AZƏrbay can ssr dağliq qarabag muxtar vilayəTİ İyun 1941-dekabr 1950-Cİ



Yüklə 1.39 Mb.
Pdf просмотр
səhifə8/11
tarix23.12.2016
ölçüsü1.39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

116

lobbisinə arxalanan bir qrup köçəri ermənilər müxtəlif yöl 

və  vasitələrclən  : istifadə  etməklə  «Böyük  Ermənistan» 

dövləti yaratmaq kimi mənfur siyasəti qarşılarına məqsəd 

qoymuşdular.  1945-ci ilin payızmda Ermənistan rəhbərliyi 

DQMV-nin  onlara verilməsini Sovet rəhbərliyindən xahiş 

etmişdilər.  Dünyada heç vaxt görünməyən, izlənməyən bir 

şeydir ki, hansısa bir dövlət  başqa dövlətin torpağmı ərizə 

ilə,  xahişlə  əlindən  məcburi  şəkildə  alsın.  Doğrudan  da 

belə  yerdə,  vaxtilə  A.S.Qribayedovun  rus  imperatoruna 

yazdığı  məktub  yada  düşür.  «Əlahəzrət,  ermənilərin 

mərkəzi  rus  torpaqlarında  məskunlaşmasma  icazə 

verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə 

on  il  yaşadıqdan  sonra  dünyaya  hay-küy  salaraq  «bura 

bizim  qədim  dədə-baba  torpaqlarımızdır  deyəcəklər!»!. 

Məlum 


həqiqətlərdir 

ki, 


A.S.Qriboyedovun 

çox 


uzaqgörənliklə  söylədiyi  fikirlər  reallaşdı.  Bir  neçə  on 

ildən  sonra  ərazi  iddiasına  düşdülər.  XX  yüzilliyin 

əvvəllərində  silahlı  müharibə  yolu  ilə  həmin  məsələni  həll 

edə bilməyən ermənilər  1945-ci ildə  «dinc yolla» ÜİK(b)P 

MK  qarşısmda  Azərbaycanın  DQMV-nin  Ermənistan 

verilməsi  məsələsini  qaldırdılar.  Ermənistan  K(b)  P  və 

Ermənistan  XKS-i  Stalinə  etdikləri  müraciətdə  belə  bir 

saxta mülahizəni əldə əsas tuturdular ki, guya DQMV-nin 

iqtisadiyyatı  Ermənistan  SSR-ə bağlıdır.  28 noyabr  1945- 

ei ildə ÜIK(b) P MK katibi Malenkov Azərbaycan K(b)P 

MK-nin  birinci  katibi  M.C.Bağırova  məktub  yazıb2, 

həmin  məsələyə  münasibətini  bildirməyi  tələb  etmişdir. 

M.C.Bağırov  isə  10  dekabr  1945-ci  il  cavab  məktubunda 

bildirmişdir  ki,  Ermənistanın  DQMV  haqqında  irəli 

sürdükləri  iddialar  heç  bir  elmi  əsası 

olmayan

  böhtandır 

və  DQMV-nin  ərazisi  tarixən  Azərbaycanm  ərazisi 

olmuşdur3.  M.G.Bağırov  onu  da  vurğulamışdır  ki,  biz 

DQMV-ni  bir şərtlə  Ermənistana verə  bilərik  ki,  əhalinin

117


əksəriyyəti  azərbaycanlılardan  ibarət  olan  Şuşa  rayonu 

Azərbaycanın tərkibində saxlanılsın və müxtəlif vaxtlarda 

Ermənistana, Gürcüstana və Soyet Rusiyasına verilmiş bir 

çox  tarixi  ərazilərimiz  Azərbaycan  SSR-ə  qaytarılsm. 

Bütün bunlar isə nə Sovet rəhbərliyini,  nə də,  Ermənistan 

hökümətini  qaneə  etmədi.  Çünki,  Azərbaycan  torpaqları 

hesabma  1813-cü  ildə  yaradılmış  erməni  vilayəti  və 

sonralar 

hissə-hissə 

tarixi 


torpaqlarımızı 

özündə 


birləşdirən  Ermənistan  dövlətinin  varlığı  sual  altmda 

qalırdı.  Mərkəzi hökümət başa düşdü ki, əgər Azərbaycan 

dövlətinin  başçısınm  fıkirləri  reallaşarsa  bu  bütün  SSRİ 

üçün  sonsuz  fəlakətlər  yarada  bilər.  Ona  görə  də 

Ermənistanm  Azərbaycana  qarşı  növbəti  ərazi  iddiaları 

məsələsi  həll  edilməmiş  qaldı4.  Belə  bir  şəraitdə 

Ermənistan  başqa  bir  siyasətə  əl  atdılar.  Hələ  1943-cü  il 

Tehran konfransmda İran ərazisində yaşayan  ermənilərin 

SSRİ-yə  (Ermənistan  SSR-ə)  köçürülməsinə  icazə  alan 

erməni5  lobbisi  şirnikərək  daha  da  dərinə  getmiş  və 

Ermənistan  SSR  ərazisində  yaşayan  azərbaycanlıların 

köçürülməsinə  razılıq  əldə  etmişdilər6.  Maraqlı  cəhət 

ondan ibarətdir ki, SSRİ XKS-nin sədri İ.V.Stalin, Xarici 

İşlər Naziri V.Molotov, MK katibi G.M.Malenkov, SSRİ 

Ali  Sovetinin  Rəyasət  heyəti  həmin  məsələni  asanlıqla 

ermənilərin  xeyrinə  yönəltmişdilər.  Çünki  ermənilərin 

Ermənistana  köçürülməsı,  onlarm  dayaqlarmın  daha  da 

möhkəmlənməsi demək idi.  Ona görə də  19 oktyabr  1946- 

cı  ildə  «Xarici  ölkələrdə  yaşayan  ermənilərin  Ermənistan 

SSR  ərazisinə  köçürülməsi  haqqmda»,  23  dekabr  1947-ci 

ildə 

«Ermənistan 



SSR 

kolxozlarmm 

və 

başqa 


azərbaycanlı  əhalisinin  Azərbaycan  SSR-nin  Kür-Araz 

ovalığma  köçürülməsi  haqqmda»,  10  mart  1948-ci  ildə 

«Ermənistan  SSR-də  kolxozlarm  və  digər  azərbaycanlı 

əhalinin 

Azərbaycan 

SSR 


Kür-Araz 

ovalığma


118

köçürülməsi  ilə  əlaqədar  tədbirlər  haqqmda»  mƏrkəzi 

hökümət  Fərman  və  qərärlar  verdi6.  Həmin  qərarlara 

uyğun  olaraq  1948-1953-cü  illərdə  Ermənistan  SSR-də 

yaşayan azərbaycanlılardan  150 min nəfəri zorla öz dədə- 

baba  yurdlarından  çıxarılaraq7  Azərbaycanm  İmişli, 

Kürdəmir,  Salyan,  Sabirabad,  Yevlax,  Ucar  və  başqa 

rayonlarına  köçürüldülər8.  Minlərlə  köçürülən  insan 

kəskin  iqlim  dəyişikliyinə  dözməyərək  həlak  oldular 

Ermənistandan  deportasiya  edilmiş soydaşlanmızın evləri 

xaricdən gələn ermənilərə  peşkəş edildi. Diqqəti cəlb edən 

cəhət  ondan  ibarətdir  ki,  Azərbaycana  köçürülən 

soydaşlarımızın DQMV-i ərazisində məskunlaşmasına heç 

cürə  imkan  verilmədi.  Əksinə  DQMV-dən  də  həmin 

dövrdə 

onlarla  azərbaycanlr  ailəsi  qonşu  rayonlara 



köçürülmüşdülər9.  Stalin,  Beriya  və  Mikoyanm  məkirli 

siyasəti  nəticəsində  Ermənistan  SSR-də  azərbaycanlılarm 

sayı  azaldı,  Azərbaycandä  isə  ermənilərin  sayı  artdı. 

Ermənilər,  əsasən Azərbaycanm böyük  sənaye şəhərlərinə 

köçürüldülər.  DQMV-də, Gəncədə,  Bakıda erməni lobbisi 

gücləndi10.

Bütün  baş  verən  yuxarıdakı  hadisələrə  ilk  siyasi 

qiyməti  ümummilli  liderimiz  H.Ə.Əliyev  vermişdi.  O, 

1997-ci 

il 


dekabrın 

18-də 


«1948-1953-cü 

illərdə


azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi 

etnik  torpaqlarmdan  kütləvi  surətdə  deportasiyası 

haqqında» fərman imzaladı11.  Həmiri fərmanm çox böyük 

tarixi  əhəmiyyəti  oldu.  Belə  ki,  həmin  fərmanla 

azərbaycanlılara  qarşı  tətbiq  olunan  etnik  təmizləmə  və 

soyqırım 

siyasətinin 

mürtəce 


mahiyyəti 

dünya 


ictimaiyyətinə çatdırıldı.

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları 

bütün  XX  yüzillik  ərzində  davam  etdirilmişdir.  1965-ci 

ildə  Xankəndində  yaşayan  bir  qrup  erməni  Maksim



119

Hovonesiyanın  başçılığı  altında  DQMV-nin  Ermənistan 

SSR-ə  birləşdirilməsi  haqda  SSRİ  Ali  Sovetinə  müraciət 

etdilər12.  Əlbətdə  müraciəti  yazan  və  onu  öz  imzası  ilə 

təsdiqləyən Xankəndində yaşayan ermənilər olsada bu işə 

rəvac verən qüvvə Mikoyan başda olmaqla erməni lobbisi 

idi.  Lakin  N.Xruşşov  başa  düşdü  ki,  DQMV-ni 

Ermənistana 

birləşdirilməsinə  razılıq  versə 

ölkədə 

arzuedilməz nəticələr verə bilər. Ona görə də dövlət başçısı 



Dağlıq  Qarabağ  məsələsini  Azərbaycanın  xeyrinə  həll 

etdi. 


Bütün 

bunlara 


baxmayaraq 

Ermənistanda 

antiazərbaycan  hərəkatı  genişləndi.  «Qarabağ  Komitəsi» 

açıq  fəaliyyətə  başlamış  və  Azərbaycanda  erməni  lobbisi 

yaradıldı.  DQMV-də  yaşayan  azərbaycanlılar  sıxışdırılır, 

açıq-açığına 

soydaşlarımıza 

divan 


tutulurdu13. 

Ermənilərin  törətdikləri  həmin  qanlı  cinayətlərdən  birini 

xatırlamaq  yerinə  diişərdi.  1967-ci  ilin  iyun  aymda 

DQMV-nin  Xocavənd  rayonunun  Kurapatkin  kəndində 

məktəbli  erməni  qızı  yoxa  çıxmış  və  axtanş  nəticəsində 

onun 


cəsədi 

azərbaycanlılara 

məxsus 

briqadanm 



sahəsindən tapılmışdır.  Ona görə də  bir neçə azərbaycanlı 

(Ələmşah,  Ərşad,  Zöhrab  və  başqaları)  həbs  edildilər. 

Bundan 

sonra 


ermənilər 

tərəfindən 

Azərbaycan 

kəndlərinə  qarşı  terror  aktı  törədilməyə  başlandı.  3  iyul 

1967-ci ildə məhkəmədə tutulan şəxslərin günahları sübuta 

yetmədiyi  üçün. iş  yenidən  istintaqa  qaytarıldı.  Lakin 

Benikin  başçılıq  etdiyi  terrorçu  erməni  dəstəsi  yolda 

həmin tutulan şəxsləri aparan maşırım qabağmı kəsmiş və 

onları diri-diri yandırmışdılar14. Bu vaxt Azərbaycan SSR 

Dövlət Təhlükəsizlik Komitəsində Əks kəşfiyyat İdarəsinə 

rəhbərlik  edən  H.Ə.Əliyev  operativ  dəstə  ilə  DQMV-nə 

gəlmiş  və  orada tutarlı dəlillərlə  sübut  etmişdir ki,  həmin 

uşağı  öz  dayısı  öldürmüşdür.  Quldur  Benik  isə  törətdiyi 

cinayətə  görə  güllənmə  cəzasına  məhkum  edilmişdir.

120

Maraqlı  cəhət  ondan  ibarətdir  ki,  «güllələnmiş»  Benik 



1975-ci  ildə  atasınm  dəfnində  iştirak  etmiş  və  yenidən 

yoxa çıxmışdır15.

Belə  bir  şəraitdə  Respublika  rəhbərliyi  yalnız  seyirci 

mövqe  tutur  və  «xalqlar  dostluğunu»  möhkəmləndirmək 

üçün  tədbirlər  görürdü.  Ermənilərin  təhriki  və  Mərkəzin 

təzyiqi ilə Azərbaycan höküməti 7 may 1969-cü ildə sərhəd 

rayonlarında  yerləşən  torpaqlarımızdan  2  min  hektar 

sahəni  Ermənistan  SSR-ə  verilməsini  təsdiq  etdi.  Lakin 

torpağına, 

vətəninə 

qırılmaz 

tellərlə 

bağlı 

olan


H.Ə.Əliyevin  1969-cü  ilin  iyulunda  hakimiyyətə  gəlməsi 

həmin  qərarm  icrasına  imkan  vermədi16.  1977-ci  ildə 

Dağlıq  Qarabağ  məsələsi  yenidən  qaldırılsada  Heydər 

Əliyevin  üzaqgörən  siyasəti  nəticəsində  həmin  məsələnin 

qarşısı  qətiyyətlə  alınmışdır17.  H.Əliyevin  çoxcəhətli 

idarəçilik  istedadı və siyasi  dövlətçilik fəaliyyəti  mərkəzin 

və erməni millətçilərinin məkirli niyyətlərini həmişə alt-üst 

edirdi. Heydər Əliyevin mövcudluğu, hər şeyi qabaqcadan 

görmək bacarığı, şəxsiyyəti ermənilərin qarşısmda almmaz 

qalaya  çevrilmiş  və  onun  nəticəsi  idi  ki,  liderimizin 

hakimiyyətinin  sonrakı  dövründə  bir  dəfədə  olsun 

«Dağlıq Qarabağ məsələsi» ortaya atılmamışdı. Ermənilər 

öz  mənfur  məqsədlərinə  çatmaq  yolunu  Heydər  Əliyevin 

Azərbaycandan 

uzaqlaşdırmaqda 

gördülər 

və 

öz 


havadarları  ilə  birləşib  fikirlərini  reallaşdırdılar.  BÖyük 

idarəçilk  və  təşkilatçılıq  qabiliyyətinə  malik  olan

H.Ə.Əliyev  SSRİ  Nazirlər  Sovetinin  birinci  müavini 

işlədiyi müddətdə  də,  bütün  imkanlarından Azərbaycanm 

inkişafı naminə istifadə etmişdir18.

1988-ci 


ildən 

başlayaraq 

Azərbaycana 

qarşı 


Ermənistanm əsassız ərazi iddiaları yenidən baş qaldırdı19. 

«Yenidənqurma»  və  «aşkarlıq»  fonemenlərinin  ortaya 

atılması  imperiyanm  süqutunun  yaxınlaşdırdığmdan

121


rəhbərlik,  tarixən  istifadə  etdiyi  «parçala  və  hökm  sür» 

siyasətinə  əl  atdı.  Azərbaycända  demokratik  hərəkatın 

inkişaf  etdiyini  və  gələcəkdə  türk  dünyasmm  böyük  bir 

qiivvəyə  çevriləcəyihdən  ehtiyat  edən  imperiya  rəhbərliyi 

DQMV-də  milli  münaqişə  ocağmı  qızışdırdı  və  gizli, 

ermənilərin  müdafıəçisinə  çevrildi.  Azərbaycan  xalqına 

qarşı  təhqirlərlə  dolu  olan,  saxtakarcasına  Zori  Balayan 

tərəfindən  yazılmış  «Ocaq»  kitabı  milli  münaqişəni  daha 

da  dərinləşdirdi.  Daxildən  və  xaricədən  dəstək  alan 

ermənilər  Azərbaycana  qarşı  açıq  ərazi  iddialanna 

başladılar.  Azərbaycan  torpaqları  hesabma  «Böyük 

Ermənistan»  dövləti  yaratmaq  üçün  «Daşnaksütun» 

partiyası  başda  olmaqla  bütün  millətçi  erməni  təşkilat  və 

komitələri açıq fəaliyyətə başladılar.

Ermənistanm  Azərbaycana  qarşı  əsassız  ərazi 

iddialarmm  ilk  qurbanları  həmişə  ermənilərin  daha  çox 

cəmləşdiyi 

Qərbi 


Azərbaycan 

türkləri 

olmuşdur. 

Azərbaycanlilara  qarşı  dünya  miqyasında  mənfı  flkir 

yaratmaq  üçün  E.Qriqoryan  adlı  şəxs  tele  və  foto 

operatorlarıri  iştirakı  ilə,  bir  dəstə  erməni  ilə  birlikdə 

Sumqayıtda  26  nəfər  ermənini  öldürdü,  evlərini yandırdı, 

qarət  etdi20.  Onlar  hədisələri  törədərkəıı  Azərbaycan 

dilində dahışlrdilar.  Məqsədli  şəkildə «törədilən  faciə»nin 

çəkilmiş  lenti  tezliklə  dünyanm  hər  yerinə,  o  cümlədən 

Ermənistana 

gətirildi. 

Tezliklə 

Ermənistandakı 

azərbaycanlılar  dəhşətli  hadisələrlə  üzləşdilər.  1991-ci  ilin 

avqustun  8-də  Ermənistamn  Mehri  rayonunun  Nüvədi 

kəndinin 

əhalisi 


öz 

dədə-baba 

torpaqlarından 

qovulmaqla,  «Türksüz  Ermənistan»  dövləti  yaradüdı.  Bu 

hadisə  «Böyük  Ermənistan»  dövləti  yaratmağın  birinci 

mərhələsinin  «müvəffəqiyyətlə»  həyata  keçirilməsi  demək 

idi.  Həmin  Vaxt  Ermənistandakı  185  azərbaycanlı 

kəndindən  25Ö  'min  nəfər  azərbaycanlı  öz  dədə-baba

122

yurdlarından  qovuldu21.  XX  əsrin  8Q-cı  illərində 



Ermənistandakı  azərbaycanlıların  31  miin  evi,  165  kolxoz 

və sovxozun əmlakı talandı, çoxlu mal-qarası ələ keçirildi. 

225 

nəfər 


öldürülmüş, 

1200 


nəfər 

yaralanmışdı. 

Ermənisatndakı  bu  dəhşətlərə  Moskvanın  göz  yumması 

DQMV-də  yaşayan  ermənilərin  əl-qölunü  açdı.  Onlar 

açıq  şəkildə  Ermənistana  birləşmək  tələbini  irəli sürdülər. 

Moskova  isə,  I  Pyoturun  1724-cü  ıl  fərmanma  «erməni 

xalqmı  Rusiya  öz  himayəsində  həmişə  saxlamahdır» 

şuarını  əldə  rəhbər  tutaraq  riyakar  təşəbbüslər  ediräilər. 

1988-ci ildə Sov.İKP  Mərkəzi  Komitəsi  və SSRİ Nazirlər 

soveti  «1988-1995-ci  illər  Azərbaycan  SSRİ-in  DQMV- 

nin  sosial-iqtisadi  inkişafını  sürətləndirmək  tədbirləri 

haqqmda»  qərarı  DQMV-nin  Azərbaycandan  alınması 

demək  idi.  Bundan  başqa  1988-ci  ilin  iyununda 

Ermənistan  SSR  Ali  Sövetinin  DQMV-nin  Xalq 

Deputatları 

sovetinin 

qəbul 

etdiyi 


«DQMV-nin 

Ermənistana  birləşmək»  qərarım müdafıə  etdi22.  Bununla 

da  Azərbaycaııın  ərazi  bütövlüyü  kobudcasına  pozuldu. 

DQMV-də  azərbaycanlılar  yaşayan  evlər,  maşınlar 

yandırmağa  başlandı.  Erməniständan  erməni  qüldurları 

Azərbaycanm sərhəd kəndlərinə basqmlar edirdilər.  1989- a 

cu  ilin  yanvarmda  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti 

«Azərbaycan SSR DQMV-də xüsusi ıdarəçilik formasınm 

tədbiqi haqqmda» qərar verdi. Bu vaxt birbaşa Moskvaya 

tabe  olan Xüsusi  İdarə Komitəsi  (XİK)  yaradıldı23.  XİK- 

nə ermənipərəst A.Volski rəhbərlik edirdi və onün əmri ilə 

Xankəndi şəhərində yaşayan  14 min azərbaycanlı öz dədə- 

baba yurdundan qovuldu2!   Erməni əhalisi silahlandırıldı. 

Äzərbaycan  Demokratik  qüvvələrin  tələbi  ilə  1989-cü  ilin 

noyabrm  28-də  XİK  ləğv  edildi.  İndi  DQMV-nin 

idarəçiliyi SSRİ hökümətinin  nəzarəti altında Azərbaycan 

Təşkilat  Komitəsinə  (TK)  tapşırıldı25.  1989-cu  il  dekabrn

123


əməliyyatını  genişlənməyə  imkan 

yaratdı. 

Dağılıq 

Qarabäğda  strateji  əhəmiyyətli  məntəqələr  erməni 

silahlıları  tərəfındən  ələ  keçirildi.  Rusiya  ilə  Ermənistan 

arasında  1991-ci  ilin  sonlarmda  bağlanmış  «Dostluq, 

əməkdaşlıq 

və 


qarşılıqlı 

təhlükəsizlik 

haqqında 

müqavilə» 

ermənilərin 

daha 


yaxşı 

silahlanmasına 

rəvac verdi.

1991-ci  ıl  noyabnn  26-da  Azərbaycan  Respublikası 

Ali Soveti DQMV-nin statusunu ləğv etdi31.

1991-ci  ilin  oktyabrm  9-dan  Azərbaycan  Ali 

Sovetinin  «Könüllü  milli  özünümüdafıə  batalionunun 

yaradılması  haqqında»  qanunu  qəbul  edildi.  Lakin 

könüllülük  prinsipi  əsasında  yaranan  ordu  lazımi 

səviyyədə  döyüş  qabiliyyətinə  malik  deyildi32.  Tələb 

olunan  səviyyədə  silah  və  sursatı  yox  idi.  Özünümüdafıə 

batalionu  yalnız  müdafiə  məqsədilə  yaradılmışdı.  Bütün 

bu  və  ya  digər  amillər  ordumuzun  zəif  cəhətləri  idi  və 

erməni  silahlı  qüvvələrinin  hücumunun  qarşısım  ala 

bilmirdilər39.  1992-ci  ildə  Azərbaycan  ordusu  üçün  çox 

uğursuzluqlar  oldu.  Beləki,  1992-ci  ilin  yanvarında 

Kərgicahan,  fevralda  Malıbəyli,  Quşçular  kəndləri  ələ 

keçirildi,  Xocalı  və  Şuşa  mühasirəyə  alırıdı.  Satqmlıq 

nətiçəsində «Daşaltı əməliyyatı» uğursuzluqla nəticələndi. 

Qaradağlı kəndində erməni silahlıları  tərəfmdən  150 nəfər 

öldürüldü və kənd ələ keçirilib yandırıldı34.

1992-ci  il  fevralın  18-də  birləşmiş  quldur  dəstələri 

1458  kvadrat  kilometsr  əraziyə,  9011  nəfər  əhaliyə  malik 

Xocavənd  rayonunu  işğal  etdilər.  İşğal  zamanı  150  nəfər 

öldürüldü,  48  nəfər  müxtəlif dərəcəli  bədən  xəsarəti  aldı. 

İşğal  vaxtı  Xocavəndin  19  qəsəbə  və  kəndi,  15  tarixi 

abidəsi,  75  mədəni məişət  obyekti  işğalçılarm  əlinə  keçdi, 

yandırdı və talan edildi35.



126

1992-ci  il  fevralın  25-də  gecə  saat  21-də  erməni 

silahlı qüvvələri Rusiyaya məxsus 366-cı mexaniləşdirilmiş 

atıcı  alayınm  və  muzdlu  quldurlarm  birləşmiş  qüvvələri 

Xocalıya hücum etdilər36.  Xocalıda Əlif Hacıyev və Tofıq 

Hüseynov  öz  döyüşçü  yoldaşları  ilə  düşmənə  müqavimət 

göstərdilər.  Lakin  onlar qəhrəmancasına həlak  oldular və 

onlara  ölümlərindən  sonra  Azərbaycan  Milli  Qəhrəmanı 

adı 

verildi. 



Xocalıdakı 

igid 


doyüşçülərimizin 

müqavimətinə  baxmayaraq  şəhər  ələ  keçirildi  və  erməni 

vandalları  tərəfmdən  yandırıldı.  Xocalı  soyqırımında  613 

nəfər  öldürülmüş,  487  nəfər  yaralanmış,  1275  nəfər  əsir 

götürülmüş,  200  nəfərin  ayaqları  qaııqrena  olmuşdur. 

Soyqırım  zamam  şəhid  olanlarm  106  nəfəri  qadın,  83 

nəfəri  azyaşlı  uşaq  idi.  Xocalı  faciəsi  günü  56  nəfər  diri- 

diri  (əl-qolu  bağlanaraq)  yandırılmış,  7  ailə  tamam  ınəhv 

edilmiş,  27  ailənin hərəsindən  1  nəfər salamat qalmış,  230 

ailə  öz  başçısım  itirmişdir37.  Beləliklə,  1992-ci  il  fevralm 

25-26-da  2500-3000  illik  tarixə  malik  7000  əhalinin 

yaşadığı  Xocalı  şəhəri  yerlə  yeksan  edildi.  1992-ci  ilin 

fevralmda  töıədilmiş  Xocalı  soyqırımı  (genosidi)  dünya 

tarixində  analoqu  olmayan  vəhşiliyin  nümunəsidir.  Bu 

soyqırım  eyni  zamanda  bütün  bəşəriyyətə  qarşı  tarixi  bir 

cinayətdir.  Çünki  həmin  gecə  heç  kəsə  -  qocaya,  qadma, 

uşağa,  əlsiz-ayaqsıza  aman verilmədən  güllələnmişdi.  Çox 

təəssüflər olsun ki, Xocalı faciəsi birinci  deyildi axrıncı da 

olmadı. Növbəti faciə Şuşam gözləyirdi.

1992-ci  ilin  mayın  əvvəlində  Şuşa  erməni  və  rus 

silahlı birləşmələri tərəfındən mühasirəyə alındı.  Maym 7- 

8-də  Şuşa  şəhəri  artirileya  atəşinə  tutuldu.  6000  silahlı 

quldur  72  tankla  şəhərə  hücum  etdilər.  Bu  vaxt  şəhərin 

1500 


döyüşçüsündən 

1000-i 


məqsədli 

şəkildə 


«məzuniyyətə»  buraxılmışdı.  1992-ci  il  maym  8-də  Şuşa 

şəhəri işğal edildi38. Artıq  1992-ci il mayın 9-da Şuşa süqut



127

etdi. Bu vaxt  155 nəfər şəhid olmuş,  167 nəfər yaralanmış, 

47  nəfər itgin düşmüşdür.  Düşmən  hücumu  vaxtı  Şuşamn 

27  sənaye  və  tikinti  müəssisəsi,  103  mədəni-maarif ocağı, 

31  qəsəbə  və  kəndi,  249  tarixi  abidə  və  muzeyi 

dağıdılmışdı39.  İşğal  zonasmda  Şuşanın  289  kvadrat 

kilometr  ərazisi  qalmış,  əhalisinin  24009  nəfəri  məcburi 

köçkünə 

çevrilmişdir. 

Bundan 

sonra 


Azərbaycan 

rayonlarınm 

işğalı 

aşağıdakı 



ardıcıllıqla 

davam 


etdirilmişdir40.

1875  kvadrat  klometirlik  ərazisi  və  60  min  nəfərlik 

əhalisi  olan  Laçm  rayonu  1992-ci  il  mayııı  17-də  erməni 

silahlı birləşmələri tərəfindən işğal edildi.  İşğal nəticəsində 

259 nəfər şəhid olmuş, 225 nəfər yaralanmış və ağır bədən 

xəsarəti alaraq şikəst olmuşdur.  Işğal zamanı Laçının 576 

mədəni-məişət  obyekti,  26  qəsəbə  və  kəndi,  17  tarixi 

abidəsi  ermənilər  tərəfındən  dağıdılmış,  yandırılmış  və 

qarət edilmişdir41.

1993-cü  il  2  aprelindən  erməni  silahlı  birləşmələri 

Kəlbəcəri işğal etməyə başlamış və aprelin  6-da işğal başa 

çatıb42. İşğal zamanı 220 kəlbəcərli şəhid olub, 49 nəfər isə 

yaralanıb  və  müxtəlif  dərəcəli  bədən  xəsarəti  alıb.  İşğal 

zamanı  Kəlbəcərin  ərazisi  1916  kvadrat  kilometir,  əhalisi 

55  min  nəfər idi.  Erməni  vandalları  Kəlbəcərin  132 kənd 

və  qəsəbəsini,  87  tarixi  abidəsini,  29  sənaye  və  tikinti 

obyektini,  29 mədəni-məişət obyektini  ələ  keçirərək qarət 

edib, dağıdıb və yandırıb43.

Ağdamın  işğalı  1993-cü  ilin  23  iyulunda  olmuşdur. 

İşğal  zamanı  538  nəfər  şəhid  olmuş,  587  nəfər  isə 

yaralanmışdır.  Erməni  işğalçıları  tərəfındən  Ağdamın  48 

sənaye  və  tikinti,  598  mədəni-məişət  obyekti,  122  qəsəbə 

və kəndi, 27 tarixi  abidəsi və Ağdam  Dövlət Dram Teatrı 

dağıdılrb.  1993-cü  il  məlumatına  görə  Ağdamm  ərazisi 

1154 kvadrat kilometr, əhalisi  158 min nəfər idi. Ağdamm

128

63  faiz  ərazisi  işğal  edilib.  130  min  nəfər  əhalisi  məcburi 

köçkündür. Ağdamm  15 milli qəhrəman ı var44.

Cəbrayıl  rayonu  1993-cü  il  avqustun  23-də  erməni 

quldurları  tərəfındən işğal  edilib.  İşğal  zamanı  Cəbrayılın 

197  mədəni-məişət  obyekd,  90  qəsəbə  və  kəndi,  27  tarixi 

abidəsi dağıdılıb.  Bu vaxt Cəbrayılın  ərazisi  1050 kvadrat 

kilometr, əhalisi 52049 nəfər olub45.

23  avqust  1993-cü  il  Füzuli  rayonunun  ermənilər 

tərəfindən  işğalı  güııüdür.  Rayonun  işğalı  zamam  145 

mədəni-məişət  obyekti,  54 qəsəbə və  kənd,  15  tarixi abidə 

tamamilə dağıdılmışdır.  İşğal zamam  Füzulidən  528  nəfər 

şəhid  olmuş,  1309  nəfəri  müxtəlif dərəcəli  bədən  xəsarəti 

almışdır.  Füzulinin  ərazisi  1112  kvadrat  kilometir, 

əhalisinin sayı 95940 ııəfər olmuşdur46.

Ərazisi  826  kvadrat  kilometir,  əhalisi  33800  nəfər 

olan  Qubadlı  rayonu  1993-cü  il  avqustun  31-də  erməni 

silahlı  birləşmələri  tərəfındən  işğal  edilmişdir.  İşğal 

zamanı  Qubadhnm  205  mədəni-məişət  obyekti,  94 qəsəbə 

və kəndi,  12 tarixi abidəsi dağıdılıb, yandırılmışdır47.

1993-cü  il  oktyabrın  29-30-da  Zəngilan  rayonu  işğal 

edilib.  Bu  vaxt  138  mədəni-məişət  obyekti,  81  qəsəbə  və 

kənd,  13  tarixi  abidə  yerlə  yeksan  edilib.  Zəngilamn 

müdafıəsi  zamam  191  nəfər  zəngilanlı  şəhid  olmuş,  110 

nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.  1993-cü 

ildə  Zəngilaıı  rayonun  ərazisi  707  kvadrat  kilometr, 

əhalisinin sayı 35500 nəfər olub48.

Ümumilikdə  isə  Qarabağ  savaşı  zamanı  Ermənistan 

tərəfmdən  Azərbaycan  torpaqlarmm  20  faizi  işğal  edilib.' 

İşğal  nəticəsində  900-dən  artıq  yaşayış  məntəqəsi,  6000 

sənaye kənd təsərrüfatı və digər istehsal obyektləri, ümumi 

sahəsi  9000  kvadrat  metr  olan  180000  yaşayış  binası 

dağıdılıb.  1010  təlim-təribiyə  müəssisəsi,  4545  mədəni 

maarif ocağı, 667 tibbi müəssisə, 927 kitabxana, 464 tarixi





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə