Fövqəladə hallar haqqında ümumi anlayış, fövqəladə halların təsnifatı, fövqəladə hallar yaradan texnogen, təbii,ekoloji,sosial, siyasi və hərbi xarakterli təhlükəli amilləri, onların baş verməsinin əsas səbəbləri,xarakteristikası,onların nəticələri, fövqəladə halların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsiri, fövqəladə hallar baş verdikdə insanların davranışı haqqında ətraflı məlumatı verməkdir.
Fənn tədrisinin əsas vəzifələri.
Fövqəladə halların təsnifatının, fövqəladə halların zədələyici amillərinin öyrənilməsi, fövqəladə hallar haqqında əsas termin və anlayışların öyrənilməsi,təbii xarakterli fövqəladə hadisələrin (zəlzələlərin, vulkanların, yanğınların,aqrometroloji,metroloji,hidroloji,geoloji)yaranma səbəblərini, onların qarşısının alınması yolları və üsulları,nəticələrin aradan qaldırılması,texnogen, ekoloji,sosial, siyasi və hərbi xarakterli fövqəladə halların baş vermə səbəbləri, fövqəladə hallar zamanı əhalinin davranış qaydaları, fövqəladə halların nəticələrini aradan qaldırılmasının üsul və yollarının öyrənilməsidir.
Fənn üzrə bilik və bacarıqlara olan tələblər:
Fövqəladə halların növləri və baş vermə səbəbləri bilməli, fövqəladə halların baş səbəblərinin araşdırılması, fövqəladə halların ətraf mühitə və insanlara təsiri, fövqəladə halların qarşısının alınması yollarının və üsullarının təhlili və müəyyən edilməsi.
2.Fənnin məzmunu 2.1.Fənn üzrə saatların bölüşdürülməsinin qısa təsnifatı 1. Fövqəladə hallar haqqında anlayış və əsas terminlər---------------------------------------------4s
2. Fövqəladə hallar,xarakteristikası və onların təsnifatı və zədələyici amilləri------------------ 6s
3.Təbii xarakterli fövqəladə hallar,zəlzələlər, xarakteristikası və onların nəticələri------------4s
4.Vulkanlar, xarakteristikası və onların nəticələri----------------------------------------------------2s
5.Metroloji və aqrometroloji, təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri--------4s
6. Quruda və dənizdə hidroloji təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri------2s
7. Geoloji təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri -------------------------------2s
8. Təbii yanğınlar, xarakteristikası və onların nəticələri -------------------------------------------4s
9. Bioloji xarakterli təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri ------------------ 4s
10.Texnogen xarakterli təhlükəli hadisələr,onların baş vermə səbəbləri ------------------------- 2s
11.İstehsalat müəssisələrində qəzalar, xarakteristikası və nəticələri------------------------------- 2s
12.Yanğınlar,partlayışlar, xarakteristikası və onların nəticələr--------------------------------------6s
13. Hidrodinamik qəzalar,səbəbləri və onların nəticələri---------------------------------------------2s
14. Kimyəvi təhlükəli obyektlərdə qəzalar, xarakteristikası,nəticələri------------------------------4s
15.Radiasiya təhlükəli obyektlərdə qəzalar, xarakteristikası və onların nəticələri --------------4s
16. Nəqliyyat qəzaları, xarakteristikası və nəticələri -------------------------------------------------2s
17. Biosferə təsir edən amillər , xarakteristikası və nəticələri----------------------------------------4s
18. Atmosferin çirklənməsi və onun qlobal nəticələri-------------------------------------------------2s
19. İqlim dəyişməsinin təbii və sosial-iqtisadi nəticələri --------------------------------------------2s
20. Hidrosferə təsir edən antropogen amillər və nəticələri--------------------------------------------4s
21. Litosferə təsir edən antropogen amillər və onların nəticələri ----------------------------------4s
22. Azərbaycanda torpaqların erroziyaya uğraması və səhralaşma problermi---------------------2s
23. Sosial- siyasi təhlükəli hadisələr,onların növləri,baş vermə səbəbləri və xarakteristikası --2s
24. Hərbi xarakterli fövqəladə hallar, baş vermə səbəbləri ------------------------------------------2s
25. Nüvə silahları, onların zədələyici amilləri, nəticələri -------------------------------------------6s
26. Kütləvi- qırğın silahları, onların zədələyici amilləri və xarakteristikası -----------------------2s
27. Kimyəvi və bakteroloji silahlar,onların zədələyici amilləri, xarakteristikası------------------4s
2.2.Kursun semestrlərə bölünməsi.