Azərbaycan bölməsi Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti


Yorulma və bərpa dövrünün biokimyəvi xüsusiyyətləri



Yüklə 53,69 Kb.
səhifə5/15
tarix16.12.2022
ölçüsü53,69 Kb.
#75636
1   2   3   4   5   6   7   8   9   ...   15
biokimya 200(test) az

Yorulma və bərpa dövrünün biokimyəvi xüsusiyyətləri

65. Əzələ fəaliyyətindən asılı olaraq yorulmaya səbəb olan biokimyəvi dəyişikliklər hansılardır?


1.enerji ehtiyatları və aparıcı fermentlərin aktivliyinin aşağı enməsi
2.mübadilə məhsullarının toplanması və sinir-humoral tənzimin zəifləməsi
3.sinir humoral tənzimin dəyişilməsi və mineral maddələrin azalması
4.mineral maddələrin azalması və ammonyakın çoxalması
5.yalnız ammonyakın çoxalması
A) 1,2
B) 1,5
C) 2,3
D) 2,4
E) 4,5

66. Yorulma zamanı orqanizmin işgörmə qabiliyyəti necə olur?


A) müvəqqəti olaraq aşağı enir
B) aktivliyini daimilik itirir
C) müvəqqəti olaraq çoxalır
D) superkompensasiyaya uğrayır
E) sabit qalır

67.Superkompensasiya prosesi nədir?


A) normadan artıq bərpa prosesidir
B) normadan aşağı bərpa prosesidir
C) makroerqik proseslərdir
D) anaerob proseslərdir
E) enerji daşıyıcı elektronlardır

68. Ləng bərpa fazasında hansı üzvi maddələrin ehtiyatı bərpa olur?


A) karbohidrat və yağların
B) zülalların və aminturşuların
C) mineral maddələrin və vitaminlərin
D) hormonların və fermentlərin
E) proteinsintetazaların

69. İdman diaqnostikasında yorulma prosesi qanda hansı hormonu təyin etməklə müəyyənləşdirilir?


A) adrenalin
B) kalsitonin
C) qlükaqon
D) tiroksin
E) triyodtironin

70. Fiziki iş zamanı əzələlərdə ağrıların olması hansı turşunun toplanması ilə əlaqədardır?


A) süd turşusunun
B) aminturşuların
C) nuklein turşularının
D) yağ turşularının
E) fosfat turşusunun

71. Gərgin əzələ fəaliyyəti zamanı əzələ toxumasında hansı mübadilə məhsulları toplanır?


A) üzvi maddələrin tam oksidləşməmiş mübadilə məhsulları
B) üzvi maddələrin tam oksidləşmiş mübadilə məhsulları
C) aminturşuların mübadilə məhsulları
D) nuklein turşuların mübadilə məhsulları
E) yalnız qeyri-üzvi maddələrin mübadilə məhsulları

72. Mühitin PH-nın turşuluğa doğru artması sinir hüceyrələrinə necə təsir göstərir?


A) sinir impluslarının əzələyə ötürülməsini zəiflədir
B) sinir toxumasında süd turşusunun miqdarını azaldır
C) sinir impluslarının əzələyə ötürülməsini aktivləşdirir
E) sinir sistemində ATF-in parçalanmasını artırır
E) heç bir təsir göstərmir

73. Əzələ işi zamanı 100qr zülalların oksidləşməsindən nə qədər su əmələ gəlir?


A) 40ml
B) 50ml
C) 90ml
D) 100ml
E) 10ml

74. Gərgin əzələ işi zamanı yağların sərf olunması qanda hansı birləşmələrin miqdarına görə müəyyən olunur?


A) keton cisimciklərin
B) doymuş yağ turşuların
C) aminturşuların
D) doymamış yağ turşuların
E) yalnız zülalların

75. Yorulma hərəkətin icrası zamanı hansı dəyişikliklərdən xəbər verən bioloji haldır?


A) funksional və biokimyəvi
B) anatomik və biokimyəvi
C) fiziki və biokimyəvi
D) funksional və anatomik
E) fiziki və anatomik

76. Sürətli bərpa fazasında hansı maddələrin ehtiyatı bərpa olur?


A) KrF və ATF
B) KrF və zülallar
C) ATF və AMF
D) aminturşular
E) yağlar

77. Əzələ işi zamanı 100qr karbohidratların oksidləşməsindən nə qədər su əmələ gəlir?


A) 50ml
B) 100ml
C) 300ml
D) 500ml
E) 1000ml

78. Bərpa dövründə metabolizm prosesi katabolizmdən hansı prosesə keçir?


A) anabolizmə
B) dissimilyasiya
C) anabolizm və dissimilyasiya
D) heç bir prosesə keçmir
E) ifrazetmə prosesinə

79. Əzələ işindən sonra bərpa prosesində neçə faza vardır?


A) 3
B) 1
C) 2
D) 4
E) 5

80. Əzələlərdə qlikogenin superkompensasiyası hansı zaman müddətində bərpa olur?


A) 3 gün
B) 20 dəq
C) 2 gün
D) 30 dəq
E) 5 gün

81. Bərpa dövrünün ardıcıllığı necədir?


A) sürətli, ləng, uzunmüddətli
B) sürətli və ləng
C) ləng, uzunmüddətli, sürətli
D) uzunmüddətli,sürətli, ləng
E) sürətli və uzunmüddətli



Yüklə 53,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin