Aralıq qiymətləndirmə
Fənnin tədrisi prosesində magistrantın dərslərdəki cari fəallığı (mühazirədəki fəallıq, seminar-
məşğələdə cavabları, qrup işlərində iştirakı və s.) 10 ballıq sistemlə 0-10 bal arasında
qiymətləndirilir.
Fənnin tədrisi prosesində magistrantın əldə etdiyi bilik və bacarıqları 2 dəfə kollokvium
keçirilməklə qiymətləndirilir. Kollokviumlar, müvafiq olaraq, tədrisin birinci və ikinci ayı başa
çatdıqdan sonra yalnız həmin dövrdə keçirilən mövzuları əhatə edən suallar əsasında təşkil olunur.
Kollokvimlar test üsulu formasında keçirilir.
Hər kollokviumda magistrantın bilikləri 10 ballıq sistem üzrə 0-10 bal arasında (maksimum 10
bal) qiymətləndirilir. Magistrant kollokviumda iştirak etmədikdə jurnalda “0” (sıfır) bal qeyd
olunur.
Yekun imtahan
Fənnin tədrisinin sonunda bir dəfə yekun imtahan təşkil olunur. Magistrantın imtahandakı
cavabı 0-50 bal aralığında (maksimum 50 bal) qiymətləndirilə bilər. İmtahan yazılı formada yaxud
test qaydasında təşkil olunur. Fənn üzrə imtahan sualları yaxud testlər mühazirə mətnləri və
məşğələ dərslərinin məzmununa uyğun olaraq tərtib еdilir.
Yekun imtahanda magistrant minimum 17 bal tоplamazsa, onda imtahana qədər yığılan ballar
tоplanmır, magistrant bu fəndən krediti qazanmır və onun fənn üzrə akademik borcu qalır.
İmtahanın nəticələrinin qiymətləndirilməsi ilə bağlı magistrantın hər-hansı şikayəti olarsa,
tələbə Universitetdə müəyyən olunmuş ümumi qaydalar əsasında Apellyasiya Komissiyasına
müraciət edə bilər.
Fənn üzrə yekun qiymətləndirmə
Fənn üzrə magistrantların yekun biliyi 100 ballıq sistem üzrə qiymətləndirirlir. Balların
maksimum miqdarı -100 baldır.
Yekun imtahandan sonra magistrantın fənn üzrə topladığı bütün ballar toplanır və yekun qiymət
(bal) hesablanır.
Dostları ilə paylaş: