Tədqiqatın elmi yenilikləri aşağıdakılardan ibarətdir:
-beynəlxalq valyuta-maliyyə münasibətlərinə dair mövcud fikir və mülahizələr təhlil edilmiş və ümumiləşdirilmişdir;
- Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin mövcud vəziyyəti araşdırılmış və müvafiq nəticələr çıxarılmışdır;
-Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin yaxşılaşdırılmasıistiqamətləri müəyyən edilmişdir.
Dissertasiya işi girişdən, üç fəsil, nəticə və təkliflərdən, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Girişdə tədqiqatın mövzusunun aktuallığı əsaslandırılır, dissertasiya işinin predmeti, obyekti, nəzəri və metodoloji əsasları, məqsədi və vəzifələri, informasiya bazası, elmi yeniliyi, praktiki əhəmiyyəti, aprobasiyası və yerinə yetirildiyi yer göstərilir.
Birinci fəsildə xarici və ölkəmizin iqtisadçı alimlərinin çoxsaylı elmi əsərlərinin hərtərəfli araşdırılması əsasında beynəlxalq valyuta-maliyyə münasibətlərinə dair mövcud yanaşmalar nəzərdən keçirilir, xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin tənzimlənməsinin nəzəri əsasları şərh edilir.
İkinci fəsil Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin mövcud vəziyyətinin təhlilinə və qiymətləndirilməsinə həsr edilmişdir. Bu fəsildə valyuta-maliyyə münasibətlərinin təhlilində istifadə edilən tədqiqat üsulları nəzərdən keçirilir və Azərbaycanın xarici ölkələrlə valyuta–maliyyə əlaqələrinin mövcud vəziyyəti təhlil edilir.
Aprılmış tədqiqatların nəticəsi olaraq üçüncü fəsildə Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin yaxşılaşdırılmasına dair təklif və tövsiyyələr irəli sürülür.
Nəticədə dissertasiya işinə yekun vurulur.
Dissertasiya işi ADNSU-nin «Sənaye iqtisadiyyatı və menecment» kafedrasında yerinə yetirilmişdir.
РЕФЕРАТ
Тема диссертационной работы: «Пути улучшения валютно-финансовых отношений Азербайджана с зарубежными странами»
Объем диссертационной работы составляет 67страниц.В ней имеются 2рисунков, 3 таблицы.
Количество использованной литературы - 40.
Dostları ilə paylaş: |