DÜZGÜN CAVAB_______SƏHV CAVAB________BAL_________QİYMƏT_______
Bir qaz öz-özünə deyirdi:- Mən çox qəribə quşam. Suda üzürəm, yerdə gəzirəm, havada uçuram. Mənim kimi dünyada quş yoxdur. Bu sözləri eşidən durna dedi:-Balıq kimi üzməyi, ceyran kimi qaçmağı , qartal kimi uçmağı bacarırsanmı? Çox peşəni pis bilməkdənsə, bir peşəni yaxşı bilmək faydalıdır. 1.Mətnin janrını seç.
A) nağıl B) şeir C)təmsil 2. Mətndəki məlumata görə ...
A)Qaz çox bacarıqlı quşdur. B) Qazın bacarıqları mükəmməl deyil. C)Qaz lovğa quşdur. 3. Qaz nə edirdi?
A)özünü tərifləyirdi B) durna ilə danışırdı C) öz-özünə deyinirdi 4. Bu mətndə nə haqda məlumat yoxdur?
A)Qazın neçə bacarığı var?
B)Durnanın hansı bacarığı var?
C)Ən yaxşı uçan canlı hansıdır? 5. Bu mətnin əsas ideyası nədir?