Tədris metodları ( müəllimin fəaliyyəti).
İnformasiya metodları və şagirdlərin axtarıcı fəaliyyətinin idarə olunması metodları bura aiddir.
Öyrənmə metodları ( şagirdlərin fəaliyyəti).
Tədris materialının dərk edilməsi metodları, öyrənmənin reproduktiv və produktiv metodları bura aiddir.
Riyaziyyatın tədris metodları dedikdə şagirdlərə riyazi bilik, bacarıq və vərdişlər sisteminin verilməsi üsulları başa düşülür.
Tədris metodlarına müəllimin söhbəti, nəqli, izahı və mühazirəsi, məşq xarakterli müstəqil işlərinin idarə olunması, şagirdlərin tədris ədəbiyyatı üzərində işinə rəhbərlik və sair aid edilir.
Riyaziyyatın tədris metodlarına şagirdlərin “nümunə” üzrə hərəkət etməyi öyrənməsi lazım gələn hallarda və ya tədris materialını onların mütəqil mənimsəyə bilmədiyi hallarda müraciət etmək lazımdır.
Riyaziyyatın öyrənilməsi metodları dedikdə şagirdlərin özlərinin riyazi xarakterli fəal və müs-təqil idrak fəaliyyətlərinin reallaşdırılması üsulları başa düşülür.
Riyaziyyatın öyrənilməsi metodları iki qrupa bölünür:
Riyaziyyatın öyrənilməsinin elmi metodları ( şüurlu riyazi fəaliyyət üsulları): müşahidə və təcrübə, müqayisə, analiz və sintez və s. həmçinin elmi-tətqiqat metodları: induktiv, deduktiv, traduktiv və intutiv idrak.
Riyaziyyatın öyrənilməsinin tədris metodları, yəni riyaziyytaın təliminin səmərəsini reallaşdırmaq məqsədinə orta məktəbdə riyaziyyatın tədrisi metodikasında yaradılmışdır: evristik metod, fəal təlim metodu (model üzrə təlim), proqramlaşdırılmış təlim və s.
Öyrənmə metodları
Öyrənmənin tədris metodları
Öyrənmənin elmi metodları
Model üzrə öyrənmə metod
Evristik metod
Elmi tədqiqat metodları
Elmi idraki metodlar
Proqramlaşdırılmış metod
Müşahidə, təcrübə, müqayisə, analiz, sintez, ümumiləşdirmə, mücərrədləşmə metodları
İnduktiv, deduktiv və traduktiv metodlar
Riyaziyyatın öyrənilməsinin göstərilən tədris metodları inkişafetdirici təfəkkür psixologiyası qanunauyğunluqlarının sintezi və qabaqcıl pedaqoji təcrübə əsasında meydana gəlmişdir.
Riyaziyyatı öyrənməyin eyni və tədris metodları arasındakı üzvi əlaqəni yuxarıdakı sxemdən aydın görmək olar.
Təlimin məqsədləri və məzmunu təlim üsulunu bir qiymətli müəyyən etmir. Eyni bir məzmu-nu müxtəlif üsullarla öyrənib təlim məqsədinə nail olmaq mümkündür. Digər tərəfdən, müxtəlif müəllimlər tərəfindən tətbiq edilən eyni təlim üsulu müxtəlif nəticələr verə bilər. Belə ki, tədris yalnız elm deyil, o, həm də incəsənətdir.
Dostları ilə paylaş: |