AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ “AKADEMİK YAZI” KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ): Müəllim: t.e.d., Qəhrəman Həsənov ELMI TƏDQIQAT MÖVZUSU ÜZRƏ ICMAL MƏQALƏNIN HAZIRLANMASI İCMAL MƏQALƏNIN NÖVLƏRI (ININI- AND FULL REVIEWS; NARRATIVE AND SYSTEMATIC REVIEWS). TƏRIFI
“Icmal – sənəd informasiyanı məntiqi emal etmək yolu ilə problemin həllinin mümkün yolları, inkişafı və vəziyyəti haqqında zəruri çıxış bilikləri almaq məqsədilə həmin problemin informasiya yaradıcılığı əsəridir”.
«İcmal – mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi emal etmə yolu ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında mövzunun yekun xarakteristikasını vermək – bu icmalın məxsusi funksiyasıdır”
"İcmal janr və ya informasiya nəşr sistemlərində növ kimi konkret çıxış biliklərini əldə etmək üçün ilkin mənbələrin məntiqi emalının nəticəsi olan analitik-informasiya sənədi kimi xarakterizə olunur.
Bu icmal informasiya mənbəyi kimi ilkin sənədlərin müəyyən dövr ərzində və yaxud da hər hansı birləşmiş ortaq əlaməti üzrə xülasəsi yaranmış xarakteristikanı əks etdirir.
Biblioqrafik icmal sənədqrafik təhlil əsasında yerinə yetirilmiş, ümumiləşdirilmiş elementlərin ətraflı təsviri verilmiş, eləcə də icmal olunan mənbələri xarakterizə edən formal əlamətləri göstərilmiş sənədlərin və nəşrlərin ümumi xarakteristikasını əks etdirir.
Belə icmallar sənəd axınında yaxşı baş çıxarmaq üçün tərtib edilir.
Referativ icmallar
Bu icmal onun müəllifi tərəfindən tənqidi qiymətləndirmə aparmadan məsələnin vəziyyəti barədə sistemləşdirilmiş fakt və məlumatların ümumiləşdirilmiş xülasəsidir.
Bu icmalda məqsəd sənəd deyil hansı mənbədən götürülmsəsindən asılı olmayaraq informasiya axınlarına yəni fakt və konsepsiyalar toplusuna istiqamətlənib. O qarşısına müşahidə obyekti haqqında sənədli mənbələrdən daxil olan faktların məntiqi emalı yolu ilə nəticə əldə etmək vəzifəsini qoyur.