RƏYÇILƏR:
Orucov Elşar Qurban oğlu
Bakı Dövlət Universitetinin "Riyazi iqtisad" kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri doktoru, Professor
SultanovFirudin Oktay oğlu
Qafqaz Universitetinin "Mühasibatuçotuvə audit"kafedrasının müdiri,
İqtisad elmləri üzrə fəlsəfə doktoru,dosent
İZAHAT VƏRƏQƏSİ
Son əsrdə bir çox elm sahələrində olduğu kimi iqtisadiyyat istiqamətli sahələrdə də riyaziyyat elminin rolu ciddi şəkildə artmağa başladı. Hətta bəzi tanınmış iqtisadçılar son vaxtlar etibarilə iqtisadiyyat təhsilində istər bakalavr pilləsində, istərsə də magistr və doktorantura təhsil pillələrində çox ciddi riyazi təhsilin tələb olunmasını tövsiyyə etməyə başladılar və bugün bir çox tanınmış universitetlər bunu artıq tətbiq edir. Bu, heç şübhəsiz riyaziyyatın hadisələrin, proseslərin təhlilində istifadə etdiyi bazanın zənginliyindən qaynaqlanır. Əlbətdə ki, "riyaziyyatın elmlərin şahı olması" fikri də onun bu zənginliyinin ifadəsidir.
Odur ki, konkter riyazi üsul və metodların iqtisadi məsələlərdə tətbiqi ilə məşğul olan "Riyazi iqtisad" fənninin tədrisi və günün tələbləri səviyyəsində bu fənnin proqramının hazırlanması da xüsusi əhəmiyyət daşıyır.
Bu dərsin məqsədi tələbələrin riyazi iqtisad elminin əsas anlayışlarını öyrənmələrini, mövzuları təhlil etmə qabiliyyəti ilə birlikdə mənimsəmələrini təmin etmək, müasir dünyada iqtisadi prosesləri dəyərləndirmə və təhlil etmə bacarığı, iqtisadi mülahizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası, təklif və təklif funksiyalarının təhlili, elastiklik, tam rəqabət bazarı, xalis inhisar bazarı, oliqopol bazar və inhisarçı rəqabət bazarları kimi mövzular barədə daha ətraflı məlumatların tədrisi dərsin əsas məqsədlərindən biridir.
Təqdim olunan “Riyazi iqtisad” fənninin tədris proqramı “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə universitetlərin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |