Azərbaycan döVLƏt pedaqoji universiteti CƏLİlabad fiLİali



Yüklə 20,2 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü20,2 Kb.
#41452
1   2   3
abas

-ıl4, ın4, -ış4 şəkilçilərinin köməyi ilə bəzi təsirli feillər də təsirsiz feillərə çevrilir. Məsələn: çəkmək (nəyi?) – çəkilmək (haraya?), almaq (nəyi?) – alınmaq (haradan?) və s.

Həm təsirli,həmdə təsirsiz feillər. Təsirlilik kateqoriyası həm sözlərin öz leksik-semantik mənasında , həm də şəkilçilər vasitəsi ilə ifadə olunur.

Müasir Azərbaycan ədəbi dilində bir qrup feillər vardır ki, onlar həm təsirli, həm də təsirsiz feil kimi çixiş edir. Məsələn, başla, işlə,gəz,oxu, və s. Feillər bu qəbildəndir: məqaləni başladım-işləməyə başladım , məqaləni işlədim, parkda işlədim, şəhərdə gəzdim, əsəri oxudum, məktəbdə oxudum.

H.İ.Mirzəyev həm təsirli, həm də təsirsiz feil kimi çıxış edən feilləri “eyni fonetik qabıqda” olan feillər kimi xarakterizə edir. Uzun bir inkişaf yolu keçmiş feillərin mənasında az və ya çox dərəcədə dəyişiklik olmuşdur. Bu dəyişiklik obyektə olan münasibətdə də, yəni feillərin təsirli və təsirsiz olmasına da təsir göstərmişdir.

H.İ.Mirzəyev yazır: “E.V.Sevortyan çox haqlı olaraq göstərir ki, feildeki tesirlilik ve tesirsizlik tarixi kateqoriyadir. Dilimizdə hal-hazırda təsirsiz feil kimi tanınan acımaq , bənzəmək , bürüşmək, qırışmaq, qurtarmaq, dolmaq, ərinmək incimək, hopmaq, sözlərinin tarixən başqa mənaları da ifadə edərək təsirli olması faktı bu fikrin doğruluğunaşüphə yeri qoymur.

Bunu təsdiq edən dil faktları dilimizdə indi də mövcuddur. Məsələn, yorğanı atı (təsirli)-xəstənin nəbzi atmır(təsirsiz), qapını açdı (təsirli)-güllər açdı(təsirsiz), quzunu kəsdi(təsirli) yağış kəsdi(təsirsiz), meyvələri daddı(təsirli)-xörək acı daddı(təsirsiz)

Yazılı abidələrimizdə də eyni feil həm təsirli, həm də təsirsiz feil kimi işlənmişdir. Məsələn, “Kitabi-Dədə Qorqud” da -sı feili həm sınmaq, həm də sındırmaq mənasinda işlənmişdir. Sınmaq mənasında təsirsiz, sındırmaq mənasında təsirli olmuşdur. Oğlan anasının sözün sınadı- Oğlan anasının sözünü sındırmadı.

Tarixən təsirli feilin təsirsiz feil yerində işlənməsi, feilin bir ərammatik məna növünün digərinin yerində işlənməsi hallarını təsdiq edən dil materialları vardır. Məsələn: əymək feili təsirli, əyilmək feili təsirsizdir. “ Yük əyməsə, daş qəribçiliyə düşməz” məsəlində əymek feili əyilmək feilinin yerində işlənmişdir. Məlum növdə olan əynək feili qayıdış növdə olan əyilmək feilinin muqabilində təzahür etmişdir.

Tesirlilik və təsirsizlik kateqoriyasının dildə rolu. Təsirlilik kateqoriyası dilçilikdə bir sıra vacib məsələlərin aydınlaşmasinda da mühüm rol oynayır.

Təsirsiz feillərdən təsirli feil əmələgətirən şəkilçilər.

-ı şəkilçisi. Məhsuldar şəkilçidir. Aşağıdakı hallarda təsirli feil əmələgətirir:

a) -la şəkilçisi təsirsiz düzəltmə feillərdən təsirli feil yaradır: irəlilə-irəlilət, gerilə-gerilət və s.

b) sonu -a şəkilçisi ilə qurtaran təsirsiz feillərdən təsirli feil yaradır: oyna-oynat, yaşa-yaşat, göynə-göynət

c) sonu -ı şəkilçisi ilə qurtaran təsirsiz düzəltmə feillərdən təsirli feil yaradır: acı-acıt, böyü-böyüt, çürü-çürüt.



Ədəbiyyat siyahısı

  1. Muxtar Hüseynzadə. Müasir Azarbaycan dili. III hissə. Morfologiya. Bakr, "Şərq-Qərb", 2007, 280 səh.

  2. Buludxan Xəlilov. Azərbaycan dilində feil. Dərslik, “ Adiloğlu” nəşriyyat, 2018, 224 səh.

Yüklə 20,2 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin