Təsirli feillərin birbaşa tələb etdiyi obyekt ismin təsirlik halının suallarına cavab verir. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən feillər isə təsirsiz feillər adlanır.
Təsirsiz feillərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur.
Məsələn: Kitaba (nəyə?) baxiram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsiz feillər –dır4, -ır4 (bəzən -t, -ar2, -ıt4, -ız4, -dar2) şəkilçilərinin köməyi ilə təsirli feillərə çevrilir. Məsələn: inanmaq (nəyə?)- inandırmaq (kimi?), çatmaq (haraya?) – çatdırmaq (nəyi?), gülmək (kimə?) – güldürmək (kimi?), qaçmaq (haraya?)-qaçırmaq (kimi?), azalmaq (nə?) – azaltmaq (nəyi?), qopmaq (nədən?) – qoparmaq (nəyi?), axmaq (hara?) – axıtmaq (nəyi?), dönmək (nədən?) – döndərmək (nəyi?) və s.
Dostları ilə paylaş: |