3. Söz birləşməsi ilə bağlı səhvi göstərin.
A) Şagirdlər yarışanda – asılı tərəfi subyekt olan feili
birləşmədir.
B) Atın qaçışı – III növ təyini söz birləşməsidir, əsas
tərəfi düzəltmə isimlə ifadə olunub.
C) Bağdakı meyvələr – I növ təyini söz birləşməsidir,
asılı tərəfi düzəltmə sifətlə ifadə olunub.
D) Onun dediyi – asılı tərəfi əvəzliklə ifadə olunmuş III
növ təyini söz birləşməsidir.
E) Alın yazısı – II növ təyini söz birləşməsidir, əsas
tərəfi düzəltmə isimlə ifadə olunub.
4. Hansı cümlələrdə ismi birləşmələr təyin
vəzifəsindədir?
1. Leylanın qardaşı Sərxan ali məktəbdə oxuyur.
2. Bir azdan sex rəisi Qəmbər gəldi.
3. Cavan həkim xəstələri müayinə edirdi.
4. Neftçinin oğlu Tərlan atasının yolunu davam etdirdi.
5. Məhəmməd yazdığı məktubu poçta apardı.
A) 2, 4, 5
B) 4, 5
C) 1, 2, 4
D) 1, 3
E) 3, 5
5. Mürəkkəb söz birləşmələrini seçin.
1. Həll olunan məsələ
2. Müqəddəs Vətən torpağı
3. Müəllim üçün vəsait
4. Xoş bir təbəssüm
5. İşə ciddi yanaşmaq
A) 2, 5
B) 1, 2, 5
C) 3, 5
D) 1, 3
E) 4, 5
Dostları ilə paylaş: |