VII. Prerekvizitlər
Yoxdur.
VIII. Fənnin tədris metodologiyası
Bu fənnin tədrisi prosesində mühazirələrin oxunması, interaktiv müzakirələrin aparılması,
komanda şəklində layihələrin icrası, kiçik qruplarda iş, işgüzar oyunlar, xüsusi nümunələrin (keys-
stadilər) öyrənilməsi və təhlili, esse yaxud sərbəst işlərin yazılması və test tapşırıqların yerinə
yetirilməsi kimi geniş çeşiddə tədris və təlim üsullarından istifadə edilir.
Bundan əlavə tədris və təlim prosesində cihazqayırma texnologiyası sahəsində xarici və yerli
ədəbiyyatdan, normativ sənədlərdən, habelə beynəlxalq və yerli mətbuatdan (internet
resurslarından) götürülmüş materialların, məqalələrin, real nümunələrin və xüsusi keyslərin
təhlilinə, müzakirəsinə və məntiqi nəticələr çıxarılmasına xüsusi diqqət ayrılacaq. Verilən
biliklərin tətbiqi bacarıqlarının formalaşdırılması üçün magistrantlar mövzuya uyğun seçilmiş
tapşırıqları həll edəcəklər.
Hər bir yeni mövzunun tədrisi öncəsi magistrantlar müəyyən olunmuş mətnləri və onlara
təqdim edilmiş (tapşırılmış) digər qiraət materialları ilə tanış olmalıdırlar.
Dostları ilə paylaş: |