Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əliyeva Aysel Fakültə: İbtidai Təhsil İxtisas


Daxili sekresiya vəzilərinin yaş xüsusiyyətləri



Yüklə 202,97 Kb.
səhifə3/5
tarix16.12.2023
ölçüsü202,97 Kb.
#181741
1   2   3   4   5
Əliyeva Aysel ANATOMİYA

3. Daxili sekresiya vəzilərinin yaş xüsusiyyətləri
Orqanizmdə üzv və toxumaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi proseslərində eləcədə xarici mühit təsirlərinə qarşı orqanizmin uyğunlaşması reaksiyalarının təşkilində sinir sistemi ilə yanaşı daxili sekresiya vəziləri də bilavasitə iştirak edirlər.
Yeni doğulmuş körpədə hipofizin çəkisi 150 mq bərabərdir. Uşağın sonrakı intensiv böyümə dövrlərində (4-5 yaşlarında yeniyetməlik dövründə) vəzin sürətlə inkişafı və böyüməsi müşahidə olunur. Belə ki, 10-12 yaşlarında hipofizin çəkisi 200-350mq, 18-20 yaşlarında isə 500- 650 mq çatır. Yeni doğulmuş körpələrin qanında somatotropin hormonunun miqdarı 120 mq\mldən çox olur və 3-5 yaşınadək tədricən artır. Sonrakı dövrdə yəni 20- və 30-40 yaşından sonra STQ-nin qanda miqdarı azalır. Qocaların qanında bu hormonun miqdarına nadir hallarda rast gəlinir.
Qalxanabənzər vəzin morfoloji və funksional inkişafı yaşla əlaqədar olaraq dəyişir. Yeni doğulmuş körpələrdə vəzin kütləsi 1-5 qrama bərabərdir. Sonrakı 6 ay müddətində vəzin kütləsi bir qədər kiçilir. Daha sonra isə cinsiyyət yetişkənliyi dövründə sürətlə artır. Yaşlı insanda vəzin kütləsi normal şəraitdə 30 qrama çatır. Müxtəlif inkişaf dövründə qalxanvari vəzin funksional yetişməsi nəzərə çarpır. Vəzin morfofunksional inkişafı hipofizin triotrop hormonu ilə tənzim olunur.
Böyrəküstü vəzilər emrional dövrün hələ ilk mərhələsində inkişaf etməyə başlayır. Bir aylıq rüşeymin kütləsi böyrəklərə nisbətən daha böyükdür.Yeni doğulmuş 91 körpədə 6-8 qrama çatır. Sonrakı 6 ay ərzində vəzilər xeyli kiçilir. 11-15 yaşlı uşaqlarda vəzin kütləsi 8 qram 16-20 yaşlı gənclərdə isə 10 qrama çatır.Yaşlı insanlarda vəzin kütləsi nisbətən kiçilir. Orta hesabla 0-0.3 faizini təşkil edir. Qocalarda bu vəzilər tədricən atrofilləşir. Müəyyən edilmişdir ki, adrenalin və noradrenalin hormonlarının daxili ifrazı vəzin beyin qatında embrional dövrün ilk mərhələlərində belə müşahidə olunur.
Cinsiyyət vəzilərinin daxili sekreator fəaliyyətində androgen və estrogen hormonları həm kişi həm də qadın fərdlərində sintez olunur. Lakin bu hormonların miqdarı onlarda eyni deyilməsələn kişi fərddinin sutkalıq sidiyində androgenin miqdarı 3-10 mkq- a estrogenlərin miqdarı isə 5- 15 mkq bərabərdir. Qadınların sutkalıq sidiyində 3-10 mkq androgen olduğu halda estrogenlərin miqdarı isə 18-36mkq çatır. Müxtəlif yaş dövlərində cinsiyyət hormonlarının qanda və sidikdə olan konsentrasiyası xeyli dəyişir. Bununla əlaqədar olaraq insanın cinsiyyət yetişkənlik prosesini 5 əsas mərhələyə bölmək olar:
I Uşaqlıq mərhələsi emrional dövrün 8- ci həftəsində müşahidə olunur, lakin embrional mərhələlərində zəif inkişaf edir. Rüşeym halında qalır. Uşaqlıq mərhələsi oğlanlarda 10 yaşınadək qız uşaqlarında isə 8 yaşınadək davam edir. II yetkinlik mərhələsi Bu dövrdə cinsiyyət vəziləri bədən kütləsinin böyüməsi sürətinə vəonun formalaşmasına stimullə edici təsir göstərir.Oğlanların cinsiyyət vəzilərində toxum borucuqları böyüməsi və genişlənməsi ilə yanaşı interstesial yəni inkreotro toxumasının inkişafı müşahidə edilir. Spermatozidlərə rast gəlinir. Qızların yumurtalığında folikulların inkişafı sürətlənir. Yeni yetməlik mərhələsi oğlanlarda 14-17 yaşadək qızlarda isə 12-16 yaşadək davam edir. III Gənclik mərhələsi 92 ikinci cinsiyyət əlamətlərinin sürətlənməsi ilə xarakterizə olunur. Bu zaman gənc oğlanlarda cinsi əlaqəyə girmək qabiliyyəti yaranır. Qızların qanında və sidiyində estrogenlərin miqdarının dəyişməsi hallarına rast gəlinir. Gənclik mərhələsinin ikinci yarısında menstruasiyalara hər ay təsadüf edilir. Bununlada cinsiyyət tsikli yaranır. Gənclik mərhələsi oğlanlarda 18-21 yaş qızlarda isə 17-20 yaşadək davam edir. IV ahıl yaş mərhələsi və qocalıq dövründə orqanizimdə bütün endokrin vəzilərin o cümlədən cinsiyyət vəzilər kəskin dərəcədə zəifləyir. Kişilərdə 45-55 yaşdan başlayaraq androstreonun və ələxsus degidroandrosteronun qan plazmasında və sidikdə olan miqdarı tədricən enir. Yetmiş yaşında bu hormonların konsentrasiyası xeyli azalır.



Yüklə 202,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin