Azərbaycan Dövlət İqtisad Universiteti Sərbəst iş № Ad: Məsudə Qrup: 66



Yüklə 137,38 Kb.
tarix02.01.2022
ölçüsü137,38 Kb.
#47657
alqı-satqı




Azərbaycan Dövlət

İqtisad Universiteti

Sərbəst iş №

Ad:Məsudə

Qrup:66

Fənn: Gömrük işi

Sərbəst işin adı: Alqı-satqı müqavilələrində mal göndərilişinin bazisi

BAKI-2018
Alqı-satqı müqavilələrində mal göndərilişinin bazisi

Alqı-satqı müqaviləsinin anlayışı, əhəmiyyəti, tətbiq olunma sahəsi və hüquqi tənzimlənmə mənbələri 1. Alqı-satqı müqaviləsinin hüquqi məqsədi (əsası), əhəmiyyəti və tətbiq olunma sahəsi Alqı-satqı mülki hüququn ən mühüm institutlarından biridir. Zəruri kateqoriya kimi alqı-satqı insan cəmiyyəti ilə dörd min ilə yaxındır ki, necə deyərlər, «yol yoldaşlığı» edir. Şübhəsiz ki, insanın hələ təbiətdən ayrılmadığı arxaik dövrlərdə və cəmiyyətin ilkin ibtidai mərhələlərində alqı-satqı anlayışı məlum deyildi. Alqı- satqı anlayışı «homo sapiens»in, yəni ilk şüurlu insanın meydana gəlməsi ilə dərhal yaranmamışdır. Belə ki, bu anlayış çoxəsrlik inkişaf tarixinə malik olan insan cəmiyyətinin müəyyən bir təkamül mərhələsində əmələ gəl- mişdir. Hələ qədim Misirdə, Babilistanda və Afinada alqı-satqı müqaviləsindən geniş miqyasda istifadə olunur- du. Hətta Hammurapi qanunları bu hüquqi konstruksiyanın etibarlı olmasını şərtləndirən halları (müqavilənin predmeti kimi yalnız dövriyyə qabiliyyətli əmlakın çıxış etməsi; satıcının satdığı əmlakın qanuni və həqiqi sahibi olması; müqavilənin ikidən çox şahidin iştirakı ilə bağlanması) nəzərdə tuturdu. Beləliklə, alqı-satqının mühüm və zəruri forma kimi tətbiq edilməsi üçün insan cəmiyyətinin müəyyən bir inkişaf tarixi lazım olmuşdur. Çoxəsrlik inkişaf tarixinə malik olan alqı-satqı hələ klassik Roma hüququnda mühüm anlayış kimi işlədilir- di. Alqı-satqı Roma hüququnda konsensual kontrakt «emptio-venditio» anlayışı ilə əhatə olunmuşdu. Alqı- satqı müqaviləsinin predmeti kimi mal (merx), qeyri-maddi (qeyri-cismi) əşyalar (res incorporales), yəni əmlak hüquqları (tələb hüquqları, uzufruktun həyata keçirilməsi hüquqları və s.) çıxış edirdi. Gələcək məhsulun satıl- ması barədə müqavilə də Roma hüququnda nəzərdə tutulmuşdu. Bu cür müqavilə təxirəsalıcı şərtlə bağlanan ə qd hesab edilirdi. Gələcək məhsulun alıcıya verilməsi ilə əlaqədar yaranan münasibətlər gələcək və ya gözləni- lən əşyanın satqısı müqaviləsi ilə (mec futurae sivi speratae) rəsmiləşdirilirdi. Klassik Roma hüququ alqı-satqı müqaviləsinə bir tərəfin, yəni satıcının (venditor) digər tərəfə, yəni alıcıya (emptor) əşya, mal (merx) verməyi, digər tərəfin, yəni alıcının isə həmin əşyaya görə satıcıya pulla ifadə olunan haqq (pretium) verməyi öhdəsinə götürməsi kimi anlayış verirdi. Alqı-satqı müqaviləsi əqdin bir növü kimi müəyyən hüquqi məqsəd (əsas) güdür. Bu müqavilənin hüquqi məqsədi (əsası) tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mül- kiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni mütləq əşya hüququ qazanır. Dediklərimizdən belə təsəvvür yaranır ki, mülkiyyət hüququnu bir şəxsdən digərinə keçir- mək alqı-satqı müqaviləsinin hüquqi məqsədini (əsasını) təşkil edir. Alqı-satqı müqaviləsi təsərrüfat dövriyyəsində tətbiq edilən ən geniş yayılmış müqavilə növlərindən biridir. Mülki (əmlak) dövriyyədə bu müqavilədən istifadə edilməsi geniş əhatə diapazonuna malikdir. Alqı-satqı mü- qaviləsinin əhəmiyyəti onunla şərtlənir ki, bu müqavilə əmtəə-pul dövriyyəsinin ən universal formasıdır. Hə- min müqavilə elə bir hüquqi formadır ki, bununla ölkə daxilində əmtəə dövriyyəsi sahəsinə xidmət göstərilir. Azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növləri əmtəə bazarı ilə ə laqədardır. Buna görə də əmtəə bazarının peşəkar iştirakçısı olan sahibkarlar alqı-satqı müqaviləsindən geniş istifadə edirlər. Bu müqavilə həm vətəndaşların öz aralarındakı münasibətlərdə, həm də onlarla sahibkarlar ara- sındakı münasibətlərdə tətbiq edilir. Alqı-satqı müqaviləsinin tətbiqi sahəsi o qədər qlobal xarakterə malikdir ki, bununla patent hüquqları ə vəzli olaraq güzəşt edilir, müəlliflik hüququnun obyekti olan əsərlərin ifadə edildiyi maddi daşıyıcıların (obyektlərin) çoxsaylı nüsxələri geniş oxucu auditoriyasının istifadəsinə verilir, mürəkkəb quruluşlu kosmik aparatlar, nəhəng hava gəmiləri, iri texnoloci qurğular və avadanlıqlar, əmlak kompleksləri olan müəssisələr özgəninkiləşdirilir, habelə istiqraz vərəqələri, səhmlər, adsız əmanət kitabçaları, vauçerlər (dövlət özəlləşdirmə çekləri), sertifikatlar və digər qiymətli kağızlar digər şəxslərin mülkiyyətinə ke- çir. Alqı-satqı müqaviləsi həm də beynəlxalq xarici ticarət dövriyyəsi sahəsinə xidmət edir. Bu sahədə alqı- satqı əsas rol oynayır. Beynəlxalq iqtisadi münasibətlərin inkişafı sahəsində hüquqi forma və vasitə olmaq baxı- mından bu müqavilənin böyük rola malik olması şəksizdir. Beynəlxalq iqtisadi münasibətlər sahəsində istifadə edilən alqı-satqı əlaqələri bir çox sənədlərlə qaydaya salınır. Bu sənədlər arasında BMT-nin Beynəlxalq mal al- qı-satqı müqaviləsi haqqında 1980-ci il Vyana konvensiyası mühüm yer tutur. Bu konvensiya həmin sənədi imzalayan dövlətlərin iştirak etdiyi xarici ticarət sahəsində alqı-satqı üzrə münasibətləri bilavasitə tənzim edir. Alqı-satqını beynəlxalq-hüquqi unifikasiya edən Vyana konvensiyası 1988-ci il yanvarın 1-dən qüvvəyə min- mişdir. Keçmiş SSR dövləti 1990-jı ildə müəyyən şərt əsasında (müqavilənin hər hansı formada bağlanması qaydasını istisna edən şərtlə) bu sənədi imzalamışdı. Konvensiyaya indiyə kimi 66 dövlət, o cümlədən 6 MDB dövləti (RF, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Özbəkistan) qoşulmuşdur. Beynəlxalq miqyasda alqı-satqı hüququnu unifikasiya etmək işinin ideyası Ernest Rableyə məxsusdur. Bu işə hələ 1926-jı ildə Beynəlxalq Hüquq nstitutu tərəfindən başlanılmışdı. kinci Dünya müharibəsi həmin işin davam etdirilməsinə mane oldu. şin bərpa edilməsi yalnız 1951-ci ildə mümkün ola bildi. Qeyd etməliyik ki, Vyana konvensiyasının AR-in yeni MM-nə təsiri böyükdür. Bunun nəticəsində yeni MM- də alqı-satqının məzmunu köhnə 1964-cü il MM-ə nisbətən mühüm dərəcədə dəyişilmişdir. Bu onunla izah olu- nur ki, MM hazırlanarkən alqı-satqının beynəlxalq tənzimləməsində xarici dərəcə, hər şeydən əvvəl, Vyana konvensiyasının müddəaları nəzərə alınmışdır.


Yüklə 137,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin