Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Qafqaz Universiteti



Yüklə 273.56 Kb.
PDF просмотр
səhifə2/4
tarix07.12.2016
ölçüsü273.56 Kb.
1   2   3   4

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 8/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

bal  arasında  olan  tələbələrə  əlavə  ödəniş  etmədən,  akademik  borcu  olanlar  üçün  isə  ödənişli 



əsaslarla  hər  semestrdə  cəmi   8  kreditdən  çox  olmamaq  şərtilə  fənn  (fənlər)  də  seçməyə  icazə 

verilir. Bu halda təhsil haqqının ödənilməsi İdarə heyətinin qərarına uyğun həyata keçirilir.  

7.3.2.  Son  kursda  təhsil  alan  tələbələr  üçün  8  AKTS-lik  müdafiə/yekun  dövlət  imtahanı  yükü  o 

semstr üçün nəzərdə tutulan ümumi dərs yükünə daxil edilir.  

 

7.4. Tələbənin tədris planı  

7.4.1.  Tədris  planında  tədris  işinin  həcmi  kredit  vahidləri  ilə  müəyyən  edilir.  Kreditlər  tələbənin 

aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 

7.4.1.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 

7.4.1.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 

7.4.1.3. təcrübələrdə iştirak etməsi

7.4.1.4. laboratoriya işlərini yerinə yetirməsi; 

7.4.1.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 

7.4.1.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 

7.4.1.7.  buraxılış  işini,  magistrlik  dissertasiyasını  hazırlaması  və  müdafiəsi,  eləcə  də  buraxılış 

dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 

 

7.4.2.  Tədris  planında  fənlər  vacibliyinə  və  məzmununun  mənimsənilməsi  ardıcıllığına  görə 



aşağıdakı 3 qrupa bölünür: 

7.4.2.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 

7.4.2.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə

7.4.2.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 

 

7.4.3.  Hər  tədris  ili  üçün  ixtisasın  (ixtisaslaşmanın)  tədris  qrafiki  əsasında  tələbənin  fərdi  tədris 



planı  hazırlanır.  Fənlərin  prerekvizitliyi  gözlənilməklə,  tələbənin  fərdi  tədris  planı  müəyyən 

olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) 

köməyindən də istifadə oluna bilər. 

 

7.5. Davam məcburiyyəti  


 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 9/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

7.5.1. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin 



fəndən  imtahana  buraxılmır.  Hər  nə  səbəbdən  olmasından  asılı  olmayaraq  bu  həddi  aşan  tələbə 

müvafiq dərs və ya dərslərdən kəsilir.  



 

7.6. Üst sinifdən dərs almaq 

7.6.1. Dil tədrisi sinifi xaric 2. semestrdən etibarən bu əsasnamədə nəzərdə tutulan kredit limitlərini 

aşmamaq şərti ilə, tələbələr üst sinif proqramında nəzərdə tutulan dərslərdən ala bilərlər.  

7.6.2.  Bu  hüquqdan  yalnız  müvəffəqiyyətlə  təhsil  alan  və bütün  təhsil  müddətində  ayrı-ayrı 

fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələr istifadə edə bilərlər.  

 

7.7. BaĢqa bölmədən dərs alma və ikili diplom alma hüququ  



7.7.1. BaĢqa bölmədən dərs alma: 

7.7.1.1.  Tələbələr  bölmənin  açdığı  məcburi  dərslərin  hamısını  aldıqdan  sonra  bu  əsasnamə  ilə 

nəzərdə tutulan digər şərtləri yerinə yetirmək şərti ilə fərqli bölmələr tərəfindən açılan məcburi və 

seçməli dərsləri ala bilərlər. 

7.7.1.2. Başqa bir bölmədən dərs götürə bilmək üçün aşağıdakı şərtlərə əməl edilməlidir:  

- hər iki bölmə müdirinin təsdiqinin alınması 

- müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal 

arasında olan tələbələ olması 

-  Universitet  idarə  heyəti  tərəfindən  Kredit  başına  müəyyənləşdirilən  əlavə  təhsil  haqqının 

ödənməsi 



7.7.2. Ġkili diplom almaq hüquq: 

7.7.2.1.  Tələbəyə  bakalavriat  səviyyəsində  gələcək  peşə  fəaliyyətində  istifadə  etməsi  və  ya  oxşar 

ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 

70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə, ödənişli əsaslarla müvafiq ixtisasların 

fənnini (fənlərini) seçmək hüququ da verilir.  

7.7.2.2.  Bu  şərtlərlə  əlavə  təhsil  alanlara  həmin  ixtisas  üzrə  bakalavr  dərəcəsi  və  müvafiq  diplom 

verilir. 

 

7.8. Kreditlərin dəyərləndirilməsi (köçürmə və bərpalarda) və itirilməsi  



 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 10/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

7.8.1. Tələbə  ali  təhsil  müəssisəsini  bitirmək  üçün  tələb  olunan  kreditləri  ixtisasın  normativ  təhsil 



müddətindən  sonrakı  3  (üç)  ildə  (həqiqi  hərbi  xidmət  müddəti  nəzərə  alınmamaqla)  toplaya 

bilmədiyi  halda  o,  məzmununda  əsaslı  dəyişikliklər  edilən  peşə  hazırlığı  fənlərindən  əvvəllər 

qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən yığmalıdır. 

7.8.2.  Tələbə  başqa  bir  ali  təhsil  müəssisəsindən  Qafqaz  universitetinə  köçürüldüyü,  tələbələr 

sırasına  bərpa  olunduğu  və  akademik  məzuniyyətdən  qayıtdığı  halda,  onun  əvvəllər  qazandığı 

kreditlər yuxarıdakı yarımbəndin tələbləri gözlənilməklə nəzərə alınır. 

 

7.9. Fənnin təkrar alınması və məzmunu əsaslı dəyiĢən ixtisas fənləri 

7.9.1.  Fənn  üzrə  semestr  göstəricilərinə  və  imtahanların  nəticələrinə  görə  müvəffəq  qiymət  ala 

bilməyən tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn 

(fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir.  

7.9.2. Almış olduğu fənlərdən akademik borcu qalan tələbə birinci növbədə akademik borcu qalan 

fənləri  təkrar  götürmək  məcburiyyətindədirlər.  Növbəti  tədris  ili  üçün  tələbənin  fərdi  tədris  planı 

tərtib  olunarkən,  buraya  ilk  növbədə  əvvəlki  ildən  akademik  borcu  qalan  fənlər  daxil  edilir. 

Akademik  borc  yaranan  fənn  (fənlər)  müvafiq  semestrdə  tədris  olunmadığı  və  ya  həmin  fənn 

(fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. 

7.9.3.  Seçməli  dərslərdən  müvəffəqiyyətsiz  olan  tələbələr  növbəti  semestrdə  başqa  seçməli  dərs 

açılarsa seçdikləri dərsi dəyişə bilərlər.  

7.9.4.  Bölmə  tərəfindən  müəyyənləşdirilən  ardıcıllığı  vacib  olan  fənlərdən  müvəffəqiyyətsiz  olan 

tələbələr  növbəti  semestrlərdə  bu  dərslə  bağlı  dərsləri  götürə  bilməzlər.  Ardıcıllığı  vacib  olan 

dərslərin  siyahısı  hər  bölmə  tərəfindən  müvafiq  semestrin  əvvəlində  elan  edilir.  Ardıcıllığı  vacib 

olan  dərslərin  siyahısı  bölmələr  tərəfindən  qeydiyyatların  başlanmasından  ən  az  1  ay  əvvəl  elan 

edilir.  

7.9.5. Tələbə  ali  təhsil  müəssisəsini  bitirmək  üçün  tələb  olunan  kreditləri  ixtisasın  normativ  təhsil 

müddətindən  sonrakı  3  (üç)  ildə  (həqiqi  hərbi  xidmət  müddəti  nəzərə  alınmamaqla)  toplaya 

bilmədiyi  halda  o,  məzmununda  əsaslı  dəyişikliklər  edilən  peşə  hazırlığı  fənlərindən  əvvəllər 

qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu yönetmeliğin ələblərinə uyğun olaraq yenidən 

yığmalıdır. 

 

7.10. Tədrisin təĢkilinin digər əsasları 



 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 11/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

7.10.1.  Ali  təhsilin  hər  iki  səviyyəsində  əyani  təhsilalma  forması  üzrə  tədris  ili  40  həftədir.  Hər 



semestr  20  həftədən  (o  cümlədən,  5  həftə  imtahan  sessiyası)  ibarətdir.  Bir  semestrə  30  kredit 

müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. 

Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar ümumi  yükünün 

həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin 

həcmi  1,5  kreditdir.  Buraxılış  işinin,  magistrlik  dissertasiyasının  hazırlanmasına  və  müdafiəsinə, 

eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin 

keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 

7.10.2.  İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, 

tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.  

7.10.3.  Müəllimlərin  illik  işçi  tədris  planı  ixtisasın  (ixtisaslaşmanın)  illik  işçi  tədris  qrafiki  və 

tələbələrin fərdi tədris planları əsasında hazırlanır. 

7.10.4.  Tələbənin  cari  semestrdə  akademik  borcu  qaldığı  halda  o,  növbəti  semestrdə  təqaüddən 

məhrum  edilir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün  fənlərdən kreditləri  qazanarsa, 

onun təqaüdü növbəti semestrdən bərpa olunur. 

 

VIII.

 

BĠLĠYĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ, ĠMTAHANLARIN TƏġKĠLĠ VƏ 

MÜVƏFFƏQĠYYƏT QĠYMƏTĠNĠN HESABLANMASI 

 

8.1. Biliyin qiymətləndirilməsi (ölçülməsi)  

8.1.1.  Bir  dərsin  səviyyəsini  qiymətləndirmək  məqsədi  ilə  semestrdaxili  fəaliyyət,  semestrdaxili 

imtahan,  semestrsonu  imtahanları  keçirilir.  Bu  yoxlamaların    hansı  üsulla  keçiriləcəyi  (yazılı 

imtahan,  test  imtahanı,  şifahi  imtahan,  yazılı-şifahi  imtahan,  praktik  imtahan)  müvafiq  fənn 

müəllimi tərəfindən müəyyənləşdirirlir.   

8.1.2.  İmtahan  tarixləri  və  yeri  imtahanlardan  10  (on)  gün  əvvəl  müvafiq  bölmə  müdiriyyətləri 

tərəfindən müəyyənləşdirilir və elan edilir.  



 

8.2. Ġmtahanların təĢkili  

8.2.1.  Bir  dərsin  semestrsonu  imtahanında  iştirak  edə  bilmək  üçün  tələbələrin  aşağıdakı  şərtləri 

yerinə yetirmiş olmaları şərtdir:  

8.2.1.1. dəvamiyyət məcburiyyəti ilə bağlı öhdəliklərini yerinə yetirmiş olmaq,  



 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 12/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

8.2.1.2.  maliyyə  öhdəliklərini  yerinə  yetirmiş  olmaq  (Təhsil  haqqını  tələb  olunan  həcmdə  ödəmiş 



olmaq).  

 

8.2.2. Hər dərsi tədris edən müəllim imtahandan əvvəl imtahanla əlaqədar məlumatların veriləcəyi, 



imtahanla  bağlı  tələbələrin  suallarının  cavablandıracağı  məsləhət  saatı  müəyyənləşdirərək 

tələbələrlə görüşməlidir. 

8.2.3.  İmtahanlar  dərsi  tədris  edən  müəllim  tərəfindən;  müvafiq  müəllimin  icazəli  olduğu 

zamanlarda müvafiq bölmə müdiri tərəfindən vəzifələndirilən başqa bir müəllimin nəzarətində və 

öhdəliyində keçirilir. Hər imtahana minimum 1 (bir) nəzarətçinin təyin edilməsi məcburidir.  

8.2.4. İmtahanların müddəti bir oturumda 2 (iki) dərs saatı miqdarından çox ola bilməz.  

8.2.5. İmtahanlarda hər hansı bir şəkildə köçürən, köçürməyə təşəbbüs edən, köçürməyə köməklik 

göstərən və ya müvafiq imtahan kağızı yoxlanarkən köçürdüyü sonradan müəyyənləşdirilən tələbə, 

o  imtahandan  0  (sıfır)  bal  toplamış  sayılır  və  bu  tələbə  haqqında  Tələbələr  üçün  Nizam  İntizam 

Haqqında Əsasnamənin müddəaları əsasında təhqiqat açılır. 

8.2.5.  Tələbə  imtahanda  heç  bir  şəkildə  dərs  müəlliminin  əvəvlcədən  tövsiyyə  etdiyi  (hesablama 

cihazı və s.) və ya imtahan nəzrətçisinin icazə verdiyi vasitələr xaricində heç bir köməkçi vasitədən 

(mp3 player, telefon və s.) istifadə edə bilməz. 

8.2.6.  İmtahanın  keçirildiyi  salonda  ən  sona  qalan  iki  tələbədən  biri  digərindən  əvvəl  imtahan 

salonunu  tərk  edə  bilməz.  İmtahanını  tez  bitirən  digərinin  bitirməsini  və  ya  imtahan  vaxtının 

bitməsini gözləmək məcburiyyətindədir.  



8.3. Ġmtahan nəticələrinin elan edilməsi və nəticələrə etiraz 

8.3.1.  İmtahan  nəticələri,  imtahanın  keçirildiyi  tarixdən  etibarən  dərsi  tədris  edən  müəllim 

tərəfindən  imtahanın  keçirildiyi  tarixdə  (1  iş  günü  içərisində)  Tələbə  Məlumat  Sisteminə  daxil 

edilərək elan edilir. İmtahan Nəticələri Siyahısı semetrsonu imtahandan sonra ən gec 3 (üç) iş günü 

içərisində müəllim tərəfindən imzalanaraq Bölmə müdiriyyətinə təslim edilir.  

8.3.2. İmtahan nəticələrinin elan edilməsindən etibarən 3 (üç) gün içərisində Bölmə müdiriyyətinə 

yazılı olaraq etiraz ərizəsi verilə bilər. Etiraz Bölmə idarə heyəti tərəfindən tədqiq edilir və nəticə 

ən gec 5 (beş) gün içərisində elan edilir.   



8.4. Üzrlü səbəbə görə imtahan hüququ 

8.4.1. Xəstəlik, birinci dərəcəli yaxın qohumunun ölümü, yanğın, təbii fəlakət kimi üzrlü səbəbdən 

imtahanda  iştirak  etməyən  tələbələrə  növbəti  semestrin  dərsləri  başlanana  qədər  bir  dəfə  həmin 


 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 13/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) 



üzrə  akademik  borcu  qalmış  hesab  olunur  və  o,  həmin  fənn  (fənlər)  üçün  müəyyən  edilmiş 

kreditləri bu Əsasnamənin tələblərinə uyğun olaraq yenidən qazana bilər. 8.4.2. Üzrlü səbəb olaraq 

qəbul edilən halların varlığını sübut edən sənədlər, üzrlü səbəbin aradan qalxdığı tarixdən etibarən 

3 (üç) iş günü içərisində Bölmə müdiriyyətinə təqdim edilməlidir.   

8.4.3. İmtahan vaxtı tələbənin yazılı müraciətindən etibarən ən gec 30 (otuz) iş günü ərzində Bölmə 

müdiriyyəti tərəfindən təyin edilir.  

8.4.4.  Üzürlü  səbəbə  görə  imtahan  hüququ  verilən  tələbələrin  siyahısı  qiymətlərin  daxil  edilə 

bilməsi üçün Qiymət Girmə Tələb Formu vasitəsi ilə Tədris hissəsi müdirliyinə bildirilir.  



 

8.5. Müvəffəqiyyət qiymətinin hesablanması 

8.5.1.  Semestrdaxili  imtahan  və  semestrsonu  imtahanlarla  digər  auditoriyadaxili  və  auditoriyadan 

kənar praktik məşğələlərdəki bacarıq səviyyəsi riyazi olaraq və tam qiymət (100-yüz bal) üzərindən 

qiymətləndirilir.  

8.5.2.  Müvəffəqiyyət  qiymətinin  hesablanması  aşağıdakı  cədvəldə  verilən  nisbətlərdə  və  düstur 

əsasında aparılır:  



TƏSĠR EDƏN AMĠL 

TƏSĠR NĠSBƏTĠ (Faizlə) 

  Semestrdaxili fəaliyyət (SDF)  

  Fərdi Fəaliyyət (FF) (sosial, elmi)

 

 20%  



10 % 

  Semestrdaxili imtahan (SDĠ)  

 20% 

  Semestrsonu imtahan (SSĠ)  



 50% 

  Yekun müvəffəqiyyət qiyməti 

SDF+FF+SDİ+SSİ -  20% +10%+20%+50% 

 

QEYD:  Magistratrantlar  üçün  Fərdi  Fəaliyyət  qiyməti  nəzərdə  tutulmadığı  üçün  Yekun 

müvəffəqiyyət qiyməti: 

  Semestrdaxili fəaliyyət (SDF

 

  20% 


  Semestrdaxili imtahan (SDĠ)  

 

  30% 



  Semestrsonu imtahan (SSĠ)   

 

 50%      olmaqla  



  Yekun müvəffəqiyyət qiyməti 

SDF+SDİ+SSİ -  20% +30%+50% şəklində hesablanır 

 


 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 14/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

8.5.2.1.  Müvəffəqiyyət  balının  hesablanmasına  təsir  edən  amillərlə  bağlı  ətraflı  izahatlar 



aĢağıda verilmiĢdir:  

A. Semestrdaxili fəaliyyət-SDF (20%)   

Məcburi semestrdaxili fəaliyyət; seminar, ev tapşırığı, müəyyən hadisənin analizi, layihə və s. ola 

bilər.  

a)  Məcburi  semestrdaxili  fəaliyyətin  ixtisas  dərslərinə  necə  tətbiq  ediləcəyi  dərsin  müəllimi  və 

bölmə  müdirinin  təklifi  ilə  fakültə  idarə  heyətinin  qərarından  sonra  müvafiq  semestrin  əvvəlində 

tələbələrə elan edilir.  

b)  Qeyr-ixtisas  dərslərində  məcburi  semestrdaxili  fəaliyyət  qiyməti  tələbələrə  “ev  tapşırığı” 

verilərək  və  ya  10  (on)  bal  üzərindən  “qənaət  qiyməti”,  10  (on)  bal  üzərindən  aşağıdakı  cədvələ 

uyğun olaraq “dəvamiyyət qiyməti” verilərək müəyyən edilə bilər: 

 

2+0 (Dərsin krediti) 



3+0 (Dərsin krediti) 

4+0 (Dərsin krediti) 

0 saat – 10 bal 

0 saat – 10 bal 

0 saat – 10 bal 

2 saat – 8 bal 

3 saat – 8 bal 

4 saat – 8 bal 

4 saat – 6 bal 

6 saat – 6 bal 

8 saat – 6 bal 

6 saat – 4 bal 

9 saat – 4 bal 

12 saat – 4 bal 

8 saat – 2 bal 

12 saat – 2 bal 

16 saat – 2 bal 

10 saat – 0 bal 

14 saat – 0 bal 

18 saat – 0 bal 

Semestrdaxili  auditoriyadaxili  və  auditoriyadankənar  fəaliyyətlərdə  iştirak  etmək  üçün  maddi 

öhdəliklərin yerinə yetirilmiş olması məcburi deyildir. 



B. Fərdi Fəaliyyət (10%) 

Fərdi  Fəaliyyət  balı  Tələbə  Elmi  Cəmiyyətində  aktivlik,  Dərnək  (klub)  Fəaliyyətlərində  aktivlik, 

Olimpiada iştirakçısı olmaq və yer tutmaq, Tyutorluq (Məsləhətçilik) saatlarında aktivlik əsasında 

verilir.  

Hər bir tələbə cari semestrdə qeydiyyatdan keçmiş olduğu bütün dərslərdən Fərdi Fəaliyyət qiyməti 

almalıdır ki, Yekun müvəffəqiyyət qiyməti 100%-ə tamamlanmış olsun.  

Hər  bir  tələbə  yuxarıda  qeyd  olunan  Fərdi    Fəaliyyət  qiyməti  almağa  əsas  verən  fəaliyyət 

istiqamətlərinin hər birindən yalnız 1 dəfə və ayrı-ayrı dərslərdə olmaq üzrə istifadə edə bilər. 

Tələbənin cari semestrdə aldığı dərs sayı 4 (dörd) –dən çoxdursa, vəya tələbə yuxarıda göstərilən 

istiqamətlərin  bir  neçəsindən  və  ya  heç  birindən  qiymət  ala  biləcək  vəziyyətdə  deyilsə,  (məs: 



 
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə