24
tərəf isə qarşı tərəfin ziyanı hesabına öz mənfəətini təmin edir.
Bu əməliyyatda əsasən kontraktın baza aktivi kimi ABŞ dolları
çıxış edir.
Svop müəyyən müddətdən sonra yenidən əksinə müba-
dilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə
edilməsidir. Bu əməliyyat daha çox Mərkəzi Bank tərəfindən
həyata keçirilir. Mərkəzi Bank tərəfindən svop əməliyyatları
beynəlxalq səviyyədə likvidlik böhranlarını aradan qaldırmaq
məqsədilə çox zaman beynəlxalq maliyyə kredit institutları ilə
ə
laqəli surətdə aparılır. Bura aşağıdakı əməliyyatlar daxildir:
I.
Aktivlərin sonradan satılması şərtilə alınması;
II.
Qarışılıqlı şəkildə mənfəət əldə edilməsi məqsədilə
aktivlərin, qiymətli kağızların, eləcə də maliyyə öhdəliklərinin
mübadilə edilməsi;
III.
Öhdəlik yükünün qismən yüngülləşdirilməsi məqsədi
ilə borc öhdəlikli qiymətli kağızların emitent tərəfindən başqa-
ları ilə əvəz olunması və s.
IV.
Azərbaycanın beynəlxalq maliyyə əlaqələri və gələ-
cək inkişaf strategiyası.
Azərbaycanın konkret aşağıdakı beynəlxalq maliyyə təş-
kilatları ilə əməkdaşlığı haqqında danışaq:
Dostları ilə paylaş: