Şəkil 4. Korneal refleks.
Ç ənə və ya mandibulyar (Bexterev) refleksi – çəkiclə çənəni və ya alt dişlərin üzərinə qoyulmuş şpateli döyəclədikdə (bu zaman xəstənin ağzı bir qədər açılmış olmalıdır) müşahidə olunur. Refleks dərin, periostaldır. Cavab reaksiyası – ağzın bağlanmasına (çənənin qalxmasına) səbəb olan çeynəmə əzələlərinin (m. masseteres)
təqəllüsü olur. Bu refleks, normal halda o qədər də böyük sabitliyi ilə seçilmir və patoloji hallarda (psevdobulbar iflic zamanı) kəskin şəkildə güclənmiş olur.
Udlaq refleksi – boru şəklində bükülmüş kağızı əsnəyin arxa divarına toxundurmaqla qeyd olunur. Bu za- man udma, bəzən isə öskürək və qus- ma hərəkətləri müşahidə olunur.
Yumşaq damaq refleksi – yumşaq damağa toxunduqda müşahidə olunur: cavab reaksiyası olaraq yumşaq damağın və dilçəyin yuxarı qalxması baş verir.Udlaq və yumşaq damaq mandibulyar (Bexterev) refleksi.
refleksləri öz daimiliyi ilə fərqlənmir və sağlam şəxslərdə müşahidə edilməyə də bilər. Bu reflekslərin birtərəfli zəifləməsi və ya tam itməsi isə diaqnostik əhəmiyyət kəsb edir. Bu səbəbdən də hər iki refleksi sol və sağ tərəfdə ayrı şəkildə yoxlamaq lazımdır. Hər iki refleks səthi, selikli qişadan alınan reflekslərə aiddir.
Dirsəyi bükən və ya m. bicipitis-in vətərindən alınan refleks – çəkiclə dirsəkdən bükülmüş qolun ikibaşlı əzələsinin vətərinə zərbə endirdikdə müşahidə olunur. Cavab reaksiyası olaraq ikibaşlıəzələnin təqəllüsü və qolun dirsək oynağında bükülməsi müşahidə olunur. Bu, dərin, vətər refleksidir.
Şəkil 6. Bazunun ikibaşlı əzələsi refleksi.
Bu refleksi müşahidə etmək üçün həkim sol əli ilə müayinə olunanın biləyindən tutur və onun əlini dirsək oynağından bü- kür. Bu zaman əlin əzələləri boşalmış vəziyyətdə olamalı, gərginləşdirilməməlidir. Çəkiclə vurulan zərbə qısa, fasiləli və eyni zamanda düz ikibaşlı əzələnin vətərinin üzərinə düşməlidir (onu əvvəlcədən barmaqla axtarıb tapmaq olar). Aydındır ki, həm sol, həm də sağ əlin müayinəsi zamanı zərbə eyni güclü olmalıdır. Bəzən sol əlin baş barmağı ilə vətəri axtarıb tapmaq, onu distal falanqa ilə sıxmaq və çəkic zərbəsini müayinə aparan həkimin baş barmağının dırnağına endirmək daha effektiv olur. Bu zaman müayinə olunanın saidi həkimin saidi üzərində olmalıdır.
Dirsəyi açan və ya m.tricipitis-in vətərindən alınan refleks – çəkiclə üçbaşlı əzələnin vətərinə zərbə endirdikdə müşahidə olunur (zərbə olecranondan 1,5-2 sm yuxarı endiril- məlidir). Bu zaman üçbaşlı əzələnin təqəllüsü və saidin dirsək oynağında açılması müşahidə olunur. Refleks aşağıdakı qayda- da əldə edilir: müayinə olunanın biləyi həkimin sol əli tərəfin- dən tutulmalı, onun əzələləri gərgin olmamalı və dirsək oyna- ğında düz, bəzən isə azacıq küt bucaq altında bükülməlidir. Refleksi başqa üsulla da müşahidə etmək olar: müayinə oluna- nın bazusunu dirsəkdən bir qədər yuxarı tutaraq, əzələlərin tam şəkildə boşalmasına nail olmalı; said və bilək sərbəst şəkildə sallanmalı, dirsək oynağında düz və ya azacıq küt bucaq altında bükülməlidir. Bundan sonra çəkiclə olecranonun üzərindən zərbə endirilir. Refleks dərin, vətər refleksidir.
Mil-bilək və ya karporadial refleks – çəkiclə mil sümü- yünün processus styloideus üzərinə zərbə vurduqda müşahidə olunur və bu zaman dirsək oynağında bükülmə, barmaqların pronasiyası və bükülməsi qeyd edilir. Bütün sadalanan reaksi- yalar sabit şəkildə müşahidə edilmir: daha aydın şəkildə prona- siyanı müşahidə etmək olur. Refleksi əldə etmək üçün müayinə olunanın qolu dirsək oynağında düz və ya azacıq küt bucaq al- tında bükülməli, biləyi pronasiya və supinasiya arasında aralıq
b ir mövqedə tutulmalıdır. Müayinə olunanın biləyi ya həkimin sol əli ilə tutularaq asılı vəziyyətdə saxlanılmalı, ya da onun hər iki əli sərbəst və simmetrik şəkildə həkimin dizləri üzərin- də, lazımi vəziyyətdə yerləşməlidir. Refleks dərin, periostaldır.
Şəkil 7. Triseps refleksi (solda) və mil-bilək refleksi (sağda).
Diz və ya patellyar refleksi - çəkiclə diz qapağından aşağı lig. patellaeya zərbə endirdikdə müşahidə olunur: nəticə- də budun dördbaşlı əzələsinin təqəllüsü və baldırın açılması baş verir. Diz refleksini xəstənin arxası üstə uzanmış vəziyyətində müayinə etmək daha yaxşıdır. Xəstəyə sağ tərəfindən yaxınlaşmaq daha əlve- rişlidir; həkimin sol əli xəstənin küt bucaq altında bükülmüş diz oynaqlarının altına gətirilir; bu zaman onun ayaq pəncələri çarpayının üzərində qərar tutmalı, ayaq əzələləri boşalmış vəziyyətdə olmalıdır. Bu vəziyyətdə sağ əllə çəkiclə diz qapa- ğının vətərinə sağdan və soldan zərbələr endirilir. Arxası üstə uzanmış vəziyyətdə diz reflekslərini ayrı-ayrılıqda da yoxla- maq olar; bu zaman xəstənin bir ayağı digərinin üzərinə aşırıl- mış olur; dördbaşlı əzələnin təqəllüsünün intensivliyini budun üzərinə qoyulmuş sol əllə məyyən olunur. Diz reflekslərini xəs- tənin oturaq vəziyyətində də müayinə etmək olar; bu zaman onun baldırları sərbəst şəkildə çarpayının kənarından aşağı sallanmalı və budlara nisbətən düz bucaq altında olmalıdır; ayaq pəncələri d öşəməyə dirənməməlidir.
Bəzən diz reflekslərini xəstənin ayaq əzələlərini kifayət dərəcədə boş saxlaya bilməməsi səbəbindən çətinliklə alınır. Belə hallarda adətən Yendraşek üsulundan istifadə edilir: xəstəyə hər iki əlinin barmaqlarını çarpazlaşdırmağı və pəncələrini böyük güclə yanlara dartmağı təklif edirlər; xəstəyə həmçinin dişlərini bir-birinə sıxmağı, saymağı təklif etmək, fikrini yayın- dırmaq məqsədilə suallar vermək də olar. Diz refleksi dərin, vətərreflekslərinə aid edilir.
Dostları ilə paylaş: |