72
İnstitusional islahatlar çərçivəsində tənzimləyici-nəzarətedici qurumlar tərəfindən çe-
vik həll yolları çərçivəsində yeni yanaşmalar müəyyən edilir. Belə ki, qanunverici-
likdə əlavə və dəyişikliklərin aparılması zaman tələb etdiyinə görə tənzimləyici-nəza-
rətedici qurumlar daha effektiv həll yolu olaraq təşkilatın fəaliyyətinin qeydiyyata
alınmasını və ya məktub əsasında fəaliyyətinə icazə verilməsini seçə bilərlər. Bu ya-
naşma tənzimləyici-nəzarətedici qurumun səlahiyyətlərini məhsudlaşdırmadan maliy-
yə bazarlarına sağlam və innovativ maliyyə təsisatlarının daxil olmasına imkan verir.
Sandbox rejiminin tətbiqi ilə maliyyə bazarlarında müşahidə edilən mühüm təsir
amillərindən biri də
effektivlikdir
. Yenilikçi olaraq sandbox rejiminin üstünlüklərindən
yararlanan hər bir təşkilat innovativ həll və texnologiyaların tətbiqinə məcburdur, əks
halda, sandbox rejiminə düşə bilməyəcək və fəaliyyət istiqaməti mövcud qanunveri-
cilik çərçivəsində tənzimlənəcəkdir. İnnovativ həll və texnologiyaların tətbiqi rəqəm-
sal ödəniş ekosistemində ödənişlərin daha effektiv və sürətlə həyata keçirilməsini, ma-
liyyə xidmətlərinə çıxış üzrə yeni və əhatəli həllərin tətbiqini, ödəniş xidməti istifa-
dəçilərinin qarşılaşdığı xərclərin aşağı düşməsini təmin edir. Bu, eyni zamanda maliy-
yə bazarlarının yeni inkişaf mərhələsinə daxil olmasına və rəqabət qabiliyyətinin daha
da artmasına təsir göstərir. Maliyyə bazarlarının innovativliyi beynəlxalq maliyyə in-
stitutlarının diqqətində olan mühüm məqamlardan biridir.
İnnovativliyi ilə fərqlənən sandbox rejimindən faydalanan maliyyə institutları rəqəm-
sal ödəniş ekosistemində “hörümçək toru” prinsipi əsasında şəbəkə əlaqələrinin qurul-
masını, maliyyə institutları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsini
təmin edir. Yenilikçi olan bu təşkilatlar banklar, digər ödəniş xidməti təchizatçıları,
üçüncü tərəf aqreqatorlar arasında daha sıx qarşılıqlı əlaqələrin yaranmasını və birgə
platformaların formalaşmasını təmin edir. Məsələn blokçeyn əsaslı rəqəmsal qiymətli
kağızlar birjasının formalaşması innovativliyi tətbiq edən təşkilatla yanaşı, qiymətli
kağızlar üzrə birjanın, bankların, bu birjaya çıxışı olan təşkilatların qarşılıqlı əlaqə-
lərinin olmasını zəruri edir.
Sanbox rejimi maliyyə bazarında yeni imkanlar yaratmaqla bərabər, təhdidlərə (risk-
lərə) səbəb olur. Yarana biləcək təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Dostları ilə paylaş: