Komissiya əməliyyatları, komisiyonçu adlanan bir tərəfin, komitent adlanan digər tərəfin tapşırığına əsasən öz adından və komitentin hesabına sövdələşmələrin həyata keçirilməsindən ibarətdir.
Komitent ilə komisiyonçu arasındakı qarşılıqlı münasibətlər komissiya müqaviləsi ilə nizamlanır. Bu müqaviləyə əsasən komisiyonçu komitentin malın almır, ancaq komitentin hesabına malların alqı-satqı sövdələşməsini yerinə yetirir. Bu o deməkdir ki, komitent malın son istehlakçıya satılmasınadək onun mülkiyyətçisi kimi qalır.
Bir qayda olaraq, komisiyonçu alqı-satqı müqavilələrini öz adından bağlayır və yerinə yetirdiyi sövdələşməyə görə mükafatı ya komitentin hesabına satılan malın qiymətindən güzəşt, ya da ki, satılan mala edilən qiymət əlavəsi, yəni alıcının hesabına əldə edir. Sonuncu halda komisiyonçu təkcə komitentin nöqteyi-nəzərincə vasitəçi kimi çıxış edir. Satış üzrə əməliyyatların aparıldığı ücüncü tərəf – alıcı üçün komisiyonçu alqı-satqı müqaviləsinin hüquqi tərəfi olur.
Komissiya müqaviləsində komisiyonçu tərəfindən komitentin satdığı malın qiyməti və adətən sövdələşmənin məbləğinə faizlə müəyyən olunan (orta hesabla 10%-dək) komissiya mükafatının ölçüsü müəyyən olunur.
Birdəfəlik xarici alıcılardan olan komisiyon tapşırıqları «indent» adını daşıyır. İndent – bir ölkənin idxalatçısının digər ölkənin komisiyonçusuna müəyyən birdəfəlik mal partiyasının alınması üşün verilən birdəfəlik komisiyon tapşırığıdır. Əgər indent, malın partiyasının hansı istehsalçıdan alınmasını və onun haqqında məlumatları (rəngi, qiyməti, nümunəsi) dəqiq məlum edirsə, belə indent – bağlı indent adlanır. Komisiyonçuya istehsalçını sərbəst olaraq seçmə hüququnun verilməsi və sifariş olunan mal haqqında dəqiq məlumatların olmaması, açıq indent adlandırılır.
Konsiqnasiya müqaviləsi kimi elə bir müqavilə başa düşülür ki, bu müqaviləyə əsasən bir tərəf (konsiqnator) digər tərəfin (konsiqnantın) tapşırığına əsasən müəyyən müddət ərzində (konsiqnasiya müqaviləsinin müddəti) razılaşdırılmış mükafata görə öz adından və konsiqnantın hesabına anbara göndərilmiş malı konsiqnatorun ölkəsində satmağı öz öhdəsinə götürür. Bu mallar üçüncü şəxslərə satılan anadək konsiqnatorun mülkiyyətində qalır.
Satış ölkəsində olan anbarlardan malların satışı yeni bazarların mənimsənilməsini xeyli asanlaşdırır, çünki bu zaman xarici alıcılar onları maraqlandıran mallarla təkcə kataloq üzrə deyil, birbaşa anbarda tanış ola bilərlər.
|