9. Hansı sözün mənası düzgün göstərilməmişdir? (7bal)
A) aborigen- yerli sakinlər B) eqoizm- şəxsi maraqları hər şeydən üstün tutan
C) qlobal- dünya miqyaslı D) tərsanə- epik əsər E) ümman – böyük dəniz,dərya
10. Biri həm leksik, həm qrammatik məna ifadə edə bilmir. (4 bal)
A) ancaq B) kimi C) başqa D) gəl E) ax
11.Verilmiş nümunə ilə bağlı yanlış fikri seçin (7 bal)
Yelləmi , selləmi keçdi ötən gün?
O, bəlkə , ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün uşaqlıq əyləncəsiydi. (M.Araz)
A) Üç fərqli köməkçi nitq hissəsinə aid sözlər işlənmişdir. B) Fikrə münasibət bildirən söz güman bildirir.
C) Qoşma çıxışlıq hala qoşulmuşdur. D) Ədat sual intonasiyası yaratmışdır.
E) Misralardan birində köməkçi nitq hissəsi işlənməmişdir.
12. Hansı variantda ancaq köməkçi nitq hissələri işlənmişdir. (4 bal)
A) sanki, qədər, kitab B) cünki, əlbəttə, lap C) gəl, sarı, gül D) nəinki , mən , lakin
E) görə, düz, beş
13. Qara hərflərlə verilən sözlərin hər ikisinə aid olan fikri seçin. (4 bal)
“Sözün də su kimi1 lətafəti var
Hər sözü az demək daha2 xoş olar” ( N.Gəncəvi)
A) Quruluşca sadədir. B) Sözlərə qoşularaq müəyyən məna çaları yaradır.
C) Qoşulduğu sözlə birgə cümlə üzvü olur. D) Həm leksik həm, qrammatik mənaya malikdir.
E) Əsas nitq hissəsi ilə omonmdir.
14. Həm təsriflənən, həm də təsriflənməyən feilin işləndiyi nümunəni seçin.(4bal)
A) Açılan hər bir məktəb bir həbsxananın bağlanmasıdır.
B) Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir.
C) Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır.
D) Fikir ancaq münbit mühitdə cücərir.
E) Müdriklər vəzifəli şəxslərə möhtac olmurlar.
15.Sual işarəsinin yerinə yazıla biləcək variantı seçin. (4bal)
A) İnsan arzularlara yaşayır.
B) Hər kəs Vətənini sevməlidir.
C) Şuşada qala divarları bərpa olunasıdır.
D) Vətən mənə oğul desə, nə dərdim.
E) Kaş ki uşaqlığım geri dönə.
Sual sayı: 15 Maksimum bal : 100 bal
Doğru cavabların sayı:________ Topladığı bal ___________
Fənn müəllimi: /
Dostları ilə paylaş: |