  milyon  nəfərdən  artıq  şəhid  vermişdi. 

Azərbaycan SSR-dən cəbhəyə  getmiş  700000 nəfərə  qədər 

döyüşçüdən  300000  nəfəri  həlak  olmuşdu.  Böyük  Vətən 

müharibəsi 

cəbhələrində 

H.Aslanov, 

S.Qənıyev, 

M.Əbilov,  H.Hüseynov,  A.Abdullayev,  Y.Abdullayev, 

A.Abasov, 

Q.Zeynalov, 

T.Əliyarbəyov, 

A.Vəzirov, 

A.Qazızadə,  B.Mehdiyev,  D.Nəcəfov,  N.Kərimov  və 

başqa  sərkərdə  və  komandirlərimiz  ölkəni  faşizm 

bəlasmdan  qurtarmaq  üçün  böyük  hərbi  təşkilatçılıq 

qabiliyyəti  və  əsgəri  rəşadət  göstərdilər.  Xalqımızm  mərd 

oğullarmdan 121; nəfəri döyüşlərdəki rəşadətinə görə Sovet 

İttifaqı  Qəhrəmanı  adına  layiq  görüldü.  30  nəfər 

azərbaycanlı döyüşçü  Şöhrət Orderinin  hər üç  dərəcəsi ilə, 

176  min  nəfər  isə  müxtəlif  orden  və  medallarla  təltif 

edildilər.  Partizanlarımızda  müqaviınət  hərəkatında  fəal 

iştirak  edərək  mərdlik  və  şücaət  göstərmiş,  düşməndən 

amansız intiqam almışdılar.

Böyük 


Vətən 

müharibəsi 

dövründə 

Dağlıq 


Qarabağdan  45  min  nəfər  oğlan  və  qız  cəbhəyə  getmiş, 

Vətənə  hədsiz  sədaqət,  mərdlik,  fədakarlıq  və  igidlik 

nümayiş  etdirmişdilər.  22  min  nəfər  Dağlıq  Qarabağ 

sakini vətənin azadlıq və istiqlaliyyəti uğrunda döyüşlərdə 

qəhrəmanlıqla canmı  qurban  vermişdi.  Onlar  Sovet  Ordu 

hissələrində,  partizan  dəstələrində,  müqavimət  hərəkatı 

sıralarında 

hitlerçilərə 

qarşı 

vuruşmuşlar. 



Dağlıq 

Qarabağda anad;an olmuş  15 min döyüşçü döyüş orden və 

medalları  ilə  təltif 

edilmiş,  18  nəfəri  Sovet  İttifaqı 

Qəhrəmanı  kimi  yüksək 

ada  layiq  görülmüşlər21.

59


Onlardan  bir  neçəsinin  döyüş  yolunu  xatırlatmaq  yerinə 

düşərdi:  Smolensk meşələrində fəaliyyət göstərən Partizan 

dəstəsində  «Partizan  Aliyə»  adı  ilə  tanman  Aliyə  Fətulla 

qızı  Rüstəmbəyova  Qarabağm  tacı  Şuşada  dünyaya  göz 

açmışdır  (1907-ci  ildə).  Tibb  İnstitutunu  bitirən  Aliyə 

Böyük Vətən müharibəsinin elə ilk günündən öz ərizəsi  ilə 

alman faşizminə qarşı müharibəyə getdi.  Müharibənin  ilk 

günlərində böyük  bacarığa malik olrnası aşkar  edilmiş və 

qeyrətli  azərbaycanlı 

qızı

  Tibb-sanitariya  batalyonuna 

rəis  təyin  edilmişdir.  Dərin  zəkaya  malik  cərrah  Aliyə 

minlərlə insanı ölümün pəncəsındən xilas etmişdir.  1941-ci 

ilin əvvəllərində  yaralanaraq əsir düşən  Aliyə,  1942-ci ilin 

əvvəllərində əsirlikdən qaçmış və Smolenskdə partizanlara 

qoşulmuşdur.  Cəmi  35  bahar  yaşayan  həssas,  nikbin, 

qeyrətli  Vətən  övladı  1942-ci  ildə  qəhrəmancasma  həlak 

olmuşdur22.  Təlim,  tərbiyə  və  təhsilini  Şuşada  alan  və 

ölümündən  sonra  «Böyük  Vətən  Müharibəsi  Qəhrəmanı» 

adma layiq görülən «Partizan Aliyə» ilə bütün Azərbaycan 

xalqı fəxr edə bilər.

Sovet  İttifaqmm  donanma  admiralı  İ.S.İsakov 

Böyük  Vətən  müharibəsi  illərində  qoşunlara  bacarıqlı 

rəhbərlik  etdiyinə,  igidlik  və  qəhrəmanlıq  göstərdiyinə 

görə Sovet İttifaqı Qəhrəmanı adı almış,  6 Lenin ordeni, 3 

Qırmızı  Bayraq  Ordeni,  2  dəfə  biriııci  dprəcəli  Uşakov 

ordeni,  birinci  dərəcəli  Vətən  Müharibəsi  və  Qırmızı 

Ulduz  ordenləri  ilə,  bir  çox  medallarla,  habelə  bir  sıra 

xarici dövlətlərin ordenləri ilə təltif olunmuşdur23.

Rostov  şəhərinin  xatirə  lövhəsində  bir  igid  şuşalınm 

da  adı  həkk  olub:  «Qaraşov  Aslan  Məmməd  oğlu 

(10.XI.1919,  Şuşa -   12.02.1943,  Rostov)».  Aslan  1939-cü 

ildə  ordu  sıralarına  çağırılmış  və 

Böyük  Vətən 

müharibəsində  artilleriya  batareyasmm  komandiri  təyin 

edilmişdir.  O,  Şimali  Qafqazm  azad  edilməsində  böyük

60

igidlik  göstərmişdir.  Rostovun  Semernikova  kəndində 



gedən döyüşlərdə cəsur döyüşçü Aslan düşmənin 8  tankım 

yandırmış  və  özü  də  həlak  olmuşdur.  Möhkəm  əqidəli 

şuşalı  balasına  Böyük  Vətən  Müharibəsi  qəhrəmanı  adı 

verilmiş,  «Qırmızı  Bayraq»  ordeni  və  çoxlu  medallarla 

təltif edimişdir.

Təhsilini  Leninqrad  və  Moskva  hərbi  məktəbində 

almış  A.F.Vəzirov  Böyük  Vətən  müharibəsi  illərində 

Zaqafqaziya  cəbhəsi  Şimal  ordu  qrupunun  5-ci  dağ 

minaatan  -   mühəndis  briqadasmın,  3-cü  Ukrayna 

cəbhəsinin  Qırmızı  Bayraq  Ordenli  51-ci  mühəndis- 

istehkam  briqadasmm  tərkibində  olmuş  və  sonra 

briqadaya  komandirlik  etmişdir.  Polkovnik  A.F.Vəzirov 

göstərdiyi  şücaətə  görə  Sovet 

İttifaqı  Qəhrəmam,  4 

Qırmızı  Bayraq  Ordeni,  II  dərəcəli  Boqdan  Xmelnistki 

ordeni və medallarla təltif olunmuşdur25.

Xocavənd  rayonunda  anadan  olmuş  M.A.Parseqov 

1940-cı ildən aıtilleriya diviziyasma komandirlik etmişdir. 

O, 

Mannerheym  xəttinin  dağıdılmasında, 



Kiyevin 

müdafıəsində, 

Yapon 

militaristlərinin 



darmadağm 

edilməsində  fəal  iştirak  etmiş  və  öz  əsgər  borcunu  şərəflə 

yerinə  yetirmişdir.  Göstərdiyi  xidmətlərə  görə  general- 

polkovnik  M.A.Parseqova  Sovet  İttifaqı  Qəhrəmanı  adı 

verilmişdir26.

Bütün  Azərbaycan  xalqınm  fəxri  sayılan  Quliyev 

Yaqub  Allahqulu  oğlu  1900-cu  ildə  Şuşada  dünyaya  göz 

açmışdır. 

1920-ci 

illərdə 


vzvod 

komandiri, 

rota 

komandiri,  türkmən  süvari  polkunun  qərargahınm  rəisi, 



1938-ci  ildə  Türküstan  dağ-süvari  briqadası  qərargahmm 

rəisi,  1939-cu  ildə  Orta  Asiya  Hərbi  dairə  qərargahmm 

rəis  müavini,  1942-ci  ildə  97-ci  süvari  diviziyasmm 

komandiri vəzifələrində işləmişdir. Dərin düşüncəli Yaqub 

sovet hərbi xadimi adına layiq görülmüş və general mayor


rütbəsi  almışdır.  İgid  şuşalı  Stalinqrad  vuruşmasmda 

qəhrəmancasına 

həlak 

olmuşdur. 



Xalqımız 

ölməz 


qəhrəmanı ilə fəxr edə bilər.  Onun adı Mamay təpəsindəki 

xatirə  ansamblma  yazılmış,  Türkmənistanda  Yaqubun 

adına  abidə  qoyulmuş  və  bir  məşhur  küçəyə  Y.Quliyevin 

adı  verilmişdir.  Ölümündən  sonra  Y.A.Quliyev  Lenin 

ordeni,  sağlığmda  isə  2  dəfə  «Qırmızı  Bayraq»  ordeni  ilə 

təltif olunmuşdur.  Lenin  ordenli  generalm  adma  Şuşada 

da küçə vardır27.:

DQMV-nin Hadrut rayonunun  Metstağlar kəndində 

anadan  olmuş  S.A.Xudyakov  general  və  aviasiya  marşalı 

rütbəsinədək  yüksəlmişdir.  O,  Moskva  ətrafında  gedən 

döyüşlərdə, 

Kursk, 


Oryol, 

Belqrad 


və 

solsahil 

Ukraynasınm 

azad 


olunmasında, 

Y assı-Kişinov 

əməliyyatlarmda  fəal  iştirak  etmişdir.  İgidlik  və  mərdlik 

nümayiş  etdirdiyinə görə S.A.Xudyakov  bir  sıra orden və 

medallarla təltif ol unmuşdur.

Dərin  düşüncəsi,  möhkəm  iradəsi,  qibtə  olunan 

vətənpərliyi  ilə  xalqımızm  sevimlisinə  çevrilmiş,  həm 

zahirən, həm də mənən əsl azərbaycanlı və türk oğlu adma 

layiq  olan  Xəlil  Mərnməd  oğlu  Məmmədov  gözəlliklər 

diyarı  Şuşada  dünyaya  göz  açmışdır  (1916).  1940-cı  ildə 

tank  batalyonunun  alay  məktəbini  bitirən  Xəlil  tank 

komandiri  təyin: edilmişdir.  Böyük  Vətən  müharibəsində 

rota  və  batalyon  komandirləri  vəzifəsində  işləyən 

X.Məmmədov  Kerç,  Kıım,  Şimali  Qafqaz,  Ukrayna, 

Moldava,  Ruminiyamn  azad  edilməsində  qəhrəmanlıqlar 

göstərmişdir.  Göstərdikləri  qəhrəmanhqlara  görə  Xəlil 

Məmmədova  1945-ci  ildə  Sovet  İttifaqı  Qəhrəmanı  adı 

verilmiş  və  general-mayor  rütbəsinədək  yüksəlmişdir. 

X.Məmmədov  Qırmızı  Bayraq,  Aleksandr  Netski,  2 

Qırmızı  Ulduz,  Şərəf nişam  ordenləri  və  medallarla  təltif

62

edilmişdir. Qəhrəmanın həyatı bugünkü gəncliyimizə gözəl 



örnəkdir.

Bütün Taqanrok sakinləri arasında «məğlubedilməz» 

ləqəbi ilə tanman Şuşa rayonunun  Zarıslı  kənd sakini Əli 

Rza  oğlu  Bədəlov  müharibə  başlayan  vaxtdan  öz  ərizəsi 

ilə  cəbhəyə  getdi.  Cəsur  topçu  Ə.R.Bədəlov  Mozdok, 

Taqanrok,  Melitopol,  Kişinyov  ətrafmda,  Macarıstan  və 

Polşada  gedən  döyüşlərdə  yüzlərlə  alman  tankmı  məhv 

etmişdir.  Ali  Baş  Komandanlığınm  imzaladığı  təşəkkür 

əmrində onun adı həmişə birinci çəkilmişdir.

Şuşalı  Əmir  Məmmədoğlu  Rüstəmov  müharibə 

dövründə, 

azərbaycanlılar  arasmda  birinci 

texnik- 

mühəndis  olmuşdur.  1942-ci  ildə  Qafqaz  uğrunda  gedən 

döyüşlərdə  düşmən  obyektlərinin  yerini  və  hücum  üçün 

plam  Ə.Rüstəmov  çox  dəqiqliklə  çəkmişdir.  Kapitan 

Ə.Rüstəmov  1942-ci ilin  yanvarmda  56-cı  orduya,  sonra 

isə  25-ci  minaaxtaranlar  briqadasma  komandirlik 

etmişdir.  General-mayor rütbəsinədək  >üksələn  komandir 

çoxlu  orden  və  medalların  sahibidir.  Böyük  Vətən 

müharibəsi dövründə Dağlıq Qarabağdan onlarca döyüşçü

-  Sovet İttifaqı qəhrəmanı A-C.Qasparov, Bəylər və Əşrəf 

Cahangirovlar,  Musa,  Baxış  və  Alyoşa  Hüseynov 

qardaşları,  Kamran  Məmmədov  və  başqaları  fövqəladə 

mərdlik göstərmişdilər.

Beləliklə,  Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi 

ilə  başa  çatdı.  Qələbənin  əldə  edilməsində  bütün 

Azərbaycan  xalqınm,  o  cümlədən  DQMV-nin  əhalisinin 

böyük xidmətləri ölmuşdur. Alman faşizm üzərində qələbə 

əldə edilməsinin ən başlıca  səbəbi ölkənin və xalqın  bütün 

gücünün  səfərbər  edilməsində  idi. 

Həmçinin  ölkə 

rəhbərliyi  inzibati  idarəçilik  metodlarmı  daha  da 

möhkəmləndirib,  iqtisadiyyatı  qısa  bir  zamanda  hərbin 

tələbləri  əsasında yenidən  qura  bildi və  xalqlarm  iqtisadi,

63


hərbi,  mənəvi  qüvvələrini  birləşdirdi.  Azərbaycan  xalqı 

ikinci  düııya müharibəsində  SSRİ-nin  qalib  çıxmasına  öz 

layiqli  töhfəsini  vermiş,  adı  XX  əsrdə  qəsbkarlığa  və 

mürtəce  qüvvələrə  qarşı  mütərəqqi  qüvvələrin  tarixi 

səlnaməsinə  qızıl  hərflərlə  əbədi  həkk  olunmuşdur. 

Azərbaycan xalqı Böyük Vətən müharibəsinin ağır yükünü 

öz  çiyinlərində  daşımış  və  faşizm  üzərində  tarixi  qələbə 

qazanılmasmda  mühüm  rol  oynamışdır.  Ümummilli 

liderimiz  H.Ə.Əliyev  çıxışlarmdan  birində  qeyd  etmişdir: 

«1941-1945-ci  illər  Azərbaycan  xalqımn  tarixində  çox 

görkəmli  yer  tutur  və  xalqımızm  tarixində  parlaq 

səhifələrdəndir...  İkinci  dünya  müharibəsi  əyani  şəkildə 

bir  daha  təsdiq  etdi  ki,  Azərbaycaıı  xalqı  ən  ağır 

smaqlardan  üzüağ  çıxmağa,  misilsiz  şücaət  və  rəşadət 

nümunələri  göstərməyə  qadir  olan  çox  dözümlü  və 

qəhrəman  xaJqdır.  Faşizm  üzərində  qələbədən  sonra 

xalqımızm  keçdiyi  yol  Azərbaycanın  gələcək  milli 

azadlığma, 

müstəqilliyinə 

gedən 


yol 

olmuşdur... 

Azərbaycan  yüksək  inkişaf yolu  keçdi  və  böyük  iqtisadi, 

intellektual  potensial  topladı.  Bunlarm  əsasmda  xalqımız 

öz  müstəqilliyini  əldə  etdi  və  dünya  birliyində  öz  yerini 

tutdu»28.

64




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə