AZƏrbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası



Yüklə 0.85 Mb.
səhifə1/11
tarix22.07.2017
ölçüsü0.85 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

kafedrası

MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Muhazirə 1

Mövzu:

DAVAMLI İNKİŞAF ANLAYIŞI,

ONUN YARANMASININ TARİXİ ŞƏRTLƏRİ

Mühazirənin planı :

  1. DAVAMLI İNKİŞAF ANLAYIŞI.

  2. DAVAMLI İNKİŞAF ANLAYIŞININ YARANMASININ TARİXİ ŞƏRTLƏRİ, ONUN İSTIQAMƏTLƏRİ

ƏDƏBİYYAT SİYAHISI

  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

  2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017


  1. DAVAMLI İNKİŞAF ANLAYIŞI

XX əsrin sonu XXI–ci əsrin əvvəllərində cəmiyyətin artan tələbləri ilə biosferanın nisbətən məhdud imkanları arasındakı ziddiyyətin insanın sonrakı varlığnı təhlükə altına alması daha aydın duyulmağa başlamışdır. Odur ki, bəşəriyyətin ekoloji cəhətdən təhlükəli inkişafı məsələsi elmi axtarışların və ümumilikdə ictimai şüurun ön planına keçmişdir. Davamlı insan inkişafının yaranmasını şərtləndirən amillər şəkil 1.1-də əks edilmişdir.





Şəkil 1.1. Davamlı insan inkişafının yaranmasını şərtləndirən amillər.
Məhz BMT-nın ətraf mühit və inkişaf üzrə 1992-ci ildə Rio de-Janeyroda keçirilən konfransı bu problematikanın dərk olunma səviyyəsinin vacib göstəricisinə çevirildi. Bu konfransda müasir cəmiyyətin davamlı inkişafa keçmə strategiyası (konsepsiyası) qəbul edildi. “Davamlı inkişaf” termini ingiliscə “sustainable development” terminin tərcüməsi kimi qəbul edilmişdir. Əslində “sustainble” sözü digər mənalar: “dəstəklənən”, “öz özünə dəstəkləyən”, davamlı”, “fasiləsiz”, “möhkəmlənən”, “qorunan” (sustain – möhkəmlətmək, dəstəkləmək; to be able – qabil olmaq) da daşıyır.

Burada söhbət, müasir cəmiyyətin dəyərlərinin və məqsədlərinin, insan fəaliyyətinin müxtəlif sferalarının istiqamət və məzmunun köklü şəkildə dəyişdirilməsi əsasında bəşər inkişafının yeni çağa (epoxaya) keçməsindən gedir. Çiçəklənmə, ədalət və sağlam çevrə (ətraf mühit) insanın daha yaxşı gələcək barədə arzularını ifadə edir. Davamlı inkişaf, düzgün seçim və düzgün siyasət vasitəsi ilə bu arzunun həyata keçirilməsini mümkün edir.

Davamlı inkişaf” termininin ilk və daha çox istinad olunan məzmunu ətraf mühit və inkişaf üzrə Ümumdünya komissiyası (Brundtland Q.X. komissiyası) tərəfindən təklif olunmuşdur. Komissiya “davamlı cəmiyyət” olaraq, “bu günki nəslin ehtiyaclarını təmin etməklə gələcək nəsli öz ehtiyaclarını təmin etməkdən məhrum etməyən” cəmiyyəti adlandırır. 1990-cı ildə təsis edilmiş Beynalxalq davamlı inkişaf institutu (İİSD, Vinnipeq, Kanada, prezident Artur Xanson) davamlı inkişafa aşağıdakı tərifi vermişdir: “Davamlı inkişaf vahid ətraf mühit, iqtisadi səmərəlilik və xalqların rifahının birliyini ifadə edir”.

Daha geniş mənada davamlı inkişaf anlayışını aşağıdakı kimi ifadə etmək olar:



Davamlı inkişaf dəyişikliklər prosesi olub, burada təbii ehtiyatların istismarı, investisiya (sərmayə) qoyuluşlarının istiqaməti elmi-texniki tərəqqinin səmti, şəxsiyyətin inkişafı və quruluş dəyişiklikləri bir-biri ilə uzlaşmış halda insan tələbat və istəklərinin təmini üçün bu günkü və gələcək potensialı möhkəmlədir.

Rio-de-Janeyroda çağırılmış BMT konfransından dərhal sonra onun qərarlarını yerinə yetirmək üçün yaradılmış Yer Şurası (San Xose, Kosta Rika. Yer Şurasının sədri Rio de-Janeyro konfransının baş katibi Moris Stronq seçilmişdir) hesab edir ki, “davamlı inkişaf” sadə konsepsiya olub, bizim ekoloji imkanlarımız çərçivəsində ədalətlə yaşamaqdan ibarətdir. Terminin məzmununda iki imperativ diqqəti cəlb edir: ekoloji davamlılıq imperativi və sosial-iqtisadi davamlılıq imperativi (şəkil 1.2). Ekoloji davamlılıq imperativi – bizim ekoloji imkanlar çərçivəsində yaşamaqdır. Nə qədər ki, bəşəriyyətin təbiətə tələbatı onun imkanlarından çoxdur, bəşəriyyət gərək öz istehlakını və tullantılarını azaltamaqla təbii ehtiyatlarından istifadəsini azaltsın. Sosial-iqtisadi davamlılıq imperativi - ədalətlə yaşamaq, yəni böyük miqyasda sosial və iqtisadi bərabərsizliyin yaratdığı nəsillərdaxili və nəsillərarası dağıdıcı münaqişələri zəiflətmək, iqtisadi vəsaitlərlə yaşamağı qəsd edir.





Şəkil 1.2. Yer şurasının davamlı inkişafın mahiyyəti barədə fikri.
Rus akademiki V.A. Kaptyuqa görə davamlı insan konsepsiyası, bəşəriyyətin idraklı şəkildə balanslaşdırılmış sosial-iqtisadi inkişafına və ətraf mühitin qorunmasına nail olmaq, həmçinin həm texnoloji proses və həm də istehlakın səmərəlişdirilməsi yolu ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi dispariteti kəskin şəkildə azaltmaqdan ibarətdir.

Akademik N.N. Moiseyev hesab edir ki, davamlı inkişafı biosfera və cəmiyyətin tarazlıq vəziyyətinə keçmə imkanını təmin edən fəaliyyəti qəsd edən cəmiyyət strategiyasının işlənməsi və həyata keçirilməsi kimi başa düşmək lazımdır. Bəşəriyyətin gələcəyi (stabil bioloji dövriyyə-tsikllər) şəraitində qarantiya(zəmanət) altına alına bilər. Məhz dövretmələrin stabilliyi biosferanın tarazlıq vəziyyəti deməkdir.Akademik A.D.Ursul’a görə davamlı inkişaf, ətraf mühiti dağıtmadan, fasiləsiz ictimai tərəqqini təmin edən, idarə olunan, dəstəklənən və nizamlanan inkişaf strategiyasıdır.

Beləliklə davamlı inkişaf strategiyasının mənası bəşəriyyətin qeyri müəyyən uzun müddət var olması şərtlərini müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün insanların tələbatının elə şəkildə təmin olunması nəzərdə tutulur ki, bu biosferanın deqradasiyasına, gələcək nəsillərin maraqlarının sıxışdırılmasına gətirib çıxarmasın. Şəkil 1.3 və 1.4-də davamlı insan inkişafı ideyasının yaranma xronologiyası və qiymətləndirilməsi verilmişdir.




Şəkil 1.3. Davamlı insan inkişafı ideyasının yaranma xronologiyası.



1.4. Davamlı insan inkişafı ideyasının qiymətləndirilməsi.


2.Davamlı inkişaf anlayışının yaranmasının tarixi şərtləri, onun istiqamətləri
XX əsrin ortalarına kimi bəşəriyyətin inkişafına, tarixi olaraq bir nəslin digəri ilə əvəz olunmasına açıq təhlükə yox idi. Davamlı insan inkişafının əsaslandırılmasının vacibliyini şərtləndirən əsas faktor kimi qeydə alınmış bəzi qlobal xarakterli dəyişikliklər vardır. Buraya planetdəki demoqrafik partlayışı, asan əldə edilən ənənəvi yanacaq və mineral ehtiyatlarının tükənməsini, biomüxtəlifliyin azalmasını, həmçinin bu dəyişikliklərin yaratdığı təsirləri: atmosferin ozon qatının zəiflənməsi, kosmos şualarının canlı orqanizmlərə təsirinin artması, yer kürəsi səthinin temperaturunun artma ehtimalını və s. aid etmək olar (Şəkil 2.1).


Şəkil 2.1. Təbiətdə baş verən dəyişiklər.
Bütün bunlar insan həyatına onun sağlamlığına mənfi təsir göstərməklə yanaşı bir sıra sosial, iqtisadi və digər problemlərin yaranmasına səbəb olmuşdur. Bəşəriyyət təbiətdən istifadədə bir tərəfli praqmatik (quru hadisələrə əsaslanan) məqsəd daşıyaraq sürətlə qlobal ekoloji böhrana yaxınlaşmışdır.

İnsanın təbiyətə təsiri hələ qədim dövrlərdən başlamışdır. Hətta təbiətdən istifadə mənimsəmə (ovçuluq) xarakterli olduğu dövrlərdə belə təbii sistemlərdə lokal dəyişikliklər baş verirdi. Təbiətin öz-özünə tənzimləmə prosesi hesabına təbiət bu antropogen təsirlərin öhdəsindən gələ bilirdi.

Ancaq neolit çağından (dövründən, epoxasından) başlayaraq cəmiyyətin biosferaya təsirləri regional miqyaslara çatmışdır. Bu, demək olar ki, maldarlıq və əkinçiliyin inkişafının təsiri ilə, planetin yaşıl örtüyünün azalması ilə əlaqədar olmuşdur. Arxeoloji qazıntılar göstərir ki, keçmiş quldarlıq mədəniyyəti zonalarında biogeosenozlar nəinki aqrosenozlara çevrilmiş, hətta bir çox hallarda onlar əsaslı şəkildə dağılmışdır (Şəkil 2.2.). Qobi, Qaraqum, Qızılqum, Böyük Səhra kimi səhralarda vaxtı ilə digər mədəniyyətlər çiçəklənmişdir.

Şəkil 2.2. Biogeosenozların çevrilmələri və dağılmaları.
Tarixdə sosial ziddiyyətlər bəzən birmənalı olaraq təbii proses və faktorlarla korrelyasiyada (qarşılıqlı asılılıq) olmuşlar. Misal üçün quldarlıq dövrünün sonunda xalqların geniş miqyasda yer dəyişməsi, orta əsrlərdə sosial-iqtisadi strukdurdakı sürüşmələr bir növ biosfera hadisələri cəminə cavab idi.

Sənayeləşmənin miqyası və tempinin artması ilə təbii mühitin kimyavi və fiziki tərkibində qlobal dəyişikliklərin baş verməsi müşahidə olunmuşdur. XX əsrin ikinci yarsındakı texniki tərəqqi nəticəsində bu dəyişikliklər öz kulminasiya nöqtəsinə çatmışdır.

Son 25-30 ildə istifadə olunan xammal miqdarı, bəşəriyyətin bütün qabaqki tarixi boyu istifadə etdiyi xammal miqdarına bərabərdir. Hər il planetin təkindən 100 millyardan artıq müxtəlif mineral ehtiyatları çıxarılır ki, bunun da 96-98%-i tullantıya qedir. Hesab olunur ki, XXI-ci əsrin başlanğıcında 300 milyard ton xammal istifadə edən insan ətrafa 290-297 milyard ton tullantı dağıdacaqdır.

Bizim planetin səthinin temperaturunun sonrakı artımı, biosferanın radiasiya fonunun artımı, həmçinin uzun müddətli təkamülün qedişi nəticəsində insanın mövcudluğunun bioloji və digər fiziki-kimyavi parametrlərinin pozulması fəlakət doğura bilər (Şəkil 2.3, 2.4 və 2.5).





Şəkil 2.3. Dünyanın vəziyyəti.



Şəkil 2.4.Həyatın maddi səviyyəsi.


2.5. Elektrik enerjisindən istifadəyə imkanı olmayan əhalinin sayının (mln. adam) proqnozu.
Ehtiyatların azalması, ətraf mühitin çirklənməsi cəmiyyətin təbiətə yadlaşmasına aparır. Bu mənfi hallar, umumilikdə texnoloji inkişafdan imtina ilə deyil, təbiətdən optimal şəkildə istifadə ilə aradan götürülməlidir. Bəşəriyyət müasir istehsal texnologiyasının struktur və keyfiyyətini, iqtisadi prioritetləri, həmçinin təbii dəyərlərə öz münasibətini kökündən dəyişmişdir.

Nəzərə almaq lazımdır ki, davamlı inkişaf cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyi deyil, həmçinin siyasi, sosial inkişafda stabillikdir.

Beləliklə demək olar ki, hazırda bəşəriyyət təbiətlə qarşılıqlı əlaqənin elə səviyəsinə çatmışdır ki, hələ regional və qlobal səviyədə ekoloji dəyişiklikləri saxlamaq mümkündür. Bunun üçün müxtəlif ölkələrin qüvvəsinin birləşdirilməsi, yaranmış vəziyyətin hərtərəfli tədqiqi, davamlı inkişaf strategiyası əsasında vacib olan təcrübi tədbirlərin həyata keçirilməsi lazımdır. .

Davamlı inkişafın istiqamətləri şəkil 2.6 və 2002-ci il BMT sammitinin (İoannesburq) inkişaf konsepsiyaları şəkil 2.7. -də verilmişdir.





Şəkil 2.6. Davamlı inkişafın istiqamətləri.



Şəkil 2.7. BMT tərəfindən qəbul edilmiş inkişagf konsepsiyaları.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ

kafedrası

MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Muhazirə 2

MÖVZU: DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-EKOLOJİ TƏRKİB.

TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏ İDEYASININ YARANMASI

Mühazirənin planı :

1. TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏ İDEYASININ YARANMASI

2. TƏBİƏTƏ MÜNASİBƏTİN DƏYİŞMƏSİ


ƏDƏBİYYAT SİYAHISI

  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

  2. Əsgərov Ə.A., Hüseynov E.M., Müasir ekologiya.-Gəncə,2004.-316s.

  3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017
1.Təbiətdən səmərəli istifadə ideyasının yaranması

Ətraf mühitin (şəkil 1.1) mühafizəsi problemi bəşəriyyət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırki vaxtda atmosfer və okeanlara külli miqdarda ziyanlı maddələr atılır, meşələr məhv edilir. Bütün bunlar güclü surətdə dünyanın özü özünü məhvinə aparır. Ozon dəlikləri, iqlimin istiləşməsi, bir çox heyvan növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdüyümüz mühitin son həddə qədər tükəndiyini göstərir (şəkil1.2). Odur ki, planetin və onun sakinlərinin həyatı insanların bundan sonraki aktivliyindən asılı olacaqdır.

Hazırda bu ekoloji problemlə bütün dünya ölkələri qarşı qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mühitin çirklənməsi probleminə daha çox Amerika və Avropanın sənayələşmiş ölkələri məruz qalmışlar. Ancaq o qədər də çox vaxt keçmədən bu problem bütün inkişaf etməkdə olan ölkələri öz ağuşuna alacaqdır. Odur ki, artıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi ortaya çıxmışdır. Məlumdur ki, hər hansı xoşa gəlməz hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan onun nəticələrini aradan qaldırmalı olasan.

Ətraf mühitin mühafizəsi problemi bu şəkildə yaranmış və bu bütün iqtisadi, hüquqi, sosial-siyasi və təşkilati-təssərrüfatçılıq mexanizmlərini əhatə edir ki, məhz bunlar ətraf mühiti “möhkəmlik hüduduna” gətirib çıxarırlar. Odur ki, ətraf mühitin çirklənməsinin ən son yüksək səviyyəyə çatmasını gözləmək olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən qarşısı alınmalı, dünyanın məhv olma təhlükəsi aradan götürüməlidir.










Şəkil1.1.Ətraf mühitimizi əks etdirən təbiət fraqmentləri.



Şəkil 1.2. Ətraf mühitin çirklənmə amilləri və çirklənmədə ayrıayrı sahələrin payı.
İnsan təbiət münasibətləriniun optimallaşdırılmasında təbiətdən səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Təbiətdən səmərəli istifadə insan- təbiət münasibətlərində ekoloji və hüquqi-mənəvi amillərin vəhdəti ilə şərtlənir.

Elmi ədəbiyyatın təhlili əsasında təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

Təbii ehtiyatlardan istifadə həmin ehtiyatların bərpa olunması ilə müşayiət olunmalıdır;

Təbii eytiyyatlardan kompleks istifadə;

Təbii eytiyyatların təkrar istifadəsi;

Təbiəti mühafizə tədbirlərinin həyata kecirilməsi;

Təbii eytiyyatlardan istifadə prosesində yeni texnologiyaların tətbiq edilməsi.

Təbii eytiyyatlardan istifadənin birinci istiqaməti təbiətdə ekoloji tarazlığın saxlanılmasıdır. Respublikamızın ekoloji qanunvericiliyində heyvanat və bitki aləminin qorunub saxlanılması üçün xüsusi mühafizə olunan ərazilər nəzərdə tutulmuşdur ki, burada qoruqlar, yasaqlıqlar, milli və təbii parklar, təbiət abidələri daxildir. Qanunda göstərildiyinə görə qoruqlarda nəinki hər hansı bir təsərrüfat fəaliyyətinə icazə verilmir, eyni zamanda müvafiq icazəsi olmayan kənar şəxslərin qoruq ərazisində gəzməsi qadağan edilir.

Təbii eytiyyatlardan səmərəli istifadənin digər (ikinci) istiqaməti-təbiətdən kompleks istifadədir. Təbii eytiyyatlardan istifadənin hüquqi – mənəvi və ekoloji tərəfləri kompleks tələb edir. Təbii eytiyyatlardan səmərəli istifadənin bu istiqaməti faydalı qazıntıların hasilatı zamanı həyata keçirilməlidir. Daha dəqiq desək, bu istiqamət faydalı qazıntı yataqlarının kompleks işləməsini nəzərdə tutur. Qeyd edək ki, bütün faydalı filiz yataqları kompleks xarakter daşıyır, yəni praktiki olaraq hamısı bir çox müxtəlif mineralları və kimyəvi elementləri əhatə edir, Məsələn mis filizindən həmçinin sink, kükürd, dəmirŞ molibden, qızıl və gümüş almaq olar, Dəmir filizindən isə vanadium almaq olar.Yaxud neft emalı zamanı əldə edilən və məşəldə yandırılan səmt qazından bir çox qiymətli birləşmələr almaq üçün istifadə etmək olar, Burada iki tendensiyanı – təbii ehtiyatlardan eyni müxtəlif təsərrüfat sahələrində istifadə edilməsi və təbii eytiyatların istismara daha çox cəlb edilməsini nəzərə almaq lazımdır.. Bütün b unlar təbiətdən istifadənin mənəvi–ekoloji tərəflərini əhatə edir. Məsələn, neft emalı sənayesinin tullantılarından şlaklar əmələ gəlir və şlaklardan asfalt tökül-məsində ucuz və keyfiyyətli material kimi istifadə etmək olar. Belə ki, mütəxəssislərin fikrincə, yolların bitum-şlakla örtülməsi asfalt-beton örtüklərindən 2-5 dəfə ucuz başa gəlir. Yaxud, bəzi sənaye istehsalı tullantılarından kənd təsərrüfatında şoran torpaqların əhəng ilə gübrələnməsində istifadə etmək olar. Bu faktlar onu göstərir ki, təbii ehtiyyatlardan kompleks istifadə, həm də müxtəlif tullantılardan səmərəli istifadəni nəzərdə tutur.

Təbii eytiyyatlardan səmərəli istifadənin 3-cü istiqaməti təbii sərvətlərin təkrar istifadəsidir. Praktiki olaraq istehsal olunan bütün material növlərinin–metal, kağız, parca, plastmas və s. Təkrar emalı mümkündür, Sənaye tullan-tıların təkrar emalının əhəmiyyəti az enerji sərf edilməsi, bərk tullantıların təbiətdə kəmiyyətcə azalmasından ibarətdir. Lakin, qeyd etmək lazımdır ki, respublikamızda təkrar emal məsələsi inkişaf etmiş ölkələrdən geri qalır ki, bu da təkrar emal texnologiyasının mürəkkəb və baha başa qəlməsi ilə əlaqədardır.

Təbii eytiyyatlardan istifadənin 4-cü istiqaməti mühafizə tədbirlərinin həyata kecirilməsidir. Təbii ehtiyyatlardan istifadə prosesində təbiəti mühafizə tədbirlə-rinin həyata keçirilməsini əsasən sənaye müəssisələri yerinə yetirməlidirlər. Ətraf mühitin mühafizəsinə cavabdeh olan dövlət orqanları isə sənaye müəssisələri tərəfindən təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə nəzərət etməlidirlər. Ekoloji normativlərə görə hər hansı bir sənaye müəssisəsi aşağıdakı təbiəti mühafizə tədbirlərini həyata keçirməlidir:


  • Müəssisələrin təmizləyici qurğularla təchiz olunmasını təmin etməli;

  • Aztullantıllı texnologiyaların tətbiqi üzrə tədbirlər görməli;

  • Müəssisələrin ətrafında sanitar-mühafizə zonalarının yaradılmasını təmin etməli və s.

Ümumiyətlə, dövlət ekoloji nəzarət orqanları ekoloji qanunvericilikdə nəzərdə tütülan normativ-hüquqi aktların yerinə yetirilməsinə nəzarət etməlidir.

Təbiyyətdən istifadənin hüquqi-mənəvi aspektlərinə əməl edilməsi şərtlərindən biri insan həyatının və bütün canlı aləmin mövcudluğunu təşkil edən su ehtiyyatlarından səmərəli istifadədir. Planetin üst qatının ümumi sahəsinin 70,8% - ni su təşkil edir. Yerin bütün su ehtiyatının 97%-i dünya okeanlarının payına düşür. İçməli suyun əsas hissəsi (70%) qar örtükləri və buzluqlarda toplanır. İçməli su ehtiyatının 23%-i yeraltı suların payına düşür ki, bunlarında ancaq 7%-ni istifadə ücün əldə etmək mümkün olur, Su ehtiyatlarından istifadə prosesində əsas problemlərdən biri içməli suyun müxtəlif polyutantlarla (çirkləndiricilərlə) çirklənməsidir. Bu çirkləndiricilərə - zəhərli maddələr, pestisidlər, neft və neft məhsulları, səthi-aktiv maddələr və s. aiddir. Su hövzələrinin müxtəlif polyutantlarla çirkləndirilməsi bütün ölkələrdə insan-təbiət münasibətlərinə mənfi təsir edən problemlərdən biridir. Təəssüf ki, suyun çirklənməsi onsuz da su qıtlığı olan respublikamızda da ciddi problemə çevrilmişdir.

Bu baxımdan suyun çirklənməsinin qarşısını almaq üçün əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək və sudan istifadənin hüquqi-ekoloji məsələlərini həll etmək istiqamətində son illər müəyyən tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri su hövzələrinin mühafizəsi ilə bağlı yeni hüquqi-normativ aktların qəbul edilməsidir.

2. Təbiətə mühasibətin dəyişməsi
İnsanla təbiət arasındakı münasibətlərin tarixini nəzərdən keçirək. Sənayələşmədən qabaqki cəmiyyət (XVIII əsrin sonu XIX əsrin əvvəlləri – texniki inqlaba qədərki dövür) əgər ətraf mühitlə tam ahəngdarlıqda olması ilə xarakterizə olunmurdusa da, heç olmasa bu dövürdə insanın ekosistemə təsiri minimal olmuşdur. Bu dövürə qədər təbiət öz özünü tənzimləmişdir – istiləşməni buzlaşma dövrü əvəz etmiş, daim təbiətin öz özündən yenilişməsi baş vermişdir.

XIX əsrin əvvələrində istiləşmənin başlanqıcı qeydə alınmış və bu XIX əsrin birinci yarısına qədər davam etmişdir. İstiləşmənin bu müddəti, sənayeləşmiş cəmiyyətin təbiətin ekoloji tarazlığına təsirinin başlanqıcı kimi qəbul edilmişdir (şəkil 2.1). Sənayeləşmiş cəmiyyətin insanı təbiətdən faydalanmaq istəyir: iqtisadiyyatın sürətlə inkişafı daha çox enerji və xammal tələb edir, eyni zamanda həmən mənbələrin təbiətdən alınması üçün texniki imkanlar da durmadan artır.




Каталог: img -> page -> tmp
tmp -> Nizami Yaqub oğlu Seyidəliyev Aqrar elmləri üzrə elmlər doktoru, professor əvəzi
tmp -> İxtisas: 060701 Torpaqşünaslıq və aqrokimya İxtisaslaşma: Aqrokimya
tmp -> İxtisas: 060701 Torpaqşünaslıq və aqrokimya İxtisaslaşma: Aqrokimya
tmp -> Baytarlıq tə bab ə ti v ə zoomüh
tmp -> Aqrar iqtisadiyyat fakült ə si ə yani t əhsil formasının
tmp -> AZƏrbaycan döVLƏt aqrar universitetiTƏLƏBƏLƏRİNİn təDRİs məŞĞƏLƏLƏRİNİn cəDVƏLİ
tmp -> C Ə d V ə L i Təsdiq edirəm azərbaycan döVLƏt aqrar universiteti TƏLƏBƏLƏRİNİn təDRİs məŞĞƏLƏLƏRİNİN
tmp -> Mühəndislik fakültəsi əyani təhsil formasının dördüncü kurs Bakalavr-tələbələrinin diplom layihələrinin mövzuları və rəhbərləri
tmp -> Cəfərov İbrahim Həsən oğlu
tmp -> Aqronomluq fakült


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə