Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


Buraxılış işinin aktuallığı



Yüklə 0,61 Mb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#36369
1   2   3   4   5   6   7   8
TAM VERSİYA DİPLOM

Buraxılış işinin aktuallığı: Güc əmsalının aşağı olması və itkilərin normadan artıq olması müəssilər üçün əlavə xərclərin və ziyanların yaranmasına səbəb olur ki bu da göstərilən məsələlərin həllini aktuallaşdırır.

Tədqiqatın məqsədi: Layihə etdiyim müəssisən üçün səmərəli və effektiv elektrik təchizat sxeminin layihələndirilməsindən ibarətdir.

Buraxılış işinin strukturu: Elektrik yüklərinin hesablanması

Transformatorların sayının və gücünün seçilməsi

Tm-lərin və paylayıcı şkafların seçilməsi

Yükləri qidalandarından kabellərin seçilməsi

1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: «Belqorod» - 6000 L.s., və Bibi-Heybət - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında «Simens - Qalske» firmasının 500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi - Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi.

1912-ci ildə Bibi - Heybət və Belqorod elektrik stansiyalarının lövbəti genişləndirilməsinə başlandı. İşə AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi - Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.

1914-cü ildə Bibi - Heybət və Belqorod stansiyalan arasında əlaqə ıradıldı. Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.

1913-cü ildə Respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları tikildi.



Ölkə iqtisadiyyatının tənzimlənməsində elektroenergetika sənayesinin çox böyük əhəmiyyəti vardır. Dövlətin iqtisadi gücünü və əhalinin yaşayış tərzini müəyyən edən əsas göstəricilərdən biri, əlbəttə, energetika sənayesinin inkişafıdır. Elektroenergetika sənayəsinin bu günki səviyyəsi ümummilli lider Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır. SSRİ dövründə Azərbaycan sənayesinin demək olar ki, bütün sahələri iqtisadi tənəzzül dövrünü yaşayırdı. Məhz Heydər Əliyev fenomeni ölkənin iqtisadi müstəqilliyinin təminatında sənayenin hər bir sahəsinə böyük inkişaf gətirdi. Elə bu dövrdə energetika sahəsinin yerini və rolunu düzgün qiymətləndirərək onun inkişafına güclü təkan verilmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan- 1969-cu ildən ölkə iqtisadiyyatının başqa sahələrində olduğu kimi, energetikanın inkişafında da yeni dövr başladı. Heydər Əliyevin sayəsində hələ 70-80-ci illərdə Azərbaycanın güclü enerji potensialı yaradılmışdır. Hələ o dövrdə SSRİ-nin başqa bölgələrindən enerji aslılığımızı aradan qaldırmaq məqsədilə yeni elektirik stansiyalarının tikilməsi və istifadəyə verilməsi barədə xüsusi proqram hazırlanmışdı. Qısa bir vaxt ərzində hər birinin gücü 300 MVt olan 8 blokdan ibarət Azərbaycan Dövlət Rayon Elektrik stansiyası (AzDRES), gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası və Naxçıvanda Araz çayı üzərində “Araz” SES inşa edildi.Ölkədə istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 700 km-ə, 330 kilovoltluq xətlərin uzunluğu 1025 km-ə, 220 kilovoltluq xətlərin uzunluğu 1210 km-ə çatdırılmışdı.Ümummilli lider Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə yenidən Azərbaycanın rəhbəri seçiləndən sonra ölkəmizdə energetika sənayesində quruculuq işləri davam etdirilməyə başladı.

Tikintisi yarımçıq qalmış gücü 112,5 MVt-lıq Yenikənd SES-nın inşası başa çatdırıldı.Gücü 400 MVt olan “Şimal” DRES-in yeni müasir enerji bloku 2002-ci ilin sonunda istifadəyə verilmişdir. Blok ildə 3 milyard kVt.s elektrik enerjisi istehsal etməklə bərabər, hər il 360 min ton yanacağa qənaət etməyə imkan verdi. Uzunluğu 90 km olan yüksək təzyiqli “Qaradağ- Şimal DRES” magistral qaz kəməri bu layihə çərçivəsində çəkilmişdir. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında Azərbaycan ən qabaqcıl ölkələrdən biridir ki, hər adam başına 2,5 min kVt.s elektrik enerjisi istehlak olunur.

Göstərilən rəqəmlərə baxsaq ölkəmizdə elektrik enerjisinin kifayət qədər istehsal və istehlak olunduğunu görərik.Məhz elektrik enerjisinin istehsal güclərinin artım dinamikası 2006-cı ildə respubilkada son on beş ildə elektrik enerjisi istehsalının ən yüksək səviyyəsi - 23,8 milyard kVt.saatı təmin etdi. 2008-ci ildə sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir Elektrik stansiyasının istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan “Cənab” ES-in quraşdırılma işləri 2012-ci ildə tamamlanmışdır. Son illərdə Azərbaycan energetika sisteminin generasiya gücü 30%-ə qədər yeniləşmişdir.Azərbaycan Respubilkasının Prezdenti cənab İlham Əliyevin qayğısı nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu ölkələrə elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Respublikamızın, eləcə də regionun ən iri enerji istehsalçısı olan “Azərenerji” ASC paylayıcı şəbəkələrin sayına və elektrik verilişi xətlərinin uzunluğuna görə lider mövqedə yer tutur. Hazırda cəmiyyətin tərkibinə gərginliyi 500, 330,220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya: “ Mingəçevir ” , “Varvara”, “ Şəmkir” , “ Yenikənd”, “Fizuli” , “İsmayıllı-1”, “Arpa çay-1”, “Arpa çay-2” , “Araz” SES-ləri Azərbaycan İES, Şirvan İES, Şimal İES, Naxçıvan İES, Bakı İEM və s. İES-ləri və “Cənub”, “Astara” “Naxçıvan”, “Səngəlçal”, “Şahdağ” , “Sumqayıt”, “Xaçmaz” ES-ləri daxildir. Hazırda “Azərenerji” ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu (gərginliyi 35,10,6 və 0,4 kilovolt olan paylayıcı xətlər daxil olmaqla)100000km-dənartıqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hal-hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl elektrik stansiyalarının birgı və sərbəst fəaliyətinə imkan verir. Hal-hazırda “Muğan”, “Şəki”SES-ləri” və “Azərsun” İES müstəqil fəaliyyət göstərir.

Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin