“Azərbaycan dili və nitq mədəniyy



Yüklə 385.88 Kb.
Pdf просмотр
səhifə1/6
tarix16.06.2017
ölçüsü385.88 Kb.
  1   2   3   4   5   6

“Azərbaycan dili və nitq mədəniyyəti” fənnində

Cavab kartları 

Sual 1 – cavab  

Dilin funksiyaları hansılardır? 

Dil  orqanizmdə  ikinci  siqnal  sisteminin  nəticəsidir  ki,  bu  da  canlılardan  ancaq 

insana  aiddir.  Eyni  zamanda  qeyd  etdiyimiz  kimi,  dil  irsi  xarakter  də  daşımır.  Bioloji 

cəhətdən uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin danışdığı dildə danışmaya 

bilər. Belə ki, yeni doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, 

o, öz əhatəsindəki dildə danışacaq. Buradan da bir daha məlum olur ki, dil bioloji hadisə 

deyil, ictimai hadisədir, birbaşa cəmiyyətdə formalaşır və  məhz  cəmiyyətə xidmət edir. 

Dil irqi və irsi cəhətlərlə bağlı deyil. 

Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir. Cəmiyyətdə müxtəlif ünsiyyət vasıtələri 

var - küçə hərəkəti qaydalarını göstərən işarələr, gəmilərdə bayraqlarla verılən siqnallar, 

müxtəlif  jestlər,  əl-qol  hərəkətləri  və  s.  Lakin  bunlar  dilə  köməkçi  vasitə  kimi  istifadə 

edilir. Bunlar dilə nisbətən çox zəif və imkanca məhduddur. Dilin üç funksiyası meydana 

çıxır: 

1.

  nsanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vasitəsi olmaq, yəni 



kommunikativ funksiyası  

2.

  nsanı əhatə edən əşya və hadisələri adlandırmaq, normativ funksiya 



         3.   Fikri ifadə etmək. 

 

 

Sual 2 – cavab    

Dilçilik və onun sahələri haqqında yazın. 

Dilçilik ictimai hadisə olan dili tədqiq edir. Bu elm, dünyanın ən qədim elmlərindən 

biridir.  Qədim  çinlilər,  hindlilər,  ərəblər  və  yunanlar  dilçilik  elmindən  istifadə  ediblər. 

Türklərin  ən  böyük  dilçisi  XI  əsrdə  yaşamış  Mahmud  Qaşqarıdır.  Onun  1072-ci  ildə 

yazdığı  «Divani-lüğətit  -  türk»  əsəri  türkcə-ərəbcə  lüğətdir  və  Türk  dünyasınm  ilk 

ensiklopediyası sayılır. M.Qaşqarı türkologiya elminin banisi sayılır. 

Lüğət  Həzrəti  peyğəmbərin  «Türk  dilini  öyrənin,  onların  uzun  sürən  hakimiyyəti 

vardır» kəlamı ilə başlayır. Lüğətdə 9000-dən artıq söz və ifadə toplanıb. 

«Divani-lüğətit  -türk»  əsərinin  bu  günə  gəlib  çatan  yeganə  əlyazması  XIII  əsrdə 

Azərbaycanda Məhəmməd Əssari tərəfmdən üzü köçürülən nüsxədir. Lüğət 1939-cu ildə 

nəşrə hazırlansa da, hələ də çap olunmayıb. 

XIX əsrdə Abbasqulu ağa Bakıxanov «Qanuni-qüdsi» (müqəddəs qanun) adlı dilçilik 

kitabı hazırlayıb. 


Üç dəfə Demidov mükafatı alan Mirzə Kazım bəy Azərbaycan elmi qrammatikasının 

banisidir. 

Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif şöbələri ~ sahələri 

meydana  çıxır.  Fonetika,  leksikologiya  (frazeologiya  da  buraya  daxildir), 



morfologiya  və  sintaksis  dilçiliyin  sahələridir.  Dilçiliyin  digər  sahələri  etimologiya, 

ğətçilik və dialektologiyadır. 

Sual 3– cavab  

Azərbaycan Respublikasının dövlət dili barədə danışın

 

Dövlət qanunlarının, rəsmi göstəriş və sərəncamların,  müxtəlif iş sahələrinə aid rəsmi 

sənədlərin  vahid  dildə  olması  mühüm  şərtlərdəndir.  Bu  dil  vahidliyi  asağıdan    

yuxarıya        dövlət        quruculuğunda        və        idarəçiliyində        ünsiyyəti  asanlaşdırır, 

anlaşmanı  maksimum  təmin  edir.  Bu  əlaqələndirmə  və  ünsiyyət  vasitəsinə  dövlət  dili 

deyilir. 



Konstitusiyamızın  (1995-ci  il  noyabrın  12-si)  21-ci  maddəsində  yazılır: 

«Azərbaycan Respublikasmın dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası 

Azərbaycan dilinin inkişafıni təmin edir». 

Bu maddəyə görə aşağıdakılar məcburidir: 

1.

 Azərbaycan Respublikasının bütün dövlət orqanlarmda yazılı və şifahi əlaqə işləri 



Azərbaycan dilində aparılacaqdır. 

2.

 Dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz 



Azərbaycan dilində icra edəcəklər. 

Konstitusiyanın həmin maddəsində yenə yazılır: «Azərbaycan Respublikası əhalinin 

danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir». Bu, dövlət dilinin 

vahidliyinin demokratizmini göstərir. Deməli,  

1.  Respublikamızda 

yaşayan 


azsaylı 

xalqların, 

etnik 

qrupların 



nümayəndələri  öz  aralarmda,  məişətdə,  həyatlarının  müxtəlif  sahələrində  öz 

ana dillərində ünsiyyət saxlamaq hüququna malikdirlər. 

2. Həmin qrupların öz dillərində və istənilən başqa dillərdə təhsil almaq 

hüquqları var. 

 

Sual 4 – cavab  

Azərbaycan dilinin inkişafında HeydəƏliyevin rolu  haqqında məlumat 

verin. 


Эюркямли иcтимаи-сийаси хадим, Азярбайcан Республикасынын ulu öndəri Щейдяр 

Ялийевин щяртяряфли йарадыcılığы фяалиййятиндя дилчилик мясяляляри, илк юнcя ана дили, дил вя 

мядяниййят,  дил  вя  миллят,  дил  вя  тарих,  дил  вя  ядябиййат,  дил  гуруcулуьу  кими  юнямли 

сосиолингвистик  мясяляляр  дя  хцсуси  йер  тутур.  Бцтцн  бюйцк  сийаси  хадимляр  кими 

Щейдяр  Ялийев  дя  юз  халгынын,  юз  юлкясинин  игтисадиййаты,  мадди  рифащ  щалынын 

йахшылашмасы  иля  бярабяр,  онун  цмуммядяни  тяряггисинин  дя  гайьысына  галмыш, 

йашадыьы юлкянин, мянсуб юлдуьу халгын дцнйанын ян инкишаф етмиш юлкяляри вя халглары 

сявиййясиня йцксялмясиня cидди диггят йетирмишдир.  

Щяр бир миллятин инкишафында онун ян мцщцм варлыг вя йашам амили олан дилинин 

мцстясна  ролу  вардыр.  Тясадцфи  дейилдир  ки,  Щейдяр  Ялийевин  дил  доктринасында  дил 

амили  щяр  бир  халгын  варлыьы  цчцн  бцтцн  башга  амиллярдян  уcа  тутулур.  Азярбайcан 

Республикасынын  йени  Конститусийа  лайищясини  щазырлайан  комиссийанын  дювлят  дили 

мясялясиня  щяср  олунмуш  иcласларындан  бириндя  о  дейир:  «Инди  биз  дилимиздя  сярбяст 

данышырыг вя щяр бир мцряккяб фикри ифадя етмяйя гадирик. Бу, бюйцк наилиййятдир. Бу, 

игтисади вя башга наилиййятлярин щамысындан цстцн бир наилиййятдир ки, бизим бир миллят 

кими  юзцмцзя  мяхсус  дилимиз  вар  вя  о  да  о  гядяр  зянэиндир  ки,  дцнйанын  щяр  бир 

щадисясини биз юз дилимиздя ифадя едя билирик». 

Дили игтисади вя башга наилиййятлярин щамысындан цстцн наилиййят сайан ulu öndər 

Щейдяр  Ялийев  1960-cы  иллярин  сонундан  башлайараг  юз  зянэин  тяcрцбяси,  йцксяк 

интеллекти, милли мядяниййятимизя вя мянявиййатымыза дяриндян бяляд олмасы сайясиндя 

ардыcыл  милли  дил  сийасяти  ишляйиб  щазырламыш  вя  бцтцн  чятинликляря  синя  эяrяряк  ону 

дюнмядян щяйата кечирмиш, Азярбайcан дилинин дювлят дили олмасы, халгымызын мяняви 

мювcудлуьунун ясас амилляриндян олан дилимизин инкишафы вя йцксялиши уьрунда ардыcыл 

мцбаризя апармышдыр. 

Щейдяр Ялийевин ана дилиня гайьысы вя диггяти сонракы иллярдя дя давам етмишдир. 

1978-cи  илдя  мцттяфиг  республикаларын  йени  конститусийалары  гябул  етдийи  заман  онун 

эюстярдийи  тяшкилати  фяалиййят  дя  чох  бюйцк  олмушдур.    Бялли  олдуьу  кими,  о  вахт 

республикаларда гябул олунмуш конститусийаларын щеч бириндя ана дили дювлят дили кими 

гейд  олунмамышды.  Загафгазийа  республикаларындан  башга  диэяр  республикалар  цчцн 

беля  проблем  артыг    mövcud  дейилди.  Azərbaycanda    ися  дювлят  дили  маддяси  уьрунда 

гызьын мцбаризя эедирди. Ümummilli lider о эцнляри хатырлайараг дейирdi: «1977-78-cи 

иллярдя  биз  йени  конститусийаны  гябул  едяркян  бу  мясяля,  шцбщясиз  ки,  ясас 



мясялялярдян  бири  иди.  Биз  йени  конститусийада  Азярбайcанын  дювлят  дилинин 

Азярбайcан  дили  олмасы  барядя  маддя  щазырладыг.  Гейд  етдийим  кими,  мян  щямин 

конститусийаны щазырлайан комиссийанын сядри идим вя бу ишляря рящбярлик едирдим...”  

 

Sual 5 – cavab 

Sait və samit səslərin təsnifatı haqqında məlumat verin. 

Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların 

və  dilin  müəyyən  vəziyyətlərə  düşməsi  ilə  əlaqədar  saitlərin  müxtəlif  növləri  yaranır. 

Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir: 

1. Dilin üfüqi vəziyyətinə görə

2.Dilin şaquli vəziyyətinə görə

3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə

Samit  səslərin  yaranmasında  səs  tellərinin  iştirakı  fərqlidir.  Səs  tellərinin 

iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili 

       l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydə

ibarət olur. 

       2)Cingiltili samitlərin yaranmasmda səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz 

da olur.  

     Yaranma  və  səslənmə  ardıcıllığına  görə  kar  və  cingiltili  samitlər  bir-biri  ilə  qarşılıq 

təşkil edir.  



 

Sual 6 – cavab 

Ahəng qanunu nəyə deyilir. 

Fonetikanın  əsas  qanunlarından  biri  ahəng  qanunudur.  Ahəng  qanunu  bütün  türk 

dillərinin əsas qanunudur. Bu qanuna görə sözün ilk hecası incə saitdirsə, sonrakı saitlər 

də  incə,  qalın  saitdirsə,  sonrakı  saitlər  də  qalın  saitli  olmalıdır.  Sözdə  qalın  və  ya  incə 



saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məs: " qaranlıqdakılar''' sözündə 

qalın,  hərəkətsizlikdir  sözündə  isə  incə  saitlər  biri  birini  izləmişdir.  Buna  dilçilikdə 

damağ  ahəngi  deyilir.  Dodaq  ahəngi  dedikdə  isə  dodaqlanan  (üzüm,  ölüm,)  və 

dodaqlanmayan  (çiçək,  elçilik)  saitlərin  ahəngi  nəzərdə  tutulur.  Ahəng  qanununu 

pozulduğu sözlər milli sözlərimiz deyil.  stisna: ilan, işartı, tikan, inanc, quzey, iraq və s. 

Ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil. Məs: məktəb, təhsil, karbon, 



namaz və s. 

Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. 

Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı 

bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin 

ahəngini  qorumalıdır.  Məs.:şi-ka-yət-çi-lər-dən,  sa-hib-kar-la-rı-mız  .  Bu  xüsusiyyətinə 

görə ahəng qanunu morfonoloji hadisə adlanır. 

 

Sual 7 – cavab 

Söz sətirdən – sətrə necə kecirilir? 

Sözlər  sətirdən-sətrə  hecalara  bölünməklə  keçirilir.    Ancaq  sözün  hər  bir  hecasını 

sətirdən-sətrə keçirmək olmaz:  

1. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin 

ə

vvəlinə keçirmək olmaz. Məs.: A-na, i-lan, tə-bi-i.  



2.  Əgər  sözün  əvvəlində  iki  sait  yanaşı  gələrsə,  onu  sətirdən-sətrə  bu  cür  keçirmək 

lazımdır: ai-lə-li, ae-ro-port  

3.Birhecalı sözlər sətirdən-sətrə keçirilmir: kənd, tort, akt və s.  

4.Sözdə sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə 

başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s. 

      5.  Rəqəmlə  verilən  ixtisarlar,    əlamətlər  və  sıra  bildirən  şəkilçi  rəqəmdən  ayrı 

sətirdən-sətrə keçirilmir: 150 sm, 2008-ci il, 78 %, 3 sot və s.   

     6.Mürəkkəb adların ixtisarları da sətirdən-sətrə keçirilmir: ABU, BMT.   

     7.Mürəkkəb  sözlərin  tərkib  hissələri  ayrı-ayrılıqda  hecalara  bölünür.Tərkib  sözlərin 

səsləri birləşib bir heca yarada bilmir. Keçirmək olmaz: ya-rı-ma-da , mün-as-ib-ət, xey-

ir-xah-lıq. Keçirmək olar:' ya-rım-a-da , mü-na-si-bət, xe-yir-xah-lıq.   

    8.Sözün daxilində qoşa samit varsa, hecalara bölünərkən samitlərin hərəsi bir hecada 

qalır: ad-dım, sək-kiz və s. 

 

Sual 8 – cavab 

Heca və vurğu haqqında məlumat yazın. 

         Tələffuz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər 

bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona 

görə də sözdə neçə sait hərf varsa, bir o qədər heca olur. Məs.: ot, a-ta, mək-təb-li, 



mə-ət-təl və s. Hər hansı hecada iki sait işlənə bilmədiyi kimi, bir hecada iki samit 

də  yanaşı  işlənə  bilməz.  Lakin  bu  qayda  bir  sıra  alınma  sözlərdə  pozulur.  Məs: 

dram, trak-tor, me-lo-dram, te-le-qraf, ki-lo-qram və s. 

Ясл  Азярбайъан  сюзляриндя  вурьу,  ясасян,  сюзцн  сон  щеъасы  цзяриня  дцшцр.  Яэяр 

сюз шякилчи гябул едирся, вурьу шякилчинин цзяриня кечир. 

Мясялян: оxу - оxуйур, ана – ананын 

Вурьу  гябул  етмяйян  бязи  шякилчиляр,  мясялян,  xябярлик  (-дыр,  -дир,  -дур,  -дцр), 

инкарлыг (-ма, -мя), бязы фели баьлама шякилчиляри (-мадан, -мядян, -кян) истисна тяшкил 

едир. 

Рuс дили васитясиля Азярбайъан дилиня кечян сюзлярин яксяриййятиндя вурьу щямин 



дилдяки мювгедя саxланыр. 

Мясялян: кафедра, опера, эитара. 

Азярбайъан  дилиндя  вурьу  эениш  планда  мяна  фяргляндириъи  сяъиййяйя  малик 

дейилдир,  лакин  бязян  вурьунун  йеринин  дяйишдирилмяси  сюзцн  мянасынын  да 

дяйишмясиня сəбяб олур. 

Мясялян: алын - алын, эялин - эялин, чякмя - чякмя, сцзмя- - сцзмя. 

Azərbaycan dilində vurğunun üç növü var:

 

l.Heca vurğusu        2.Məntiqi vurğu       3.Həyəcanlı vurğu 



 

Sual 9- cavab  

Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın. 

Söz  dilin  əsas  vahididir.  Dildəki  sözlərin  hamısı  birlikdə  dilin  lüğət  tərkibini,  yəni 

leksikasmı təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. 

Leksikologiya  yunanca  iki  sözdən-lexikos  (söz)  və  loqosdan  (təlim)  ibarətdir. 

Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. 

Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir 

sözün  birbaşa  ifadə  etdiyi  mənaya  onun  leksik  mənası  deyilir.  Sözlərin  leksik  mənası 

izahlı lüğətlərdə öz ifadəsini tapır. Məs.: Kərə-əridilmiş yağşit yağ, Maya - I.Qıcqırma 

ə

mələ gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul, II.Dişi dəvə. 



Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məs.: Dəryaz sözünün 

ot çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim 

olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır. 


Ə

sas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. 

Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. 

zahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafıya lüğətində onlarm düzgün yazılış 

qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. 

Lüğətlərin  növləri  çoxdur:  orfoqrafiya,  orfoepiya,  leksika,  termin  lüğətləri  və  s. 

Bunların hamısında sözlər əlifba sırası ilə düzülür. 

>  Bütün sözlərin leksik mənası olmur. 

>  Sözün leksik mənası onun məzmununu əks etdirir. 

>

  Sözün  qrammatik  mənası  sözlərin  hansı  nitq  hissələrinə  aid  olması  və  həmin  nitq 



hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir. 

Bütün sözlərin və hətta şəkilçilərin  qrammatik mənası olur 



Sual 10 – CAVAB  

Təkmənalı  və coxmənalı sözlər nəyə deyilir? 

Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məs.: moruq, böyürtkən, 

avtobus, yaşıl və s. 



Eyni  leksik  məna  ilə  bağlı  bir-birinə  yaxın  müxtəlif  mənaları  bildirən  sözə  isə 

çoxmənalı  söz  deyilir.  Məs.:  üz-adamın  üzü,  suyun  üzü,  yorğanm  üzü;  göz  -  adamın 

gözü, bulağın gözü, şkafın gözü və s. 

Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məs.: 

Həqiqi məna 

Məcazi məna 

polad balta (isim) 

polad bilək (isim)

 

gözəl mənzərə (sifət) 



gözəl fikir (sifət)

 

Bu  zaman  həmin  sözlər  və  birləşmələr  bir-biri  ilə  oxşar  əlamətlərə  malik  əşyaları 



ifadə  edir.  Beləliklə,  sözlərin  çoxmənalılığı  yaranır.  Məs.:  alovun  dili,  çəkmənin  dili, 

insanın  dili,  heyvanın  dili.  Bu  söz  birləşmələrindən  insanın  dili,  heyvanın  dili 

nümunələrində  leksik  vahidi  həqiqi  mənada,  alovun  dili,  çəkmənin  dili  nümunələrində 

isə məcazi mənada işlənib. 

Çoxmənalı  sözlər  bu  və  ya  digər  cəhətdən  bir-birinə  oxşar  əşyaları,  yaxud  oxşar 

ə

lamət  və  hərəkəti  bildirir.  Məs.:  kağız  sözü  bir  neçə  mənada  işlənir.  Kağız-üzərində 



yazı  yazılan,  yazı  çap  edilən  xüsusi  materialdır.  Kağız-hər  cür  rəsmi  sənəddir  (yaş 

kağızı, icazə kağızı və s.). Bu mənaların ikisində də bir-birinə yaxınlıq var. 

  Bütün sözlər çoxmənalı ola bilməz. 



  Çoxmənalı sözlər, əsasən,bədii üslubda işlədilir. 



Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. 

Bunların  

içərisində isimlər, fellər və sifətlər daha çoxdur 

Sual 11 – CAVAB  

Omonim, sinonim  və antonimlər  barədə yazın. 

Çoxmənalı  sözlərdə  mənalardan  biri  əsas,  digərləri  isə  ondan  törəmə  olur.  Yəni 

çoxmənalılıq  sözün  əsas  mənasımn  məcazlaşması  yolu  ilə  yaranır.  Məs.:  ət  maşını, 

minik maşım, təbliğat maşını və s. 

Ə

gər  sözün  mənaları  arasmda  heç  bir  bağlılıq  yoxdursa,  deməli,  bunlar  ayrı-ayrı 



leksik vahidlərdir, yəni omonimlərdir. Məs.: ləpə-su dalğası, ləpə-qoz 

ləpəsi.Deyilişi  və  yazılışı  eyni  olan,  lakin  leksik  mənalarına  görə  tamamilə 



fərqlənən sözlərə omonimlər deyilir. 

•  Lüğətlərdə  omonimlər  ayrı-ayrı  sözlər  kimi  verilir  və  onların  üzərində 

sıra nömrəsi qoyulur: 

Divan

1

 - oturmaq üçün vasitə Divan

2

 - şeirlər 

külliyyatı 

Çoxmənalı 

sözlərdən 

fərqli 

olaraq, 


omonimlər  ayrı-ayrı  mənaları  bildirir.  "Balıq 

tutmaq"  sözü  ilə  kiminsə  "fikrini  tutmaq" 

birləşmələrindəki  "tut"  sözləri  çoxmənalıdır, 

amma  "tut  yemək"  birləşməsi  ilə  "topu  tut" 

ifadələrindəki "tut" sözləri omonimdir. 

  Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur. 



  Çoxmənalı  sözlərdən  fərqli  olaraq,  omonimlər  həm  eyni,  həm  də  ayrı-ayrı  nitq 

hissələrinə aid olur. Məs.: "adamın üzü", "kitabın üzü" ifadələrindəki "üz" sözləri 

çoxmənalı  sözlərdir  və  isimlərdir,  "kitabın  üzü"  ifadəsi  ilə  "dənizdə  üz" 

ifadəsindəki "üz"lərdən birincisi isim, ikincisi isə feldir. 

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə 

sinonimlər deyilir. 

Sinonimlər  eyni  mənanı  bildirsə  də,  onların  nitqdə  işlənməsində  incə  fərqlər  var. 

Məs.:  qaçmaq  -  yüyürmək  sinonimlərindən  ikincisində  hərəkət  daha  güclüdür.  Yaxud 

böyük,  iri,  yekə  sinonimləri  eyni  əlaməti  bildirsə  də,  bunlardan  iirincisini  hadisə 

sözünə,üçünçüsünü  isə kompyuter sözünə aid etmək mümkün deyil. 



  Sinonimləri  təşkil  edən  sözlər  eyni  bir  nitq  hissəsinə  aid  olur.  "Kal"  və 



"yetişməmiş", "şəkər" və "şirin" tipli sözlər sinonim hesab edilmir. Çünki kal 

sifət, yetişməmiş feli sifətdir, şəkəisim, şirin sifətdir. 

  Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri 



yersiz təkrar etməyin qarşısını alır. 

  Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir. 



Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. 

Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız 

Mənaca  bir-birinin  əksi  olan  sözlərə  antonimlər  deyilir;  Məs.:  alçaq-hündür,  sülh-

müharibə, oyanır-yatır, çalışqan-tənbəl, müxtəsər-geniş, nağd-nisyə. 

  Kökü eyni olan sözlər antonim sayılmır: dadlı-dadsız 



  nkarda olan fellər antonim deyil: getmək-getməmək 

  Antonimlərdən, əsasən bədii üslubda istifadə olunur. 



  Antonimlər həmişə eyni nitq hissəsinə aid olur. 

 

Sual  12- CAVAB  

Ə

sl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlə



hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat verin 

Ə

sl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər aşağdakilardır:  



1.

  Vurğusunun son hecaya düşməsi; yazıçı', ata' (ba'yaq, dü'nən, sa'nki, ya'lnız və s. 

sözlər istisnadır). 

2.

  Ahəng qanununa tabe olması: ana, nənə, oğul, qarın  (işıq, ilğım, elat, islanmaq, 



quşüzümü və s. sözlər istisnadır). 

3.

  Sözün  əvvəlində  iki  samitin  yanaşı  işlənməməsi:  plan,  şkaf.  Bu  sözlər  Avropa 



mənşəlidir. 

4.

  Sözdə iki saitin yanaşı işlənməməsi: ailə, saat, səadət, camaat, təbii. 



5.

  Sözün r, z, f hərfı ilə başlanmaması: razı, rəfiqə, rabitə, radio.  stisna: zoğ, zoğal 

6.

  Saitin  uzun  təbffüz  olunmaması:  bəzi,  bəzən,  alim,  arif,  kamil,  nazir,  Sabir. 



stisna: dovğa [do:ğa], qovurma-[qo:urma], ovuşdurmaq- [o:uşdurmax] 

7.

  Fleksiyaya uğramaması. Fleksiyaya uğrayan sözlər ərəb mənşəlidir: şəkil-təşkil- 



mütəşəkkil;  elm-alim-üləma;  nəsr-nasir-mənsur;  nəzm-nizam-Nizami-Nazim-

mənzum,  tərəf-ətraf;  eşq-aşiq-məşuq-məşuqə  və  s.  stisna:  (bunlar  türk 

mənşəlidir) alçaq-alçal, sarı-saral, kiçik-kiçil, uzun-uzat, dağıt-dağıl-dağınıq. 

8.

  Sonu  -at



2

 

(cəm  şəkilçisidir)  şəkilçisi  ilə  bitən  sözlər  alınmadır;  bu  sözlər  ərəb 

mənşəlidir:  məlumat,  həqiqət,  hökumət,  təbliğat,  hesabat.  stisna:  gedişat,  elat 

türk mənşəlidir. 

 

  9.  Ön  şəkilçili  sözlər  alınmadır:  bivəfa,  laməkan,  namünasib,  baməzə,  anormal. 



stisna: nadinc, nakişi, natəmiz milli sözlərdir. 

               10.  Daxilində  təkrar  olunan  qoşasamitli  sözlərin  bəzisi  alınmadır:  mədəniyyət, 

ə

vvəl, molla, qüvvə, təəccüb, professor, rejissor və s.  stisna: əlli, yeddi (bu cür bütün 



saylar) 

         11.  Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sırr, hədd, hiss, 

tibb və s. 

           12.  Tərkibində    j  səsi  olan  sözlər  alınmadır:  janr,  jurnal,  jalə,  müjdə,  bioloji  və  s. 



Qeyd:  Azərbaycan  dilində  söz  əvvəlində  ı  saiti  işlənmir.  Vaxtilə  işıq,  ilıq,  ildırım 

sözləri  yı    ilə  başlamışdır.  Sonralar  ı  səsi  i-yə  keçdiyi  üçün  bu  cür  ana  dili 

sözlərimizdə  ahəng  qanunu  pozulmuşdur.  Bugünkü  ildırım,  ilan  sözləri  əvvəl 

yıldırım, yılan kimi işlənmişdir. 

13  Azərbaycan dilində söz sonunda o, ö, e saitləri gəlməz.  

14. Azərbaycan dilində o, ö, e saitləri ilə şəkilçilər işlənməz (-lov, -sov,-ey 

istisnadır). 

15.  mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur. Mömin, 

məşhur, motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s. Azərbaycan dilinə ərəb, 

fars, rus və rus dili vasitəsilə Avropa dillərindən sözlər keçmişdir. 

16.

 Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s. 



17.

 Sözdə "ənc", əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fışəng və s. 

 

Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür: köhnəlmiş sözlər və yeni 



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə