AZƏRBAYCAN DİLİ: II sinif ksq-1
Şagirdin soyadı və adı:____________________________ Tarix: ___________
1.Hansı sözdə hecalardan biri yalnız bir səsdən ibarətdir?
A) xoşbəxt B) işarə C) mehriban
2.Hansı cərgədə yalnız saitlər verilib?
A) a,i,ı,g,d,m B) ü,i,ə,e,u,ı C) n,t,m,i,k,b
3.Hansı fikir doğrudur?
A) Mən eşitdiyim hərfləri bir-bir təkrar etdim.
B) Danışıq səsləri 2 cür olur: saitlər və samitlər
C) Mən lövhədə yazılmış səsləri pis görürdüm.
4.Azərbaycanın şəhər adlarını əlifba sırası ilə düz:
Ağdam, Sumqayıt, Masallı, Qusar,Yevlax
_________________________________________________________________
5. Nöqtələrin yerinə uyğun gələn sözü yaz: ilxı, karvan, sürü
Qoyun............ at.............. dəvə..................
6. Hansı atalar sözündə müəllimə hörmətdən bəhs olunur.
A) Bir əldə iki qarpız tutmaq olmaz.
B) Ağıl yaşda deyil başdadır.
C) Ustadına kəc baxanın gözlərinə qan damar.
7.Nöqtələrin yerinə hərflər əlavə edib söz yaradın.
Ağ......c, m......əllim, dəf.....ər, cana.....ar, d.....və, mək......əb, pen.....ək
8. Hecalardan mümkün qədər çox söz düzəldin:
mud, dəf, də, tab, so, to, lə, və, ki, ar, tər, yuq
________________________________________________________________
9. ”Çahargah əfsanəsi” nin birinci hissəsinə hansı başlığı verə bilərik?
A) Ecazkar musiqi B) Padşahın təklifi C)Yolu azmış karvan
10.Əlifbada “q” hərfindən sonra gələn 5 hərfin ardıcıllığını tap.
A) x, h, p, ö, ş B) l, m, n, o, ö C) l, o, v, s, t
Dostları ilə paylaş: |