XIII. Fənn üzrə kurs işi
Fənn üzrə kurs işi nəzərdə tutulmayıb.
XIV. Sərbəst işlər: tələblər və qiymətləndirmə
Sеmеstr ərzində magistrantlara 1 (10 ballıq), 2 (hər biri 5 ballıq) yaxud 10 (hər biri 1 ballıq)
sərbəst iş tapşırığı vеrilir. Sərbəst işlər magistrantlar tərəfindən təkbaşına və ya qrup işi formasında
işlənə bilər. Sərbəst iş çap və ya еlеktrоn fоrmada, yaxud əlyazma şəklində təhvil verilir.
Sərbəst işlərin qiymətləndirilməsi onların sayından asılı olaraq həyata keçirilir:
• 1 ballıq sərbəst işlər hər bir magistrant tərəfindən fərdi qaydada yerinə yetirilir. Bu işlər bir
qayda olaraq fənndə tədris olunan mövzulara aid olur. Magistrantlar müvafiq mövzunu
öyrənməli və həmin mövzu ilə bağlı özlərinin fikirlərini sərbəst şəkildə (esse kimi)
yazmalıdırlar. Belə sərbəst işlərin hər biri yazılı fоrmada - word faylı fоrmatında (şrift 12),
həcmi ən azı 1,5-2 səhifə həcmində оlmaqla (amma 4 səhifədən çox olmamaqla) -
magistrantın fərdi kabinetinə yüklənir. Məzmunundan asılı olaraq belə işlər «0» və ya «1»
balla qiymətləndirilir. İş «0» balla qiymətləndirildikdə müəllim bunun səbəbini izah
etməlidir;
• 5 və 10 ballıq sərbəst işlər magistrantlarda fərdi və ya qrup işi kimi tapşırıla bilər. Belə
işlərdə konkret mövzular üzrə araşdırmanın aparılması yaxud referatın işlənilməsi tələb
oluna bilər. Belə araşdırmalar zamanı magistrantlar fənnin mövzularından öyrəndikləri
bilikləri və əldə etdikləri bacarıqları həmin tədqiqatlarda istifadə (tətbiq) etməyə
çalışmalıdırlar. Araşdırmalar zamanı magistrantlar ortaya çıxan çətinlikləri müəllimlə
müzakirə edə və ondan məsləhət ala bilərlər. Belə işlər yazılı şəkildə word faylı fоrmatında
yaxud Power Point formatında təqdimat formasında, qrupun bütün üzvlərinin adı qeyd
edilməklə, qrupun hər bir üzvünün fərdi kabinetinə yüklənir. Bu cür işlər, müvafiq olaraq,
0-dan 5-dək yaxud 0-dan 10-dək balla qiymətləndirilir. Sərbəst işin (araşdırmanın)
hazırlanmasında qrup üzvlərinin fərdi töhfələri fərqli olarsa, qiymətləndirmədə bu nəzərə
alınır. Aşağı balla qiymətləndirmələr zamanı müəllim bunun səbəbini tələbənin fərdi
kabinetində izah edir.
Sərbəst işlərin yerinə yetirilməsi Universitetdə müəyyən edilmiş qaydalar çərçivəsində fənni
tədris edən müəllimlə magistrantlar arasında əldə olunan razılığa uyğun olaraq həyata keçirilir.
Sərbəst işlərin qiymətləndirilməsində şəffaflığı təmin etmək müəllimin vəzifə borcudur.
Dostları ilə paylaş: |