AZƏrbay can ssr dağliq qarabag muxtar vilayəTİ İyun 1941-dekabr 1950-Cİ



Yüklə 1.39 Mb.
Pdf просмотр
səhifə6/11
tarix23.12.2016
ölçüsü1.39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

90

Bəhs  etdiyimiz dövrdə DQMV-də  Azərbaycan  Sovet 

Yazıçılar İttifaqmın Xankəndi şöbəsi,  120 mədəniyyət evi, 

istirahət  və  mədəniyyət  parklaıı  və  sair  fəaliyyət 

göstərirdi.  1946-1950-ci  illərdə  DQMV-də  mətbuat  və 

radio  verilişi  sahəsində  böyük  müvəffəqiyyətlər  əldə 

edilmişdir.  Vilayətdə  6  adda  qəzet  nəşr  olunur  ki, 

bunlarda  4-ü  erməni  dilində,  1-i  Azərbaycan  dilində,  1-i 

isə  rus  dilində  buraxılır36.  Xankəndində  buraxılan  qəzet 

«Sovetakan  Karabax»  («Sovet  Qarabağı»)  adlamr  və 

erməni  dilində  nəşr  edilir.  Sonralar  Xankəndində 

«Sovetskiy  Karabax»  qəzeti  nəşr  edilməyə  başlanmışdır. 

Ağdərə rayonunda «Barekamutyun» («Dostluq»), Hadrut 

rayonıında 

«Koltntesekan» 

(«Kolxozçu»), 

Şuşa 

rayonunda  «Şuşa»  qəzeti  (sonralar  bu  qəzetin  adı 



məqsədli  şəkildə  dəyişdirilib  «Sosialist  maldarlığı» 

adlandırıldı)  Xocavənd  rayonunda  isə  «Aşxatanq» 

(«Əmək»)  qəzeti  nəşr  edilirdi.  Lakin  əvvəlki  dövrlərlə 

müqayisədə  DQMV-də  qəzetlərin  illik  tirajmda  azalma 

halı  müşahidə  edilmişdi37.  Məsələn,  1937-ci  ildə  15,2  min 

tirajla,  1940-cı  ildə  18,4  min  tirajla  buraxılırdısa,  1950-ci 

ildə bu rəqəm  11,8  minə enmişdi38.  Bəhs  etdiyimiz dövrdə 

«Sovetakan  Karabax»  qəzeti  bütün  qəzetlərdən  10  dəfə 

artıq tirajla nəşr edilir və yayılırdı.

1946-1950-ei  illərdə  DQMV-də  xalq  təsərrüfatı, 

mədəniyyət  və  maarifm  inkişafı  ilə  yanaşı  səhiyyənin  də 

inkişafmda 

irəliləyiş 

diqqəti 


cəlb 

edirdi. 


Dağlıq 

Qarabağda  insanlara  tibbi  xidmət  ilbəil  yaxşılaşır, 

əhalinin sağlamhğmm mühafizəsinə sərf edilən vəsait artır, 

müalicə-profilaktika  müəssisələrin  şəbəkəsi  genişlənirdi. 

Belə  ki,  1913-cü  ildə  Dağlıq  Qarabağa  daxil  olan 

ərazilərdə  30  çarpayılıq  xəstəxana,  !926-cı  ildə  150 

çarpayılıq  5  xəstəxana,  1940-cı  ildə  372  çarpayılıq  15 

xəstəxana  olduğu  halda,  1950-ci  ildə  587  çarpayılıq  16



91

xəstəxana var idi39.  Bu zaman Azərbaycanda cəmi  12 min 

çarpayısı olan 222 xəstəxana fəaliyyət göstərirdi40.

Həkimlərin və orta tibb işçilərinin sayı da durmadan 

artırdı.  Belə ki,  1913-cü ildə  bölgədə cəmi 2 həkim olduğu 

halda,  1940-cı  ildə  həkimləıin  sayı  86-ya  (bundan  46-sı 

kənddə),  1950-ci  ildə  isə  təxminən  2  dəfə  artaraq  153-ə 

(bundan  64-ü  kənddə)  çatmışdı41.  Bundan  əlavə  DQMV- 

də  42  hərbi  həkim  var  idi.  Ayrı-ayn  ixtisaslar  üzrə 

həkimlərin  sayı  1950-ci  ildə  aşağıdakı  kimi  olmuşdur. 

Cərrahlar  20  nəfər  can  həkimi  58  nəfər,  qadm  həkimi  15 

nəfər,  uşaq  həkimi  30  nəfər,  göz  həkimi  5  nəfər,  yolxucu 

xəstəliklərə qarşı mübarizə həkimi  16 nəfər,  burun, qulaq, 

boğaz  həkimi  3  nəfər,  əsəb  xəstəlikləri  həkimi  3  nəfər, 

vərəm  həkimi  9  nəfər,  Dəri-zöhrəvi  xəstəlikləri  həkimi  5 

nəfər,  rentgen  şüaları  ilə  müalicə  həkimi  6  nəfər,  Ağız 

boşluğu,  çənə  ilə  bağlı  olan  xəstəliklərə  qarşı  mübarizə 

həkimi 11  nəfər, diş həkimi  14 nəfər42.

1932-ci  ildə  Xankəndində  açılan  tibb  məktəbi 

DQMV-nin  xəstəxanalarmı  ixtisaslı  mütəxəssislərlə  təmin 

etməkdə  böyük  işlər  görmüşdü.  1940-1950-ci  illər  ərzində 

orta tibb işçilərinin saymda çox böyük  irəliləyiş  müşahidə 

edilmişdir.  Belə  ki,  1940-c  ildə  Dağlıq  Qarabağ  müalicə 

müəssisələrində 260 orta tibb işçisi var idisə (bundan  160-ı 

kənddə),  1950-ci ildə onlarm sayı 621-ə (bundan 356 nəfər 

kənddə)  çatmışdır.  1950-ci  ildə  Xankəndində  daha  bir 

xəstəxana  tikilib  istifadəyə  verilmişdir.  200  çarpayılıq  bu 

xəstəxanada  cərrahlıq,  daxili  xəstəliklər,  əsəb  xəstəlikləri, 

mamaçalıq,  qadm  xəstəlkləri,  uşaq  xəstəlikləri,  yoluxma 

xəstəlikləri  şöbələri  təşkil  olunmuşdur.  Burada  aptek, 

laboratoriya və müxtəlif kabinələr yaradılmışdır. Vilayətin 

bütün  rayonlarmda  xəstəxanalar  fəaliyyət  göstərirdi. 

Şuşada  2,  Ağdərədə  5,  Hadrudda  3,  Xocavənddə  2, 

Xankəndində 4 xəstəxana  var  idi.  Bundan  başqa  1950-ci

92

ildə  DQMV-də  8  polilklinika,  6  qadın  və  uşaq 

məsləhətxanası,  68  feldşer  -   analıq  məntəqəsi  və 

amblatoriyalar fəaliyyət göstərirdi43.

1940-1950-ci  illərdə  Azərbaycan  SSR-də  əhalinin 

artım  tempi  aşağı  düşmüşdü.  Bunun  ən  başlıca  səbəbi 

ikinci  dünya  müharibəsində  xalqımızın  iştirakı  və  yüz 

minlərlə  insanm  dünyasmı  dəyişməsi  və  müharibədən 

sonrakı ilk ağır illərin iqtisadi, sosial və mənəvi çətinlikləri 

ilə  bağlı idi.  1940-cı  ildə Azərbaycanda  3  milyon  205  min 

nəfər  əhali  yaşayırdısa  1950-ci  ildə  bu  göstərici  2  mlyon 

859 minə enmişdi44. Azərbaycanm hər yerində o cümlədən 

DQMV—də bu cür azalma halı müşahidə edilmişdir.  Belə 

ki,  DQMV-də  1950-ci  ildə  1940-cı  ilə  nisbətən  22  min 

nəfər  azalmışdı.  Dağlıq  Qarabağda  əhalinin  sayı  1940-cı 

ildə  150  min,  1945-ci  ildə  135  min,  1950-ci  ildə  128  min 

nəfər  olmuşdur45.  Bəhs  etdiyimiz  dövrdə  əhalinin  sosial 

strukturunda  da  dəyişikliklər  müşahidə  edilmişdir.  Fəhlə 

sinifinin  və  qulluqçularm  saymda  nisbi  irəliləmə  halları 

müşahidə  edilmişdir.  Məlum  hadisələrlə  bağlı  kişilərin 

sayı qadmlardan aşağı idi. Səhiyyənin vilayətdə inkişafı ilə 

bağlı əhali arasmda ölüm halları əvvəlki illərlə müqayisədə 

aşağı düşmüşdü.  Məsələn,  1940-cı ildə hər  1000 nəfər  13,5 

nəfər  ölüm  olmuşdursa,  1950-ci  ildə  bu  rəqəm  9,5  nəfərə 

enmişdi.  DQMV-də  1940-cı  ildə  hər  1000  nəfərə  artım

35,2 nəfər idisə,  1950-ci ildə bu rəqəm 31,4 nəfər olmuşdu. 

Naxçıvan  Muxtar  Respublikasmda  müvafıq  illərdə  bu 

göstərici 30,9 və 30,2 arasında dəyişmişdir46.

Dünya  müharibəsi  əhalinin  həyat  səviyyəsinin  aşağı 

düşməsinə  səbəb  olmuşdu.  Əhalinin  ərzaq  məhsullarına 

olan  tələbatım  ödəmək  üçün  dövlət  1944-cü  ildən 

kommersiya 

ticarətinə 

icazə 


verdi. 

Kommersiya 

ticarətində mallar  kartoçkälarla, lakin yüksək  qiymətlərlə 

satılırdı. 

Kommersiya 

ticarəti 

kolxoz 

bazarında



93

qiymətbrin  aşağı  düşməsinə  kömək  edir və  azad  ticarətin 

inkişafına  təkan  verircli.  1940-cı  illə  müqayisədə  1950-ci 

ildə  DQMV-də  illik  mal  dövriyyəsində  böyük  irəliləmə 

müşahidə edilmişdir.  Belə ki, müvafiq  illərdə  5950000-dən 

12770000-ə  qalxmışdır47.  Bundan  kommersiya  ticarətinin 

illik mal dövriyyəsi 4255000-dən 8835000-ə, dövlət ticarəti 

mal-dövriyyəsi isə  1695000-dən 3935000-ə çatmışdır48.

Müharibə  illərində  şəhər  əhalisinin  mühüm  ərzaq  və 

sənaye  malları  ilə  təchizi  üçün  kartoçka  sistemi  tətbiq 

edilmiş,  1947-ci  ilə isə  ləğv  edilərək,  onların  vahid  dövlət 

pərakəndə  qiymətləri  ilə  satışına  keçirilmişdir.  Bəhs 

etdiyimiz  dövrdə  pul  islahatı  da  keçirilmişdir  ki,  bu  da 

kənddə 

pul 


sisteminin 

möhkəmlənməsinə 

imkan 

vermişdir.  İstehsahn  ardıcıl  olaraq  artması  DQMV-də 



əhalinin  gəlirləriniıı  çoxalmasma  səbəb  olmuşdur.  1945-

1947-ci illər ərzində fəhlə və qulluqçularm orta aylıq əmək 

haqqı  3  faiz  artmışdırsa,  1950-ci  ildə  isə  1940-cı  illə 

müqayisədə  81  faizi  ötüb  keçmişdir49.  Vilayətdə  əhalinin 

gəlirlərinin 

çoxalmasmı 

əmanət 

kassalarımn 



və 

əmanətçilərin saymm artması faktlannda da  görmək olar. 

Belə ki,  1950-ci ildə Vilayətdə əmanət kassalarmm sayı 34, 

əmanətçilərin  sayı  isə  11237-ə  çatırdı.  Bu  isə  əvvəlki 

dövrlərlə müqayisədə 2 dəfə artıq deınək  idi.  1948-ci ildən 

başlayaraq  ərzaq  və  qeyri-ərzaq  məhsullarmın  pərakəndə 

satışı  qiymətlərində  aşağı  enmə  halı  müşahidə  edilmişdir. 

1950-ci  ildə  1947-ci  illə  müqayisədə  ümumi  pərakəndə 

satış  qiymətJəri  43  faiz,  ərzaq  məhsulları  47  faiz,  sənaye 

malları  35  faiz  aşağı  düşmüşdii51.  Lakin  əhalinin  alıcılıq 

qabiliyyəti hələ ki, lazımi səviyyədə deyildi.

1946-1950-ci illərdə DQMV-də kənd  təsərrüfatındakı 

irəliləmələr  -   istehsalm  artması,  heyvandarlıq  məhsulları 

tədarükünün  mütləq  normalarınm  azaldılması,  kənd 

təsərrüfatı 

məhsullarmm 

tədarük 

və 


satınalma

94

qiymətlərinin artırılması kolxozçuların maddi vəziyyətinin 

yaxşılaşmasına  kömək  edirdi.  1950-ci  ildə  DQMV-də 

kolxozçuların  pul  gəliri  1940-cı  ildəkindən  1,5  dəfə  çox 

idi52.

1946-1950-ci  illərdə  DQMV-də  nəqliyyat  sahəsində 



də  xeyli  müvəffəqiyyətlər  əldə  edilmişdi.  Həmin  dövrdə 

planda  nəzərdə  tutulmuşdu:  «Yol  azlığmı  tamamilə 

aradan  qaldırmaqdan,  hərəkət  surəıi  artmış  olduğu 

şəraitdə  avtomabil  nəqliyyatı  vasitəsilə  və  yükdaşmması 

sahəsində  artan  tələbatı  ödəyə  biləcək  təkmilləşdirilmiş 

möhkəm  yollar  yaratmaq  üçün  yol  təsərrüfatını  əsaslı 

surətdə 

dəyişib 


yenidən 

qurmaqdan 

ibarətdir». 

Azərbaycan  höküməti  DQMV-də  yollarm  uzunluğunu  2 

dəfə,  o  cümlədən  şosse  yollarını  6  dəfə  artırmağı,  yeni 

dəmir  yolu  xəttini  çəkmək  və  Xankəndi  Yevlax  təyyarə 

xəttini  açmağı  qarşıya  məqsəd  qcymuşdu53.  Bütün 

bunların  həyata  keçirilməsi  üçün  dövlətimiz  1940-cı  illə 

müqayisədə  1946-cı  ildə  DQMV-də  yol  tikinti  abadlıq 

işlərinə  2,5  dəfə  artıq  vəsait  ayırmışdı.  Bəhs  etdiyimiz 

dövrdə Hadruddan  Gizləyə  bərk örtüklə  yol  çəkildi.  Eyni 

zamanda  Tərtər-İstisu  yolunun  inşasında  xeyli  işlər 

görüldü.  1950-ci  ildə  Yevlax-Xankəndi  dəmiryolu  çəkilib 

istifadəyə  verildi.  Xankəndi-Yevlax  tsyyarə  xətti  açıldı. 

Beləliklə,  1950-ci ildə  DQMV-də yolların  uzunluğu  1923- 

cü  illə  müqayisədə  2,2  dəfə,  o  cümlədən  şosse  yollarmın 

uzunluğu 7 dəfə artmışdı54.

Beş il ərzində vilayətdə nəqliyyatm təkmilləşdirilməsi 

sayəsində  mühüm  nailiyyətlər  qazanılmışdır.  1950-ci  ildə 

avtomobil  nəqliyyatmm  yük  dövriyyəsi  1940-cı  ilə 

nisbətən  3,5  dəfə,  ümumi  istifadədə  olan  avtomobil 

nəqliyyatı ilə sərnişin daşmması isə 2 dəfə artdı.

1946-1950-ci  illərdə  DQMV -də  radiorabitə  vasitələri 

böyük  sürətlə  inkişaf  edirdi.  1950-ci  ildə  vilayətdə  3



95

radioverilişi 

nöqtəsi, 

radioqovşağı 



və 

2705 


radioqəbuledici  nöqtoləri fəaliyyət  göstərirdi.  Ümumilikdə 

Azərbaycanda radioqəbuledicilərin  sayı  181  minə  çatırdı. 

Naxçıvanda  isə  bu  göstərici  1927-yə  bərabər  idi55. 

Əhalinin  sağlamlığmm  mühavizəsində  sanatoriya-kurort 

müalicə  və  istirahət  evləri  mühüm  rol  oynayırdı.  1950-ci 

ildə Azərbaycanda  38  istirahət evi və sanatoriya  fəaliyyət 

göstərirdi  ki,  bunlardan  biri  də  Şuşa  şəhərinin  payma 

düşürdü.  Şuşa  şəhəri  özünün  təbii  mənərəsi,  gözəl  havası, 

saf  suyu,  tərifli 

İsa  bulağı,  Turş  suyu  ilə  hamımn 

hörmətini qazanmışdır.  Şuşa Azərbaycanm  gözəl  istirahət 

şəhəri,  Sağlamlıq  və  gümrahlıq  ınəskənidir.  1946-1950-ci 

illərdə  Şuşada  istirahət  və  müalicə  ocaqlarmm  sayı  xeyli 

artmışdır.  Bəhs  etdiyimiz  dövr  ərzində  respublikamızın 

müxtəlif  rayonlarından  minlərlə  insan  Şuşaya  istirahətə 

gəlmiş, xəstələr burada şəfa tapmışlar.  1950-ci ildə Şuşada 

istirahət edənlərin sayı  1940-cı illə  müqayisədə  3  dəfə çox 

olmuşdur.  1947-ci ildə Şuşada Ümumittifaq maliyyə-bank 

işçilərinin  sanatoriyasmda  420  nəfər  respublikamızm 

vətəndaşları  istirahət  etmiş  və  1948-ci  ildə  həmin 

sanatoriya istirahət evinə çevrilmişdir.  1950-ci  ildə  həmin 

istirahət  evində  1800 nəfər istirahət  etmişlər.  Ümumilikdə 

1950-ci  ilin  yaymda  Şuşada  2500  nəfər  insan  istirahət 

etmişdir56.  Havasınm  və  suyunun  təmizliyinə  görə,  1946- 

1950-ci  illərdə  Azərbaycanm  ayrı-ayrı  rayonları  Şuşa 

şəhərində  pioner  düşərgələri  açmışdılar. 

Uşaqlarm 

sağlamlığmı  təmin  etmək  üçün  Şuşada  «Respublika 

sağlamlıq məktəbi» yaradılmışdır.  Həmin məktəbdə  1948- 

ci  ildə  Azərbaycanm  3  rayonundan  gələn  160  uşaq 

istirahət  edirdi.  İlbəil  həmin  uşaqlarm  sayı  artır.  Həmin 

məktəbdə uşaqlarm təlim-tərbiyəsi və sağlamlıq işləri üçün

1947-ci  ildə  1150000  manat,  1948-ci  ildə  1406000  manat

96

vəsait  xərclənmişdirsə  1950-ci  ildə  həmin  vəsait  1554000 

manata çatmışdır.

Bundan  əlavə  I946-1950-ci  illərdə  Şuşa  şəhərində 

«Respublika  Uşaq  Sanatoriyası»da  fəaliyyət  göstərirdi. 

1950-ci  ildə  bu ; sanatoriyada  olaıı  uşaqların  sağlamlığı 

üçün 2340000 maiıat vəsait xərclənmişdir.

1946-1950-ci  illərdə  Şuşadakı  «Xan  qızı»  və 

«Tətavüz»  su  kəmərləri  əsaslı  təmir  edilib  istifadəyə 

verilmişdir.  Təəssüflər  olsun  ki,  1992-ci  il  mayın  8-dən 

basılmazlıq,  əyilməzlik  rəmzi  olan  qala  divarları,  igidlər 

oylağı  Cıdır düzü,  gözəllik  çələngi  Topxana  meşəsi,  həzin 

zümzüməli Daşaltı çayı, məşhur İsa bulağı, min  bir dərdin 

dərmanı  olan  yaylaqlarımız,  təbiətin  möcüzəsi  hesab 

olunan  Xarı  bülbül  -   Qala  adı  ilə  taııman  Şuşamız  yad 

əllərdədir.

1946-1950-ci  illərdə  Xankəndinin  abadlaşdırılmasma 

xüsusi  diqqət  yetirilmişdir.  Xankəndi  şəhər  zəhmətkeş 

deputatları 

Sovetinin 

icraiyyə 

komitəsinin 

sədri 

V.Stepanyanm  yazdıqlarma  görə,  «son  20  il  ərzində 



Xankəndinin  siması  əsaslı  surətdə  dəyişilib  tanmmaz 

olmuşdur.  25  il  bundan  öncə  bir  neçə  evdən  və 

zirzəmilərdən  ibarət  olan,  Qarabağ  xanlığmm  axırıncı 

xanı Mehdiqulu xanm mülkü olan Xankəndi  Azərbaycan 

dövlətinin  qayğısı  sayəsində  respublikamızm  mədəni  və 

abad şəhərlərindən birinə çevrilmişdir»57.

Bir  həqiqəti  qeyd  etmək  yerinə  düşərdi  ki, 

Azərbaycan  dövlətinin  başçısı  Mir  Cəfər  Bağırov  bəhs 

etdiyimiz  dövrdə  Xankəndinin  inkişafına  xüsusi  diqqət 

yetirmişdir.  Mir  Cəfər  Bağırovun  çıxışlarından  da  bunu 

aydm  görmək  olar:  «Keçmişdə  Xankəndi  adlanan 

bugünki  Sovet  Stepanakertinə  bir  nəzər  salm.  Doğrudur 

onun  əhalisi  o  qədərdə  çox  deyil,  çoxmilyonlu  şəhərə 

çevrilməyib,  cəmi  15.000  əhalisi  var.  ancaq  mən  arzu



97

edərdim  ki,  İşverənin  ən  gözəl  şəhəri  bu  günkü 

Stepanakertə 

bənzəsin»58. 

DQMV-nin 

mərkəzinə 

çevrilmiş  Xankəndi  şəhərinin  necə  inkişaf  etdiyini 

aşağıdakı faktlardanda, görmək olar.  Belə ki,  1929-cu ildə 

Xankəndində  ən  yeni  avadanlıqlarla  təchiz  olunub 

mexanikləşdirilmiş  böyük  ipək  sarıma  fabriki  tikilmiş  və 

40-cı 


illərin  sonlarında  burada  böyük 

toxuculuq 

kombinatı  da  tikilmişdir.  İpək  sarıma  fabrikinin  yanmda 

gözəl  ikimərtəbəli  evləri,  yaşıl  bağları  və  məkiəbəqədər 

tərbiyə  ocaqları  olan  böyük  fəhlə  qəsəbəsi  likilmişdir. 

1946-1950-ci  illərdə  Xankəndi  şəhərində  yerli  sənaye  və 

sənət  kooperasiyası  şəbəkəsi  genişlənmişdir.  Burada 

fəaliyyət  göstərən  zavod  ildən-ilə  böyüyərək  DQMV-nin 

kolxoz  və  müəssələrinin  ehtiyaclarmı  ödəyirdi.  Xankəndi 

yerli  sənaye  fabrikası  özünüıı  zərif və  möhkəm  mebeli  ilə 

yalnız  DQMV-də  deyil  bütün  respublikada  şöhrət 

qazanmışdır.  Xankəndi  sənət  kooperasiyasınm  artelləri 

əhalinin  ehtiyaclarım  ödəmək  üçün  çoxişlənən  mallar: 

ayaqqabı,  üst  və  alt  paltarlar  trikotaj  malları,  qab-qacaq 

və  sair  buraxır.  1926,  1939  və  1959-cu  illərdə  əhalinin 

siyahıya  almması  zamanı  məlum  olur  ki,  Xankəndi 

şəhərində  əhalinin  sayı  çox  sürətlə  artmışdır.  Belə  ki, 

həmin  illərdə  Xankəndi  şəhərində  əhalinin  sayı  6,2  dəfə 

çoxalaraq  3,2  min  nəfərdən  19,7  min  nəfərədək 

yüksəlmişdir  (1926-1959-cu illərdə).  Bəhs  edilən illərdə isə 

şuşa  şəhərində  əhalinin  sayı  5,1  min  nəfərdən  6,1  min 

nəfərədək qalxmışdır59. (Artım 0,2 dəfə).

1940/1941-ci  tədris  ilində  DQMV-də  35  orta məktəb 

var idi ki, bunun 5-i Xankəndinin payma düşürdü.  Burada 

1946-1950-ci  illərdə  axşam  məktəbləri,  kənd  təsərrüfatı 

texnikomu, tibb və musiqi məktəbləri yaradılmışdır.  1947- 

ci  ildə  həmin  məktəblərdə  3500  nəfər  oğlan  və  qız 

oxuyurdu.  Xankəndində fəaliyyət göstərən  12 körpələr evi



98

və  uşaq  bağçasmda  500-ə  qədər  uşaq  tərbiyə  edllirdi. 

Burada  müalicəxana,  xəstəxana,  uşaq  rnəsləhətxanası  və 

başqa  səhiyyə  müəssisələri  yaradılmış,  əhaliyə  göstərilən 

tibb  xidməti  yaxşılaşdırılmışdır.  Xankəndində  fəaliyyət 

göstərən Maksim Qorki adma dram teatrı burada yaşayan 

əhalinin  böyik  rəğbətini  qazanmışdır.  Şəhərin  qış  və  yay 

kino-teatrlarıııda  əhali  ölkəmizin  ən  yaxşı  filmlərinə 

tamaşa  edirdi.  1946-1950-ci  illərdə  Xankəndi  şəhərinin 

küçələri  qaydaya  salmmış,  ağaclar  əkilmiş  və  başqa 

abadlıq 

işləri:  görülmüşdür. 

Burada 

yaradılmış



xəstəxanalarm ərazisində yeni parklar yaradılmışdır.

Xankərdində  mövcud  su-elektrik  stansiyasından 

əlavə  400  kilovat-saat  qüvvəsində  yeni  stansiya  1948-ci 

ildə  işə  salmmışdır60.  Şəhərin  işıqlandırılmasmda  həmin 

stansiyanm  gücündən  geniş  istifadə  edilirdi.  Bütün 

bunlarla  yanaşı  Xankəndi  şəhərində  Azərbaycan  Elmlər 

Akademiyasmm  və  Yazıçılar  ittifaqmm  Xankəndi  fılialı, 

pedaqoji  institut  və  istirahət  mərkəzi  də  fəaliyyət 

göstərirdi. Beləliklə DQMV-nin Xankəndi şəhərində  1946- 

1950-ci illərdə böyük  dəyişikliklər baş verdi.  Yeni yaşayış 

binaları,  idman  qurğuları,  klub,  kinoteatr  binaları  və sair 

tikilib burada yaşayanların istifadəsinə verildi.  1946-1950- 

ci  illərdə DQMV kəndlərinin siması xeyli dəyişmişdi.  Belə 

ki,  kəndlərin əksəriyytəinə yeni yollar çəkilmiş, çoxlu evlər 

tikilmiş,  mağazalar,  xəstəxanalar,  məktəblər  inşa  edilib 

yerli  əhalinin istifadəsinə verilmişdir.  Lakin  çox  təəssüflər 

olsun 

ki, 


DQMV-də  azərbaycanlılarm  yaşadıqları 

kəndlərə  biganəlik  göstərilmiş  və  həmişə  məqsədli  şəkildə 

diqqətdən  kənarda  qalmışdı.  Məsələn,  1300  əhalini  və  4 

yaşayış  məskənini  özündə  birləşdirən  Xocalıda  orta 

məktəb  olmadığı  halda,  1  yaşayış  məskəni  və  500  nəfər 

əhalisi  olan erməni kəndlərində nəinki orta məktəb, hətta, 

kitabxana, 

uşaq 


bağçaları, 

müalicə 


profılaktika

99

mərkəzləri,  idman  qurğuları,  radioqovşağı  və 

sair 


yaradılmışdı.

Beləliklə,  1946-1950-ci  iliərdə  DQMV-nin  erməni 

rəhbərliyinin  hə}'ata  keçirdiyi  «kompleks  tədbirlər» 

nəticəsində  vilayətdə  milliyyətcə  azərbaycanlı  olanlar 

sıxışdırılmağa  başlanıış.  erməni  əhalisinin  maddi  rifah 

halımn  yüksəldilməsi  təmin  olunmuş,  onların  əmək  və 

məişət  şəraiti  yaxşılaşmışdır.  Ümumilikdə  isə,  sovet 

imperiyasmm  DQMV-də  1940-19 50-ci  illərdə  mədəni 

quruculuq  «siyasəti»  öz  bəhrəsini  verdi.  İlk  növbədə 

DQMV-də  erməııi  və  rus  dilində  məktəblərin  geniş 

şəbəkəsinin  yaradılmasma  nail  olurıdu.  Müxtəlif  ixtisaslı 

erməni,  rus  və digər millətlərdən  olan  kadrlarm  sayı  xeyli 

artırıldı  və  onlarm  yerləşdirilməsinə  «beynəlmiləlçilik» 

pərdəsi  altında  xüsusi  diqqət  verildi.  Milliyyətcə  qeyri- 

azərbayçanlılarm  vilayətin  dövlət  idarə  orqanlarmda  işlə 

təmin  olunması  Sovet imperiyasımn  bölgədə dayaqlarınm 

daha da möhkəmləndirilməsinə ciddi təsir göstərdi.

100


VI FƏSlL

XX ƏSRtN 40-CIİLLƏRİNDƏ AZƏRBAYCAN SSR

DQMV-də ERMƏNİLƏRİN  NÖVBƏTİ ƏRAZİ 

İDDİALARIVƏ NƏTİCƏLƏRİ

Azərbaycamn  tarixi  torpaqları  hesabına  özlərinə 

dövlət yaradan ermənilər, çox təəssüflər olsun ki, bununla 

kifayətlənməyərək 

daxili 

və 


xarici 

havadarlarma 

arxalanaraq 

zaman-zaman, 

hissə-lıissə 

Azərbaycan 

ərazisini işğal  etmişdilər.  Belə  mərhələiərdən  biridə  ikinci 

dünya müharibəsindən sonrakı dövrə təsadüf olunur.  Bəhs 

etdiyimiz  dövrdə  ermənilər  təkcə  torpaqlarımızı  işğal 

etməklə kifayətlənmədilər.  Onlar həm də, azərbaycanlıları 

min  illər  boyu  yaşadıqları  öz  doğma  tarixi  -   etik 

torpaqlarından didərgin salaraq,  kütləvi qətl və qırğınlara 

məruz  qoymuş,  xalqımıza  məxsus  mirılərlə  tarixi-mədəni 

abidə və yaşayış məskənlərini dağıdıb viran etmişdilər.

Vaxtılə  dünyanm  müxtəlif  dövlətlərindən  məqsədli 

şəkildə  Azərbaycana  köçürülərək,  hər  cür  şəraitlə  təmin 

olunan ermənilər, soııralar həmin torpaqlarm onların ata- 

babalarına  məxsus  olması  fikrini  irəli  sürür  və  xalqımızı 

zorla,  kütləvi surətdə,  müxtəlif vasitələrlə öz yurdlarmdan 

köçürür  və  ya  köçməyə  məcbur  edirdilər.  Belə  yerdə 

müdriklərimizdən  birinin  dediyi  rəvayəti  xatırlamaq 

yerinə  düşərdi:  «Ermənilər  öz  hərəkətləri  ilə  Qu-quşunu 

xatırladırlar.  Bu  quşlar  öz  yumurtalannı  başqa  quşlarm 

yuvasına qoyur, həmin yuva sahibi  olan quş,  qu-quşunun 

yumurtasma  öz  yumurtası  kimi  baxır,  istidən,  soyuqdan 

və  müxtəlif  amillərdən  qoruyur.  Yumurtadan  çıxan  qu- 

quşlarınm  balaları  yuva  sahibinin  həqiqi  balalarını  hələ 

gözü  bağlı  ikən  yuvadan  sıxışdırıb  yerə  atırlar.  Sadəlöv 

yuva  sahibləri  isə yem daşıyaraq  qarınqulu  qu  quşlarmm 

balalarmı  yemləyir  və  onlar  öz  balaları  kimi  baxıb

101


böyüdürdülər.  Bir müddətdən  sonra  qu  quşları  böyüdülər 

və ağzmda onlara yem daşıyan yuva sahiblərini «bu yuva 

mənimdir»  deyib oriları  oradan  qovdular».  Doğrudan  da 

deyilmiş  yuxarıdakı  rəvayətdə  bir  hikmət  var.  Müxtəlif 

vaxtlarda,  ayrı-ayrı  bölgələrdən  torpaqlarımıza  köçən 

ermənilər  bu  gün  həmin  torpaqlarımıza  sahib  dururlar. 

Onlar  «Böyük  Hrmənistan»  dövləti  yaratmaq  üçün 

müxtəlif yol və vasitələrdən istifadə edirdilər.

Bir  həqiqətidə  qeyd  etmək  yerinə  düşərdi  ki, 

Azərbaycana qarşı ermənilərin ərazi iddiaları məsələsində 

Moskova 

hakimiyyətində 

maraqlı 

idi. 


Vaxtılə 

Azərbaycanm  9  min  kvadrat  kilometirlik  ərazisində 

«Erməni  vilayəti»  yaradan1  Rus  höküməti  gələcəkdə 

dövlətimiz üzərində öz hakiııı mövqeyini saxlamaq naminə 

bölgədə  milli  münaqişə  ocağmı  qarışdırdı.  Məkirli  və 

mənfur  siyasət  sahibləri  XX  yuzilliyin  40-cı  illərində 

qondarma  «Dağlıq  Qarabağ»  konfliktini  suni  surətdə 

daha  da  kəskinləşdirmişdilər.  Moskovanm  fıtvası  və 

havadarlığı  ilə  mərkəzdəki  və  xarici  ölkələrdəki  lobbisinə 

arxalanan  erməni  millətçiləri,  kommunist  -   daşnaklar 

Azərbaycanm  qədim  və  zəngin  torpaqları  olan  Qarabağı 

ondan  qoparıb  Ermənistana  verilməsi  tələbi  ilə  çıxış 

edirdilər.  Hələ  1940-cı  illərdə  Moskovadakı  erməni 

lobbisinin 

başçısı 

A.Mikoyanm 

təşəbbüsü 

ilə 


Ermənistanda  partiya  xadimlərinin  fəal  iştirakı  ilə  gizli 

«Qarabağ  hərəkatı»,  «Qarabağ  Komitəsi»  yaradılmışdı2. 

Bəhs  etdiyimiz  dövrdə  xalqımızın  üzləşdiyi  ciddi  və 

təhlükəli 

problemlərdən 

biridə, 


azərbaycanlıların 

Ermənistan  SSR-dəki  tarixi-etnik  ərazilərindən  zorla 

sıxışdırıb  çıxarılması  -   deportasiyası  olmuşdur.  1943-cü 

ildə ikinci dünya müharibəsinin gedişi dövründə üç  dövlət 

başçılarının 

Tehran 


konfransmda 

Sovet-İran 

münasibətləri  müzakirə  edilərkən  erməni  disporu  əlverişli

102


vəziyyətdən istifadə edərək «köçürülmə məsələsi»ni ortaya 

atmışdılar3.  Erməni  lobbisi  SSRİ  xarici  işlər  naziri 

V.Molotova  müraciət  edib  xahiş  etmişdir  ki,  İranda 

yaşayan  ermənilərin  SSRİ-yə  köçməsinə  icazə  versinlər4. 

Molotov  elə  oradaca  İ.Stalinlə  danışıqdan  sonra  onlarm 

köçürülməsinə  razılıq  vermişdir5.  Ermənistan  K(b)PMK- 

nin  birinci  katibi  Q.Hartyunov  bu  fürsətdən  məharətlə 

istifadə  etdi.  O,  xaricdəki  ermənilərin  Ermənistana 

köçürülməsi  və  azərbaycanlılarm  Ermənistandan  zorla 

köçürülməsi barədə qərar verilməsinə nail olmuşdur.

1945-ci  ilin  payızında  Q.Hartyunov  başda  olmaqla 

Ermənistan  rəhbərliyi  növbəti  dəfə  ÜİK(b)P  MK 

qarşısmda  Azərbaycanm  Dağlıq  Qarabağ  Muxtar 

Vilayətinin  Ermənistana  verilməsi  məsələsini  qaldırır6. 

Ermənistan 

K(b)P  MK  və 

XKS-nin 

İ.V.Stalinə 

ünvanlanmış  müraciəti  heç  bir  elmi,  tarixi  əhəmiyyəti 

olmayan  yalan  bir uydurmadan ibarət  idi.  Həmin  əsassız 

müddəada  göstərilirdi  ki,  DQMV-nin  ərazisi  iqtisadi 

cəhətdən daha çox Azərbaycan SSR-də deyil,  Ermənistan 

SSR-lə  bağlıdır.  Onlar  coğrafi  məkan  yaxmlığım  əsas 

götürərək  Dağlıq  Qarabağı  Ermənistana  birləşdirməyi 

vacib  məsələ  kimi  qaldırmışdılar.  Ermənistanm  dövlət 

başçısı  guya  belə  bir  faktı  əsas  gətirirdi  ki,  DQMV-də 

iqtisadi və mədəni inkişafı şərtləndirən  amil Ermənistanm 

bölgəyə  yaxmdan  iqtisadi  köməyi  olmuşdur.  Lakin  tarixi 

faktlar göstərir ki,  bəhs edilən dövrdə Ermənistan SSR-in 

nəinki  başqa  bölgələrə  kömək  etmək,  özünün  yardıma 

ehtiyacı  var  idi və Azərbaycandan  belə  bir  köməyi  alırdı. 

Həmçinin  Mərkəzə  ünvanlanmış  müraciətdə  belə  bir  ağ 

yalan  da  var  idi  ki,  guya  DQMV-də  yaşayan  erməni 

əhalisi 


həmişə 

Azərbaycan 

rəhbərliyi 

tərəfindən 

sıxışdırılır,  bölgəyə  baxımsızlıq  və  ögey  münasibət 

göstərilir,  DQMV-nin  iqtisadi  və  mədəni  inkişafı

103


Azərbaycanın  başqa  bölgələri  ilə  müqayisədə  geri  qalır. 

Ona  görə  də  burada  yaşayan  əhali  Ermənistan  SSR-ə 

birləşməyi  daha  üstün  tutur.  Bəs  tarixi  faktlar  nə  deyir? 

Qərəzsiz  elmi  araşdırmalar  əsasında  müəyyən  edilib  ki, 

ermənilər  Qarabağın-  dağlıq  hissəsinə  köçürüldükdən 

sonra hər cür şəraitlə təmin olunmuşlar. Hətta car rusiyası 

tərəfindən  verilmiş  fərmana  görə  onlarıh  silah  gəzdirmək 

hüququ  belə  var  idi.  Həmçinin  imperiya  rəhbərliyi 

yerlərdə  öz  dayaqlarmı  möhkəmləndirmək  məqsədilə  din 

qardaşlarmı  mötəbər  vəzifələrdə  yerləşdirmişdilər.  Sovet 

hakimiyyəti  illərində  də  bu  hal  davam  etdirilmişdir. 

Dağlıq  Qarabağa  «ögey  münasibət»i  isə  aşağıdäkı 

faktlardan aydm görmək olar.  Hansı dövrə müraciət etsək 

dediklərimiz tarixi  həqiqətləri bir daha sübut etmiş olarıq. 

Məsəliən,  1926/1927  tədris  ilində  Azərbaycan  üzrə  hər 

1000  nəfərə  59  müəllim  düşürdüsə,  DQMV-də  bu  rəqəm 

199-a,  Naxçıvanda  46-ya,  qonşu  Ağdam  rayonunda  38-ə 

çatırdı7;  1927/1933-cü iİlər ərzində Azərbaycanda cəiiıi  11 

dövlətə  məxsus  ipək  sənayesi  müəssəsi  yaradılmışdır  ki, 

bunun  7-si  DQMV-nin  payına  düşürdü8;  1934-cü  ildə 

DQMV-də sovxoz və MTS-lərdə çalışan qulluqçular  1058 

nəfər idisə, bu rəqəm  Naxçıvanda  383-ə çatırdı9;  1933-cü 

ildə  DQMV-də  gücü  408  klovata  çatan  4  elektrik 

stansiyası  fəaliyyət  göstərirdisə,  Naxçıvanda  gücü  181 

klovata, çatan  1  elektrik  stansiyası  fəaliyyət  göstərirdi10; 

1926-1931-ci  illərclə  Xankəndində  əhalinin  sayı  3,4 

mindən  4,9  minə  (artım  54%)  çatmışdırsa  Bakıda  454 

mindən  589  minə  (artım  30%)  Naxçıvan  MSSR-də  isə 

artım  olmamışdır  (10,3  min  nəfər  =  10,3  min  nəfər)11; 

1927/1928-ci  təsərrüfat ilində Mərkəzi  Dövlət Bankmdan 

abadlaşdırmaya;  Xankəndinə  60  min,  Naxçıvan  MR-na 

57  min,  Bərdəyə  20  rrıin  vəsait  ayrılmışdır'2.  Yuxarıda 

sadaladığımız  və  adlarmı  çəkmədiyimiz  yüzlərlə  faktlar




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə