Azərbaycan dili haqqında ümumi məlumat


Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək, mühakimə yürütmək tərzi



Yüklə 0,81 Mb.
səhifə54/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   49   50   51   52   53   54   55   56   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək, mühakimə yürütmək tərzi. İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir, rəy söyləyirlər. Orta və ali məktəb praktikasında rəy söyləmək, münasibət bildirmək məzmun və formasına görə müxtəlifdir, rəngarəngdir. Şagird danışığına, oxusuna, yazılı işlərinə rəy vermək, ali məktəbdə tələbə nitqini məzmun və forma baxımından qiymətləndirmək, yoxlama, kurs işi və sairəyə rəy vermək, başqasının nitqinə münasibət bildirmək, istiqamət vermək və s. Bu iş ali məktəb həyatında açıq dərsləri müzakirə etmək, elmi işlər, müdafiə olunacaq əsərlər barədə fikir söyləmək və s. formalarda daha geniş bir şəkildə tətbiq olunur. Həm şifahi, həm də yazılı formada verilən rəylər, söylənilən fikirlər fəaliyyət və işin məzmunundan, keyfiyyətindən, iş görənin şəxsiyyətindən asılı olmayaraq bütün hallarda dilin etik ölçülərinə uyğun olmalı, hissiyyata, mənliyə toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirilərkən “İş yararsızdır”, “Tarixdən xəbəri yoxdur”, “Hətta sözləri sətirdən-sətrə keçirə bilmir”, “Boş və mənasız fikirlərdir” və s. kimi ifadəılərin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa tərzdə, məsələn: “Təfərrüata yol verilmişdir”; “Bəzi fikirlər aydın deyildir”; “Bu barədə daha əsaslı faktlar gətirmək olardı”; “Bir qədər səthilik nəzərə çarpır”; “Bu hissənin yenidən işlənilməsi məsləhətdir” və s. kimi ifadə etmək olar və lazımdır.
Bəzi müəllimlərin şagird və tələbələrin cavabları barədə söylədikləri “Sən qanan şey deyil”, “Savadsızın birisən”, “Sən bunları başa düşməzsən”, “Tupoysan”, “Dünyadan xəbərin yoxdur”, “Əhsən sənin başına”, “Qorxuram ki, bu səndə alınmaya”, “Səndən heç nə çıxmayacaq” və s. kimi təhqiranə, neqativ rəylərlə, replikalarla heç cür razılaşmaq olmaz. Belə ifadələr şagird, tələbə və başqalarının şəxsiyyətini alçaldır, onu qəlbən incidir, təhqir edir, öz gücünə inamını azaldır. Belələri cavab verməkdən, fikrini bildirməkdən çəkinir, əksər hallarda susmağı üstün tuturlar.
Sorğular göstərmişdir ki, bu cür neqativ qiymətləndirmə (ustanovka) nəticəsində adamların, xüsusən uşaq və gənclərin 90 faizində öz gücünə inamsızlıq yaranır. Psixoanalitiklər təsdiqləmişdilər ki, istədiklərinə nail ola bilməyənlərin – uğursuzların əksəriyyətinin şüurunda “açıq fraza” (“bu mənim işim deyil”, “bacarmaram”, “əlimdən gəlməz” və s.) olur ki, onu valideynlər, müəllimlər yaradırlar. Bu qəbildən olanlar hər hansı bir qərarı qəbul etmək istədikdə həmin fraza ona təsir göstərir, mane olur. Bu baryeri dəf etmək az-az adamlara nəsib olur. Görkəmli şairimiz N.Xəzrinin kiçik bir xatirəsi bu baxımdan xarakterikdir. “Ədəbiyyata gəlməyim sevindirici olmayıb. Bunun kiçik bir tarixçəsi var. Abdulla Şaiqin qardaşı müəllimim olub. Bizdən hansı sənətin sahibi olacağımızı soruşdu və bunu yazılı şəkildə ona təqdim etdik. Mən şair olmaq istədiyimi yazdım. Cavabları yığdı, sonra da başladı oxumağa. Uşaqların əksəriyyəti sürücü olmaq istədiyini yazmışdı. Mənim arzum isə gülüşlə qarşılandı. Müəllim sinfin qarşısında: “Durun ayağa Sabir gəlir, Vurğun gəlir, bah Ələkbərin oğlu şair olacaq” dedi. Bütün sinif başladı gülüşməyə. Mən də kitablarımı götürüb getdim evə. Qalxdım evimizin damına, başladım ağlamağa. Bir neçə gündən sonra divar qəzetində şeirim çıxdı. Gördüm, uşaqlar toplaşıb yenə gülü- şür, hətta deyirlər ki, “Buna bax e, qafiyəsi də var. Özü yazmayıb, kimdənsə oğurlayıb”. Bu hadisədən sonra da xeyli ağlamışdım. Amma bunun mənə çox köməyi oldu. Özümə inam yarandı, onlarla prinsip aparmağa başladım. Öz-özümə deyirdim ki, “mən şair olacağam”. Sonra şəhərə gəldim və Nurəddin Babayevin köməkliyi ilə “Günəş” adlı şeirim “Azərbaycan pioneri” qəzetində çap olundu. Bundan sonra uşaqlar dedilər ki, daha bunun qabağında durmaq olmaz. Mənim ilk qazancım da məhz bu qəzetdən olub. Həmin şeirə görə, o vaxtın pulu ilə 4 manat aldım”.
Müəllim özünün aqressiv replikası, mənfi rəyləri ilə zəif oxuyan, bəsit düşünən şagirdin, tələbənin əl-qolunu sındırmamalıdır. Bunların əvəzində elə ifadələr işlədilməli, qüsurlar elə bir tərzdə göstərilməli, nəzərə çarpdırılmalıdır ki, (məsələn, “Cavabın pis deyil”, “İstəsən öyrənərsən”, “Bir az çox oxumaq, çalışmaq lazımdır”, “Bilmədiyin şeyi danışma”, “Bir qədər ətraflı danışmağa çalış”, “Fikirlərini ümumiləşdir”, “Konkret danışsan daha yaxşı olar” və s.) cavab verən razı qalsın, öz gücünə inamı artsın, onda oxumağa, öyrənməyə, cavab verməyə, mübahisəli məsələlərin izahatında iştirak etməyə səy yaransın. Belə bir humanistliyin müqabilində şagird və ya tələbə daxilən razı qalır, müəllim onun nəzərində yüksəlir, özünü borclu sayan şagirdin (həm də tələbənin) fəalliği nəzərə çarpacaq dərəcədə artır. Sədi demişkən:

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin