Almaniya
Almaniya Kreditanstalt fur Wiederaufbau (KfW) vasitəsi-
lə həyata keçirdiyi maliyyə əməkdaşlığı çərçivəsində Azərbay-
cana təqribən 72 milyon avro dəyərində investisiya qoymuşdur
və növbəti iki il ərzində bu məbləği 90 milyona artırmaq niyyə-
tindədir. Texniki yardım sahəsində isə Almaniyanın Gesel-
lschaft fuer Technische Zusammenarbeit (GTZ) təşkilatı bu gü-
nə kimi 9 milyon avro dəyərində treyninq və məsləhətçi xid-
mətləri göstərmişdir və növbəti iki il ərzində bu məbləği 14
milyon avroya çatdırmaq niyyətindədir.
30
ABŞ
USTDA ARDNŞ-nin Şah Dəniz və Cənubi Qafqaz Qaz
Kəməri layihələrində iştirak payını maliyyələşdirmək üçün
Bankın ayırdığı maliyyə yardımına dəstək olaraq əhəmiyyətli
dərəcədə texniki yardımlar təmin etmişdir. Bu dəstək ARDNŞ-yə
kommersiyalaşma və struktur dəyişiklikləri istiqamətində pla-
nın hazırlanmasında köməklik göstərəcəkdir. USAID təşkila-
tının Azərbaycana yardımları əsasən dörd sahədə cəmləşmişdir:
kiçik və orta sahibkarlığın (o cümlədən kənd təsərrüfatının) in-
kişafı, iqtisadi islatahlar, demokratiya və idarəçilik, habelə
məcburi köçkünlər üçün humanitar yardımlar.
Türkiyə
Türk Eximbank Azərbaycan Beynəlxalq Bankına höku-
mət zəmanəti ilə verilmiş kredit xəttini 250 milyon ABŞ dolla-
rına qədər artırmışdır və bu məbləğin 92 milyonu bu günə kimi
artıq ödənilmişdir. Bundan əlavə Eximbank Bakı hava limanı-
nın təmiri üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayır-
mış və onu artıq ödəmişdir.
AYİB
Cari Fəaliyyət Portfeli – Bankın son iki ildə Azərbaycan-
da fəaliyyət səviyyələri nəzərə çarpan dərəcədə yüksəlmiş,
müxtəlif sektorlar üzrə həyata keçirilmiş əməliyyatların sayı
kəskin şəkildə artmışdır. Əvvəlki Ölkə Strategiyasının həyata
keçirildiyi müddət ərzində təbii ehtiyatlar sektorunda imzalan-
mış layihələr Bankın biznes fəaliyyətlərinin ümumi dəyəri olan
239 milyon avronun böyük hissəsini (73%) təşkil etmişdir.
Bankın 31 dekabr 2004-cü il tarixinə kimi imzaladığı biznes
ə
məliyyatlarının ümumi dəyəri 459 milyon avro həcmində ol-
muş və burada təbii ehtiyatlar sektorunun payı 66% təşkil et-
mişdir. Əlavə 1 Bankın Azərbaycandakı əməliyyatlarının 2004-
cü ilin sonuna olan xülasəsini təqdim edir:
|