AZƏrbay can ssr dağliq qarabag muxtar vilayəTİ İyun 1941-dekabr 1950-Cİ


IVFƏSlL AZƏRBAYCAN SSR DQMV-NİN İQTlSADl



Yüklə 1.39 Mb.
Pdf просмотр
səhifə4/11
tarix23.12.2016
ölçüsü1.39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

IVFƏSlL

AZƏRBAYCAN SSR DQMV-NİN İQTlSADl 

HƏYATI.  XALQ TƏSƏRRÜFATININ BƏRPA VƏ 

İNKlŞAFI  (1946-1950-d illər)

İkinci  dünya  müharibəsində Azərbaycan  xalqı  bütün 

iqtisadi, hərbi və mənəvi gücünü səfərbər edərək SSRİ-nin 

qalib  çıxmasma  öz  layiqli  tohfəsini  vermış  və  XX  əsrdə 

qəsbkarlığa  və  mürtəce  qüvvələrin  tarixi  səlnaməsinə  öz 

admı  qızıl  hərflərlə  əbədi  həkk  edirmişdir.  Azərbaycanm 

oğul  və  qızları  faşizmə  qarşı  mərdliklə  vuruşaraq  121 

nəfər  Sovet  İttifaqı  Qəhrəmanı  adma  layiq  görülmüş, 

arxada  çalışan  əməkçilərimiz  cəbhəyə  böyük  köməklik 

göstərmişdilər.  Müharibənin  bütün  ağırlığını  öz  çiynində 

çəkən  Azərbaycan  xalqı  öz  milli  sərvətlərinin  xeyli 

hissəsini itirmişdir.

Müharibə Azərbaycanm hər yerinə, o cümlədən onun 

ayrılmaz 

tərkib 

hissəsi 


olan 

DQMV-nin 

bütün 

təsərrüfatma  çox  ağır  zərbə  vurdu.  1945-ci  ildə  vilayət 



sənayesində 

ümumi 


məhsul 

istehsalı 

1940-cı 

illə 


müqayisədə  təxminən  22  faiz  aşağı  diişmüşdü.  Müvafiq 

illərdə ipək parça istehsalı  120 min m2-dən 93,6 min m2-ə, 

xam ipək 98  tondan 76,4 tona, pendir istehsalı  61  tondan

48  tona,  şərab istehsalı 40000 dkl-dən  3120 dkl-ə,  konyak 

istehsalı  1000 dkl-dən 780 dekletrə,  taxta  şalban  1300 m3- 

dən,  1014 m3-ə, əhəng  120 tondan 94 tona, mebel istehsalı 

26  min  manatdan  20  min  manata  enmişdi1.  Müharibə 

illərində  DQMV-də  istehlak  malları  istehsalı  kəskin 

surətdə  aşağı  düşmüşdü.  1945-ci  ildə  1940-cı  ilə  nisbətön 

pambıq  istehsalı  2,4  dəfə  azalmış,  əkin  sahəsi  4  min 

hektardan  1,2 min hektara enmişdi.  Barama istehsalı  114 

tondan  72  tona,  yun  istehsalı  109  tondan  85  tona  qədər 

azalmışdı.  DQMV-də  1940-cı ildən  1945-ci ilin sonunadək

65


iribuynuzhı  mal-qaranm  sayı  87,6  min  başdan  78,5  min 

başa, davarlarm sayı isə  160,4 min başdan  140,2 min  başa 

enmişdi2.  Kənd  təsərrüfatmm  maddi  texniki  bazası  xeyli 

zəiflənmişdi.

1940-cı  ildə  Azərbaycanda  əhalinin  sayı  3304,1  min 

nəfər,  o  cümlədən  bundan  151  min  nəfəri  DQMV-nin 

əhalisi idi.  Əhalinin müharibəyə səfərbər edilməsi ilə bağlı 

əhalinin  sayı  1945-ci  ildə  17,65  faiz  azalmışdı3.  Müharibə 

dövründə  Dağlıq  Qarabağda  fəhlə  və  qulluqçularm 

bacarıqh  və  işlək  hissəsinin  ön  cəbhəyə  səfərbər  edilməsi 

ilə  əlaqədar  onlarm  sayı  15  faiz  aşağı  düşmüşdü.  Faşizm 

üzərində 

qələbədən 

sonra 


Respublikamızda 

xalq 


təsərrüfatı  bərpa  olunmağa  başlandı.  SSRİ  Dövlət 

Müdafiə Komitəsinin  26 may  1945-ci il «Silah istehsalımn 

azaldılması  ilə  əlaqədar  olaraq  sənayeni  yenidən  qurmaq 

sahəsində  tədbirlər  haqqında»kı  qərarmdan 

sonra 

Azərbaycanda  sənayenin  bərpası  və  inkişafı  üçün  mühüm 



tədbirlər  görüldü.  Belə  ki,  müharibə  qurtardıqdan  sonra 

müəssisələrdə 8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa 

edildi.  Həmçinin  1945-ci  il  dekabrm  1-dən  başlayaraq 

müharibə illərində istifadə  edilməmiş  məzuniyyətlərə  görə 

pul kompensasiyasımn ödənilməsinə başlandı4.

Sənaye  və  kənd  təsərrüfatını  müharibədən  əvvəlki 

səviyyəyə  çatdırmaq  məqsədilə  Azərbaycan  SSR  Ali 

Sovetinin  1946-cı  il  martm  18-dək  keçirilmiş  birinci 

sessiyasmda  1946-1950-ci  illəri  əhatə  edən  dördüncü 

beşillik plan qəbul edildi5.

1945-ci  illər  sonlarmda  Azərbaycan  XKS  qərarı 

əsasında  xalq  təsərrüfatınm  inkişaf  etdirmək  məqsədilə 

DQMV-nin  ümumi  büdcəsi  41  milyoıı  294  min  manat 

məbləğində  təsdiq  edilmişdir  ki,  bu  da  1944-cü  illə 

müqayisədə  12,2 faiz çox idi6.

66

DQMV-də dördüncü beşillik planda sənayenin bərpa 



və  inkişaf üçün  aşağıdakı  tapşırıqların  yerinə  yetirilməsi 

planlaşdırılmışdı.  1950-ci  ildə  DQMV-nin  sənayesi:  600 

min kərpic, 800 min tikinti daşı,  1300 ton əhəng,  1  milyon 

200  min  ədəd  kirəmid,  300  min  kubmetr  taxta,  18500 

kubmetr oduıı,  28  min metr pambıq  parça,  548  min metr 

ipək  parça,  3,1  min  kvadrat  metr  xalça,  60  min  cüt 

ayaqqabı,  200  min  cüt  corab,  48  min  ədəd  trikotaj  üst 

paltarı,  80  min  ədəd  trikotaj  alt  paltarı,  51  min  ton  yağ, 

100  ton  qənnadı  malı,  110  dekaletr  üzüm  şərabı,  20  ton 

metal qab-qacaq və  1600  ədəd  araba verməli  idi7.  Planda 

həmçinin, 

mövcud  mexaniki 

emalatxana 

əsasmda 


mexaniki  zavod  tikilməsi  nəzərdə  tutulmuşdu.  Dağlıq 

Qarabağda  tikiləcək  həmin  zavodun  3  sexi  -   mexaniki, 

tökmə  və  avtomabil  təmiri  sexləri -   1950-ci  ilin  sonunda 

başa  çatdırılmalı  və  sonrakı  beşilliklərdə  yeni  sexlər 

yaradılmalı  idi8.  Bünövrəsi  1945-ci  ilin  ortalarından 

qoyulan  Xankəndi  ağac  emalı  fabriki  qısa  bir  müddətdə 

başa  çatdırılmalı  idi.  Həmçinin  sonralar  DQMV-nin 

mərkəzinə  çevrilmiş  Xankəndi  şəhərində  yeni  əhəng 

zavodu,  kirəmid  kərpic  zavodu,  faner  sexi,  «Qarabağ 

Çaxır  Tresti»  üçün  şərab  anbarı  və  yeni  mətbəə  binası 

tikmək  planlaşdırılmışdır9.  DQMV-nin  sənaye  işçiləri 

qarşıya  qoyulan  vəzifələrin  müvəffəqiyyətlə  həyata 

keçirilməsi  üçün 

bütün  güclərini  səfərbər  etməyə 

başladılar. Vilayətdəki rezin sənayesi, yağ pendir sənayesi, 

tikinti  ləvazimatı,  meşə  emalı,  toxuculuq,  tikiş,  gön-dəri, 

yeyinti  və  başqa  sənaye müəssisələri  1946-cı  ildə  Bakıdan 

gətirilmiş  avadanlıqlar  hesabma  yenidən  qurularaq  təmir 

olundu.  Artıq  1947-ci ildə  DQMV-də  sənayenin  ayrı-ayrı 

sahələrində  xeyli irəliləmələr diqqəti cəlb edirdi.  Bu  isə öz 

növbəsində Azərbaycan hökümətinin  bölgəyə olan xüsusi 

diqqətindən irəli gəlirdi.

67


Dağlıq  Qarabağda  inkişaf etmiş  sənaye  sahətarindən 

biri  ipək  emalı  sənayesi  idi.  Qarabağ  ipək  emalı  sənayesi 

1947-ci  ildə  planı  121,3  faiz  yerino  yetirmişlər10.  1950-ci 

ildə isə Dağlıq  Qarabağ ipəkçiləri mərkəzə məlumat verib 

planı  artıqlaması  ilə  və  vaxtmdan  əvvəl  yerinə  yetirməsi 

haqda  məlumat  vermişdilər.  Əgər  1940-cı  ildə  Q arabağ 

ipək  kombinatı  dövlətə  98  ton  xam  ipək  vermişdilərsə 

1950-ci  ildə  bu  rəqəm  120  tona  çatmışdır’1.  Həmçinin 

müvafiq  illərdə  ipək  parça  istehsalı  120  min  kvadrat 

metrdən  163 min kvadrat metrədək artmışdır12.

Ümummilli 

liderimiz 

H.Ə.Əliyev 

çıxışlarından 

birində 

1946-1950-ci 

illəıi 

təhlil 


edərək 

belə 


qiymətləndirmişdir: 

«Müharibədən 

sonrakı 

illərdə


respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  yeni  yüksəliş 

mərhələsinə  qədəm  qoydu.  Artıq  1948-ci  ildə  respublika 

sənayesi 

müharibədən 

əvvəlki 

səviyyəni 

ötmüş, 

...energetika və su təsərrüfatı  tikintiləri  genişlənmiş,  kənd 



təsərrüfatmm 

maddi 


texniki 

bazası 


xeyli 

möhkəmlənmişdir»13.

DQMY-nin sənayesi əsasən kənd təsərrüfatı xammalı 

emal  edir.  Vilayətin  səııaye  məhsulunun  yarıdan  çoxunu 

yeyinti  sənayesi,  əsasən  şərabçılıq  verir.  1946-1950-ci 

illərdə  dövlətimizin  bölgəyə  ayırdığı  vəsait  hesabma 

vilayətdə  şərab-spirt  sənayesi  də  sürətlə  inkişaf  edib 

genişlənirdi.  Burada  fəaliyyət  göstərən  konyak  spirt 

zavodu,  şərab  və  konyak  zavodları,  spirtsiz  içkilər 

zavodu,  likor  zavodu  və  başqa  zavodlar  1946-cı  ildə 

yenidən  qurularaq  başa  çatdırılmışdır’4.  Həmin  zavodlar 

əsasmda  yaradılmış  «karvintrest»  müəssisələrinin  gücü 

ildən-ilə 

artırılmışdır. 

«Karvintrest»in 

buraxdığı 

məhsulların tam olmayan  siyahısı -  adi şərab,  şirin  şərab, 

konyak,  spirt-rektifikat,  tut  spirti,  üzüm  spirti,  texniki 

spirt,  bəhməz,  meyvə  suları,  turşaşirin  içkilər,  qazlı  su  və

68

sair  bu  kimi  məhsullar  DQMV-də  spırt  sənayesinin  nə 



qədər  güclü  inkişaf  etdiyini  göstərir.  DQMV-də  1946- 

1950-ci  illərdə  spirt-şərab sənayesinin  inkişafmı  aşağıdakı 

rəqəmlərdən də görmək olar. Belə ki,  1940-cı ildə vilayətdə 

40 min dkl.  şərab istehsal  edilmişdirsə,  1950-ci ildə şərab 

istehsalı  4  dəfədən  çox  artaraq  165  dkl.  olmuşdur. 

Həmçinin  müvafiq  illərdə  konyak  istehsalı  1000  dkl-dən 

artıb 6000 dkl-ə çatmışdır15.

1946-1950-ci  illərdə  DQMV-də  tikinti  ləvazimatı 

sənayesi  də  genişlənirdi.  Kərpic,  kirəmit,  əhəng  və 

mexaniki  təmir  zavodlarmm  məhsullarından  təkcə 

vilayətin  ərazisində  deyil  qonşu  rayonlarda  da  istifadə 

olunurdu.  Bəhs  edilən  dövrdə  DQMV-də  iki  böyük 

müəssisə  yaradıldı.  Bunlardan  biri  ağac  emalı  fabriki  idi 

ki,  həmin  fabrik  vilayət  əhalisinin  mebelə  olan  ehtiyacım 

tam  ödəyirdi.  Əgər  1940-cı  ildə  DQMV-də  26  min 

manatlıq  mebel  istehsal  edilmişdiirsə,  1950-ci  ildə  bu 

göstərici  173 min manata çatmışdır16.  Eyni zamanda taxta 

zavodunun  da  işə  düşməsi  tikintinin  inkişafına  təkan 

verdi.  Bölgədə  taxta  şalban  istehsalı  1940-cı  ildə  1,3  min 

kubmetrdən, 

1950-ci 

ildə 


min 


kubmetrədək 

yüksəlmişdi17.

DQMV-də  yerli  sənayenin  daha  böyük  siirətlə 

inkişafı  üçün  hər  cür  şərait  mövcud  idi.  Bu,  ilk  növbədə 

Azərbaycan  hökümətinin  bölgəni yeni  texnika  və  ixtisaslı 

kadrlarla təmin etməsi, ayrılan vəsaitin  miqdlarmm ildən- 

ilə artırılması ilə bağlı idisə, digər tərəfdən bölgədə bir sıra 

mədən  yataqlarınm  tapılması  ilə  əlaqədar  idi.  1946-1950- 

ci  illər  ərzində  DQMV-də  çox  böyük  miqdarda  mərmər, 

sement,  İslandiya  şpatı,  litoqrafiya  daşları,  gil,  təbaşir  və 

sair  yataqlar  aşkar  edilmiş  və  yerli  sənayenin  inkişafma 

təkan vermişdir.  Dağlıq  Qarabağ sənət kooperasiyası  100 

çeşiddə məhsul buraxırdı.  Yerli meşə materiallarmdan, cır

69


meyvələrdən  və  sair  istifadə  əsasmda  külli  m iqdarda 

çoxişlənən mallar istehsal olımurdu18.

Təsadüfı deyildir ki,  DQMV-nin  sənət kooperasiyası 

ittifaqınm müəssisələri araba və kirəmid istehsalı cəhətdən 

1950-ci  ilin  göstəricilərinə  görə  Azərbaycanda  birinci  yeri 

tutmuşdur19.

1946-1950-ci  illər  ərzində  DQMV-də  yeni  artellər, 

tikinti  materialları,  saxsı  qab,  trikotaj  mallar,  corab, 

ayaqqabı,  mebel,  şirniyyat  və  sair  ıstehsal 

edən 


emalatxanalar  açılmışdır.  Bəhs  edilən  dövr  ərzində 

vilayətdə  sənət  və  əlillər  kooperasiyasmm  buraxdığı 

məhsullar  8,5  dəfə,  fəhlələrin  sayı  isə  25  dəfə  artmışdır. 

Burda  fəaliyyət  göstərən  mexaniki  zavod  isə  ildən  ilə 

böyüyərək vilayətin kolxoz və müəssisələrinin ehtiyaclarmı 

ödəyirdi. Digər sənaye sahələrindən olan xalça toxunması, 

yağ-pendir  sənayesi,  asfalt-beton  istehsalı  və  çörək 

zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi. 

Təkcə  pendir  istehsalmdakı  artım  1940-ci  ildəki  61  tona 

qarşı  1950-ci ildə  113 tona çatmışdır20.

1950-ci  ildə  1940-cı  illə  müqayisədə  DQMV-də 

sənayenin  necə  ınkişaf  etdiyini  aşağıdakı  cədvəldən  də 

aydm görmək olar:

C ədvəl N° 2

Sıra


>f2-Sİ

Məhsulun növləri



Ölçü 

vahidi


1940

1950


1

Ipək parça

min m2

120


163

2

Xam ipək



ton

98

120



3

Pendir və brmza

ton

61

113



4

Şərab


min dkltr.

40

_ _



165

5

Konyak



min dkltr.

6

6

Taxta-şalban

min m3


1,3

2,0


7

Mebel


min manat

26

173



70

8

Ağac materialları



m3

1,3


2‘0

9

Əhəng



ton

1222


1313

10

Kərpic



min ədəd

172


729

11

Kirəmid



min 

kub 


metr

43

49,5



12

Yonulmuş daş



min 

kub 


metr

46,8


42,7

13

Elektrik enerjisi



min 

kub 


metr

1514


4669

Beləliklə bəhs  edilən illərdə Azərbaycan hökümətinin 

DQMV-nə  yaxından  qayğısı  nəticəsində  sənayenin  bütün 

sahələri inkişaf edir və qarşıya qoyulan vəzifələr vaxtmda 

və  artıqlaması  ilə  yerinə  yetirilirdi.  Nəticədə  1940-cı  ilə 

nisbətən  1950-ci  ildə  DQMV-də  sənaye  məhsulu  istehsalı 

74  faiz  artmışdır  ki,  bu  da  ümumi  Azərbaycan  üzrə  olan 

orta 


göstəricidən 

69 


faiz, 

Naxçıvan 

Muxtar 

Respublikasının  orta  göstəricilərindən  30  faiz  çox  demək 



idi21.  Lakin  aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur 

ki, 


vilayət 

rəhbərliyi 

yeni 

sənaye 


sahələrinin 

yaradılmasmda  ikili  mövqe  tutmuşdular.  Təəssüflə  qeyd 

etmək  lazımdır  ki,  uzun  illər  Qarabağımızm,  sonralar  isə 

DQMV-nin  mərkəzi  olmuş  Şuşada  1946-1950-ci  illər 

ərzində 

bir  dənədə  olsun  müəssisə  açılmamışdır. 

Xankəndində, 

Hadrudda, 

Xocavənddə, 

Ağdərədə, 

Əskəranda  açılan  yeni  sənaye  sahələri  isə  ermənilərin 

daha çox məskunlaşdıqları ərazilərdə yaradılmışdır.

1946-1950-ci  illəri  əhatə  edən  dördüncü  beşillik 

planda  sənaye  ilə  yanaşı  kənd  təsərrüfatmm  da  inkişafı, 

müharibədən  əvvəlki  səviyyəyə  yüksəldilməsi  və  bu 

səviyyəni  ötüb  keçmək  əsas  vəzifə  kimi  irəli  sürülmüşdü. 

Beşillik 

planda 


DQMV-də 

buğda 


əkininin 

hər 


hektarından  80  pud  buğda,  hər  hektardan  20  sentiner 

pambıq, barama qurdunun hər qutusundan 55kq barama, 

hər  hektardan  2,8  sentiner  yonca  toxumu  və  6  sentiner

71


xaşa  toxumu  götürməyi,  atlarm  saymı  25  faiz,  q a ra m a lm  

sayım  10  faiz,  o  cümlədən  inək  və  camışların  sayım   25 

faiz,  davarlarm  saymı  11  faiz  artırmaq  n əzərd ə 

tutulmuşdu22.  Eyııi zamanda hər yüz doğar heyvandan  20 

buzov, 80 qulun və  102 quzu əldə etrııək, hər inəkdən 2300 

kiloqram  süd  sağmaq,  hər  qoyundan  50  faiz  artıq  yün 

qırxmaq  (1946  illə  müqayisədə)  Dağlıq  Qarabağ  k ə n d  

təsərrüfatı  ilə  rnəşğul  olan  əməkçilərinin 

m ühüm  

vəzifələrindən idi23.

Dağlıq  Qarabağda  kənd  təsərrüfatımn  bərpa  və 

inkişafı 

həmişə 

Azərbaycan 



hökümətinin 

diqqət 


mərkəzində olmuşdur.  ÜİK(b)PMK-nm fevral  (1947-ci  il) 

plenumunun 

«Müharibədən 

sonrakı 


dövrdə 

kənd 


təsərrüfatım yüksəltmək tədbirləri haqqmda» qərarıııdan24 

sonra  Azərbaycaıı  höküməti  DQMV-də  əkin  sahələrinin 

genişləndirilməsi, 

dənli 


və 

texniki 


bitkilərin 

məhsuldarhğınm 

yüksəldilməsi, 

heyvanlarlığm 

məhsuldarlığımn  artınlması,  MTS  və  sovxozlarm  işinin 

yaxşılaşdırılması,  kənd  təsərrüfatı  maşmları  istehsalmm 

artırılması 

barədə 


tədbirlərin 

həyata 


keçirilməsi 

nəticəsində  bölgədə  kənd  təsərrüfatmm  istehsalat-texniki 

bazası  xeyli  möhkəmləndirildi. 

1946-1950-ci 

illərdə 

Azərbaycan  höküməti  bu  sahəyə  109,6  milyon  m anat 

vəsait  qoymuşdu. 

Həmin  vəsait  hesabma 

Dağlıq 

Qarabağa  198 traktor (15 at gücündə), 33 taxıl kombayını, 



154  yük  maşmı  və  çoxlu  miqdarda  digər  kənd  təsərrüfatı 

maşmı və çoxlu miqdarda digər kənd  təsərrüfatı m aşm  və 

alətləri  verildi25.  DQMV-də  1940-ci  ilə  nisbətən  yük 

avtomobillərinin sayı  1950-ci ildə  5  dəfə artmışdı.  Ümumi 

Azərbaycan  üzrə  bu  artım  təxminən  3,5  dəfə  idi26.  1946- 

1950-ci  illərdə  Azərbaycanm  kəndlərində  yaradılmış  12 

MTS-dən  3-ü,  3  MHS-dən  1-i  DQMV-nin  payma 

düşürdü27.

72

DQMV-də  1946-1950-ci  illərdə  irriqasiya  tikintisı 



genişləndirildi. 

Tərtərçay, 

Xaçmçay, 

Qarqarçay, 

Köndələnçay  və  Quruçaydan  təsərrüfatlarm  suvarılması 

üçün yeni kanallar çəkildi.

ÜİK(b)P  MK-nin  1946-cı  il  19  sentyabr  tarixli 

«Kolxozlarda  kənd  təsərrüfatı  arteli  Nizamnaməsinin 

pozuntularım  ləğv  etmək  tədbirləri  haqqında»  qərarma28 

uyğun  olaraq  Azərbaycan  höküməti  DQMV-də  kənd 

təsərrüfatınm 

təşkili 


təsərrüfat 

cəhətdən 

möhkəmləndirilməsi  üçün  mühüm  tədbirlər  həyata 

keçirməyə başladı.  Belə ki,  DQMV-də  kolxozlarm ictimai 

mülkiyyəti 

möhkəmləndirildi, 

torpaqlardan 

istifadə 

edilməsi  nizama  salmdı,  kolxozçularm  əməyi  səmərəli 

təşkil  edildi.  Göstərilən  qərara  uyğun  olaraq  DQMV-də 

kolxozlar  birləşdirilməyə  başlandı.  Belə  ki,  1946-1950-ci 

illər  ərzində  DQMV-də  kolxozlarm  sayı  195-dən  91-ə 

endi29. Nəticədə isə ixtisara düşən kolxozlardan  1600 nəfər 

inzibati  işçi  istehsalata  göndərildi.  Bəhs  edilən  dövrdə 

DQMV-də  ümumi  əkin  sahəsində  azalma  halı  müşahidə 

edilmişdir.

1940-1950-ci  illərdə  Azərbaycan  SSR  DQMV-də 

ayrı-ayrı  kateqoriyalar  üzrə  əkin  sahələrinin  ümumi 

həcmini  aşağıdakı  cədvəldən də  aydın  görmək  olar:  (min 

hektarla):



Cədvəl M  3

Sıra


JVTe-si

Əkin sahəsinin növləri

1940

1950


1

Ümumi əkin sahəsi

82,0

79,1


2

Dənli bitkilər

70,6

67,8


a.

Buğda


41,9

39,7


b.

Arpa


17,3

3

Texniki bitkilər



4,1

2,4


73

o cümlədəıı

a.

Pambıq



3,0

1,3


b.

Tütün


0,3

4

Kartof və tərəvəz



2,3

2,2


o cümlədəıı

a.

Kartof



r"  1,5

1,4


b.

Tərəvəz


0,5

0,6


5

Yembitkiləri

5,0

6,7


DQMV-nin  iqtisadiyyatmda  ən  mühlim  sahələrdən 

biri  taxılçılıqdır.  Azərbaycan  lıöküməti  DQMV-də 

taxılçılığın  inkişafı  üçün  yeni  növ  taxıl  «Arandəni» 

buğdası  və  «Şirvandəni»  arpası  toxumaları  verdi. 

«Arandəni»  buğdası  vilayətdə  daha  yüksək  effekt  verdiyi 

üçün  1949-cü  ildə  bütün  əkin  sahəsinin  dörddə  üçündə 

əkilməyə  başlandı30.  Dənli  bitkilər  Dağlıq  Qarabağm 

bütün  rayonlarında  əkilirdi:  1940-cı  ildə  dənli  bitkilər 

ümumi  əkin  sahəsinin  86  faizini  təşkil  edirdi.  Yəni  81969 

hektar  ümumi  əkin  sahəsindən  70609  hektarmda  dənli 

bitkilər  əkilmişdi?l.  1950-ci  ildə  isə  79152  hektar  ümumi 

əkin 


sahəsindən 

67768 


hektannda 

dənli 


bitkilər 

əkilmişdi32.  Faiz  hesabı  ilə  götürüldükdə  bu  ümumi  əkin 

sahəsinin 85,6 faizini təşkil edir. Taxıl əkini sahəsinin nisbi 

azalmasına  baxmayaraq  yeni  aqrotexnika  üsullarınm 

tətbiqi,  becərmə  işlərinin  yaxşılaşdırılması,  toxumçuluq 

işlərinin  düzgün  qurulması  nəticəsində  DQMV-də  əkin 

sahələrinin  məhsuldarlığı  xeyli  artmışdı.  Belə  ki,  1940-cı 

ildə DQMV-də dövlətə  7014 ton  taxıl təhvil verilmişdirsə, 

1950-ci  ildə  bu :göstərici  7668  tona  çatmışdır33.  Dağlıq 

Qarabağm  kənd  təsərrüfatında  pambıqçılıq  xüsusi  yer 

tutur.  DQMV-nin  Ağdərə  rayonunda  pambıq  əkini  ilə 

daha geniş məşğul olurdular.  1913-cü ildə DQMV-də cəmi

74

500  hektar  sahədə  pambıq  əkilirdisə  1946-1948-ci  illərdə 



1500  hektar  şahədə  pambıq  əkilmişdi34.  Qabaqcıl 

aqrotexnikadan  və  zəngin  təcrübədən  istifadə  əsasında 

pambıq  tarlalarınm  becərilməsi  xeyli  yaxşılaşdırılmış  və 

tarlalardan yüksək məhsul götürülmüşdür.  1947-ci ildə hər 

hektardan  13,1  sentner əvəzinə  16,2 sentner,  yəni  1913-cü 

illə  müqayisədə  3  dəfədən  artıq  məhsul  götürülmüşdür. 

DQMV-nin pambıqçıları  1940-cı ildə dövlətə  3,1  min  ton 

pambıq təhvil vermişdilərsə  1948-ci ildə bu göstərici 4 min 

tonu keçmişdi35.

Azərbaycan SSR XKS-nin  1944-cü il qərarına əsasən

1949-1950-ci  illərdə  DQMV-də  pambıq  sahələri  ixtisar 

edilməyə,  əvəzində  yeni  bir  bitki-qvaula  əkilməyə 

başlandı.  Hələ,  1928-ci  ildən  Ağdərənin  Marquşadan 

sovxozunun  elmi-tədqiqat  stansiyasmda  qvaula  bitkisinin 

toxumçuluğu  və  aqrotexnikası  ilə  məşğul  olmağa 

başlamışdılar. Ağdərə rayonunun iqlimı və torpağı qvaula 

əkini  üçün  yarärlı  olduğundan  1929-cu  ildən  burada 

həmin  bitki  əkilməyə  başlanmışdır.  DQMV-də  əsas 

etibarilə  avqustifolum  «Pioner-Qarabağ»  çeşidi  əkilirdi. 

Həmin  növ  9-10  faiz  kauçuk  veridi36.  1946-cı  ildə 

Ağdərənin  Talış,  Madaqız,  Çaylı,  Marağa,  Marquşavan, 

Həsənqaya,  Levonarx,  Lüləsər,  Maqavuz,  Seysulan, 

Maxrataq,  Orataq,  Ksabet,  Gülyataq  və  Canyataq 

kəndlərində  156  hektar  sahədə  qvaula  bitkisi  əkilmişdir. 

36  hektar  saədə  isə  ştillik  sahnmışdır.  Qvauladan  təbii 

kauçuk  əldə  etməkdən  ötrü  və  xammal  bazasınm  təşkil 

edilməsi  üçün  DQMV-də  zavod  tikilməsi  zərurəti  ortaya 

çıxmışdır.  Belə bir zavod  1946-cı ildə Ağdərənin  Madağız 

kəndində tikilmişdir37.  Sonrakı illərdə həmin  bitkinin əkin 

sahəsi  genişləndirilmiş  və  DQMV-də  böyük  həcmdə 

qvauladan  yüksək  keyfiyyətli  kauçuk  almaq  üçün  əsas 

baza təşkil olunmuşdur.

75


İpəkçilik  Dağlıq  Qarabağ  zəhmətkeşlərinin  ən  çox 

sevdiyi peşələrdən bıridir.  1946-1950-ci illərdə Azərbaycan 

dövləti  bu sahəyə  də  xüsusi diqqət yetirmiş  və  DQMV-də 

tut  və  çəkil  bağlarmın  sahəsiııi  xeyli  genişləndirmiş, 

bölgəyə  yeni  növ,  daha  məhsuldar  barama  qurdu  vermiş 

və  ixtisaslı  mütəxəssislər  göndərmişdir.  1940-cı  illə 

müqayisədə  1950-ci  ildə  tut  bağları  2  dəfə  artırılaraq  883 

hektara  çatmışdır38.  Barama  qurdu  becərmək  texnikasmı 

öyrənmək  sahəsində  barama  məhsulu  xeyli  yüksəlmişdir.

1924-cü  ildə  hər  qutu  barama  qurdundan  18,5  kiloqram 

barama  götürüldüyü  halda39,  1950-ci  ildə  bu  rəqəm  50,4 

kiloqrama çatmışdır.  DQMV-nin  kumdarları  1950-ci ildə 

dövlətə  122  ton  barama  təhvil  vermişdilər40  ki,  bu  da

1924-cü illə müqayisədə 2 dəfə,  1940-cı illə müqayisədə isə 

20  faiz  artıq  idi.  DQMV-nin  kumdarları  Qarabağ  ipək 

emalı sənayesinin əsas xammal bazası hesab olunurdu.

1946-1950-ci  illərdə  bağçılıq,  xüsusilə  üzümçülük 

DQMV-də  kolxozlarm  iqtisadiyyatmda  əsas  sahələrdən 

birini  təşkil  edirdi.  Azərbaycan  höküməti  bölgadə 

üzümçülüyün  inkişafı  üçün  bir  sıra  tədbirlər  həyata 

keçirdi.  Belə  ki,  üzüm  bağlarım  1940-cı  ildəki  1970 

hektardan  2408  hektaradək  genişləndirdi  (1950-ci  ildə)41. 

Bağlar  salınarkən  mexanizasiyadan  istifadə  etməyi 

nəzərdə  tutan  mütərəqqi  üsullar  tətbiq  .olundu.  Bütün 

sahələrdə  cərgə  ilə  dəmir-beton  dayaqlarla  üzüm  əkininə 

başlandı. Yeni və daha məhsuldar üzüm növləri gətirilərək 

DQMV-də əkilməyə başlandı. Əvvəllər üzüm bağları təkcə 

Xocavənd  və  Hadrud  rayonlarında  əkilirdisə,  indi 

Xankəndi  və  Ağdərə  rayonlarmda  da  yeni  üzüm  bağları 

salmdı. 


Azərbaycan  hökümətinin  gördüyü  tədbirlər 

nəticəsində  əmək  məsrəfı  azalaraq,  üzümün  maya  dəyəri 

aşağı düşdü və məhsuldarlıq artdı.  Bütün bunların nəticəsi 

idi  ki,  1940-cı  ildə  DQMV-də  1565  ton  üzüm  yığımı

76

artaraq  1950-ci ildə 3646 tona çatmışdır42.  Tədarük edilən 



üzüm  isə  işlənmək  üçün  Qarabağ  şərab  sənayesi  trestinə 

verilirdi.

DQMV-nin  çoxillik  bitkiləri  içərisində  şahtut 

ağacları  görkəmli yer  tutur.  Çox  qulluq  tələb  etməyən  bu 

ağac Dağlıq Qarabağ ərzisində qədimdən becərilirdi.  Şah- 

tut  spirt  istehsalında  əsas  xammaldır.  Bundan  başqa 

ondan  bəhməz,  mürəbbə  hazırlamr  və  təzə  halda  yeyilir. 

Şah-tut digər tut növlərindən fərqli olaraq çoxlu bar verir, 

dadlıdır və şəkərlilik faizi 32-yə bərabərdir43.  Müharibənin 

başlanması  ilə  əlaqədar  baxımsızlıq  ucbatından  şah-tut 

bağları  1945-ci  ildə  1940-cı  illə  müqayisədə  2  dəfə 

azalmışdı.  1946-1950-ci  illərdə  yeni  şah-tut  bağları 

yaradılmış və  1950-ci ildə şah-tut bağlarmın ümumi sahəsi 

1734 hektara  çatmışdır44.  Bu isə  1940-cı illə müqayisədə 2 

dəfə artıq demək idi.

1946-1950-ci  illərdə  DQMV-də  tütün  istehsalı 

sahəsində də xeyli irəliləyişlər əldə edildi.  1946-cı ildə əkin 

sahəsi  artırıldı  və  yeni  növ  tütün  bölgədə  əkilməyə 

başlandı. Nəticədə tütün istehsalı  1940-cı ildə 99 ton  idisə, 

1950-ci  ildə  artaraq  164  tona  çatdı45.  Tütün  DQMV-də 

yüksək  gəlirli  və  prespektivli  sahə  olduğundan  sonrakı 

illərdə bu sahəyə.xüsusi diqqət yetirildi.

1946-1950-ci illəri əhatə edən beşillik planda DQMV- 

də  tərəvəz,  kartof və  yem  bitkiləri  sahələrinin  də  inkişafı 

nəzərdə  tutulmuşdu.  1940-cı  ildə  Vilayətin  təsərrüfatlan 

1537 hektarda kartof, 543 hektarda tərəvəz və 4966 hektar 

sahədə  yem  bitkiləri  əkmişdilərsə,  1950-ci  ildə  yem 

bitgiləri  6740  hektar,  kartof  1431  hektar,  tərəvəz  568 

hektarda  əkilmişdi46.  Müvafıq  illərdə  DQMV-də  kartof 

istehsalı  1137  tondan  1229  tona,  tərəvəz  istehsalı  503 

tondan  544 tona, yem bitkiləri isə  5000 tondan 6700 tona

77


çatdı47.  Onu  da  qeyd  edək  ki,  kartof  və  tərəvəz  yerli 

əhaliııin tələbatını ödəyirdi.

1940-cı  illə  müqayisədə  1950-ci  ildə  ümumi  əkirı 

sahəsinin  azalmasına  baxmayaraq  kənd  təsərrüfatı 

məhsulları  istehsalmda  artım  müşahidə  edilmişdir  ki, 

bunu aşağıdakı cədvəldən də aydm görmək olar:



C ədvəlM 4

Sıra


No-



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə