Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və
İdman Akademiyası
Qrup: 211A9
Kurs:2
Fənn: Bədən tərbiyəsi və tarixi
İxtisas: Məşqçilik
Müəllim: Əkbərov Vüqar
Tələbə:Bəhrəmli Elgün
Sərbəst iş mövzusu: Azərbaycan idmançılarının 29-cu olimpiya oyunlarımda iştırakı (Pekin 2008)
Bakı-2022
Plan:
Azərbaycan Olimpiya Oyunlarında.
Ümumi məlumat..
Azərbaycan — 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında. 8–24 avqust tarixləri arasında Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması, 44 idmançı ilə 10 idman növü üzrə təmsil olundu.
Azərbaycan yığması, XXIX Yay Olimpiya Oyunlarında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc) qazandı. Azərbaycana medalları, cüdo yarışlarında çıxış edən Elnur Məmmədli (qızıl) və Mövlud Mirəliyev (bürünc), yunan-roma güləşçisi Rövşən Bayramov (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (bürünc) və Xetaq Qazyumov (bürünc), habelə boks yarışlarında mübarizə aparan Şahin İmranov (bürünc) qazandırdı.
Yunan-roma güləşçisi Vitali Rəhimov, gümüş medal qazansada, yarış zamanı qadağan olunan turinabol preparatını qəbul etdiyi üçün, 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən gümüş medaldan məhrum edildi.
XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması, 204 dövlət sırasında medalların sayına görə 35-ci yeri, medalların əyarına görə isə 40-cı yeri tutdu. Azərbaycan həmçinin, avropa dövlətləri sırasında 21-ci (sayına görə 19-cu), islam dövlətləri sırasında 2-ci (sayına görə də 2-ci), sabiq Sovet İttifaqı dövlətləri sırasında isə 6-cı (sayına görə də 6-cı) pillələrdə qərarlaşdı.
Azərbaycan Olimpiya Oyunlarında, ən çox idmançı ilə 2004-cü ildə Afinada baş tutan yarışlarda təmsil olundu. Həmin yarışlarda, yığmanın heyətinə 37 idmançı daxil edildi. 2008-ci ildə Pekində baş tutan yarışlarda isə, yığmanın heyətinə 44 idmançı daxil edildi. Həmin 44 idmançıdan, 35-i birinci dəfə Olimpiya Oyunlarına qatılırdı, 19-u isə digər dövlətlərdən milliləşdirilən legionlerlər idi. Azərbaycan, həmdə Olimpiya Oyunları tarixində birinci dəfə atçılıq idman növü üzrə təmsil olundu.
Azərbaycan yığmasının heyətində, ən gənc idmançı üzgüçü Oksana Hətəmxanova (18 yaş 43 gün), ən yaşlı idmançı isə atıcı Zemfira Meftahətdinova (45 yaş 79 gün) idi. 8 avqust tarixində, Pekin Milli Stadionunda baş tutan XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı, Azərbaycanın üçrəngli bayrağını 2004 Afina Olimpiadasının çempionu, yunan-roma güləşçi Fərid Mansurov apardı. Həmin açılış mərasimini həmdə, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva birbaşa stadiondan izlədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyul 2008-ci il tarixli 2955 nömrəli sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 000 Azeri manat symbol.svg (məşqçisinə 200 000 Azeri manat symbol.svg), gümüş medal qazanan idmançıya 200 000 Azeri manat symbol.svg (məşqçisinə 100 000 Azeri manat symbol.svg), bürünc medal qazanan idmançıya 100 000 Azeri manat symbol.svg (məşqçisinə isə 50 000 Azeri manat symbol.svg) məbləği pul verildi.Azərbaycan yığması, XXIX Yay Olimpiya Oyunlarında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc) qazandı. Azərbaycana, yeganə qızıl medalı qazandıran cüdoçu Elnur Məmmədli, bu idman növü üzrə qızıl medal qazanan birinci Azərbaycanlı oldu, (1992 Barselona Olimpiadasının qalibi Nazim Hüseynov, istisna olmağla). Mariya Stadnik isə, güləş idman növü üzrə medal qazanan birinci Azərbaycanlı qadın oldu. Azərbaycana medal qazandıranlardan, 20 yaşlı güləşçi Mariya Stadnik ən gənc, 34 yaşlı cüdoçu Mövlud Mirəliyev isə ən yaşlı idmançı oldu.2008-ci il 30 iyul tarixində A. R. Prezident Sarayında, XXIX Yay Olimpiya Oyunlarına yollanacağ Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi baş tutdu. Mərasimə, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan idman ictimaiyyətinin nümayəndələri qatıldı. Mərasimi, Gənclər və İdman naziri Azad Rəhimov açdı.
XXIX Yay Olimpiya Oyunlarından sonra, 29 avqust tarixində Azərbacan Prezidenti İlham Əliyev, XXIX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında sərəncam imzadı. Sərəncama əsasən idmançılardan, Elnur Məmmədli "Şöhrət" ordeni ilə, Vitali Rəhimov, Rövşən Bayramov, Mövlud Mirəliyev, Mariya Stadnik, Xetaq Qazyumov və Şahin İmranov, habelə məşqçilərdən Elçin Cəfərov, Eldar Əbilov, Hicran Şərifov, Məhəmmədxan Aratsilov, Orest Sqobelsqi, Vaqif Feyzullayev və Yaşar Allahverdiyev "Tərəqqi" medalı ilə təltif edildi. Nəriman Abdullayev, Ağayar Axundzadə, Nazim Əlicanov və Hacıağa Hacıəhmədov isə Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görüldü.
2016-cı ilin 17 noyabr tarixində, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 16 idmançının qanında qadağan olunan preparatlar tapıldığı üçün, həmin idmançıların nəticələrini ləğv etdi. Həmin idmançılardan biri, yunan-roma güləş idman növü üzrə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazana Vitali Rəhimov idi. Vitali Rəhimov, XXIX Yay Olimpiya Oyunları zamanı, qadağan olunan turinabol preparatından istifadə etdiyi üçün, BOK onun, nətcəsini ləğv etdi və onu, gümüş medaldan məhrum etdi. Vitali Rəhimov, Olimpiya medalından məhrum olunan birinci Azərbaycan idmançı kimi tarixə düşdü.
BOK-un açığladığı qərara əsasən, gümüş medala, bürünc medalın sahibi Qazaxıstan idmançısı Nurbaxıt Tenqizbayev layiq görüldü. Nurbaxıt Tenqizbayevin qazandığı bürünc medala isə, onun, üçüncü yer uğrunda görüşdə məğlub etdiyi Çin nümayəndəsi Şenq Jinq layiq görüldü.
2008 Pekin Olimpiadasında ağır atletika idman növü üzrə yarışlar, 9–19 avqust tarixləri arasında Pekin Aviasiya Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 5 ağır atlet təmsil etdi. Onlar, 2002 və 2005-ci illərin Dünya çempionu Nizami Paşayev, habelə Sərdar Həsənov, Əfqan Bayramov, Turan Mirzəyev və İntiqam Zairov idi.2008 Pekin Olimpiadasında atçılıq idman növü üzrə yarışlar, 9–21 avqust tarixləri arasında Honq Konq İdman Universitetində baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 20 yaşlı Camal Rəhimov təmsil etdi O, 1991–1992-ci illərdə Azərbaycanın baş naziri vəzifəsini tutan Həsən Həsənovun nəvəsidir.
Olimpiya Oyunları tarixində Azərbaycanı təmsil edən birinci çapar olan Camal Rəhimovun, 2008 Pekin Olimpiadasından əvvəl atı zədələndi və ona, 2 000 000 avroya "Ionesco De Brecca" ləqəbli yeni at alındı.
Kişilər
Camal Rəhimov, Pekin Olimpiadasında 15 avqust tarixində mübarizəyə qoşuldu. O, təsnifat mərhələsinin 1-ci raundunda, "Ionesco De Brecca" ləqəbli at ilə cəmi, 1 cərimə xalı ilə çıxış etdi və 77 çapar sırasında 14-cü yeri tutdu. 17 avqust tarixində isə, həmin mərhələnin 2-ci raundu baş tutdu.Həmin raundda, Camal Rəhimovun atı büdrədi və nəticədə o, atından düşüb, yarışlardan uzaqlaşdırıldı.
XXIX Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növü üzrə yarışlar, 21–22 avqust tarixləri arasında Pekin Texnologiya Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı, bu idman növü üzrə 8 bədii gimnast təmsil etdi. Fərdi yarışlarda, 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva və 2007-ci il Dünya Çempionatının bürünc medalçısı Dinarə Gimatova, qrup yarışlarda isə, Alina Trepina,Anastasiya Prasolova,Anna Bitiyeva,Diva Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət yığma təmsil etdi. Məşqçilər həmdə, XXIX Yay Olimpiya Oyunlarına Anna Qurbanova, Leyla Şamilova və Zeynəb Cavadlını ehtiyat idmançı qismində apardı.
Qadınlar
Azərbaycan bədii gimnastları, Pekin Olimpiadasında mübarizəyə 21 avqust tarixində qoşuldu. Həmin gün, fərdi və qrup yarışları üzrə təsnifat mərhələsinin birinci günü baş tutdu. İp ilə hərəkətlərdə Aliyə Qarayeva 17.875 xalla 3-cü yeri Dinarə Gimatova isə 16.275 xalla 15-ci yeri tutdu. Halqa ilə hərəkətlərdə isə, Qarayeva 16.850 xalla 9-cu pilləni Gimatova isə 16.775 xalla 12-ci pilləni tutdu. Günün sonunda həmdə, Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması 5 lent ilə hərəkətlərdə 15.575 xal topladı və 8-ci yeri tutdu.
22 avqust tarixində, fərdi və qrup yarışları üzrə təsnifat mərhələsi başa çatdı. 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva, gürz ilə hərəkətlərdə 17.625 xalla 5-ci yeri lent ilə hərəkətlərdə isə 16.850 xalla 7-ci yeri tutdu və dörd hərəkətin cəmində, 69.200 xalla 24 idmançı sırasında 7-ci yeri tutaraq Pekin Olimpiadasının finalına vəsiqə qazandı. Dinarə Gimatova isə, gürz ilə hərəkətlərdə 16.600 xalla 9-cu pilləni lent ilə hərəkətlərdə isə 16.875 xalla 5-ci pilləni tutdu və dörd hərəkətin cəmində, 66.525 xalla 24 idmançı sırasında 11-ci pillədə qərarlaşdı. Qrup yarışlarında isə, Azərbaycan yığması 3 halqa/2 gürz ilə hərəkətlərdə 15.875 xal topladı və 7-ci yeri tutdu. İki hərəkətin cəmində isə, Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması 69.200 xal topladı və 7-ci pilləni tutaraq Pekin Olimpiadasının finalına vəsiqə qazandı.
23 avqust tarixində, fərdi yarışların final mərhələsi baş tutdu. 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva, ip ilə hərəkətlərdə 17.750 xalla 6-cı yeri halqa ilə hərəkətlərdə isə 18.075 xalla 4-cü yeri tutdu]. Gürz ilə hərəkətlərdə 17.225 xalla 6-cı pilləni lent ilə hərəkətlərdə isə 16.625 xalla 8-ci pilləni tutan Aliyə Qarayeva, nəticədə Pekin Olimpiadasını 67.675 xalla 10 bədii gimnast sırasnda 6-cı yeri tutdu. 20 yaşlı Aliyə Qarayeva üçün bu uğurlu nəticə hesab olunurdu.
24 avqust tarixində isə, qrup yarışlarının final mərhələsi baş tutdu. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət Azərbaycan yığması, 5 lent ilə hərəkətlərdə 16.075 xal, 3 halqa/2 gürz ilə hərəkətlərdə isə 15.500 xal topladı və nəticədə, Pekin Olimpiadasını 8 yığma sırasında 7-ci pillədə başa vurdu. Azərbaycan yığması, yalnızca Ukrayna yığmasını arxada qoymağı bacardı.
Dostları ilə paylaş: |