29
yon ABŞ dollarına bərabər olmuşdur (texniki yardımlar istisna
olmaqla). İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumat-
larına əsasən Yaponiya 2000- 2001-ci
ildə ən iri ikitərəfli do-
nor, 1997-ci və 1998/99-cu illərdə isə müvafiq olara ikinci və
üçüncü ən iri donor olmuşdur.
Yaponiyanın ən iri layihəsi Severnaya Qarışıq Qaz Enerji
Stansiyası layihəsidir. 1998-ci və 1999-cu illərdə müvafiq ola-
raq 193 milyon və 153 milyon ABŞ dollarına bərabər məbləğ-
də (yenlə) kreditlər ayrılmışdır. Eyni zamanda müxtəlif məq-
sədlər üçün, o cümlədən torpaq və irriqasiyanın inkişaf etdiril-
məsi, tibbi ocaqlar, qida istehsalı, iqtisadi struktur dəyişiklikləri
və mədəni məqsədlər üçün də qrant şəklində vəsaitlər ayrılmış-
dır. Yerlərdə İnsan Təhlükəsizliyi
qrant mexanizmi vasitəsilə
66 layihə üçün cəmi 3,9 milyon ABŞ dolları məbləğində vəsaitlər
ayrılmışdır. Eyni zamanda ICRC və UNCHR vasitəsilə də hu-
manitar yardımlar, Dünya Qida Proqramı vasitəsilə isə qida
təmin edilmişdir.
Texniki yardımlara isə 1993-2004-cü illərdə Yaponiyada
164 nəfərin təlim keçməsi və beş
mütəxəssisin Azərbaycana
göndərilməsi daxildir. 2002-ci ilin sonlarında aparılmış yardı-
ma dair məsləhətləşmələr çərçivəsində aşağıdakı sahələr priori-
tet kimi müəyyən edilmişdir: (1) iqtisadi infrastrukturun inkişa-
fı, (2) sosial sektor və (3) insan resurslarının inkişafı.
Dostları ilə paylaş: