AZƏrbay can ssr dağliq qarabag muxtar vilayəTİ İyun 1941-dekabr 1950-Cİ



Yüklə 4.24 Mb.
Pdf просмотр
səhifə1/11
tarix23.12.2016
ölçüsü4.24 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU

NAZİM  MƏMMƏDOV



AZƏRBAY CAN  SSR  DAĞLIQ 

QARABAG MUXTAR  VİLAYƏTİ 

İYUN  1941-DEKABR  1950-Cİ 

İLLƏRDƏ

1



;



BAKI-2006

1 3 ,  

/ ' äc  +  £S. 



M   *  (

Azərbaycan  Milli  blmlər  Akademiyası  A.A.Bakıxanov  adına 

Tarix Institutunun «Qarabağ tarixi» şöbəsinin  18 yanvar 2006- 

cı il tarixli qərarı ilə çap olunur.

Elmi redaktoru:  t.e.d. Q.Ə.HACIYEV 

Rəyçilər: 

t.e.d. professor D.H.QÜDRƏTOV

t.e.n. dosent R.C.İMANOV 

t.e.n. dosent A.B.BAXŞALIYEV 

te.n. dosent Ş.M.QASIMOV

Texniki redaktoru:  R.R.BAXIŞOVA 

Korrektoru: 

E.M.MƏMMƏDOV

Kompyuter: 

E.QARAYEVA

Nazim  Rəhbər  oğlu  Məmmədov.

  Azərbaycan  SSR  Dağlıq 

Qarabağ  Muxtar  Vilavəti  iyun  1941-dekabr  1950-ci  illərdə. 

Bakı: Elm, 2006,  182 səh.



Kitab  Azərbayeamn  ayrılmaz  tərkib  hissəsi  olan  DQMV-nin 

1941-ci  ilin  iyun  ayından  1950-ci  ilin  dekabr  ayınadək  olan  mürəkkəb, 

ziddiyyətli  və  əhəmiyyətli  tarixi  dövrünü  əhatə  edir. Kitab  6  fəsildən 

ibarətdir.  I  fəsildə  DQMV-nin  təbii-coğrafı  şəraiti,  relyefı,  geoloji 

quıuluşu,  faydalı  qazıntılan,  iqlimi,  daxili  suları,  flora  və  faunası,  təbii 

şəraiti  və  ehtiyatları,  əhalisi  və  onun  milli  tərkibi,  sənayesi,  kənd 

təsərrüfatı,  II  fəsildə:1918-ci  ildən  I940-cı  ilədək Dağlıq  Qarabağm qısa 

tarixi  icmalı,  DQMV-nin  təşkili  məqsədləri  və  onun  ağır  nəticələıi, 

birtərəfli  sənayeləşmə  və  zorakı  kollektivləşmənin  nəticələri,  III  fəsildə 

DQMV-nin  İkinci  dünya  müharibəsi  dövrü  tarixi,  IV  fəsildə  DQMV- 

ndə  1946-1950-ci  illər  xalq  təsərrüfatmın  bərpa  və  inkişafı,  V  fəsildə 

Azərbaycan  SSR  DQMV-nin  1946-1950-ci  illər  mədəni  quruculuq, 

təhsilin,  mədəni-maarifın,  mətbuatm,  elmin,  ədəbiyyat  və  incəsənətin 

inkişafı,  V  fəsildə  XX  yüzilliyin  40-cı  illərində  Ermənistanm 

Azərbaycana  qarşı  növbəti  ərazi  iddiaları  və  nəticələri,  «son  söz 

əvəzi»ndə isə hazırkı dövrdə Ermənistan tərəfindən Azərbaycanm  tarixi 

torpaqlarınm  20  faizinin  işğal  edilməsi,  1  mlyondn  artıq  soydaşımızm 

qaçqxn  və  məcburi  köçkünə  çevrilməsi,  ərazi  bütövlüyümüz  uğrunda 

dövlətimizin  apardığı  məqsədyönlii  siyasət  arxiv  sənədləri,  dövrü 

mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

_ _ T 1986.00-0006 

, _ OTT 

,



© N ----------------- 2006 ADPU nəşrıyyatı

1957(7)0006

MÜNDƏRİCAT

Önsözəvəzi.................................................. .............   4

I FƏSİL: 

Dağlıq Qarabağm təbii coğrafı şəraiti......  19

IIFƏSİL: 

Dağlıq  Qarabağm  qısa  tarixi  icmalı

(1918-1940-cı illər)................................   28

IIIFƏSİL:  Azərbaycan  SSR  DQMV-i  Böyük  Vətən

Müharibəsi  dövründə  (iyün  1941  may

1945-ci illər).........................................   50

IVFƏSİL:  Azərbaycan  SSR  DQMV-nin  iqtisadi

həyatı.  Xalq  təsərrüfatmın  bərpa  və 

inkişafı (1946-1

950-c

i illəı).................... . 



65

VFƏSİL: 


Azərbaycan  SSR  DQMV-də  mədəni

quruculuq (1946-1950-ci illər)...............   82

VIFƏSİL:  XX əsrin 40-cı illərində Azərbaycan SSR

DQMV-də  ermənilərin  növbəti  ərazi 

iddiaları və nəticələri................ ...........  101

Son söz əvəzi.............................. ..............................

İstifadə edilmiş mənbələr və ədəbiyyat

134


ÖNSÖZƏVƏZl

«Azərbaycan 

SSR 

Dağlıq 


Qarabağ 

Muxtar 


Vilayətinin  (DQMV)  siyasi,  iqtisadi  mədəni  həyatı»nı 

əhatə  edən monoqrafiya iyun  1941  -  dekabr  1950-ci illəri

-   DQMV-nin  iki  mühiim  dövrünü  -   1941-1945-ci  illər 

Böyük  Vətən  müharibəsi  və  1946-1950-ci  illər  bərpa  və 

inkişaf dövrünü -  əhatə edir.

Ümummilli  liderimiz  H.Ə.Əliyevin  qeyd  etdiyi  kimi 

«İkinci  dünya  müharibəsi  illəri  bəşəriyyətin  XX  əsrdə 

üzləşdiyi  ən  ağır  və  dəhşətli  dövr  olmüşdur.  Faşizm  real 

dağıdıcı  qüvvəyə  çevrilib  dünyanı  «ölüm  ya  olum» 

dilemması  qarşısındä  qöydu.  XX  əsrin  ən  mühüm 

dərslərindən  biri  də  o  oldü  ki,  dünya  dövlətləri  öz 

äralarındakı  fərqlərə  baxmayaraq,  ümumi  təhlükə 

qarşısında kollektiv səylər göstərilməsinin zəruriliyini dərk 

edə bildilər.  Beləliklə də, dünya xalqlarınm güclü antifaşist 

birliyi  yarandı və  bunun nəticəsində  bəşərıyyəti bu  böyük 

təhlükədən,  ağır  faciədən  xilas  etmək  mümkün  oldu.  Biz 

fəxr  edirik  ki,  dünyanın  bu  taleyüklü  probleminin  həll 

olunmasında -  faşizm üzərində qələbədə Azərbaycan xalqı 

İkinci  Dünya  müharibəsində  həm  döyüş  meydanlarında, 

həm də arxa cəbhədə əsl şücaət və əzmikarlıq  nümunələri 

göstərmişdir. 

Azərbaycan 

döyüşçüləri 

Qafqazdan 

Berlinədək  şanlı  döyüş  yolu  keçərək  öz  qəhmanlıqları  ilə 

xalqımızın  şanlı  tarixinə  yeni  səhifələr  yazdılar.... 

Respublikamızın  iqtisadiyyatı  hərbi  qaydada  yenidən 

quruldu  və  Azərbaycan  döyüşən  ordunun  mühüm 

cəbhəxanasma  çevrildi...  İkinci  dünya  müharibəsi  əyani 

şəkildə  bir  daha  təsdiq  etdi  ki,  Azərbaycan  xalqı  ən  ağır 

smaqlardan  üzüağ  çıxmağa,  misilsiz  şücaət  və  rəşadət 

nümunələri  göstərməyə  qadir  olan  çox  dözümlü  və 

qəhrəman  xalqıdır... 

Müharibədən  sonrakı  illərdə

respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  yeni  yüksəliş 

mərhələsinə  qədəm  qoydu.  Böyük  iqtisadi,  intellektual 

potensial toplamaqla öz müstəqilliyini əldə etdi»1.

Azərbaycamn  ayrılmaz  tərkib  hissəsi  olan  Dağlıq 

Qarabağ  Muxtar  Vilayətinin  iyun  1941  dekabr  -   1950-ci 

illər  siyasi,  iqtisadi  və  mədəni  həyat  tarixi  vətənimizin 

tarixində  çox mürəkkəb və  ziddiyyətli  bir  dövrdür.  Çünki 

bəhs  etdiyimiz  10  il  ərzində  DQMV-nin  əhalisi  faşizmə 

qarşı  mübarizədə  dünyanm  bütün  mütərəqqi,  demokratik 

qüvvələrinin  tərəfində  Böyük  Vətən  miiharibəsində  həm 

ön,  həm  də  arxa  cəbhədə  böyük  fədakarlıq  göstərmiş, 

bölgənin  bütün  maddi  və  mənəvi  sərvətlərini,  xüsusilə 

qəhrəman  oğul  və  qızlarmı  qələbə üçün  səfərbər etmişdir. 

Müharibədən  sonrakı  illərdə  DQMV-də  sovet  inzibati 

amirlik  sisteminin  kəskin  təzyiqedici  metodlarla  olsa  da, 

məqsədyönlü,  səfərbəredici  imkanlardan  səmərəli  istifadə 

edilməsi,  Azərbaycan  hökümətinin  DQMV-nə  göstərdiyi 

gündəlik 

qayğınm, 

zəhmətkeş 

əhalinin 

əmək 


fədakarhğımn  və  bölgənin  özünün  bol  təbii  sərvətlərə 

malik  olması  müharibənin  vurduğu  ziyanları  tezliklə 

aradan qaldırmağa, sənayenin, kənd təsərrüfatmm inkişaf 

etməsinə  səbəb  olmuşdur.  Elm,  təhsil,  ədəbiyyat, 

incəsənət,  kütləvi  informasiya  vasitələri  xeyli  inkişaif 

etmişdir.  Lakin  bütün  bunlarla  yanaşı  məkirli  siyasət 

sahiblərinin  mənfur  niyyətləri,  DQMV-də  yaşayan 

soydaşlarımız 

üçün 

çox 


acınacaqlı 

bir 


vəziyyət 

yaratmışdır.  Belə ki, xalqlar arasında. münaqişə ocaqlarını 

saxlamaqla  öz  müstəmləkələrində  möhkəmlənən  çar 

Rusiyasınm  siyasətini  Sovet  höküməti  davam  etdirdi. 

Azərbaycanın 

Dağlıq 


Qarabağ 

bölgəsi 


münaqişə 

ocaqlarmdan 

ən 

ziddiyyətlisi 



idi. 

Türkmənçay 

müqaviləsindən  sonra  Qarabağın  səfalı,  dağlıq  hissəsində 

məskunlaşmış  ermənilər  müxtəlif  dövrlərdə  vaxtaşırı



olaraq  bu ərazilərin Azərbaycandan qoparıb Ermənistana 

verilməsi  tələbi  ilə  çıxış  edirdilər.  Maraqlı  cəhət  ondan 

ibarətdir  ki,  bu  işdə  erməniləri  xarici  dövlətlərdə 

dəstəkləyən  böyiik  qüvvələr  (lobbi)  var  idi.  XX  yüzilliyin 

40-cı  illərində  A.Mikoyanın  təşəbbüsü  ilə  Ermənistanda 

gizli separatçı partiyalar -  «Qarabağ hərəkatı»,  «Qarabağ 

komitəsi»  yaradıldı2.  Erməni  millətçiləri  kommunist  -  

daşnaklar  növbəti  dəfə  1945-ci  ilin  payızında  ÜİK(b)P 

MK  qarşısmda  Azərbaycamn  DQMV-nin  Ermənistana 

verilməsi  məsələsini  qaldırdılar.  Ermənilər  öz  məkirli, 

şovinist  siyasətlərinə  haqq  qazandırmaq  üçün  Stalinə 

etdikləri  müraciətdə  DQMV-i  ərazisinin  guya  iqtisadi 

cəhətdən Azərbaycanla deyil Ermənistanla bağlı olduğunu 

sübut  etməyə  cəhd  göstərilmişdilər.  ÜİK(b)P  MK  katibi 

G.M.Malenkov 28 noyabr 1945-ci ildə Azərbaycan K(b)P 

MK-nin  birinci katibi M.C.Bağırova yazdığı məktubunda 

yuxarıda göstərilən məsələyə münasibətini bildirməyi tələb 

olunarkən, dövlət başçısı  10 dekabr  1945-ci il tarixli cavab 

məktubunda  bildirir  ki,  Ermənistanm  DQMV-i  ilə  bağlı 

irəli  sürdüyü  bütün  iddiaların  heç  bir  elrni,  tarixi  əsası 

yoxdur  və  Dağlıq  Qarabağ  tarixən  Azərbaycan  ərazisi 

olmuşdur.  Daha  sonra  dövlət  başçımız  vurğulamışdır  ki, 

DQMV-ni  bir  şərtlə  Ermənistana  verə  bilər  ki,  müxtəlif 

vaxtlarda  Ermənistana,  Gürcüstana  və  Rusiyaya  verilmiş 

bir  çox  tarixi  ərazilərimiz  Azərbaycana  qaytarılsm3. 

Azərbaycan  rəhbərliyinin  məsələni  bu  səpgidə  qoyması, 

həm ermənilərin planmı pozdu, həm də Moskva höküməti 

başa  düşdü  ki,  bütün  ölkə  üçün  sonsuz  fəlakətlər  yarada 

bilər.  Belə  bir  təhlükənin  real  olduğunu  görən  mərkəzi 

hökümət ermənilərin növbəti ərazi iddialarım  rədd edərək 

məsələnin «arxivə verilməsini» tovsiyə etdi4.

Ona  görə  də1 bir-birinə  zidd  olan  2  mühüm  məsələ 

eyni vaxtda açılmalı, tədqiq və təhlil edilməli, müqayisələr

6

aparılıb  nəticə  çıxarılmahdır.  Yuxarıda  qeyd  etdiyimiz 



kimi, 

bəhs 


etdiyimiz 

10 


il 

ərzində 


DQMV-də 

soydaşlarımız  bir  tərəfdən  represiyalara,  məhdudiyyət  və 

məhrumiyyətlərə  məruz  qalmış  -   minlərlə  azərbaycanlı 

yurdlarından  sürgün  edilmiş,  var  yoxları  əllərindən 

alınmış, hüquqları pozulmuş, yüz illər ərzində yaratdıqları 

mədəni və mənəvi irsinə  böyük zərbə vurulmuşdur.  Başqa 

bir  tərəfdən  isə  DQMV-də  iqtisadi  sənaye  potensialı 

yaranmış,  ermənilərin  məskunlaşdığı  şəhərlər,  kəndlər 

abadlaşmış,  əhalinin  rifah  halı  xeyli  yüksəlmişdir.  Bir- 

birinə  daban-daban  zidd  olan  həmin  məsələlərin  eyni 

vaxtda  tədqiqi  çətin  olsada  arxiv  sənədlərinə  əsaslanaraq 

Azərbaycan  SSR  DQMV-nin  iqtisadi,  siyasi  və  mədəni 

həyat (1941 -1950-ci illər) tarixini obyektiv tədqiq edib əsil 

həqiqətləri  üzrə  çıxarmalı  və  dünya  ictimaiyyətınə 

çatdırmalıyıq.  Azərbaycan  SSR  DQMV-nin  1941-1950-ci 

illər  dövrünün  tədqiqi  çətin  və  məsuliyyətli  olmaqla 

yanaşı, həm də əhəmiyyətli və şərəfli bir işdir. Azərbaycan 

SSP  DQMV  qurumunun  mövcudluğu  ərzində  hər  bir 

dövrünün tədqiqi olduqca əhəmiyyətli, aktual və vacibdir. 

Ona  görə  ki,  «Türksüz  və  Böyük  Ermənistan»  dövləti 

yaratmağa  çalışan  erməni  tarixçiləri,  dilçiləri,  din 

xadimləri, ziyalıları -  bütün erməni lobbisi -  Azərbaycana 

qarşı  hərbi  təcavüzlərinə  haqq  qazandırmaq  üçün  tarixi 

faktları  öz  arzularma  uyğun  şərh  etməklə,  dünya 

miqyasında  belə  bir saxta mülahizə yaymağa çalışırlar ki, 

guya  DQMV-də  yaşayan  ermənilərin  sosial-iqtisadi 

vəziyyətləri  son  dərəcə  ağırdır  və  onlar  azərbaycanlılar 

tərəfindən  sıxışdırılırlar.  Halbuki  qərəzsiz,  obyektiv  elmi 

araşdırmalar erməni millətçilərinin dediklərinin  böhtan və 

ağ  yalan  olmasım  göstərir.  DQMV-nin  1941-1950-ci  illər 

iqtisadi  və  mədəni  həyatmı  əhatə  edən  bəzi  faktları 

nəzərdən keçirməklə dediklərimizin şahidi oluruq:



Məsələn,  1949-cu  ildə  DQMV-də  «Şərəf  nişanı» 

ordeninə  layiq  görülən,  Azərbayean  SSR  Ali  Sovetinə, 

SSRİ  Ali  Sovetinə  deputat  seçilənlərin  hamısı milliyyətcə 

erməni olmuşdur:

1950-ci  ildə  Dağlıq  Qarabağda 44  uşaq  bağçası  və 



evləri  fəaliyyət  göstərirdi  ki,  bundan  yalnız  2-si 

azərbaycanhlarm payına düşürdü5;

-  1949-cu ildə  DQMV-də  17  qiyabi və  orta  yeddillik 

məktəb  fəaliyyət  göstərirdisə,  Naxçıvan  Muxtar 

: Respublikasmda bu göstərici 6-ya çatırdı6.

-  Bəhs  etdiyimiz  dövrdə  DQMV-də  183  kitabxana,

47 qiraət  koması  var  idisə  Naxçıvan  Muxtar 

Respublikasında 

kitabxanaların 

sayı 


130, 

qiraətxanalarm sayı 42 idi7;

-  Aparılan  hesablamalara  əsasən  müəyyənləşdiril- 

mişdir  ki,  1950-1951-ci  tədris  ilində  ümumi 

Azərbaycan  üzrə  1  müəllimə  24  şagird  düşürdü. 

Naxçıvanda  20  nəfər  şagird,  DQMV-də  isə  17 

şagird  düşürdü  ki,  bu  bölgədə müəllimlərin  sayının 

ümumrespublika  səviyyəsində  daha  çox  olmasmı 

göstərir8.

-  1951-ci  ilin  yanvarma  olan  məlumata  görə 

•  Xankəndində  50, Ağdərədə  50 kitabxana  var idisə,

Azərbaycanm  qədim  mədəniyyət  mərkəzi  Şuşada 

bu  göstəriei  10-a  çatırdı.  Təəssüflə  qeyd  edək  ki, 

Xankəndindəki 

50 

kitabxanadan 



yalnız 

2-i 


azərbaycanlılar  yaşayan  kəndlərdə  (Kərgicahan  və 

Kosalarda)  fəaliyyət  göstərirdi.  Kitabxanalardakı 

ədəbiyyat  siyahısı  araşdırılarkən  rnəlum  olur  ki, 

kitabxanalardakı  kitab  fondunda  ədəbiyyatm 

yalnız 10 faizi Azərbaycan dilində olmuşdur9;

8

-  Arxiv  sənədlərinə  istinadən  müəyyən  olunub  ki, 



1950-1951-ci  tədris  ilində  ümumi  Azərbaycan  üzrə 

hər  məktəbə  7  müəllim  düşdüyü  halda,  Naxçıvan 

MR-da 6 müəllim, DQMV-də 9 müəllim düşürdü10;

-  1940-cı illərdə vilayətdə 6 adda qəzet nəşr olunurdu

ki,  bunlardan  yalnız  1-i Azərbaycan  dilində  idi11.

DQMV-nin  erməni  rəhbərliyi  «Şuşa»  qəzetinin 

adını  məqsədli  şəkildə  «Sosialist  maldarlığı»  kimi 

adlandırmışdı.  Əlbətdə  məkirli  niyyət  sahibləri 

tarixi yer adlarımızı yaddaşlardan silmək məqsədilə 

bu addımı atmışdılar;

-  1940-cı  ildə  DQMV-də  bir  ildə  hər  1000  nəfərə 

artım  35,2  nəfər,  1950-ci  ildə  isə  31,4  nəfər  idisə, 

Naxçıvan  Muxtar  Respublikasmda  bu  göstəricilər, 

müvafiq illərdə 30,9 və 30,2 arasmda dəyişmişdir12;

-  1950-ci  ildə  DQMV-də  radioqəbuledicilərin  sayı

181000  idisə,  Naxçıvan  Muxtar  Respublikasmda

1927-yə çatırdı.

-  1926  və  1959-cu  illər  Azərbaycan  SSR  əhalisini 

siyahıya  ahnması 

zamanı 


məlum 

olur 


ki, 

ermənilərin  Xankəndinə  köçürülməsi  hesabına 

əhalinin  sayı  3,2  min  nəfərdən,  19,7  min  nəfərə, 

Şuşada  isə müvafiq  illərdə  bu  göstərici  5,1  mindən 

6,1  min nəfərə yüksəlmişdir13;

-  1940-cı illə müqayisədə  1950-ci  ildə DQMV-də yük 

avtomobillərinin  sayı  5  dəfə  artmışdır.  Halbuki 

ümumi  Respublika  üzrə  bu  artım  3,5  dəfəyə 

bərabər idi14;

-  Dekabr  1949-cü il  məlumatma  görə  Azərbaycanm 

kəndlərində  yaradılmış  12  MTS-dən  3-ü,  3  MHS- 

dan  1-i DQMV-nin payına düşürdü15.

9


Azərbaycan  SSPv  DQMV-nin  1923-1991-ci  illərinin 

hansı dövrünə müraciət etsək yuxarıda adlarmı çəkdiyimiz 

vo  sadalamadığtmız  faktların  minlərb  olmasınm  şahidi 

olur,  azərbaycanlılar  yaşayan  kəndlərə  erməni  rəhbərliyi 

tərəfindən  biganəlik  göstərilməsi,  Azərbaycan  höküməti 

tərəfindən başqa  regionlarla müqayisədə DQMV-nə daha 

yaxından  və  çox  vəsait  ayırıb  qäyğı  göstərməsinin  şahidi 

olur  və  erməni  millətçilərinin  bütün  dünyada  yaydıqları 

«azərbaycanhlar  tərəfindən  sıxışdırılırıq»  və  ya  «sosial- 

iqtisadi vəziyyətimiz çətindir» fikirlərinin yalan və  böhtan 

olmasmı faktlarla sübut edirik.  Bütün bunlar isə bu günkü 

günümüzlə ayaqlaşır və tədqiqatın aktuallığını artırır.

Bu  gün  qədim  Türk  diyarı  olan  Qarabağımız, 

İrəvanımız  yeri  yurdu  məlum  olmayan  bir  qrup 

cinayətkar  erməni  tərəfindən  ələ  keçirilib.  Əslində 

azərbaycanlılarm 

qanlı-qadalı 

günləri 


erməııilərin 

Qafqaza  köçünilrnəsi  ilə  başlanmışdır.  Doğulduğumuz, 

boya-başa çatdığımız ana vətənimizin hər daşı,  hər kəsəyi 

bizim üçün əzizdir.  Çaylarımızm və bulaqlarımizm şırıltısı, 

bülbüllərin 

cəhcəhi 


qulaqlarımızda, 

çiçəkbrimizin, 

güllərimizin  ətri  burnumuzda,  gözəl  nemətlərimizin  dadı 

damağımızdadır. 

Babalarımızın 

uyuduğu 


yurd 

yerlərimizdən  cismən  ayrılsaqda,  qəlbimiz,  ruhumuz 

həmişə  doğulduğuffluz,  boya-başa  çatdığımız  qürbətdə 

qalan  vətənin  yamndadır.  Dəhşətli  cəhət  ondän  ibarətdir 

ki,  1988-ci  ildən  bəri  1  milyondan  çox həmvətənlərimizih

-   qaçqın,'köçkün  və  digərginlərimizin  -   yeni  dünyaya 

gəlon  övladları  ata-baba yurdları  haqqında  tam müvəssər 

məlumata  malik  deyillər.  Lakin  biz  elə  etməliyik  ki,  yeni 

nəsillərimizin  qədim  yuıd  yerlərimizə  bağlılığı  qırılmasın, 

itməsin.  Bunun üçün canlı və nanıuslu hər bir vətən övladı 

əlindən  gələni  etməlidir.  Müəllif  monoqrafıyanı  işlərkəh

10

qarşısmda  qoyduğu  ən  ali  və  müqəddəs  vəzifə  məhz 



bundan ibarət olmuşdur.

Gülüstan  və  Türkmənçay  miiqavilələrindən  sonra 

məqsədli  şəkildə  Dağlıq  Qarabağa  köçürülmüş  ermənilər 

bölgədə  qədimdən  yaşayan  azərbaycanlıları,  ayrı-ayrı 

tarixi  dövrlərdə  departasiyaya  məruz  qoymuş  və  həmin 

kəndlərin tarixi-keçmiş adlarım da ermənicə köklü coğrafi 

adlarla əvəz etmiş, ya da passiv fonda keçirmişdilər.

DQMV-dəki  coğrafi  adların  bir  qrupu  isə  ictimai- 

siyasi  quruluşla  bağlı  olaraq  dəyişdirilmiş  və  bununlada 

Oğuz-Türk  diyarımızın  qədim  tarixi  adları  təhrif 

olunmuşdur.  İnkaredİlməz  həqiqətdir  ki,  vaxtilə  əkilmiş 

«ağac»  bu  gün  «bar»  verməkdədir.  Erməni  daşnakları 

Dağlıq  Qarabağı  Azərbaycandan  qoparıb  Ermənistana 

birləşdirmək  məqsədilə  bütün  dünyaya  car  çəkirlər  ki, 

guya DQMV-dəki bütün yer adları tarixən erməni mənşəli 

olub.  Halbuki  DQMV-i  ərazisindəki  toponimlər  erməni 

ekstremislərinin  bu  fikirlərinin  tamamilə  böhtan  olmasmı 

sübut  edir.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum 

olmuşdur 

ki, 


DQMV-dəki 

topoııimlərin 

böyük 

əksəriyyəti  qədim və  erkən  orta  əsrlərdə  burada  məskun 



olmuş alban,  qarqar,  aran, tərtər,  peçenq,  katek  və  başqa 

türk  mənşəli  tayfalann  adlarından  qalmışdır.  Xüsusilə 

DQMV-dəki  mənfi  və  müsbət  relyef  formalarmı  və 

hidronimləri əks  etdirən toponimlər mənaca Azərbaycan- 

Türk mənşəlidir.  Monoqrafiyam işlərkən  müəllif DQMV- 

dəki qədim yer adlarım öz adı ilə şərh etnıəyə çalışmışdır.

XX  yüzilliyin  ortalarından  başlayaraq  Azərbaycan 

tarixi, xüsusilə onun ziddiyyətlərlə dolu DQMV-nin tarixi 

erməni  tarixşünaslığında,  erməni  müəllifləri  tərəfindən 

qəddarlıqla  saxtalaşdırıhr.  M.K.Atatürk  demişdir  ki, 

tarixi  yazmaq  -   tarixi  yaratmaq  qədər  mühümdür.  Əgər 

yazan  yaradana  sadıq  qalmazsa,  yazılan  tarix  insanları



çaşdırmaq.  mahiyyəti  alır.  Erməni  müəlliflərinin  yazdığı 

«əsərlər»  yalnız  çaşdırma,  yanıltma  xarakteri  daşıyır. 

Təəssüf  yə  təəccüb  doğuran  bir  məsələni  xüsusi  qeyd 

etməliyik ki, vaxtilə DQMV-nin tarixinin tədqiqi nədənsə 

erməni  millətlərinə  «qismət»  olmuşdur.  Tariximizi 

saxtalaşdıran 

həmin 

erməni 


müəlliflərinin 

-  


S.T.Yeramyän16,  A.N.Ter-Gedendiyan17,  A.Ş.Mnasakan- 

yan18,  V.A.Ulubabyan19,  A.A.Xaçaturyan20,  Q.S.Svaz- 

yan21,  A.A.Akopyan22,  S.Vartanyan23,  Q.Qaloyan24, 

Q.B.Abramyan25,  Q.A.İonesiyan26,  M.Mkrtıçyan27  və 

başqälarınm  əsərlərinə  istinad  edən  müasir  erməni 

tarixçiləri  -   Aqambekyan,  Hambarsumyan,  İkityan, 

Z.Balayan,  S.Kaptukiyan  və  başqaları  guya  tutarlı, 

«dəqiq»  faktlara  istinad  əsasmda  tarixi  «tədqiq»  edirlər. 

Böhtan,  yalan  və  uydurmalarm  əksəriyyəti  həmiri 

«əsərlərə»  əsaslanır.  Çoxcilidli  «Azərbaycan  tarixi»ndə, 

bir  sıra  elmi  tədqiqat  əsərlərində,  monoqrafıyalarda, 

ümumləşdirici  əsər  və  dərsliklərdə  -   o  cümlədən 

Y.Mahmudovun28, 

Ə.Abdullayevin29, 

İ.Əliyevin30, 

V.Arzumanlı  və:  M.Mustafanm31,  İ.Vəliyevin32,  A.Paşa- 

yevin36,  Z.Səmədzadənin37,  M.Süleymanovun38,  Q.Hacı- 

yevin39, X.Xəlilovun40, R.İmanovun41, N.Məmmədovun42, 

İ.Məmmədovun43  və 

başqalarınm  əsərlərində  erməni 

müəlliflərinin  Azərbaycan  SSR  DQMV  haqqında  qeyri 

obyektiv  flkirlərinə,  fakt  və  materiallara  əsaslanaraq 

tutarlı  cavab  vermişlər.  Biz  Qarabağımızm  tarixi 

haqqmda  nə  yazmışıqsa  hələ  də  azdır.  Yazılanlarla  , 

kifayətlənmək  olmaz.  Qarabağm  hər  bir  qayası,  daşı, 

kəndi  canlı  bir  tarixdir.  Ona  görə  DQMV-nin  qaranlıq 

səhifələrinin fakt və materiallar əsasında obyektiv  qələmə 

alınması,  günün  ən  vacib  məsələsidir.  Düşmənlərimiz 

güclü  və  ayıq  olmaqla  yanaşı,  həm  də  mərhəmətsiz, 

fltnəkar  və  qəddardır.  Ona görə də  biz  xalqımızı  bir  yerə

elə  yığmalı,  gücümüzü  elə  birləşdirməliyik  ki,  düşməıılə 

mübarizə  aparıb  qalib  gələ  bilək.  Qürbətdə  qalan 

torpaqlarımızı  qəhrəman  oğullarımız,  qeyrətli  qızlarımız 

xilas edəcək.

Beləliklə  monoqrafiya  işlənərkən  müəllif  aşağıdakı 

məsələlərin həllini qarşısına məqsəd qoymuşdur:

-  Azərbaycan  SSR  DQMV-nin  siyasi,  iqtisadi  və 

mədəni  həyat  həqiqətlərin  obyektiv tədqiq  və  təhlil 

etməklə  dünya  ictimayyətinə  çatdırılması  işinə 

kömək etmək;

-  Dağlıq  Qarabağın  təbii-coğrafi  mövqeyi  və  1918-

1940-cı  illərdə  siyasi,  iqtisadi,  mədəni  həyat 

haqqmda qısa məlumat vermək;

-  Şimali  Azərbaycanm  SSRİ  tərkibində  ikinci  dünya 

müharibəsinə  cəlb  olunması  və  respublikamızın 

coğrafi  mövqeyini,  strateji  əhəmiyyətini,  iqtisadi 

imkanlarmı 

nəzərə 


alaraq 

müharibə 

edən 

dövlətlərin  «Qafqazm  idarə  olunması»,  «Böyük 



Türküstan»,  «Eydelveys»,  «Vilvet»  planlarmm 

mahiyyətini göstərmək;

-  SSRİ  rəhbərliyinin  ermənilərlə  birlikdə  məxvi 

saxlanılan  «Azərbaycan  əhalisinin  zorla  Mərkəzi 

Asiya  və  Qazaxıstana  köçürülniəsi»  planmda 

məqsədlərinə aydınlıq gətirmək;

-  Almanların «Yerli Azərbaycan əhalisi ilə ermənilər, 

ruslar  və  qeyri  millətlər  arasındakı  ziddiyyətlərdən 

öz  xeyrimizə  istifadə  edək»  planını  «pärçada  və 

hökm sür» planınm davamı kimi qiymətləndirmək;

-  Müharibənin  başlanması  ilə  əlaqədar  Azərbaycan 

SSR  DQMV-də  bütün  iş  forma  və  metodlarınm 

müharibənin 

tələblərinə 

uyğun 

yenidən 


qurulmasmm mahiyyətini izah etmək;

13


-  Müharibədə,  qələbənin  əldə  edilməsində  ön  cəbhə 

ilə  arxa  cəbhənin  əlaqəsinin  vacibliyini  faktlarla 

əsaslandırmaq;

-  Müharibə  dövründə  DQMV-də  hərbi  əhəmiyyətli 

yeni  texniki  (qvaula,  tütün  və  s.)  bitkilərinin 

əkilməsı,  kənd  əməkçilərinin  müharibə  illərində 

ölkəyə  yüz  tonlarla  kənd  təsərrüfatı  məhsulları 

verməsi  -   ümumilikdə  faşizm  üzərində  qələbədə 

xalqm fədəkar əməyinin rolunu göstərmək;

-  1941-1945-ci  illərdə  bütün  Azərbaycan  xalqınm,  o 

cümlədən  DQMV-i  əhalisinin  müdafıə  fonduna 

göstərdiyi  köməyi,  1943-1944-cü  illərdə  işğaldan 

azad  edilmiş  rayonlarda 

təsərrüfatm  bərpasma 

Azərbaycan 

Respublikası 

Yardım 

Komitəsi 



vasitəsilə  pul,  ərzaq  və  sair  göndərməsi  faktlarına 

aydınlıq gətirmək;

-  Faşizmi 

üzərində 

qələbədə 

Azərbaycan 

mədəniyyətinin rolunu açıqlamaq;

-  Müharibə  illərində  Azərbaycan  xalq  təsərrüfatmın 

hərbi  qaydada  qurulması  ilə  əlaqədar  faktlarm 

xalqımızın  milli  mənafeləri  ilə  əlaqələndirərək 

qiymətləndirmək;

-  Cəbhəyə  ümumxalq  köməyini  milli  dövlətçilik 

baxımından açıqlamaq;

-  Müharibə;  cəbhələrində,  partizan  dəstələrində  və 

antifaşist hərəkatında Azərbaycan SSR DQMV-nin 

oğul  və  qızlarımn  göstərdikləri  qəhrəmanlıqları 

tədqiq  etməklə,  həmin  qəhrəmanlıqlar  faşizm 

üzərində qələbə ilə əlaqələndirmək;

-  1946-1950-ci  illərdə  DQMV-də  Xalq  təsərrüfatınm 

və 


mədəniyyətin 

inkişafı 

üçün 

Azərbaycan 



dövlətinin gördüyü tədbirləri izləmək;

14

-  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  erməni 



rəhbərliyinin  Mərkəzi  hökümətdəki  dayaqlarma 

arxalanaraq  antiazərbaycan  siyasəti  yeritməsini 

obyektiv təhlil etmək;

-  DQMV-də  Azərbaycanlılar  yaşayan  kəndlərə  ögey 

münasibət,  süni  sürətdə  işsizlik  və  sosial-iqtisadi 

problemlər 

yaratmaqda 

erməni 


rəhbərliyinin 

məqsədlərini  və  həmin  siyasətin  nəticələrini  izah 

etmək;

-  Azərbaycanm  kəndlərindən,  o  cümlədən  DQMV- 



dən  kənd  təsərrüfatı  məhsulları  vaxtaşırı  yığılaraq 

«beynəlmiləlçilik  köməyi»  adı  altmda  Rusiyanm 

şimal  rayönlarına və  Vilayətə  ərazi  cəhətdən  yaxın 

olan  Ermənistan  SSR-ə  daşmırdı.  Bütün  bunlarm 

isə  Mərkəzin  planı  əsasmda  aparılmasım  faktlarla 

sübut etmək;

-  Azərbaycanın  başqa  regionları  ilə  müqayisədə 

DQMV-dəki  iqtisadi,  mədəni  və  sosial  sahələrə 

ayrılan  vəsaitin  həcminin  böyük  üstünlüyə  malik 

olmasım  arxiv  materiallarma  və  digər  sənədlərə 

əsaslanaraq göstərmək;

-  XX  yüzilliyin  40-cı  illərində  qondarma  «Dağlıq 

Qarabağ» konfliktini süni sürətdə kəskinləşdirən ali 

rütbəli 


dövlət 

məmurlarının 

(İ.V.Stalinin, 

A.Mikoyanın,  K.M.Malenkovun,  V.Molotovun, 

S.Çeremuşinin,  Markaryanm,  Qriqoriyanm  və 

başqalarmm)  məkirli  niyyətlərini  mənbələr  və 

sənədlər əsasmda araşdırmaq.

-  Azərbaycanlılarm  Ermənistan  SSR-dən  -   tarixi 

etnik  ərazilərindən  deportasiyası,  xarici  ölkələrdə 

yaşayan  ermənilərin  Ermənistan  SSR  ərazisinə 

köçürülməsi, 

represiyaya 

məruz 

qalan


15

azərbaycanlılardan  bir  nəfordə  olsun  DQMV-i 

ərazisində 

yerləşməsinə 

icazə 


verilməməsi, 

erməniləEİn  gizli  yollarla  DQMV-nə  köçürülməsi, 

DQMV-i 

ərazisində 



azərbaycanlılar 

yaşayan 


kəndlərdə erməni  rəhbərliyi  tərəfındən süni  sürətdə 

iqtisädi, sosial və işsizlik problemləri yaradılması və 

əhalinin  «könüllü»  köçməsinə  şərait  yaratması  və 

sair  məsələləpdə  Mərkəzdəki  və  xarici  ölkələrdəki 

erməni 

İobbisinin, 



erməni 

millətçilərinin, 

kommunist-daşnakların 

mənfur 


siyasətini 

mənbələrə istinaclən təhlil etmək;

Äzərbaycanlıların  öz  tarixi-etnik  torpaqlarmdan 

kütləvi  və  məcburi 

şəkildə  qovulması,  minlərlə 

soydaşlarımızm,  xüsusilə  uşaqlar  və  qocalarm 

kəskin iqlim dəyişikliyinə dözməyərək həlak olması, 

xalqımıza  qarşı  kütləvi  qətl  və  qırğmlar,  minlərlə 

tarixi-mədəni  abidələrimizinj  yaşayış  məskən- 

lərimizin  dağıdılıb  viran  edilməsi,  soydaşlarımıza 

qarşı  məıjəvi ;! terror  hərəkatına  geniş  meydan 

verilməsi  və  sair  hadisələrə  ilk  dəfə  düzgün  siyasi 

qiymət  verəıı  ümummilli  liderimiz  H.Ə.Əliyevin 

«Fərman»ınm tarixi əhəmiyyətini açıqlamaq;

, XX  yüzilliyin  40-cı  illərində  azərbaycanlılara  qarşı 

aparılan  soyqırım,  deportasiya  siyasəti  ilə  1905- 

1906,  1918-1920  və  sonrakı  dövrlərdə  baş  verən 

hadisələrlə  , əlaqələndirməklə 

yeni 

dövriyyəyə 



gətirilən 

mənbələr 

və 

sənədlər 



əsasmda 

Ermənistanm  Azərbaycana  qarşı  ərazi  iddialarımn 

əsassızlığım sübut etmək;

Xalqımızııj  məcburi  şəkildə  qatıldığı  «Qarabağ 

müharibəsinin ədalətli həlli işinə kömək edəcək. elmi 

jtövsiyyələr  irəli  sürmək.  Keçmişdə  baş  verən 

erməni-müsəlman  müharibə  və  münaqişələri  təhlil

edərkən  inkaredilməz  bir  həqiqəti  aşkar  edirik  ki, 

bu  müharibələrin  səbəbləri;  aparılma  metodlan, 

üsulları,  şsenarisi  eynidir.  Məkanda  dəyişməyib, 

dəyişən  təkcə  zamandır.  Biitün  XX  əsr  ərzində 

Qarabağda  baş  verən  müharibələrin  hamısını 

tədqiq 

və 


təhlil 

etməli, 


müqayisə 

aparıb 


tutuşdurmalı,  məğlubiyyət  səbəblərini  aşkarlamalı 

və qələbəmiz üçün amilləri açıqlamalıyıq».

Son  200  il  ərzində  parçalanmaya  məruz  qalmış 

Azərbaycan xalqı öz taleyi  ilə barışmalı  olmuş,  XIX əsrin 

əvvəllərində ikiyə  bölünmüş Azərbaycaıı xalqı  yadellilərin 

saysız-hesabsız  qəsdləri  ilə  üzləşmiş,  rus  çarizm,  İrandakı 

şah  rejimi  antiazərbaycan  siyasəti  yürüdərək  onu  ağır 

məhrumiyyətlərə  düçar  etmiş,  Stalin  represiyaları  on 

minlərlə  soydaşımızın  həyatma  son  qoymuş,  ermənilərin 

^   mənfur və məkirli niyyətləri hesabına  bir milyondan artıq 

&  soydaşımız  qaçqınlıq  və  köçkünlük  ömrü  yaşamaq 

məcburiyyətində:  qalmışdır.  Azərbaycan  XX  əsr  boyu 

repressiyalara,  soyqırım,  deportasiyaya  məruz  qalmış, 

tarixi  etnik  torpaqlarımız  və  xalqımız  parçalanmışdır. 

Azərbaycanm  Cənubu,  Qərbi,  Dərbənd  və  Borçalı 

hissələri  sərhəddən  o  tərəfdə  qalnıış,  milyonlarla 

soydaşımız 

mühacirətə 

düşmüşdür. 

Bütün 


bunlar 

tariximizin  qara  yaddaşıdır.  Həmin  hadisələrə  siyasi 

qiymət 

verən 


ümummilli 

liderimiz 

H.Ə.Əliyev 

çıxışlarmdan  birində  demişdir  ki,  «Tar:ixi  yaddaşsızlıq  və 

unutqanlıq 

xalqımıza 

baha 

başa 


gələ 

bilər, 


Azərbaycanlılara  qarşı  zaman-zanıan  törədilən  bu  ağır 

cinayətləri  unutmamaq,  böyüyən  nəsli  bədxah  qüvvələrə 

və onların məkirli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda 

tərbiyə  etmək  mühüm  vəzifədir...  Tarixi  olduğu  kimi 

qəbul etmək, dərk etmək və olduğu kimi qivmətləndirmək

lazımdır,  tarixi  tə^çj^^töiakfeä^OT^ı^^^imizdəki  qara

iijls r   id;.;rasi

PREZİDer^İ7 KİTABXANASI



ləkələri, 

qara 


səhifələri 

unutmaq 


da 

olmaz... 

Tarixçilərimiz  çox  zəngin  və  ziddiyyətlərlə  dolu  olan 

tariximizi 

tədqiq 

etməli 


və  əsl 

həqiqəti 

dünya 

ictimaiyyətinə çatdırmalıdırlar»44.



18




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə