Şəkil 3. Sınaq-karotaj-sınaq üsulu ilə karbonat kəsilişlərdə məhsuldar kollektorların seçilməsi f '- sınaqdan əvvəl, f "
sınaqdan sonra qeyd edilmiş FXM əyriləri.
Şəkildən görünür ki, 2915–2935 m dərinlik intervalında keçirmə zonası yarandıqdan sonra (təkrar ölçü) YK- 3 ilə ölçülən FXM-in qiyməti kifayət qədər yüksəlib. Bu onunla izah olunur ki, keçirmə zonasının yaranması nəticəsində qazıma məhlulunun süzüntüsü neftlə əvəz olunur. Müəyyən edilmişdir ki, KSK metodikasının səmərililiyi lay təzyiqi ilə qazıma məhlulunun təzyiqinin nisbətindən asılı olur.
Dostları ilə paylaş: |