Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Mühasibat uçotu və audit” kafedrasının Müəl. A. S. Hacıyeva



Yüklə 58,9 Kb.
səhifə2/2
tarix22.05.2020
ölçüsü58,9 Kb.
#31360
1   2
ASEU TEACHERFILE WEB 287113277952816336.docx 1585462441


Аuditоr rəyləri

Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edil­məsi auditor yoxlaması­nın son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sə­nəd­dir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesa­bat­larının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nətıcələrini başqa hesabat formasında rəsmiləşdirir. [1 s.78]

Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında ay­dın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:

 auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstəriilir);

 yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);

 giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə baülanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);

 yoxlamanın məzmunu (hesabatların əsasını təşkil edən təs­diq­edıci materialların yoxlanması üsulları hesabatların hazırlanma­sında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası, sifa­riş­çılər tərəfindən tətbiq edilən uçot prinsiplərini qiymətlən­dıril­məsi, təq­dim olunan mühasibat (maliyyə hesabatlarının bütövlükdə qiy­mət­ləndirilməsi);

 təqdim olunan hesabatlara dair auditorun rəyi (hesabatların möv­cud qanunvericiliyə, onların tərtibi qaydasına və uçot prin­sip­lə­rinə müvafiq olması barədə), auditor rəyinin tarixi, sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan, auditor rəyinin auditor (aud­itor təşkilatı apardıqda auditorlar və auditor təşkilatının rəhbəri) tərə­findən imzalanması və möhürlə təsdiq edilməsi.

Auditor rəyi hüquqi sənəd olmaqla əsas təyinatı təsərrüfat sub­yektinin mаliyyə hesabatlarının dürüstlüyü haqqında infor­ma­si­ya­nı istifadəçilərə çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara ca­vab verməlidir:

 balans hesabat ilinin (maliyyə ilinin) sonuna müəssisənin aktiv­lə­ri və passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?

 maliyyə nəticələri haqqında hesabat yoxlanılan dövr (maliyyə ili) üçün müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?

 maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə uyüun tərtib və təqdim edilmişdirmi?

 ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənil­mə­mə­si fаkt­lаrı olubmu?

 konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə fir­ma­sı­nın mənfə­əti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yara­dır­mı?

 mühasibat (maliyyə) hesabatları mühasibat uçotu üzrə nor­mayiv qayda­lara tam uyüundurmu?

Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə ­­görə auditor aşaüıdakı rəy növlərindən birini ver­mə­lidir: şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtinа.



Şərtsiz müsbət auditor rəyi maliyyə hesabatlarının müəssısə-nin ma­liyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərə­kətınin dürüst əks etdir­dıyini, mühasibat uçotunun qüvvədə olan qanun­vericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı şərt­lərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir:

- auditor yoxlama üçün zəruri olan bütün məlumatları və izahatları əldə etmişdir;

- məlumatların kifayətliliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;

- təqdim olunan məlumatlar audit aparılan müəssisənin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;

- maliyyə sənədləri audit aparılan müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;

- hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.

Audit prosesində müəssisənin qəbul etdiyi qərarların düzgünlüyü ilə baülı etiraz və ya şübhə yaranarsa, lakin auditora arqu­mentləş­diril­miş əsaslar təqdim olunarsa auditor rəyində həmin qərarlar gös­təril­məyə bilər və bu, müsbət rəyin şərtsiz olmasına təsir göstərmir.

Auditor rəyinə izahatlar əlavə edildikdə o təkmilləşdirilmiş hesab olunur və müəssisənin fasiləsiz fəaliyyətində qeyri müəyyənlik problemlərini, yoxlama dövri ərzində uçot prinsiplərinin dəyişməsini, auditin nəticələrinə əsasən yoxlanılan müəssisənin uçotunda lazımi düzəlişlərin aparılmasını, başqa auditorların rəyindən istifadə olunması ilə baülı izahatları, əvvəlki auditor rəylərinə aid iradları özündə birləşdirə bilər. Audit prosesində inamsızlıq (bir sıra sahələrdə qeyri müəyyənliklər olduqda) və iradlar (auditorun mülahizələri ilə bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələr arasında ziddiyyət olduqda) meydana çıxarsa auditor şərtsiz müsbət rəy verə bilməz.



Şərtsiz müsbət auditor rəyinin nümunəvi forması aşaüıda veril­mişdir.

AUDITOR RƏYI

AUDITOR OPINION SERIYA SA №_____

AZƏRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SƏRBƏST AUDITOR ___________________________

(soyadı)

AUDITOR RəYI

______________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor_________________________ Аzərbаycаn



(soyadı)

Res­publikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.. tarixli (qeydiyyat №___)_____________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"___________201.. il tarixindən 31 dekabr 201.. il tarixli __________ seriyalı______________saylı müqaviləyə əsasən _______________________ "___" yanvar 201... il tarixindən 31 dekabr 201.. il sifarişçi-təsərrüfat subyektinin adı)

tarixinədək maliyyə- təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama "____"______________ 201... il tarixində başlayıb, "____"_____________________ 201___ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nə­ti­cə­sində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qa­nu­n­i­li­yi­nə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət ver­məkdir və yalnız rəydə göstərilən mülahizə­mə görə məsuliyyət da­şı­yıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit stan­dartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit pro­sedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təs­diqedici mate­riallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndi­­rilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticə­sin­də rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstə­rişlərə və nizamnamənin müddəa­lаrınа uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliy­yə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mən­zə­­rəsini yaradır.

Rəy "___" ____________ 201__ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat sub­yektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Ünvan: ____________________________________________

Sərbəst auditor: _____________ ______________________

(imza) (soyadı)

Əgər auditor prosedurlarının aparılması zamanı inamsızlıq (auditor bütün lazım olan məlumatlаrı və izahatları ala bilmir, vaxt üzrə məhdudiyyətlə bаülı bütün lаzımı аudit prоsedurlаrını yerinə yetimək imkаnı оlmur, uzunmüddətli müqavilə və yа uzunmüddətli prоqrаmın mövcudluüu, mübahisəli vəziyyət, çox­variantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsulla-rının qəbul edilməməsi, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаrlа və yа məbləqlərlə rаzılаşmаmаq, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаr və yа məbləqlər hаqqındа infоrmаsiyаnın təqdim оlunmаsı qаy­dаsı və yа аçıqlаn­mаsı dərəcəsi üzrə fikir ayrılıüı, əməliyyatların aparılması və rəsmiləşdirilməsi­nin qa­nunvericiliyin tələblərinə uyüun olmaması) yaranarsa, auditor ya təs­diqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hаnsı dərəcədə inаm­sızlıq və yа irаdın оlmаsı şərtsiz müsbət rəydən imtinа etmək üçün əsаs verir.

Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir (sonra rəyin verilməsi və ya rəy verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlıüı və ya Azərbаy­cаn Respublikаsında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar aşkar edilirsə onda rəy məhdudlaşdırılır. Mülahizələri təmin edəcək uçot yazılışlarının olmaması və ya zəruri auditor prosedurlarının icra­sının mümkünsüzlüyü, daxili nəzarətin lazımı səviyyədə və ya ümumiyyətlə təşkil edilməməsindən ayrı-ayrı sənədlərin və ya faktla­rın gizlədilməsinə şübhə yaranması ilə əlaqədar bütün zəruri infor­ma­sıyalar və izahatlar alınmadıqda auditorda inamsızlıq yaranır. Belə ki:

 müəssisənin fəaliyyətinin və maliyyə hesabatlarının ayrı-ayrı faktları və göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir;

 uçot obyektinin qiymətləndirilməsi metodu, amortizasiyanın hesablan­masının düzgünlüyü və digər hesablamalarla razı deyil;

 yoxlanılar təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məz­mu­nuna görə hesabların müxabirləşməsində uyüunsuzluq möv­cud­dur;

 maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qey­ri adekvat uçot siyasəti.

Mövcud şəraitlə baülı zəruri audit prosedurlarının yerinə yetiril­mə­sinin mümkün olmaması səbəbindən (məsələn, debitor borcunun təs­diq edilməsinin, material ehtiyatlarının mövcudluüunun yox­la­nıl­ma­sının və s.) məlumatların çatışmazlıüı auditor rəyində təsvir edil­mə­lidir. Yoxlama zamanı aşkar edilmiş pozuntular və kənarlaşmalar ay­rı­ca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib olu­nana qədər ara­dan qaldırılır. Bu halda auditor qeyd edir ki, ma­liy­yə vəziyyətinin gös­təriciləri onlarda aşkar edilmiş kənarlaşmaların müvafiq tarixə (rə­yin hazırlanması tarixindən əvvəl) aradan qal­dı­rılması nəzərə alın­maq­la düzgündür.

Mühüm əhəmiyyət kəsb etməyən inamsızlıq mövcud olduqda tər­tib olunan şərti müsbət rəyin nümunəvi forması aşaüıda veril­miş­dir.

AUDITOR OPINION SERIYA SA №_____

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

(soyadı)

AUDITOR RəYI

_________________________________



(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor________________Azərbaycan Respublikası



(soyadı)

Аuditоrlar Palatası tərəfindən "___" _________201…tarixli (qeydiyyat №____) ____________________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"-________ 201.__ il tarixindən 31 dekabr 201.___ il tarixli ________ seriyalı_____saylı müqaviləyə əsasən___________________________________________________



(sifarişçi-təsərrüfat subyektinin adı)

“____” yаnvаr 201.__ il tarixindən 31 dekabr 201.. il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama "___" __________ 201__ tarixində başlayıb, "___" __________201__ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə si­fa­rişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticə­sində sifariş­çinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunili­yi­nə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət ver­məkdir və yalnız rəydə göstərilən mülahzəmə görə məsuliyyət daşı­yı­ram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticə­sin­də rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Auditin aparılması zamanı ___________________________

___________________________________________ səbəblər üzündən

________________________ amillərin yoxlanılmasının qeyri mümkün­lüyü aşkar edildi.

Bununla əlaqədar olaraq göstərilən aspektlərdə başqa audit prose­durlarından istifadə etmək yolu ilə aradan qaldıra bilmədiyim qeyri-müəyyənlik mövcuddur. Həmin hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi ma­liyyə vəziyyətini təhrif etmir.

Rəy "___" ____________ 201.. il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Ünvan: ______________________________________________

Sərbəst auditor: ______________ _______________________

(imza) (soyadı)

Mühüm əhəmiyyət kəsb etməyən iradlar olduqda tərtib edilən şərti müsbət rəyin nümunəvi forması aşaüıdakı kimidir:


AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

(soyadı)

AUDITOR RəYI

___________________________________________________________



(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor _____________ Azərbaycan Respublikası



(soyadı)

Аuditоr­lаr Palatası tərəfindən "___" ___________201… tarixli (qeydiyyat №_______) ________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___" ___________201__ il tarixindən 31 dekabr 201.___ il tarixli __________ seriyalı ______________ saylı müqaviləyə əsasən ___________________________________________________________



(sifarişçi-təsərrüfat subyektinin adı)

"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabat­larının audit yoxlamasını aparmışam.

Yoxlama "___" __________________ 201... il tarixində başlayıb "___"________ 201.____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifariş­çinin maliyyə-təsərrüfat əməliyyatlarının qanu­nili­yinə, illik mühasibat hesabatları maddlərinin dürüstlüyünə qiymət ver­məkdir və yalnız rəydə göstərilən mülah­zə­mə görə məsuliyyət daşı­yı­ram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit stan­dartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prose­durlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təs­diq­edici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq et­diyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticə­sin­də rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Aparılan yoxlama zamanı müəyyən edildi ki, ______________

___________________________________________________________

üzrə əməliyyatlar ________________________________________

(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)

müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləş­diril­miş­dir).

Göstərilən faktlar daha ətraflı ___________________________

(sənədin adı)

bахılmışdır.

Göstərilən hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi maliyyə vəziyyətini təhrif etmir.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstə­rişlərə və nizamnamənin müddəala­rına uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əm­lak, maliyyə vəziy­yətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərə-sini yaradır.

Rəy "___" ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.

Ünvan: ___________________________________________

Sərbəst auditor: __________________ _______________

(imza) (soyadı)

Əgər auditor prosedurlarının yerinə yetirilməsi zamanı müəyyən olunarsa ki, mühasibat (maliyyə) hesabatlarının ilkin göstəriciləri dürüst deyil, təhrif olunmuşdur və yoxlanılan hesabat dövrünə göstəricilərə ciddi təsir göstərir, onda auditor yoxlanılan hesabat haqqında mənfi auditor rəyi formasında öz fikrini bildirməli­dir. Mənfi auditor rəyinin yekun hissəsində onun hazırlanmasını şərtləndirən mühasibat (maliyyə) hesabatlarının ilkin göstəricilərinin dürüst olmaması əsaslandırıl­maqla şərh olunur.



Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziy­yəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur. Mənfi auditor rəyinin nümunəvi forması aşaüıdakı kimidir.

AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI SəRBəST AUDITOR ___________________________

(soyadı)

AUDITOR RəYI

________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor ___________________ ____Azərbaycan



(soyadı)

Respublikası Аuditоrаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №_______) ______saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"___________201._____ il tarixindən 31 dekabr 201___ il tarixli __________ seriyalı______________________________saylı­ müqaviləyə əsasən ____________________________________ "___" yanvar 201.___ il



(sifarişçi-təsərrüfat subyektinin adı)

tarixindən 31 dekabr 201._____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesa­batlarının audit yoxlamasını aparmışam.

Yoxlama "___" ________________ 201.___ tarixində başlayıb, "___"_______ 201._____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəti­cə­sində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanu­nili­yinə, illik mühasibat hesabatla­rı maddələrinin dürüstlüyünə qiymət ver­məkdir və yalnız rəydə göstərilən müla­hizə­mə görə məsuliyyət daşı­yıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutla-rının toplanması məqsədi ilə mən qüvvədə olan audit stan­dartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prose­durlarını yerinə yetirmişəm.

-Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiq­edici ma­teriаllar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

-Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticə­sində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

-Aparılan yoxlama zamanı müəyyən edildi ki, _____________ ___________________________________________________________

üzrə əməliyyatlar ________________________________________



(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)

müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəs­miləş­di­ril­miş­­dir). Göstərilən faktlar daha ətraflı __________________________



(sənədin adı)

bахılmışdır.

Auditin aparılması nəticəsində müəyyən edildi ki, müəssisədə yoxlanılan müddətdə aşaüıdakı pozuntulara yol verilmişdir: ______________________________

Mühasibat uçotunun qəbul olunmuş sistemi ________________

________________________________________________________

(ziddiyyətin məüzi)

baxımından qanunvericilik aktlarının tələblərinə cavab vermir.

Hesabatlarda verilən rəqəm göstəriciləri uçot məlumatlarına aşaüıdakılar üzrə uyüun deyildir:

________________________________________________________ (ziddiyyətin məüzi)

Göstərilən faktlara daha ətraflı ___________________________

(sənədin adı)

baxılmışdır.

Bu pozuntular işin faktiki vəziyyətini bütövlükdə (əsasən) təhrif edir.

Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyüun deyildir. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaratmır.

Rəy "___" ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.

Ünvan:____________________________________________

Sərbəst auditor: ___________ _______________________

(imza) (soyadı)

Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor mühasibat (maliyyə) hesabatının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bil­mirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatı dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatı haq­qın­da öz fikrini аuditоr rəyindən imtina for­ma­sında bildirir. Auditor rəyində rəy verməkdən imtinanın sə­bəbləri dəqiq və aydın göstəriilməlidir.



Auditor rəyindən imtinanın nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

(soyadı)
__________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor ________________________ Azərbaycan



(soyadı)

Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №____)

______ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"_______________201.____ il tarixindən 31 dekabr 201.___ il tarixli _________ seriyalı____________ saylı müqaviləyə əsasən____________________________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.___ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama "___" ___________ 201.___ tarixində başlayıb, "___"_____________ 201.____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifa­rişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticə­sində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qa­nu­ni­li­yinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət ver­­məkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət da­şı­yıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının top­lanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymət­ləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Auditin aparılması zamanı ____________________________

_____________________ səbəbləri üzündən __________________

_______________________________________________________

faktların yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.

Auditor sübutlarının çatışmazlıüı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedur-ları ilə aradan qaldıra bilmədiyim qeyri müəyyənlik mövcuddur. Gös­tərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və ma­liyyə və­ziyyətini təhrif edir.

Əvvəlki bölmələrdə göstərilənləri nəzərə alaraq mən maliyyə hesabatlarına dair mülahizə yürüdə bilmirəm.

Ünvan: _______________________________________________

Sərbəst auditor: ______________ _______________________



(imza) (soyadı)

Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) mö­hürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.


NƏTİCƏ
ŞƏFFAFLIĞIN TƏMİNATI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ

“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı məlumatlar bu hesabatın II “Auditorlar Palatasının dövlət proqramlarında iştirakı” bölməsində verilmişdir (səh 7-12).

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017 – 2019-cu illər üçün Milli Fəaliyyət Planı” üzrə: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ətraflı məlumatlar bu hesabatın II “Auditorlar Palatasının dövlət proqramlarında iştirakı” bölməsində verilmişdir (səh 12-14).

2018-ci iI ərzində icra olunmuş müqavilələrin məcburi və könüllü audit subyektləri üzrə müqayisəsi




Cədvəl 2.

Son 2 ildə aparılan auditlərin nəticələrinə dair verilmiş rəylərin növləri üzrə göstəricilərdən ibarət nəticələr

Aparılan auditlərin nəticələrinə dair verilmiş rəylərin növləri üzrə təhlili




Müsbət rəylərin sayı (ədədlə)

Şərti müsbət rəylərin sayı (ədədlə)

Mənfi rəylərin sayı (ədədlə)

Rəy verilməsindən imtina

2017

2018

2017

2018

2017

2018

2017

2018

Xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə

149

269

8

13

0

1

0

0

Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə

111

225

3

29

0

0

1

0

Yerli auditor təşkilatları üzrə

661

894

178

185

20

26

0

0

Sərbəst auditorlar üzrə

531

1118

337

123

2

7

0

0

Cəmi

1452

2506

526

350

22

34

1

0


Mühazirə mövzusu üzrə ədəbiyyat siyahısı

ƏSAS ƏDƏBIYYAT:

  1. R.N.Kazımov., C.B.Namazova. Praktiki audit.Dərslik. Bakı, «Elm və təhsil», 2012 səh 52-78

  2. F8 ACCA Audit və əminlik Sual bankı “Maliyyə Elm-Tədris Mərkəzi”2013 UNEC kitabxanası, səh 117-127

  3. http://www.e-qanun.az/framework/9236

  4. http://www.e-qanun.az/framework/13241

  5. http://www.audit.gov.az/uploads/hesabat_2018.pdf


ƏLAVƏ ƏDƏBIYYAT:

  1. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” qanunu. Bakı, 2004.

  2. Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” qanunu. Bakı, 1994.

  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı. “Hüquq ədibiyyatı” 2007. 776 səh.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı. “Hüquq ədibiyyatı” 2011. 414 səh.

  5. Аббасова С.А. Практический аудит. Учебное пособие. Баку, 2010.



Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin