Beynəlxalq ticarət sövdələşməsi altında müxtəlif ölkələrdə olan, müəyyən olunmuş miqdarda və keyfiyyətdə mal vahidlərinin göndərilməsi və yaxud tərəflərin razılaşdığı şərtlərlə xidmətlərin göstərilməsi üzrə iki və yaxud bir neçə tərəflər arasında olan müqavilə, kontrakt, saziş başa düşülür. Beləliklə, «ticarət sövdələşməsi» ifadəsi malların maddi-əşya formasında mübadiləsi və həm əsas, həm də beynəlxalq dövriyyəni təmin eləyən xidmətlərin göstərilməsi ilə bağlı olan bütün sövdələşmə növlərini özündə cəmləşdirir.
Beynəlxalq kommersiya fəaliyyətinin həyata keçirilməsi prosesində vasitəçi-ticarət əməliyyatlar vacib çəkiyə malikdirlər ki, bu əməliyyatlar əsasən malların alqı-satqısı ilə bağlıdırlar və bu alqı-satqı, istehsalçı-ixracatçının tapşırığına əsasən ondan asılı olmayan vasitəçi tərəfindən hər iki tərəf arasında bağlanılmış saziş və yaxud ayrıca tapşırıq əsasında aparılır.
İstehsalçı-ixracatçı ilə ticarət vasitəçisi arasındakı qarşılıqlı münasibətlərdən, həmçinin ticarət vasitəçisi tərəfindən yerinə yetirilən funksiyalardan asılı olaraq vasitəçi-ticarət əməliyyatlarının: təkrar satış üzrə, komisiyon, agent və broker əməliyyat növlərini göstərmək olar.
Təkrar satış üzrə əməliyyatlar ticarət vasitəçisi tərəfindən onun öz adından və öz hesabına həyata keçirilir. Bu o deməkdir ki, ticarət vasitəçisi özü həm istehsalçı-ixracatçı, həm də son istehlakçı ilə münasibətdə müqavilənin hüquqi tərəfi kimi çıxış edir və malın pulunun ödənilməsindən sonra onun mülkiyyətçisinə çevrilir.
Təkrar satış üzrə əməliyyatların iki əsas növü fərqləndirilir. Birinci növə o əməliyyatlar aid edilir ki, burada vasitəçi ixracatçıya qarşı alıcı kimi çıxış edir və malı alqı-satqı müqaviləsinə əsasən əldə edir. O, malın mülkiyyətçisinə çevrilir və onu özü bildiyi kimi, öz qiymətilə və istənilən satış bazarında sata bilər. Vasitəçi ilə ixracatçı arasında münasibətlər, tərəflərin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirildikdən sonra bitmiş hesab olunur.
Bu çür ticarət əməliyyatlarını yerinə yetirən vasitəçilər diler və yaxud topdan satanlar (İngiltərə və ABŞ-da - Merchant, Almaniyada – Händler) adlanırlar.
İkincı növə o əməliyyatlar aid edilir ki, burada ixracatçı müqavilə üzrə ticarətçi adlandırılan ticarət vasitəçinə öz malını müəyyən olunmuş ərazidə və satış hüququnun verilməsi haqqında müqavilə əsasında razılaşdırılmış müddətlərdə satmaq hüququnu verir. Bu müqavilə ancaq malların müəyyən olunmuş ərazidə satışı üzrə tərəflərin qarşılıqlı münasibətlərini nizamlayan ümumi şərtləri müəyyən edir. Onun yerinə yetirilməsi üçün tərəflər müstəqil alqı-satqı kontraktlarını bağlayırlar və bu kontraktlarda göndərilən malın miqdarı, keyfiyyəti,onun qiyməti, göndəriş şərtləri, istismar və keyfiyyət üzrə zəmanət şərtləri, ödəniş və hesablaşmaların formaları, reklamasiyaların (şıkayət və tələblərin) verilməsi qaydaları müəyyən olunur.
Təkrar satış üzrə bu cür əməliyyatların ikinci növü distribütor (ABŞ və İngiltərədə - distributor), müqavilə üzrə satıcı (Almaniyada – fertagshändler), konsessioner (Belçikada – concessionire) adlandırırlar.
Əsas beynəlxalq ticarət sövdələşmələri kimi alqı-satqı sövdələşmələrini, mal mübadiləsi sövdələşmələrini, komisiyon əməliyyatlarını, agent əməliyyatlarını və broker əməliyyatlarını göstərmək olar.
|