3. SİQNALLARIN DETEKLƏŞDİRİLMƏSİ
Modullaşdırılmış siqnalın detektləşdirilməsi ölçülən modullaşdırıcı siqnalın
proporsional siqnala çevrilməsidir. Detekləşdirmənin məqsədi mümkün qədər
modullaşdırıcı siqnalda olan informasiyanın tam bərpası, onun bütün parametrlərinin
dəyişməsi haqqında informasiyadır
.
Modullaşma - yüksəktezlikli elektromaqnit dalğalarının amplitudunun
(tezliyinin və ya fazasının) alçaqtezlikli səs dalğalarının amplituduna (tezliyinə və ya
fazasına) uyğun olaraq dəyişdirilməsidir. Dalğaların amplitud modullaşmasını icra
etmək üçün verici stansiya dövrəsinə qoşulan transformatorun I dolağı mikrofon
dövrəsinə, II dolağı isə tranzistorlu generator dövrəsinin cərəyan mənbəyinə qoşulur.
Nəticədə stansiyanın rəqs konturundakı yüksəktezlikli elektromaqnit rəqsləri səs
tezlikli siqnallarla modullaşdırılır. Alman modullaşmış rəqslər verici anten vasitəsilə
fəzaya şüalandırılır (bax: c, 3).
Qəbuledici stansiyanın sadələşdirilmiş sxeminə əsasən onun əsas hissələri
qəbuledici anten (Q), dəyişən tutumlu kondensatoru (C2) olan rəqs konturu,
yanmkeçirici diod - detektor (D), elektrik siqnalını hamarlayıcı kondensator (C3) və
telefondan (yaxud səsgücləndirən) (U) ibarətdir (d). Antenin qəbul etdiyi
elektromaqnit dalğaları onun rəqs konturunda induksiya dəyişən cərəyanı yaradır.
Konturdakı kondensatorun tutumunu dəyişməklə onun məxsusi tezliyi qəbul
olunmuş elektromaqnit dalğalarının tezliyi ilə bərabərləşdirilir. Bu zaman konturda
yaranan cərəyanın rəqslərinin amplitudu kəskin artır - rezonans hadisəsi baş verir.
Nəticədə lazımi siqnal digər siqnallardan seçilərək gələn dalğaları qəbul etməyə
köklənir. Daha sonra qəbul edilən yüksəktezlikli modullaşmış rəqslərin alçaqtezlikli
rəqslərə çevrilnəsi prosesi - demodulyasiya (və ya detektəetmə) həyata keçirilir. Şəkil
3.1 – də siqnalların demodulyasiyası sxemləri verilmişdir.
24
Şəkil 3.1
Demodulyasiya detektor (yanmkeçirici diod) vasitəsilə reallaşdırılır. Birtərəfli
keçidə malik detektordan keçən cərəyan döyünən cərəyan (bax: d, 4) olur. Bu cərəyan
C3 kondensatoru (süzgəc) vasitəsilə hamarlanır. Hamarlanan elektrik siqnalı
telefonun (radionun) səsgücləndirəndə eşidilə bilən səs tezlikli rəqslərə çevrilir (5).
Şəkil 3.2- də modulyasiya olunmuş siqnalın detektor vasiləsilə demodulyasiyası
verilmişdir.
Şəkil 3.2
|