AZƏrbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti İXTİsaslar və İXTİsaslaşmalar bakalavr teatr səNƏTİ faküLTƏSİ



Yüklə 9.93 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü9.93 Kb.

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ 

İXTİSASLAR VƏ İXTİSASLAŞMALAR  

BAKALAVR 

TEATR SƏNƏTİ FAKÜLTƏSİ  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2009-cu il tarixli,  



8 nömrəli qərarı ilə təsdiq olunmuş ixtisas siyahıları üzrə ixtisaslar: 

 

İxtisasın kodu 





Aktyor sənəti 

050311 


 

Aktyor  sənəti  ixtisasının  məqsəd  və  vəzifələrinə  aktyor  sənətinin  incəliklərinə 

“K.S.Stanislavski  sistemi”  əsasında  yiyələnməyi,  dünyada  mövcud  olan 

“Meyerxold  nəzəriyyəsini”,  yaranmış  məktəblərin  nəzəriyyəsini  öyrənib,  onların 

“Stanislavskisistemi”ndən  fərqini,  hansının  daha  məqsədyönlü  və  məntiqcə 

düzgün olması, təsviri incəsənətin janrları, növləri, cərəyanlar, subyektlə obyektin 

dialektik  vəhdəti,  əməklə  istedadın  əlaqəsi,  öz  hisslərini  ifa  etdiyi  rolun  xarakte-

rinə uyğun olaraq düzgün tənzimlənməsi, aktyor texnikasından düzgün və yerində 

istifadə  edilməsi,  nitq  aparatından  professional  istifadə  qaydalarının  öyrənilməsi 

daxildir.  

 



Xoreoqrafiya sənəti 



050308 

 

Xoreoqrafiya  sənəti  ixtisasının  məqsəd  və  vəzifələrinə  baletmeyster  sənəti  an-



layışını,  onun  incəliklərini,  opera,  balet,  musiqili  teatrların  rəqs  truppaları  və 

kollektivlərinə  rəhbərlik  etməyi,  balet  və  xoreoqrafiya  dünyasının  yeni  istiqamət 

və  inkişaf  yolları,  musiqi  nəzəriyyəsi,  musiqi  materiallarının  təhlili,  hərəkətlərin 

düzgün  ifası,  xoreoqrafiya  məktəblərinin  istiqaməti,  xoreoqrafiya  pedaqogikası, 

klassik rəqsin tarixi və metodikası, nəzəriyyəsi, müxtəlif dünya xalqlarının tarixi, 

milli  mənsubiyyəti,  milli  rəqslərin  yaranması,  həyat  tərzlərinin  rəqslərə  təsiri, 

inkişafı,  xarakterik  cəhətləri,  ifa  tərzləri,  musiqiləri,  bir-biri  ilə  sintezi,  əlaqələri 

daxildir. 

 



Teatrşünaslıq 



050313 

 

Teatrşünaslıq  ixtisasının  məqsəd  və  vəzifələrinə  teatrşünas  və  dövri  mətbuat, 



teatrşünas və teatr, teatrşünas və tarix münasibətlərinin incəliklərinə bələd olmalı, 

teatr  jurnalistikasının  əsasları,  redaktor  vərdişləri,  dünya  xalqlarının  teatr  bilgisi, 

teatr düşüncəsi, əbədi növlər və janrlar, ədəbi məktəblər barəsində biliklər, dünya 

mədəniyyətinin mərhələləri, incəsənətin müxtəlif növlərinin yaranması, inkişafı və 

formalaşması  xüsusiyyətlərinin  fərqləndirilməsi,  dünya  və  Azərbaycan  mədəniy-

yətində tənqidi fikrin ənənələrinin öyrənilməsi daxildir. 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə